Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:44

Sarkisian yenə Qarabağa gedib


Ermənistan prezidenti Serzh Sarkisian (soldan ikinci) Qarabağda Azərbaycan ordusu ilə təmas xəttini müşahidə edir. 3 yanvar 2012
Ermənistan prezidenti Serzh Sarkisian (soldan ikinci) Qarabağda Azərbaycan ordusu ilə təmas xəttini müşahidə edir. 3 yanvar 2012

Ermənistanın prezidenti Serzh Sakisian yanvarın 3-də Qarabağa gedib. O, Qarabağ ermənilərinin rəhbəri Bako Saakyanla birlikdə Azərbaycanın işğal altında olan Xocavənd rayonunda hərbi hissələri gəzib.

Onlar rayonun mərkəzində idman kompleksinin açılışına qatılıblar.

Sarkisianla Saakyan Əsgəran rayonunda ağac emalı fabrikinə, Şuşada isə yeni emal müəssisələrinə baş çəkiblər.

Ermənistan prezidenti Qarabağa tez-tez səfərlər edir, hərbi təlimləri izləyir və Azərbaycan əleyhinə bəyanatlar verir.

20 ilə yaxındır ki, Azərbaycanın işğal altında olan bu əraziləri barədə danışıqlar gedir, hələlik ciddi nəticələr əldə edilməyib.
XS
SM
MD
LG