Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:27

Ev-torpaq sənədləşməsində rüşvəti necə kəsərdin?


Ev-torpaq sənədləşməsində rüşvəti necə kəsərdin?
Gözlə

No media source currently available

0:00 0:55:11 0:00
Direct-ə keçid

Ev-torpaq sənədləşməsində rüşvəti necə kəsərdin?

Bundan
Şahin İsmayılov
Şahin İsmayılov
sonra Bakıda torpaq alıb ev tikmək istəyənlər əvvəlcə Dövlət Neft Şirkətinə müraciət edərək həmin torpağın şirkətin ərazisində olub-olmadığını öyrənməlidirlər. Amma hələlik bu hökumətin qaydası deyil, Dövlət Neft Şirkətinin hüquq idarəsinin şöbə müdiri Şahin İsmayılovun tövsiyəsidir.

Şahin İsmayılov Azadlıq Radiosunun “Korrupsiometr” proqramında müzakirələr zamanı deyib ki, Dövlət Neft Şirkəti hazırda öz ərazilərində yeni tikililərin yayılmasına imkan vermir. Amma çoxdan tikilmiş, içərisində insanlar yaşayan evlər qanunsuz olsa da onlara toxunmurlar:

- Neft şirkətinin ərazisində çoxlu sayda qanunsuz tikililər var və bu torpaqların şirkətə məxsus olmasını sübut edən xəritələr mövcuddur.

Qanunsuz tikililərlə bağlı aparılan tədbirlərdən biri məhkəmələrə müraciətdir. Səbayel rayonu üzrə 2 000-dən çox, Binəqədi rayonu üzrə 3 300-dən artıq məhkəmə müraciətlərimiz var.

Bəzi məhkəmə qərarları olsa da şirkət içində yaşayış olan heç bir obyekt sökmür. Yeni tikilməkdə olan evlərin qarşısının alınması həyata keçirilir.

Vətəndaşların çoxunun sənədi olmur. Kimin sənədi varsa, onu da bələdiyyələr Dövlət Neft Şirkətindən razılıq almadan veriblər. Həmin sənədləri vətəndaşa verirlər ki, burada yaşa, heç kim sök deməyəcək, Dövlət Neft Şirkəti onsuz da bunu sökmür, bu kimi fikirlərlə vətəndaşları aldadırlar.

Müzəffər Baxışov
Müzəffər Baxışov
Bir neçə bələdiyyə sədri ilə bağlı cinayət işi hazırlanıb.

Proqramın digər qonağı hüquqşünas Müzəffər Baxışov da qeyd etdi ki, vətəndaşlar o evləri vəzifə daşıyan məmurların razılığı ilə tikirlər. O, qeyd edir ki, qanunsuz evlər məsələsində də ölkədə qanun eyni qaydada tətbiq edilmir:

- Xəzər dənizinin kənarında heç kimin ixtiyarı yoxdur ki, ev tiksin. Amma orada vəzifəli şəxslər orada böyük imarətlər tikiblər.

Mövcud qaydaya görə əgər bu şəxs özbaşına ev tikibsə bu məsələ məhkəmə qaydasında həll edilməlidir. Əgər vətəndaş ev tikib, orada yaşamağa başlayıbsa, kommunikasiya xətləri çəkilibsə, artıq o həmin evə mülkiyyət hüququ əldə
Dövlətxan Dövlətxanov
Dövlətxan Dövlətxanov
edir.

Proqrama telefonla qoşulan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov özbaşına tikilmiş evlərin rəsmiləşdirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanan qanun layihəsinin artıq keçən ildən hazır olduğunu bildirir. O, qeyd edir ki, evlərin sənədləşdirilməsi üçün çox sadə mexanizm düşünmək istəyirlər ki, bu işi tez bir zamanda həll etsinlər. Müəyyən bir hədd qoymaq istəyirlər ki, hansı tarixə qədər tikilmiş evlərə aid ediləcək.

Polemikanı ətraflı burada dinləyə bilərsiniz:


Müzakirələrdə səslənən təkliflər:

Müzəffər Baxışov:

  • Azərbaycanda qüvvədə olan qanunlar bütün Azərbaycan vətəndaşlarına tətbiq edilsin
  • Hakimiyyət problemin tam həllini üzərinə götürsün

Şahin İsmayılov:

  • Vətəndaşlar torpaq almamışdan qabaq Dövlət Neft Şirkətinə müraciət edib torpaqlarının şirkətin ərazisinə düşüb-düşməməsini dəqiqləşdirsinlər

Dövlətxan Dövlətxanov:

  • Konkret müddət qoyulmalıdır ki, hansı ilə qədər tikilmiş evlər sənədləşdiriləcək. Yoxsa, bu prosesin qarşısını almaq mümkün deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG