bazar, Noyabr 23, 2014 Bakı vaxtı 08:22

Rubrikalar

HRW: İnsanların evindən çıxarılması «Eurovision»a kölgə salır

Bayraq Meydanındakı sonuncu bina sökülüri
|| 0:00:00
X
07.02.2012
Bayraq Meydanındakı sonuncu bina sakinləri tam köçürülmədən sökülməyə başlayıb. Binada yaşayan sakinlər hökumətin onlara verdiyi kompensasiya ilə qane olmadıqlarına görə hələ də köçmürlər.
Bayraq Meydanındakı sonuncu bina sökülür

Bunu da oxu

Video Bakıda yenə gecə vaxtı ev sökülüb (VİDEO)

Səməd Vurğun küçəsi 49 ünvanda yerləşən binanın söküntüyə etiraz edən sakinləri polisə aparılıb.
Azərbaycan hökuməti «Eurovision-2012» müsabiqəsi keçiriləcək ərazidə sonuncu binaları da sökmək üçün sakinləri məcburi yollarla çıxarmağa başlayıb. 
 
Bunu - beynəlxalq Human Rights Watch hüquq-müdafiə təşkilatı bildirir.
 
Təşkilatın bəyanatında deyilir ki, Azərbaycan hökuməti Bakı şəhər İcra Hakimiyyətinin hərəkətlərinin qanuniliyini araşdırmalı, sakinlərə adekvat kompensasiya ödəməlidir.
 
Fevralın 15-i səhər Bakı şəhərə icra hakimiyyətinin rəsmiləri Aqil Quliyev küçəsi,  5 ünvanında yerləşən 9 mərtəbəli binanın sakinlərini qanunsuz olaraq evlərindən çıxarmağa başlayıblar. 
 
«Eurovision» müsabiqəsinə ev sahibliyi Azərbaycan hökumətinə Bakını minlərlə turist və milyonlarla tamaşaçıya nümayiş etdirmək imkanı verir», - deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Willamson bildirib.  
 
H.Willamsonun fikrincə, «hərçənd yüzlərlə sakinin zorla evindən çıxarılması, evlərinin dağıdılması və mülkiyyətindən məhrum olması bu tədbirin keçirilməsinə kölgə salır». 
 
Sakinlər bildiriblər ki, fevral ayından binanın damını söküblər. Söküntü üzüaşağı davam edir. Binanın 9-cu mərtəbəsində yaşayanlar artıq köçüb. Fevralın 15-də 7 və 8-ci mərtəbələrin sakinlərindən köçmələrini tələb olunub. 
 
Binanın sakinlərindən biri Natalya Əlibəyova deyir ki, Azərbaycan donanmasının kapitanı, 8-ci mərtəbədə yaşayan Rafiq Hüseynovun ailəsinə köçmək üçün günortaya qədər vaxt veriblər: «Oturub ağladıq. Axı bu adam ömrünün yarısını bu ölkəyə həsr edib. İndi onu bayıra atırlar».
 
Rəsmilər Hüseynova kirayədə qalmaq üçün 300 manat təklif ediblər.
 
Bayraq Meydanı ətrafındakı ərazidəki tikinti işləri Azərbaycan «Eurovision 2011» müsabiqəsində qalib gələndən sonra intensivləşib. 2011-ci ilin mayında bu ərazidə Baku Crystal Hall-un tikintisinə başlanıb. Bakı şəhər icra hakimiyyəti bildirib ki, bina ərazinin genişləndirilməsi məqsədilə sökülür. 
 
«BU AZƏRBAYCAN HAKİMİYYƏTİNİN İDDİALI ŞƏHƏRİN GÖZƏLLƏŞDİRİLMƏSİ PROQRAMINA LƏKƏ GƏTİRİB»
 
x
Payızda ərazidəki digər binalar şəhərin mərkəzindən bura yol salmaq məqsədi ilə sökülüb.
 
