Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:11

Müğənnilər YAP barədə, Almaniyaya qarşı soyuq müharibə, «Eurovision» və göz yaşı....


Mətbuat icmalı
Mətbuat icmalı
«Yeni Azərbaycan» qəzeti müğənnilər, əməkdar artist Könül Xasıyevaya və İlqar Muradova Yeni Azərbaycan Partiyasının vəsiqələrinin təqdim olunmasından yazıb. Qəzet yazır ki, partiya vəsiqələrini müğənnilərə YAP sədrinin müavini Əli Əhmədov verib.

İlqar Muradov deyib ki, Yeni Azərbaycan Partiyasına üzv olmaq arzusu məndə həmişə olub: «Amma bu partiyaya üzv olmaq məsuliyyətli olduğu üçün çox düşünmüşəm. İndi isə şərəf duyuram ki, artıq rəsmi şəkildə YAP-ın üzvüyəm». Könül Xasıyeva da bildirib ki, mən həmişə özümü Yeni Azərbaycan Partiyasının üzvü kimi hiss etmişəm: «Partiyamızın yaradıcı olan Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti dəstəkləmişəm».

AZƏRBAYCAN ALMANİYAYA QARŞI SOYUQ MÜHARİBƏ APARMAMALIDIR

«Azadlıq» qəzeti politoloq Vəfa Quluzadə ilə müsahibəni dərc edib. Vəfa Quluzadə son vaxtlar Almaniyaya qarşı aparılan təbliğatla bağlı bildirib ki, «Azərbaycan Almaniyaya qarşı soyuq müharibə aparmamalıdır. Çünki əvvəllər Azərbaycan Almaniyanı sevirdi. Bəs nə oldu? Azərbaycan deyirdi ki, Almaniya Minsk qrupunda təmsil olunmalıdır. Nə dəyişdi? Almaniya ilə Azərbaycan həmişə münasibətləri normal saxlamalıdır və düzgün münasibətlər qurmalıdır».

«BAKU CRYSTAL HALL» İSTİFADƏYƏ VERİLİB

«Azərbaycan» qəzeti «Eurovision-2012» mahnı müsabiqəsinin keçiriləcəyi «Baku Crystal Hall»ın istifadəyə verilməsindən yazıb. Açılışda prezident İlham Əliyev də iştirak edib. «25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Kompleksdə gələcəkdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür. «Baku Crystal Hall»un əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir.
«Baku Crystal Hall» Prezident İlham Əliyevin Bakı şəhərində müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında 2011-ci il iyulun 11-də imzaladığı sərəncama əsasən inşa olunmuşdur. Bu il yanvarın 15-də isə Avropa Yayım Birliyi müsabiqənin məhz «Crystal» sarayında keçirilməsi ilə bağlı qərar qəbul etmişdir».

MÜXALİFƏT «EUROVİSİON» TİKİNTİSİNİ TƏFTİŞ EDİB

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn «Yeni Müsavat» qəzetinin «Eurovision» konsert zalı tikiləcək əraziyə getmisinizmi» sualına belə cavab verib: «Çox böyük, masştablı, nəhəng iş görülüb. Ancaq bütün dünyalar iztirablı bir körpənin bir gilə göz yaşına dəyməz . Bunu unutmasınlar».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG