Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:46

Azərbaycan 8 martı qeyd etməli, yoxsa qadınlar üçün təqvimin başqa günününü tapmalıdır?


Azərbaycan qadınlar günü: 8 martı, yoxsa başqa gün?
Gözlə

No media source currently available

0:00 0:53:14 0:00
Direct-ə keçid

Azərbaycan qadınlar günü: 8 martı, yoxsa başqa gün?

Martın 9-da 14.00-15.00 qədər AzadlıqFM proqramda aşağıdakı məsələlər müzakirə olunub.

Qadınlar bayramını harda daha çox hiss etmək olar? Əgər cavabınız gül dükanı, paltar mağazaları və ya parfüm butiqləridirsə, deməli siz Facebookda deyilsiz.
Çünki bu günlərdə Facebookun əsas mövzusu 8 martdır. Kimin səhifəsinə girsən, təbrik statusları, gül-çicək otoları, qadınlar haqda müdrik kəlamlar, şeirlər görürsən.

Amma bu günün Azərbaycanda qeyd olunmasına etiraz edənlər də var.
AzadlıqFM-in növbəti buraxılışının əsas sualı belə idi

Azərbaycan 8 martı qeyd etməli, yoxsa qadınlar üçün təqvimin başqa günününü tapmalıdır?

Verilişə telefonla qoşulan 8 martın əleyhdarı, məktəb direktoru Ceyhun Bayramlı bildirdi: “Bizim özümüzün beynəlxalq səviyyədə qəbul ediləcək dəyərləri var. Eləcə də Azərbaycan kişisi, Azərbaycan cəmiyyəti öz qadının dəyərini daha yaxşı bilir”.

Studiyanın qonağı yazıçı Şərif Ağayar bidirdi: “Hər bir balaca ölkə öz milli dəyəri ilə durub meydana gəlsə, onda təsəvvür edin necə xaos olar? Dünya başbilənləri bu gün ortaq dəyərlər axtarır”.

Studiyanın digər qonağı jurnalist Aynur Talıbova dedi: “Bizim kişilərin “ana müqəddəsdir” deyə-deyə öz xanımlarının hüquqlarını tapdağına da inanıram”.

Telefonla efirə qoşulan yazar Sevinc Çılğın dediklərindən sitat: “Bəlkə bu günün xətrinə hansısa qadın qapaz yemirsə, hansısa işdən canı qurtarırsa, qadınını kafeyə, dönər yeməyə aparacaqsa, bunun nəyi pisdir”.

İndiki qadın gününü daha çox sovet qadınlarının haqqı çatdığını deyən Elçin Bayramlı hesab edir: “8 martı kontekstdən çıxarıblar, biznesə çeviriblər. Quru, lazımsız bir formaya salıblar. Bu günü bayram edənlər kommunistləri, solçu qadınları unutmasınlar.

MARAQLI SÖHBƏTİN SƏS YAZISINI DİNLƏ




XS
SM
MD
LG