«Human Rights Watch» Bayraq Meydanındakı məcburi köçürülmə ilə bağlı müsabiqəni keçirən Avropa Yayımları Birliyi ilə əlaqə saxlayıb. AYB müsabiqənin qeyri-siyasi tədbir olduğunu, hökumətin bu söküntü işlərinin mahnı müsabiqəsi ilə əlaqəsi olmadığı ilə bağlı arqumentin əsas gətirərək özünü bu məsələlərdən kənar tutmağa çalışıb. 
 
«Human Rights Watch» bildirir ki, buna baxmayaraq nə Azərbaycan hökuməti, nə Avropa Yayımları Birliyi istəməz ki,  mahnı müsabiqəsinə insan hüquqlarının pozulması ilə kölgə düşsün. Ona görə də AYB hökuməti sakinlərin evlərindən köçürülməsi ilə müşayiət olunan kobud insan hüquqları pozuntularına son qoymağa çağırmalıdır.  HRW həmçinin AYB-nin üzvü olan milli televiziya şirkətlərini də birliyin bu məsələdə səsini yüksəltməsi üçün təsir etməyə çağırıb. 
 
Adının çəkilməsini istəməyən bina sakinlərindən biri isə deyib ki, sakinlər evləri söküləndə icra hakimiyyətinin nümayəndəsinə deyiblər ki, onlar ərazidə yerləşən binalara da köçə bilərlər. Ancaq icra hakimiyyətinin nümayəndələri deyib ki, «onlar elit binalardır və elita üçün nəzərdə tutulub». 
 
Aqil Quliyev küçəsi 5 ünvanından sakinlərin məcburi çıxarılması Bakıda 2008-ci ildən başlanmış mülkiyyətin qanunsuz əlindən alınma və qanunsuz söküntü işlərinin bir hissəsidir. Bu Azərbaycan hakimiyyətinin iddialı şəhərin gözəlləşdirilməsi proqramına ləkə gətirib. Proqram çərçivəsində hakimiyyət orqanları minlərlə əmlakı bağlar, parklar, yollar və lüks binaların tikintisi üçün orta təbəqəyə mənsub olan adamlardan qanunsuz alıb. 
 
«Bu sakinlər sadəcə onlara qanunla verilməli olanı istəyirlər. Ədalətli qiymətləndirmə prosesi və öz evləri  üçün ədalətli qiymət istəyirlər. Əvəzində isə onlar evlərindən məcburi çıxarılma və ədalətsizliklə üzləşirlər», deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Willamson bildirib.    

Sayta hazırladı: Kəbiran Dilavərli
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: SA Haradan: BAKİ
19.02.2012 14:41
Kadrdaki xanimdan sorusmaq isterdimki ne qeder isteyirsen kv metresi 10000 versinler?kv metresi 1500 eladi al pulunu get istediyin yerde super evde yasa.Prezident verirdee ele bu pulu size.
Cavab

Kimdən: Bakili Haradan: Baki
19.02.2012 17:44
Mən razı 1500 əladır amma o arvadın başına gələnlər sənin başına gəlsə idi onda görüm nə edərdin. Bəs narahatçılığa və mənəvi və psixoloji təzyiq və ziyana görə kim pul ödəyəcək ay Sənə Mən nə deyim.
Cavab

Kimdən: SA Haradan: BAKI
19.02.2012 19:31
Qaqash menevi psixaloji tezyiq altina dusmek istemeyen vaxtinda 1500 azn kv metreye gore alib cixardi.Bunlar kiminse tirkasina gedibler,ona gore bu gun bu hala dusubler.bu binada 65 aile-ne oldu 50 aileni qane eledi yerde qalani goyden dusmedi?kadrda xanim deyirki 100 min verib atiblar bizi kenara.Beyem 100 min az puldu?100 mine istediyin seraiti qura bilersen.

