çərşənbə, Fevral 10, 2016 Bakı vaxtı 12:38

    Siyasət

    İlham Əliyev: «Mənim sərəncamlarım şərtsiz və yubanmadan icra edilməlidir»

    Aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunları ilə bağlı iclası keçirilib
    Aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunları ilə bağlı iclası keçirilib
    «Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır».

    AzərTac-ın yaydığı məlumata görə, bu fikirləri prezident İlham Əliyev aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunları ilə bağlı keçirilən iclasdakı yekun çıxışında səsləndirib. 
     
    «KORRUPSİYAYA QARŞI MÜBARİZƏ BİR GÜN, BİR DƏQİQƏ SƏNGİMƏMƏLİDİR»
     
    Prezident həm inzibati tədbirlərin, həm də cəza tədbirlərinin gücləndirilməli olduğunu bildirib:
     
    «Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır».
     
    İlham Əliyev elektron xidmətlərin geniş şəkildə tətbiq edilməsinin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə çox böyük amil olduğunu söyləyib.

    «İKİ HƏFTƏ VAXT VERİRƏM...»  - KORRUPSİYA İCLASLARI
     
    «Elə qurumlar, nazirliklər vardır ki, tam şəkildə elektron xidmətləri göstərirlər. Məndəki siyahıda elə qurumlar var ki, elektron xidmətləri qismən göstərirlər. Elə qurumlar da var ki, ümumiyyətlə, elektron xidmət göstərmirlər. Mən o qurumların adlarını hələ ki, çəkmək istəmirəm, iki həftə vaxt verirəm, hər bir dövlət qurumunda elektron xidmət yaradılmalıdır. Mənim sərəncamlarım şərtsiz və yubanmadan icra edilməlidir. Sərəncam verilir və hər kəs bilməlidir ki, sərəncamın icrasına nəzarət də var və bu nəzarət güclüdür».
     
    MÜASİR DÖVLƏTƏ XAS OLAN HƏR ŞEY
     
    Prezident deyib ki, siyasi, iqtisadi və digər bütün sahələrdə müasir dövlətə xas olan bütün məsələlər tətbiq olunmalıdır. «Bu sahəyə çox böyük əhəmiyyət verilir. Biz korrupsiyaya və rüşvətxorluğa qarşı daha da geniş və ardıcıl mübarizə aparmalıyıq, aparırıq və aparacağıq»-deyə İlham Əliyev bildirib.
    Bu forum dayandırılıb
    Şərhləri sırala
    Səhifə (2)
        Növbəti 
    Kimdən: xalqin sasi Haradan: azarbaydcan
    19.04.2012 21:15
    HORMATLI PRIZDENT! Halva-Halva demakla agiz sirin olmur,Rysvatin qarisisini almag ycyn birinci novbada islahatlar aparmag lazimdir-:-1-milli maclis legitiv olmalidir. 2-Makama sistemi AZAD olmalidir.3-Matbuat va televiziya tam AZAD olmalidir,...va saira,...ONDA-siz rysvatin qarsisini ala bilarsiz .Bu va digar islahatlar olmasa -Danisiglar hamisi nagildir.


    .

    Kimdən: Мирадем Haradan: Москва
    18.04.2012 14:49
    Korrupsiyaya qarshi mubarizenin birce yolu var cenab prezident. O da ki, Kerbalayi Ismail demishken, at bu korrupsioner nazirleri ve onlarin elaltilatini ve kech xalqin terefine.

    Kimdən: Patriot Haradan: Rusiya
    18.04.2012 00:45
    Kulli miqdarda rusvet verib icra hakimi kecen memur, sizce cenab prezident korrupsiyaya qarsi mubarize apararmi? Eyer bele "antikarrupsiya"nin ikinci dalgasi baslayirsa onda zehmet cekib Qubanin icra hakiminden sorusun villalari hansi pulla alib, Ziya Memmedovun oglu hansi pulla holdiq sahibi olub, ne ucun indiyedek hec bir memur ve deputat gelir haqqinda deklarasiya teqdim etmeyib, ne ucun respublikada ancaq memurlarin qohumlari biznesle maneasiz mesgul ola bilirler?
    Butun bunlari nezere alsaq, bu soudan basqa bir sey deyil.

    Kimdən: Rushvet Haradan: Korrupsiyadan
    17.04.2012 23:12
    Ilham Aliyevin shexsi budcesi deyesen "kasiblashib", her zaman "korrupsiya ve rushvetle" mubarizeni bashlayanda, ve ya guclendirende rushvetin HAQQI artir?

