Çərşənbə axşamı, Sentyabr 02, 2014 Bakı vaxtı 01:57

Verilişlər / Təhsil

Buraxılış imtahanları cəmi 2 fəndən veriləcək

Məleykə AbbaszadəMəleykə Abbaszadə
x
Məleykə Abbaszadə
Məleykə Abbaszadə

Bunu da oxu

Orta məktəblərdə buraxılış imtahanlarını Təhsil Nazirliyi yox, TQDK aparacaq

Prezident bu haqda sərəncam imzaladı. Azərbaycanda Təhsil Nazirliyinin səlahiyyətlərinin bir hissəsi TQDK-ya verilir.

Dinlə Buraxılış və qəbul imtahanları birləşdiriləcəkmi?

«20 min şagirdin attestat ala bilməməsi, əlaçıların 0-100 bal toplaması, nazirlik qarşısında buraxılış imtahanları ilə bağlı valideynlərin piketləri göstərirdi ki, qiymətləndirmədə ciddi qüsurlar var».

Multimedia

Səs
Sumqayıtda 34 saylı məktəbin 11-ci sinif şagirdi Vasif Hacıxəlilov sınaq imtahanında sonuncu dəfə 590 bal toplayıb. Amma o da buraxılış imtahanlarını keçirmək səlahiyyətinin Təhsil Nazirliyindən Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına verilməsindən bir qədər təşvişə düşdüyünü deyir:

«HAMININ CANINA QORXU DÜŞÜB»

«Elə bu gün məktəbdə uşaqlarla danışırdıq, hamının canına qorxu düşüb. Heç kəsə sirr deyil ki, komissiya Təhsil Nazirliyindən daha ciddidir. Məsələn, Təhsil Nazirliyinin keçirdiyi imtahanlarda köçürmə-zad olurdu, amma komissiyada mümkün deyil bu. Hərə öz qrupu üzrə hazırlaşır 5 fəndən. Məsələn, mən 3-cü qrupa hazırlaşıram, kimya-fizikadan zəifəm. 8 fəndən komissiya imtahan götürsəydi, inanmıram ki, kimya-fizikadan qiymət ala biləm. Amma indi 2 fəndir – Azərbaycan dili və riyaziyyat. İnanıram ki, hamı keçə biləcək».

Bir neçə gün öncə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi prezident fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilib. Aprelin 23-də isə TQDK buraxılış imtahanları ilə bağlı hazırladıqları qaydaları açıqlayıb.

2 FƏNDƏN İMTAHAN

Komissiyanın layihəsinə əsasən, buraxılış imtahanları artıq 8 fənn üzrə deyil, yalnız 2 fənn - ana dili və riyaziyyat üzrə keçiriləcək.

İmtahanlar 2 saat ərzində aparılacaq. Hər bir fənn üzrə 30 test tapşırığı təqdim ediləcək və bu sualların cavablandırılmasına 1.5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim edilən mövzu üzrə yazı işini yerinə yetirəcəklər.

Komissiya sədri Məleykə Abbaszadə buraxılış imtahanlarına müdaxilə etmək istəyən məktəb direktorlarına xəbərdarlıq edib:

«Bu buraxılış imtahanları ilə əlaqədar heç bir məktəb direktoru, heç bir rayon təhsil şöbəsinin müdiri qərar qəbul edən şəxs deyil. Biliklərin qiymətləndirilməsi mərkəzləşdirilmiş şəkildə keçirilir və tam şəffaf, obyektiv aparılacaq. İndiyə qədər nə xoşagəlməz proseslər baş veribsə, bundan sonra olmayacaq. Biz tərəfdən belə müdaxilə etmək istəyən məmur və ya şəxslərlə çox ciddi mübarizə aparılacaq, təbii ki, onlar qanun qarşısında cavab verəcəklər».

