çərşənbə axşamı, Oktyabr 21, 2014 Bakı vaxtı 21:43

Verilişlər / İşdən sonra

Naxçıvan MTN-də baş verən ölüm hadisəsinin müəmmaları (VİDEO)

Arxiv fotoArxiv foto
x
Arxiv foto
Arxiv foto

Bunu da oxu

MTN rəsmisi: «Ombudsmanın müraciəti üzrə araşdırma aparılır»

MTN Culfa sakini Turac Zeynalovun ölümünün səbəblərini araşdırır

Baş prokuror Turac Zeynalovun ölümünün araşdırılmasını nəzarətə götürüb

Bu haqda Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib

Video Ombudsman Naxçıvandakı ölümün səbəblərini araşdırır (VIDEO)

Elmira Süleymanova Turac Zeynalovun ölümü ilə bağlı prokurorluğa və MTN-ə müraciət edir

Dinlə Naxçıvandakı ölüm hadisəsini hüquq müdafiəçiləri müzakirə edir

«Fakt odur ki, insan evində, qohum əqrəbasının evində yox, güc strukturlarının birinin idarəsində dünyasını dəyişib»

Naxçıvan MTN-də müəmmalı ölüm

Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə çağırılan Culfa rayon sakini Turac Zeynalov evlərinə ölü olaraq göndərilib

Avqust ayında Naxçıvan MTN-də ölən Turac Zeynalovun yaxınları hadisədən şikayət etmək üçün Bakıya gəliblər. Onlar iddia edirlər ki, Turac Zeynalovun ölümünə səbəb onun Naxçıvan MTN-də işgəncəyə məruz qalmasıdır.

Mərhumun bədənində olan zorakılıq əlamətlərinin videogörüntülərini AzadlıqRadiosuna təqdim edən Zeynalovlar əlavə edirlər ki, Naxçıvan Muxtar respublikasının müxtəlif dövlət orqanlarına şikayətləri nəticəsiz qalır, ona görə də ədalət dalınca Bakıya gəliblər.

Noyabrın 30-da Turac Zeynalovun atası Şuriyyə Zeynalov və həyat yoldaşı Gülnar Zeynalovanın "İşdən Sonra" proqramına müsahibə veriblər. Proqramda deyilənləri ixtisarla təqdim edirik.

(Söhbətin audio yazısını burada dinləyə bilərsiniz)

Şuriyyə Zeynalov:
- Avqustun 24-də axşamçağı mənim oğlumu çağırdılar Milli Təhlükəsizlik Nazirliyinə. Ayın 25-də isə gəlinlə məni çağırdılar həmin idarəyə. Orada oğlumla görüşdüm və dedim günahın varsa boynuna al. Dedi ata, mənim günahım yoxdur. Oradakı işçilərdən Pərvizə dedim ki, oğlumu niyə döymüsən?

Xədicə İsmayılova: 
- Döyüldüyünü haradan bildiniz?

-  Yeriyə bilmirdi, başı da yara idi.

- Yəni üzünü gördünüz orada?

- Hə, üzünü gördüm. Öpüşdük. Biz kəndə qayıtdıq. 3 nəfər müstəntiq gəlib evimizi yoxladı. Sonra geri qayıtdılar. Ayın 28-i o biri oğlum getdi ki, qardaşını görsün. Dedilər ki, Turac ölüb. MTN-in damında ölüb. Onun boynunda, ayağında yaralar var. Videosunu çəkmişik. Bizim istəyimiz odur ki, bizim ailənin əmin-amanlığını qoruyasınız. Bizim üstümüzdən o vətən xaini adını götürsünlər.

- Gülnar xanım, həyat yoldaşınızı sonuncu dəfə hansı vəziyyətdə görmüsünüz?

Gülnar Zeynalova:
Gülnar ZeynalovaGülnar Zeynalova
x
Gülnar Zeynalova
Gülnar Zeynalova
- Biz görüşə gedəndə gördüm ki, Turac yeriyə bilmir. Dedim ki, niyə yeriyə bilmir? Mənə cavab verdilər ki, ayağı ağrıyır. Dedim axı onun ayağı ağrımayıb. Bildirdilər ki, bir-iki şillə vurmuşuq ki, ağıllansın.

Orada Pərviz Hüseynov adlı işçidən soruşdum ki, bunu niyə vurmusunuz? Cavab verdi ki, bacı, sən öz uşağını tərbiyələndirmək üçün döymürsən? Biz də ona görə vurmuşuq. Bir-iki tərbiyə şilləsidir. Ağıllandırmaq üçün döymüşük onu. Mən görəndə yeriyə bilmirdi, bəzi yerlərində şişlər var idi, başında şişlər var idi, üzü şişmişdi.

Xədicə İsmayılova:
- Şuriyyə bəy, dediniz ki, videoya çəkmisiniz. O videoda nələr var? Harada çəkilib?

- Özümüz çəkmişik. Turacın meyitini evimizdə çəkmişik. Lap istəsələr ölünü qəbirdən çıxarmaq üçün yenidən ekspert göndərmək də olar. Amma buranın ekspertlərini. Bizə Naxçıvan eksperti lazım deyil.

- O videoda nə görünür?

- Başında qan dayanmırdı. 2 klyok keçirmişik başına. Boğazını boğmuşdular. Ayaqlarında yaralar var idi. Videoda açıq göstərilib. Bizim heç bir şikayətimiz yoxdur. biz istəyirik ki bu “Vətən xaini” götürülsün. Çünki vətən xaini adı bütün kəndin adını ləkələyir.

Şuriyyə Zeynalovun təqdim etdiyi video kadrlar:

Xədicə İsmayılova:

- Bu hadisədən sonra Məlahət Nəsibova videoreportaj hazırlamışdı. Bundan sonra “İşdən sonra” proqramının bu hadisəyə həsr olunmuş canlı yayımında bizə sizin ailənin üzvü adı altında zəng gəldi. Biz doğrusu əmin deyildik ki, bu sizin ailənin üzvüdür. Amma zəng etmişdi və özünü Turac Zeynalovun qardaşı kimi təqdim etmişdi. O demişdi ki, Turac Zeynalovun cəsədi üzərində heç bir iz yoxdur.

Naxçıvan MTN-də müəmmalı qətlin müzakirəsi - İşdən sonra - Audio
Naxçıvan MTN-də müəmmalı qətlin müzakirəsi (İkinci hissə) - İşdən sonra - Audio
 
Gülnar Zeynalova:
 
- Yalandır. Onu deyən bizim ailənin üzvü deyil. Kimdirsə başqa öyrədilmiş bir adamdır. Kim deyər ki, mənim qardaşım belə deyil? Mənim yoldaşım Xocalı faciəsindəki insanlar kimi idi. Bütün venaları gömgöy idi. İynələr vurulmuşdu ona. Onun kəllə sümüyü qırılmışdı. Başında yarıq var idi. Beynini çıxarıblar, neynəyiblər bilmirik.
 
 
Boğazında yarma izi var idi. Deyirik, bunu boğazını niyə yarmısınız. Mən hələ eşitməmişəm ki, boğazdan yarma ola. Deyirlər boğazında şişi var idi. Axı onun boğazında heç vaxt şiş olmayıb? Onu asıblar sonra kəsib-tikiblər ki, iz itsin. Boğublar onu. Onun hər yerində izlər var idi. Tok izi var idi. Toka qoşublar.

Xədicə İsmayılova:
- Sizin Ülfət adlı qaynınız varmı?

- Bəli, var.

- Bizə zəng edən şəxs özünü belə təqdim etmişdi. Deyirsiniz ki, özünü bu adla təqdim edən şəxs sizin qaynınız olmayıb?

- Yox o olmayıb. O, heç vaxt danışmayıb.

- Deyirsiniz ki, heç kimdən şikayətiniz yoxdur. Bəs, Şuriyyə bəy, oğlunuzu sizə verəndə sizdə sual doğmadı ki, niyə belə haldadır? Və niyə öldürüblər oğlunuzu?

Şuriyyə Zeynalov:
- Turacı verəndə bizim kənddən çox adam getmişdi rayona. Bizi azdırdılar. Hətta mən müstəntiqə dedim ki, bizim icazəmiz olmadan onu niyə yarmısınız? Dedi ki, elə bir şey yoxdur. Dedim ki, mən bunu televizordan eşitmişəm ki, icazə olmadan meyiti yarmaq olmaz.

Bizim ancaq istəyimiz odur ki, bizim üstümüzdən o maddəni götürsünlər. Bizim təhlükəsizliyimizi qorusunlar.