    Kimdən: antiyap Haradan: Moskva
    17.04.2012 20:40
    Yene bashladi nagil danishmaga.O anlamaq istemir ki,onu ne memurlar nede sade insanlar ciddiye almirlar.Deyir ki korupsiya ile mubarize aparilir,sual yaranir bes sen kimsen? Sizin korrupsioner olduguvuzu butun dunya bilir ve bu isbat olunub(Dubay villalari,Aztelekom,Azal bank ve saire) amma helede korrupsiya ile mubarize nagilindan danishirsiz.

    Kimdən: Xalq Haradan: Azerbaycan
    17.04.2012 20:21
    "Yetim ve adamsizlar hazirlashsinlar", Ilham muellim, korrupsaya ve rushvetle mubarizede "AKULALARDAN, BALINALARDAN" bashlamaq lazimdir? ve ya ozunuzden, kimi alladirsiniz? Xalq size daha inanmir!
    Cavab

    Kimdən: Istifa Haradan: Sechki
    17.04.2012 20:34
    İ. Eliyein birden yadina dushurki, kechen il "korrupsiya ve rushvetle" mubarizeni guclendirmeli idi? Ilham muellim, bir ilde gozleyin, 2013-ci ilde prezeden sechkileri qabagi mubarizeni bashlayarsiniz? amma bilinmir, 2012-ci ilin axirina qeder ISTEFA vermeseniz?

    Kimdən: Xalq Haradan: Azerbaycan
    17.04.2012 20:04
    Ilham Elihyev danishdi, gulmeyim geldi. Besdi Xalqi allatdin? Bu sozleri kecen il qulaq asmishdiq? adice sual; "neye Quba Icra bashchisi Rauf Hebibovu hebs etmirsen? Fakt uz qabagindadir, evinden 4 milyon mebleginde pul..."

    Kimdən: Nebi Haradan: Bakidan
    17.04.2012 15:48
    cenab prezidnet, en iyrenc ve rusvetxor yerlden biri Baki Dovlet Universiteti, xususi ile onun Huquq fakultesidir. Buyurun mübarize aparin!


    Kimdən: ELÇİ BEY-eskeri Haradan: Quzey Azerbaycan Bakı
    17.04.2012 14:35
    Cenab Quzey Azerbaycan Respublikasının Prezidenti,bir ilden artıqdır ki,siz Respublikada ruşvet ve korrupsiya ile “mübarize” aparırsız.Cox teessüf ki,men hele de bu mübarizenin ciddi olduğunu görmürem.Bu sahede işler daha da pisleşib.
    16.04.12 de nazirleri başınıza toplayıb elan edirsiz ki,iki hefte vaxt verirem.Olsun! Görek,sizin teyin etdiyiniz memurlar,dediklerinizi icra edecek.Özüne hörmet eden ölke prezidentin gösterişleri, serencamları icra olunmursa, o nazirler qovulur!!!

    Kimdən: ZIYALI
    17.04.2012 14:27
    Elede dushundurucu terzde oturub qeyd edirler ki,guye hami ish bashina cumacaq.Ozleri ozlerini tutmayacaq ki,Orxan kimi yetimleri tutacaqlar, adi olacaq rushvetle mubarize dahada keskin aparilir.Milyonlarla rushvet alan icra hakimi qiragda qalib,rushvetxoru ifsha eden sade insanlar helede tusdaqdilar.MISLITELLERe bax.Kendxudalar hami goz qabagindadir,millete qan udduranlar dash yaddashimizi da sokub dagidirlar.
    Səhifə (2)
        Növbəti 
    Mobil əlavə
    Başqa sorğulara da bax Sorğu arxivi

    FORUMLAR

    Hər rayon özü-özünü dolandırmalı olacaq - Əli Həsənov

    “Hər il Çindən Avropaya və əksinə 300 milyon tondan çox yük daşınır. Azərbaycan bunun 10 faizini qəbul edib ötürə bilsə, əldə olunan gəlirlər çox böyük perspektivlər açacaq”

    17 şərh

    Akif : Əli Müəllim Ali Məhkəmə hakimlərinin etdikləri bazarlıqlardan xəbəriniz hər halda olmamış olmaz. Ancaq ... davamı

    640 milyon dollarlıq stadiondan toyxana kimi istifadə ediləcək

    «Yayda da Schumacher-in maşınını prokata götürərsiniz, gəlin maşını kimi…».

    17 şərh

    Niko: Analoqu olmayan toyxana!! davamı

    İcarə

    Rəssamın ifadə etmək istədiyi fikrə münasibətini sən də yaz, polemikaya qoşul.

    14 şərh

    DERDLİ: Azerbaycanın bir hissesi 23 ildir ki, icarededir. Yeqin ki, özüne ticaret üçün tikib, ... davamı

    Ən çox...