AZ OLSUN, MÜKƏMMƏL OLSUN

Foto: ArxivFoto: Arxiv
x
Foto: Arxiv
Foto: Arxiv
​Məleykə Abbaszadə bildirib ki, orta məktəblərdə buraxılış imtahanlarının yalnız 2 fənn üzrə keçirilməsi də şagirdlərin xeyrinə atılmış addımdır. O, əlavə edib ki, indiyədək şagirdlər buraxılış imtahanlarına yardımçı vasitələr keçirə bilsə də, bundan sonra bunun qarşısı alınacaq və şagirdlərin real səviyyəsi qiymətləndiriləcək.

Azərbaycan Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün fikrincə, təhsilin qiymətləndirilməsini təhsil verən qurum deyil, başqa bir qurum aparırsa, obyektiv nəticələr əldə ediləcək:

​«Onsuz da 8 fəndən imtahan formal bir xarakter daşıyırdı. Bu da nəticə etibarilə heç bir şey vermir şagirdə. Ona görə düşünürəm ki, bu 2 fənni mükəmməl öyrənməlidirlər. Hər iki fənn bütün elmlərin açarıdır. Az olsun, mükəmməl olsun. Riyaziyyatı bilən üçün kimya da, fizika da, biologiya da çətin olmayacaq. Və ya ana dilini bilən üçün humanitar fənləri mənimsəmək, dünyagörüşünü genişləndirməkdə elə bir maneə olmayacaq».

ELMİ ƏSASLI MODEL

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri orta məktəb şagirdlərinin bilik səviyyələrini yoxlamaq üçün təklif etdikləri modelin elmi əsasları olduğunu deyir:

«1999-cu ildən başlayaraq hər il 30 min şagirdi yoxlamışıq və orta məktəblərdə şagirdlərin qiymətləndirmə formasını müəyyənləşdirmişdik. 2010-cu ildə TQDK-nın buraxdığı jurnalda da həmin araşdırmalar haqqında yazmışıq».

Buraxılış imtahanları ilə bağlı son dəyişikliyə görə, bu il ali məktəblərə qəbul imtahanlarının vaxtı da dəyişdirilib. İlk qəbul imtahanı iyulun 8-də III ixtisas qrupu üzrə keçiriləcək. İyulun 14-də I, iyulun 20-də IV, iyulun 27-də isə II ixtisas qrupu üzrə qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: arzu Haradan: baki
26.04.2012 13:53
salam buraxilis imtahanlarin ne vaxt kecirlecek bu barede xahis edirem melumat qoyasiniz tesekkurler

Kimdən: AYNUR Haradan: BAKI
24.04.2012 15:13
COX SAQOL MELEYKE XANIM.SIZIN BU ISHINIZI ALQISHLAYIRIQ VE XAHISH EDIRIK KURIKULUM DEYILEN SISTEMI DE DEYISHESIZ. BU SISTEM USHAQLARI SAVADSIZLIQA DOQRU APARIR.

Kimdən: Faiq Haradan: İstanbul
24.04.2012 12:25
Azerbaycanda deqiq işdiyen,rusvetin olmadıgı tek qurum var o da TQDKdır...sebebi de sadedir.cunku basında qadın durur...

Kimdən: Adil Haradan: Bakıdan
24.04.2012 09:29
Çox əla!
Artıq uşaqlar da, valideynlər də həm fiziki, həm də maddi yükdən qurtuldular!
Təhsilin sadələşdirilməsini davam etdirmək lazımdır. Misir Mərdanova qalsa, o avtoritar sovet təhsilindən ayrılmazdı... Çünki bu sistem ona "pul yeri" qoyur... Misir Mərdanov! Öz ... komandanı götür, istefa ver! Sən məktəblərə öz yerlilərini direktor, müəllim qoymaqla uşaqlarımızın tərbiyəsini, mədəniyyətini, təhsilini korlamısan. ...

Kimdən: rufat_nar Haradan: Baki
24.04.2012 08:59
nehayaq ki, "mrakobesiya" - cəhalətpərəstlik, maarifə düşmənlik - deyesen son qoyulur! "Keçişdə" atları dəyişdirərlər!"... dayanmadan və irəli....)))) Azərbaycan təhsildə güclü potensialı var, hərəkətə gətirməyə (investisiya kimi) vaxtı gəlib(gəlir)!)))...

