Cümə axşamı, Aprel 17, 2014 Bakı vaxtı 05:48

İqtisadiyyat

Prezident «Bakı Ağ şəhər» meqalayihəsinə start verdi

İlham Əliyev şənbə günü – dekabrın 24-də «Bakı Ağ şəhər» layihəsinin təməlqoyma mərasimində iştirak edibİlham Əliyev şənbə günü – dekabrın 24-də «Bakı Ağ şəhər» layihəsinin təməlqoyma mərasimində iştirak edib
x
İlham Əliyev şənbə günü – dekabrın 24-də «Bakı Ağ şəhər» layihəsinin təməlqoyma mərasimində iştirak edib
İlham Əliyev şənbə günü – dekabrın 24-də «Bakı Ağ şəhər» layihəsinin təməlqoyma mərasimində iştirak edib
Şriftin ölçüsünü dəyiş - +
PREZİDENT: «DÜNYADA BÖHRAN, AZƏRBAYCANDA İSƏ MİLYARDLIQ LAYİHƏNİN TƏMƏLİ QOYULUR»

İlham Əliyev şənbə günü – dekabrın 24-də «Bakı Ağ şəhər» layihəsinin təməlqoyma mərasimində iştirak edib. O deyib:

«Bu layihənin bu il icrası ona görə əlamətdardır ki, dünyada indi iqtisadi-maliyyə böhranı hökm sürür. Bəzi mütəxəssislər deyirlər ki, böhranın yeni dalğası gözlənilir, bəlkə də başlamışdır. Bütün dünyanın maliyyə sektorunda böhranlı meyllər güclənir. Bəzi ölkələrdə iqtisadi böhran o həddə çatıb ki, insanlar küçələrə axışır. Pensiyalar, maaşlar kəsilir. Bütün infrastruktur layihələrinin icrası dayandırılır. Azərbaycanda isə biz böyük milyardlarla dollar həcmində ölçülən layihənin təməlini qoyuruq».

«Ağ şəhər» layihəsi Bakı buxtasının mərkəzində yerləşən, 221 hektarlıq ərazidə reallaşacaq. Bu yer həmişə «Qara şəhər» kimi tanınıb. İndisə orda inzibati və yaşayış binaları, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaq.

Məqalə videonun altından davam edir



Layihə İlham Əliyevin xüsusi Fərmanı ilə təsdiqlənib. Baş məsləhətçisi Böyük Britaniyanın beynəlxalq layihələndirmə şirkətidir. Onun hazırlanmasında yerli mütəxəssislər də iştirak edib.  

«BU LAYİHƏNİN ADI DA GÖZƏLDİR, MEMARLIĞI DA»

Prezident mərasim iştirakçılarına deyib:

«Şəhər içində şəhər yaradacağıq. «Ağ şəhər» layihəsi artıq bundan sonra icra edilməyə başlayır. Bu, ölkəmiz, şəhərimiz üçün çox əlamətdar hadisədir. Bu şəhərin adı da gözəldir, memarlığı, quruluşu da. Bu şəhərin Bakıda yaradılması rəmzi məna daşıyır. Çünki «Qara şəhər» ərazisində «Ağ şəhər» yaradılır».

«BU ŞƏHƏRİ ÖZƏL SEKTOR TİKƏCƏK»

«Bakı Ağ şəhər» layihəsi«Bakı Ağ şəhər» layihəsi
x
«Bakı Ağ şəhər» layihəsi
«Bakı Ağ şəhər» layihəsi
İlham Əliyev deyib ki, layihənin reallaşmasında daha çox özəl sektor iştirak edəcək:
«Biz bilirik ki, investorlar gələcəklər. Çünki bu şəhəri tikən özəl sektor olacaq. Dövlət burada yalnız infrastruktur layihələrini icra edir. Burada metro stansiyası da tikiləcəkdir. Bütün xətlər, kommunal xidmətlər dövlət tərəfindən icra ediləcəkdir. Yollar və sairə. Bütün binaları, ofisləri özəl sektor tikməlidir və tikəcəkdir, həm yerli şirkətlər, həm xarici şirkətlər. Azərbaycan xarici investisiyalar üçün çox münasib bir yerdir. Biz bütün investisiyaları alqışlayırıq».

«AZƏRBAYCAN HÖKUMƏTİNİN VƏ PREZİDENTİN İMİC ANLAYIŞI HƏRDƏN ABSURDLAŞIR»

İlham Əliyev iqtidarının meqa layihələrini şərh edərkən iqtisadçı Natiq Cəfərli belə deyir. Onun sözlərinə görə, bu tip layihələr 2 məqsədə xidmət edir:

Natiq CəfərliNatiq Cəfərli
x
Natiq Cəfərli
Natiq Cəfərli
«Birincisi budur ki, Azərbaycan söz sahibi olduğunu göstərmək istəyir. Yəni dünyada böhrandır, amma Azərbaycan layihələrə böyük pullar qoyur. İkincisi, korrupsiya məsələsidir. Neft gəlirləri bu cür meqa  layihələrdə mənimsənir. Əslində belə layihələr əsaslandırılmalıdır. Azərbaycanda bu əsaslandırma da, şəffaflıq da yoxdur».

«BÖHRANIN İKİNCİ DALĞASI GƏLSƏ VƏ NEFTİN QİYMƏTİ DÜŞSƏ...»

Ekspertin dediyinə görə, hakimiyyətin də etiraf etdiyi kimi növbəti il dünyada daha dərin böhran yaşana bilər ki, bu da iqtisadiyyatı neftdən asılı Azərbaycanda pis nəticələrə gətirər:

«Azərbaycan prezidenti və ya hökuməti güvənə bilməz ki, neftin qiyməti və ya hasilatı həmişə belə yüksək olacaq. Özlərinin də qeyd etdiyi kimi Avropada, dünyada böhranın ikinci dalğası yaxınlaşır. Bəzi ekspertlərə 2012-ci ildə 2008-ci il krizisindən daha dərin böhran ola bilər. 2008-ci ildə neftin qiyməti 33 dollara qədər endi. Siz təsəvvür edin, ikinci böyük dalğa gəlsə və neftin qiymətinə təsir etsə, onda Azərbaycanın iqtisadi inkişafı hansı vəziyyətdə olacaq? Neft hasilatı azalan kimi bu il Azərbaycan ÜDM-in artım tempinə görə MDB-də hamıdan geridə qaldı, hətta Ermənistandan da. Bu da sübut edir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı deyil. Neftin qiymətindən və hasilatından asılıdı».

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: bes Haradan: baki
01.01.2012 10:37
Bes bu sheherin turmeleri harda olacaq? Muxalifet uchun

Kimdən: Mentiq
30.12.2011 19:52
Men basha dushmurem, Siz xalqin dushmenisiz ya dostu? Adamlar Bakini, olkemizi gozelleshdirir, Siz ise Ermeniperest-Ermeniperest danishirsiz. Ichinizden birinin "Bu olkenin cemi 21 yashi var" - deye bir shey seslendirdimi? USA 1776-ci ilden beri hele de inkishaf edir. Bunu niye demirsiz bes?
Size camaatin pulunun, cibinin ve s.+ ne dexli var? Dunyani Siz qurmusuz, yoxsa Siz idare etmek fikrindesiz?
Eger Siz daha guclusune, daha yaxshisina qadirsinizse bes niye danishirsiz? Ele birinin de qulpundan siz yapishin da! Bosh-bosh yazi-pozulara vaxt itirdiyinize, bir mektebin bir partasini duzeldin, qoy xalq da desin aferin!
Cavab

Kimdən: Menden Haradan: Bakidan
07.01.2012 22:35
Oturmusuz xezinenin ustunde lut camaata deyirsiz pul xercleyin? Hansi pula neyi duzeldek? Umud edirem ki, vicdaniniz size bir daha bele tip sheylere yazmaga imkan vermez.

Kimdən: Cindar Haradan: Baki
26.12.2011 18:20
Bakınin belə sürətlə və zövqlə tikilməsi əlbəttə hamının ürəyincə olmalıdır. Azərbaycan Prezidentinə bu işlərinə görə təşəkkür edirəm. Azərbaycan xalına ad günündə bağışladığı ən gözəl hədiyyədir. Onu ad günü münasibəti ilə təbrik edirəm, arzu edirəm, Allah ona uzun ömr və can sağlığı versin və Gözəl xanımı ilə birlikdə bu proeüktləri həyata keçirsinlər.
Yeni iqtisadi böhranları yuxuda görən dünənki kəndçi uşaqlarına məsləhətim budur: bir az savadlarını artırsınlar, dünyada gedən proseslərə düzgün qiymət versinlər, acından ölən Ermənistanlarına baxsınlar, anlasınlar ki, Azərbaycana gəliblər, erməni psixologiyasını unutmalıdırlar. Yüsək tərəqqi görən Azərbaycanımızla fəxr etsinlər.
Belə sürətlə inkişaf edən ölkənin qarşısında, bir ölkə dayana bilməyəcək. Bir vətəndaş kimi Prezidentin belə əməllərini dəstəkləməliyik, əks halda ermənilərin gününə düşəcəyik.
Cavab

Kimdən: Ramin Haradan: sumqayit
28.12.2011 19:57
Sen Azerbaycanla ermenistani niye muqayise edirsen? bizim geder nefti gazi tebii servetleri olan olkelerle mugayise ele gorek ne alinir,
ermenistanda bizim geder cox yox nefti olsaydi gelib bakini almishdilar indiye kimi, amma bizimkiler ermenilerden oz torpaglarini ala bilmirler cunki aga deyir dur durur deyir otur oturur basha dushdun? camahati deli yerini goyub artig mezelenirsiz diyesen.
Cavab

Kimdən: Elnur Haradan: Moskva
27.12.2011 22:39
sen ozune savadli deyirsen? kendciyede meslehet gorursen? yazindan gorunur savadin necedir.
Cavab

Kimdən: Aydın Haradan: Şəki
27.12.2011 03:05
Ay yoldaş! Bizim şirkərdə ("Şəki-İpək" ASC) orta əmək haqqı 100 manatdır. Bu 100 manatla necə dolanaq? İndi de görüm acından ölən ermənilərdir, ya biz? Siz bilirsiniz ki, Azərbaycanda qiymətlər, Ermənistandan, Gürcüstandan 4 dəfə bahadır? adi bir misal, burada təkərin 1- i 100 manatdırsa, Gürcüstanda 4-ü 100 manatdır!
Sonra da deyin görüm Azərbaycanda nə inkifaf edir? Top düzəldir, tank düzəldir, təyyarə düzəldir, ya motosklet də yox, heç olmasa bir velesoped düzəldir? Heç bir inkişaf zad yoxdur, əhali gündən-günə bir az da pis yaşamağa başlayır. Bakıda tikilən binalar məgər bizim üçündür? Heç eşitmisiniz ki, hökümət hansısa kasıba, evsizə ev versin? Əsla, heç vaxt verməz! Verər Aygün Kazımovaya, amma kasıba verməz, heç Vətən uğrunda vuruşan kasıba da verməz!

Kimdən: sds Haradan: sds
26.12.2011 04:37
qoy tiksinlerde neftin pulunu onsuz yeyirler gedib ozlerine dubayda ev alana kimi qoy bakini tekce bakini yox her yeri gozel etsinler belke neft qutarandan sora turuzim zad yaxsi ola

Kimdən: Aydın Haradan: Şəki
26.12.2011 00:10
Ağ şəhərə nə qədər pul gedəcək? Sözsüz ki söhbət milyardlardan gedir, azı 5-6 milyarad manat! Nə qazanacaqlar? 2000 nəfər fəhlə işləyəcək, əmək haqqı 300 manat. Onların da əksəriyyəti rayon uşaqları olacaq, əkinçiliklə məşğul olmaq əvəzinə, gəlib Bakıda fəhləlik edəcəklər. 300-400 xarici vətəndaş olacaq, 3-4 min manat alacaqlar. Yalnız məmurlara məxsus şirkətlərin tikinti materiallarından istifadə ediləcək, yəni məmurların şirkətlərində istehsal artacaq, başqa sözlə məmurlar daha çox qazanacaq, gəlirləri bir xeyli artacaq. Qara şəhərdəki evlər söküləcək, evlərinə sənəd almayanlar, evlərinə pasport qeydiyyatına düşməyə pulu olmayanlar - kasıb əhali, ya şəhər ətrafına sürgün ediləcək, ya da sadəcə qovulacaq, sənədləri qaydasında olanlar isə Bakı şəhərində məmurlar tərəfindən tikilən binalara dövlət hesabına yerləşdiriləcəklər....
Hesab edirəm ki bu layihə Azərbaycan xalqı üçün yaxşı heç nə vermir. Layihəyə sərf edilən vəsait sənayenin inkişafına sərf olunsa idi daha yaxşı olardı. Məsələn, bu pula 1 avtomobil zavodu yaratmaq olardı. Nəticədə azı 5-10 min adam işlə təmin olunardı, hər il keyfiyyətsiz avtobuslar almaq üçün Çin-Koreya və 1-2 Azərbaycan məmurunun cibinə axan pullar Azərbaycana qalardı! Deyirlər iqtisadi böhran Azərbaycana təsir etməyib?! Cənablar, bəyəm Azərbaycanda güclü iqtisadiyyat var ki Azərbaycana hansısa böhran təsir etsin? İqtisadi böhran iqtisadiyyatı güçlü olan ölkələrə təsir edir. Azərbaycanda isə demək olar ki heç nə istehsal olunmur, eksporta gedən malların 95 faizi neft və neft məhsullarıdır! Azərbaycan adambaşına düşən ÜDM həcmiunə görəhətta Afrika ölkələrindən geri qalı, nəinki Ermənistandan. Bəli, bəli, rəsmi statiskaya inanmayın, özünüz hesablayın. Məsələn, tutalım ki Azərbaycan əhalisi 10 milyon nəfərdir və 2011-ci ildə Azərbaycanda ÜDM 100 milyard manat olub, bu hesabla adambaşına 10 min manat düşür. Amma nəzərə alanda ki 100 milyardın 90 miyardı xarici banklara qoyulub, yaxud xarıcı vətəndaşların cibinə gedib, o zaman Azərbaycanda adambaşına düşən ÜDM 10 min manat yox, cəmi min manat olacaqdır!!!

Kimdən: Azərbaycanlıdan Haradan: Azərbaycandan
25.12.2011 22:55
Ay millət! Siz görmürsünüz kı, kasıb-küsübu şəhərdən kənara atirllar. Bunlar şəhərin mərkəzindəki evləri tam söküb, yerində isə özləri ücün (Kamaləddin, Cahangir, Ziya, Birinci xanımın atasa-gaynata, xanımın özü, guda, əmi və AİLƏNİN sairə üzvləri ) başga evlər tikib özəlləşdirəçəklər, sonra həmin evi tikən şirkətlər ilə birliklə varlı adamlara baha giymətə sataçaglar ki, daha cox varlansınlar. Orada yaşayanlari isə şəhərin kanarına atacaglar. Deyin görək İndiyə gədər kim nə deyə bilibdir???. Bunlar nə istəirlər onu da edirlər. Hansi vətəndaşın pozulmuş mülküyyət hügugu məhkəmədə bərpa olunub??? "Gış bulvari" məsələsi kimi, indi də "Ag şəhər" məsələsini ortaya atıb kasıbları şəhərdən kənara cıxartmag və varlanmag istəyirlər.

Kimdən: Azik Haradan: Baki
25.12.2011 21:57
Bu aq seher layihesi cox gözeldir emmasi olmasa cünki Hacibala müəllimin Sixov daqinin üstindeki iki villa indi dörd olacaq garacindaki masinlarin sayi 30-40yox 100olacaq ecaba bunlarin aldiqi masla milyardliq villalari nece tikirler ,bize catanda Qarabaq elili deyib 144manat besindi get aileni saxla bu pensiya usaqlarin tehsil haqqini ödemir ona görede ey millet bize baxin sonra vətən haqqinda düsünün vətən bizim ücün deyil xalqin cibinə giren məmurlarindi belə bir deyim var vətən ücün aqlayan kor olar bu bizim vetən olsaydi Qarabaq əlilləri ən uca zirvədə yer tutardi, qorxusundan gizlenen memur balalari kimi xaricde gezərdi

Kimdən: qoyundan Haradan: tovleden
25.12.2011 21:43
qara tovlem ag olacaq! uraaa! e bagislayin ! meeeeee!

Kimdən: Anonim
25.12.2011 19:34
gözəl proyektdir.....Bəyənilsin.
Acliq olsun kef olsun.

Kimdən: vətəndaşdan Haradan: işgal altındakı Bakıdan
25.12.2011 18:55
deyirlərki özəl sektorun pulunu xərcləyəcəklər?Özəl sekora pul hardandı? Özəl sektor kimə məxsusdu?Bu böyük bir pul mənimsəmə proektidir! inşALLAH o evlər tikilincə mafiyanın axiri catar və evləri kasıblara,evsiz eşiksizlərə , veteranlara paylayarıq!
Səhifə (2)
    Növbəti