Kimdən: SA Haradan: BAKI
19.02.2012 14:18
Besdirin hokmetin eleyhine bildi bilmedi danismalri.Kimin basina ne gelir bu aralar ele evrovisionun ustune firladir.Abadlasmianin neyi pisdiki,bizler ucun edirlerde.Qaldiki torpaqlarin qaytarilmasi,vallahi sabah muharibe baslasa haminiz qacib gizleneceksiniz.Manitor arxasinda hami ozunu ejdaha sayir.Sokurler demek bele meslehetdi,vaxtile tikilb indi basqa yere kocurub sokurler.Atalarin bele bir meseli var-Ölü qoyun südlü olar.Bizim milletde beledide,belkede burani sokmemisden evvel ele hey dusunurdulerki burani bir sokseydiler basqa yere cixardiq.İndi sokurler deye cixmaq istemirler ve ya yuksek mebleq teklif edirler.2 otaqlidan cixib villada yasamaq isteyirler.Besdirin menasiz serhlerinizle dusmenin eline sans verirsiz.Vaxtinda cixanlar hecde eziyyet cekmedi xosbext yeni yuvalarinda yasayirlar,kim menem menem edib cixmayib bu gun onlar eziyyet cekir.

Kimdən: Emil Haradan: Rusiya
19.02.2012 01:32
Eliyevler hokumeti neinki "Evrovision"-a,hetta butun azeri-turk xalqina leke getirdi.Mircefer Bagirov rehmet aparacaq bunlarin yaninda....

Kimdən: Edalet Haradan: Viborq
17.02.2012 23:19
sozun duzu men yap hakimiyyetinin bizi dunyada rusvay etmesinden qorxuram,yene deyecekler evrovizionu rushvetxor ulu heyderin oqlu rushvetxor ilham eliyev getirib.
Cavab

Kimdən: SA Haradan: BAKI
19.02.2012 15:04
Hansi lekeden danisirsan qaqas?Inkisaf ne vaxtdan leke sayilir?

Kimdən: RAUF Haradan: HESENOV
17.02.2012 18:50
HELE BU HARASIDI SIZ EVROVISIONDAN SONRA VUR CATDASINA BAXINEEE.
Cavab

Kimdən: SA Haradan: BAKI
19.02.2012 15:10
Qaqash qorxma rusvay olmariq.Bir bizim milletdediye qelebemizi hezm ede bilmirik.Bu yarisma 57 ildi kecirilir 56 dovlet normal qelebeni bayram edib.Amma bizimkiler her qelebemizin arxasinda nese axtaririqki dovletimizi yigib suruyek.

Kimdən: BILƏN BİLİR
17.02.2012 17:45
Sulu təpə qəsəbəsində NZS qəsəbəsindədə evləri evrovisyonan sonra sökəcəklər.

Kimdən: pessimist Haradan: bayıl
17.02.2012 17:06
göz yaşları üzərində mahnı yarışması... görəsən bu yarışmada öxuyan müğənnilər hansı hissi keçirəcəklər?

Kimdən: ali-rza Haradan: kurdistan
17.02.2012 16:59
Aliyevler ailesi ve onlarin etrafindaki muteshekkil korrupsioner deste Azerbaycan Xalqinin pullarini qaytarin! Besdir servetleri talayib-ogurladiniz?

Kimdən: ELÇİ BEY-eskeri Haradan: Quzey Azerbaycan Bakı
17.02.2012 16:45
HRW: Azerbaycan Hökümetine tapşırır ki,Bakı İcra Hakimiyyetinin hereketlerinin qanuniliyini araşdırsın.Maraqlıdır! Beynelxalq teşkilat bilmir ki,hakimiyyeti zebt edenler bir-birinin yanında gözü kölgelidiler.Heç dövlet başçısı hansısa bir memuru yerinden terpede bilmir.Indi nece onlar bir-birilerini yoxlasınlar.

Cavab

Kimdən: əli Haradan: bakı
19.02.2012 00:51
bu dövlət az torpağının 20% verilməsini bayram edir. evrovizion az ücün bir korupsiya mənbyidir. əgər qeyrətin var torpağını al yox ki mütrüfləri gətirəsiniz bakıya\