bazar, Oktyabr 26, 2014 Bakı vaxtı 03:31

Rubrikalar / Şərq Qapısı

Naxçıvanda əhalinin sayı 2 faiz artıb

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!


Sayı: 245(20.403) 29 dekabr 2011
 
CARİ İLİN İLK ON BİR AYI ÜZRƏ MUXTAR RESPUBLİKANIN SOSİAL – İQTİSADİ İNKİŞAFI
 
x
Naxçıvan Muxtar Respublika Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar – noyabr aylarında muxtar respublikada əhalinin gəlirləri 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 48,7 faiz artaraq 1 milyard 372 milyon 173 min 700 manat, onun hər bir nəfərə düşən həcmi isə 45,8 faiz yüksələrək 3315,3 manat təşkil etmişdir. Bu dövr ərzində əhali əmanətlərinin həcmi üzrə 18,5 faizlik artım müşahidə olunmuşdur. Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhalinin rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır... 1 dekabr 2011-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 8222 nəfər və ya 2 faiz artaraq 417692 nəfər təşkil etmişdir...
 
STOMATOLOQLAR  ÜÇÜN SEMİNAR
 
...Mərkəzi Uşaq Xəstəxanası stomatologiya şöbəsinin müdiri İldırım Heydərov “Dişlərin anomaliyası”, həkim – stomatoloqlardan Aysel Rəhimova “Dişlərin inkişafının pozulması”, Elşən Hüseynov “Diş kariyesi, diş kisəsi və dişin sərt toxumasının xəstəlikləri”, Rövşən Babayev “Uşaqlarda paradont xəstəliklərinin profilaktikası və müasir müalicə prinsipləri”, Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin tələbəsi Tural Hümbətov “Dişlərin travması”, Mərkəzi Uşaq Xəstəxanasının həkim – stomatoloqu Natəvan Rzayeva “Stomatologiyada dezinfeksiyaedici məhlulların və sterilizasiyanın istifadəsinə müasir baxış” mövzularında məruzələr etmişlər...
 
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
 
- Naxçıvan Muxtar Respublikasının Sosial – iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunur.
- Şəbəkə nədir?
- Naxçıvan Muxtar Respublikası N saylı hərbi hissə 2012- ci il üçün tələb olunan ərzaq və tərəvəz məhsullarının satın alınması üzrə təkliflər sorğusu elan edir.
- Cari ilin son müsahibə mərhələsi.
- Xalq – ordu birliyi
- Fransa parlamentinin göz yaşları ermənilər üçün tökülmür.

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Cabrayil
06.02.2012 10:16
Naxcivanda ahalinin artmasini hami bilir.Amma bu ahali haradan galib dolub Naxcivana onu niya aciqlamirsiniz?

Kimdən: artista Haradan: Ist
05.02.2012 23:52
wau!
run forrest run :)

Kimdən: beko Haradan: baki
05.02.2012 23:41
bu bir heqiqetdir ki.Naxcivanda ehalinin sayi artir.Naxcivan dunyanin en gozel seheridir,cennet gormek isteyen NAXCIVANA gelsin

Kimdən: Zengin atanin Haradan: ac ovladlari
05.02.2012 22:46
100% yalan melumatdir.Naxcivan ehalisi yoxsulluq,ishsizlik ve Talibovlarin tezyiqinden kutlevi sekilde Bakiya kocurler.Demek olar ki,Naxcivan ozelleserek Talibovlarin sexsi mulkiyyetine cevrilib.Heftenin 6 gunu bazar gunu ise gunorta saat 12 -ye qeder imeclik olur.Mekteb muellimleri tras supururler.Ehali koleye cevrilib.Hec bir jurnalist curet edib kamerasi ile Naxcivana gire bilmez(AZTV 1-den suvayi).Inkisaf etmis bolgede dizel yanacaginin qiymeti 1 manatdan asagi dusmur.O da qita cixib,talonla satirlar.Hele Azerbaycanda ele bir ovlad dogulmayib ki,Naxcivana sermaye qoysun.Kemaleddinin bele gucu catmadi ora girmeye.Buda inkisaf......
Cavab

Kimdən: naxcivanlo Haradan: nehrem
06.02.2012 13:32
bunlar yteqin kurdleride siyahiya salirlar.ve en esasi qeydiyatdan cixmayanlari da siyahiya salirlar..bir heqiqetide demek isteyirtem ki qeydiyatdan cixanlarda hemcinin defakto naxcivan sakini sayilir.ona gore naxcivan statistika komitesi vasifin qorxusundan sisirdir reqemleri

Kimdən: Ay Ulduz Haradan: Naxcivan
05.02.2012 19:19
Eger sheher ve muxtar respublikadan bir defelik kocen insanlari qeydiyyatdan cixarmirlarsa, tebii shekilde bu reqem artmis olaraq gorunuz.

Statistika ise, Vasif Talibovun hormetsiz gosterisleri ile olunu de diri qeyd edir onsuz.

Geriye qalan insanlarin qazancinin artmasi, tebii artim hedden artiq coxdur, ama Talibovlar ve onlarin elaltilarinin, geriye qalan insanlar ise acliqdan az qalir olsun!

Budur Naxcivanin dovrani!
Cavab

Kimdən: beko Haradan: baki
05.02.2012 23:46
hormetli ay-ulduz yalanlarinizla nedemek isteyirsiniz bilmirem.ama bu dedikleriniz heqiqete uyqun deyil.sizin dedikleriniz ferziye naxcivanin gozellesmesi ise faktdir
Cavab

Kimdən: Canim ay beko Haradan: naxcivan
06.02.2012 09:19
Beko sen kimin adamisan ? Millet kor deyil ki. Gozellik oz yerinde , yoxsulluq ,iwsizlik, yersiz tezyiqler milletin ordan kutlevi kocune sebeb olub. Bunu hami bilir de, ozuvu gulunc veziyyete salma. Realist ol biraz

Oxuyan gərək...