Kimdən: sevil Haradan: dubai
24.04.2012 06:47
Meleyka xanum , prosto krasavisa.love you.

Kimdən: kəmalə Haradan: Gəncə
23.04.2012 23:50
Təhsil Nazirliyininn bütün səlahiyyətləri TQDK-ya verilsəydi lap əla olardı.Mən əminəm ki,Məleykə xanım məktəblərdə aparılan adına kurikulum qoyulan -təhsilsizlik islahatınin qarşısını alardı.Bu günlər məktəblər qorxunc və anlaşılmaz təhsil islahatını yaşayır.

Kimdən: kohne Bakili
23.04.2012 22:24
test sistemini ilk defe Elcibey yaratmishdi ve buda onun gosterdiyi neticenin behresidi. goresen heyder ozunden sonra ne qoyub?

Kimdən: Vaqif760 Haradan: Baki
23.04.2012 21:53
Saqolsun Meleyke xanimi bu buraxilis imtahanlari shagirdlerinde valdeyinlerinde ureyini uzurdu cox yaxsi qerardi INSALLAH davamida yaxsi olar cox inanmaq isteyirki bu yaxsi qerardan sonra qebul imtahanlarinda (bu il ve gelecekde) bunun evezine hec bir evez edici (genclerimizin ziyanina) hec bir surpriz olmayacaq ve inaniriqki Meleyke xanim bizim genclerimizin ve VETENIMIZIN geleceyini dusunub bu qerari verib.Cenab nazirin insafina qalsaydi hec kime atestat vermezdi.Millete bele qaygi gosterdiyine gore saqolsun Meleyke xanimi.

Kimdən: Iskender Haradan: Baki
23.04.2012 21:31
Bu iqtidarın rüşvetsiz işleyen tek bir qurumu var, o da TQDK. Bunun isbatı da cox asandır. Eger TQDK rüşvet alsaydı, repetitorluq olmazdı. Valedeyinler uşaqlarını müellim yanına hazırlaşmağa gönderirlerse bu odemekdir ki, 1) mekteblerde dersinlerin keyfiyyeti cox aşağıdır (Misir Medenovun "xidmeti"); 2) TQDK - da rüşvet demek olar ki (90%) yoxdur (Meleyke XANIMIN XİDMETİ). Eger TQDK-da rüşvet olsaydı valideyinler uşaqları müellim yanına göndermez, iki defe xerce girmezdiler, müellimlere veren pulu TQDK-ya verib ball alardılar.
Arzu edek ki, Meleyke xanım bu obyektlivi qoruyub saxlaya bilsin. Bu rahat mesele deyil. Eger iqtidar "dolya" teleb etse her şey deyişe biler. Amma men inanıram ki, Meleyke xanım bele halla qarşılaşsa istefa eder.
Halal olsun Meleyke Xanıma !
Cavab

Kimdən: kəmalə Haradan: Gəncə
24.04.2012 00:38
Bu doğrudan da belədir.Dərsliklərin keyfiyyəti cox aşağıdır.Bu da təhsil nazirliyinin iş fəaliyyətinin nəticəsidir. Daha doğrusu Fəaliyyətsizliyinin nəticəsidir. TQDK hər il öz işini düzgün qurmaq və təkmilləşdirmək ücün onlarla iş görür.Bunlardan birinə misal TQDK-nın Fənn seminarlarını göstərmək olar. Burada bütün bölgələrdən olan müəllimlər videobağlantiya qoşularaq öz fikirlərini bildirirlıər.Mən bu seminarlarin fəal iştirakcısıyam.Amma gəlin görək təhsil nazirli tərəfindən hec olmasa bir dəfə də olsun belə seminarlar kecirilirmi? Əsla! Kimin ağlına nə gəldi yazır,bu da olur dərslik.
Səhifə (2)
    Növbəti