Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:02

Şeir onluğu on-line səsverməyə çıxarıldı! (Səs ver)


“Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinin şeir onluğu on-line səsverməyə çıxarıldı. (Burda səs ver!)

Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzalı.az saytında keçirilən sorğuda oxuculara onluqdan ən çox bəyəndikləri müəllifə səs vermək imkanı yaradılır. (Şeir onluğuna keçmiş müəlliflərin əsərləri burda)

Sorğu aprelin 27-dən mayın 3-dək davam edəcək.

Nəticələr əsasında 3 səbət formalaşacaq. 1-3-cü, 4-7-ci və 8-10-cu yerlər.

Müsabiqənin münsiflərinə təklif ediləcək ki, on-line səsvermənin nəticələrinə uyğun olaraq hər səbətdən yalnız 1 müəllifə əlavə bal versinlər, yəni 1-3-cü yerləri tutan müəlliflərdən birinə 7 bal, 4-7-ci yerləri tutan müəlliflərdən birinə 4 bal, 8-10-cu yerləri tutan müəlliflərdən birinə isə 1 bal versinlər..

Bu ballar həmin müəlliflərin müsabiqənin 1-ci (imzasız əsərlər arasından seçim) və 2-ci (onluğun seçilməsi zamanı) aldıqları ballara əlavə ediləcək.

Münsiflər heyətinin üzvü on-line səsvermənin nəticələrini qəbul etməyə də bilər.

Şeir onluğunun ardınca hekayə onluğu da eyni qaydada və yerdə on-line səsverməyə çıxarılacaq.
XS
SM
MD
LG