Gülnar Zeynalova:
- Və xahiş edirəm kim öldürüb onu cəzalandırsınlar. Öldürənlərdən şikayətçiyəm. Əgər həqiqətən onun günahı var idisə, sübut edərdilər, iş kəsərdilər. Sonra deyirdilər ki, Turacda xərçəng xəstəliyi var idi. Onda bu xəstəlik olmayıb.

- Hansısa dövlət orqanlarına bununla bağlı müraciət etmisinizmi?

Gülnar Zeynalova:
-  Getməmişik. Amma gedəcəyik. Naxçıvanda getmişik. Orada da baxmayıblar.

- Hadisə baş verəndən dərhal sonra şikayəti davam etdirməməyinizin səbəbi nə idi?

Şuriyyə Zeynalov:
Şuriyyə ZeynalovŞuriyyə Zeynalov
x
Şuriyyə Zeynalov
Şuriyyə Zeynalov
- Biz övlad itirmişdik. Deyirdik ki, bu övladı dövlətə bağışlayırıq. Amma bizə “Vətən xaini” adı qoyanda daha güzəştə getməyə heç nə qalmadı.

- Kim deyir ki, oğlunuz “Vətən xainidir”?

- Milli Təhlükəsizlik Nazirliyi bununla bağlı maddə yazıb.

- Heç biz bilmirik o dəqiq nə vaxt ölüb. O bum-buz idi. Onun meyidinə isti su dəyən kimi qanı durmurdu.

- Şuriyyə bəy, siz hansısa sənəd imzalamısınızmi?

- Bizi həmin o müstəntiqlər  - Pərviz, Seymur və İlqar apardılar prokurorluğa. Orda qələmi əlimizə verdilər ki, belə yazın. Prokuror bizdən bir kəlmə soruşmadı ki, bura nə üçün gəlmisiniz? Sizin cinayətiniz nədir?

Qorxudan, əzabdan, balalarımdan, özümdən qorxdum. Dedim ki, dövlətə bağışlayıram. Yetim balası qalıb, gəlinim dul qalıb. Onu bağışlamaq olar? Bizi maşına basdılar, zorla apardılar. Mənə dedilər ki, belə yaz. Mən də yazdım.

- Nə yazdınız?

- Yazdım ki, mən oğlumun ölümünü dövlətə bağışlayıram.

- Elə də yazdınız?

- Hə. Bəs, neynəyim? Ölüm ayağıdır axı. Balalarım əldən gedir axı.

- Təhdid edirdilərmi sizi? Hədə-qorxu gəlirdilərmi?

- Bəs, niyə etmirdilər ki?  Naxçıvanda qayda –qanun yoxdur. Onsuz da bizi məhv edəcəklər.

-Necə hədə-qorxu gəlirdilər sizə?

- Bizim yasa adam qoymadılar. Jurnalistləri buraxmadılar. Xahiş edirəm ki, indi mənim övladlarımın təhlükəsizliyini qorusunlar.

- İndi də təhlükə varmi?

- Bəli var.

Məlahət Nəsibovanın Turac Zeynalovun müəmmalı ölümü ilə bağlı videoreportajı:


- Gülnar xanım, sizə də ərizə yazdırdılar?

Gülnar Zeynalova:

- Bəli, yazdırdılar.

- Nə yazdınız həmin ərizədə?

- Bizə yazdırdılar ki, onun ölümü ilə bağlı heç bir şikayətim yoxdur. Dedilər yaz ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mən də dedim ki, belə yaza bilmərəm. Sonra özümü bağışlaya bilmərəm. Dedilər ki, narahat olmayın, yazın. Başımızın üstündə durdular məcbur etdilər ki, yazaq.

- Həyatınız üçün qorxursunuzmu?

- Bəli. Deyirəm ki, bəlkə də buradan çıxanda bizim başımıza nəsə bir iş gələ bilər.

Turac Zeynalov avqustun 24-də Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb və bir neçə gün orda saxlandıqdan sonra ölüb. Ailəsi iddia edir ki, Turac Zeynalov işgəncələr nəticəsində ölüb.

Naxçıvan Milli Təhlükəsizlik Nazirliyi isə bildirir ki, dəri xərçəngindən əziyyət çəkən Turac Zeynalovun səhhəti avqustun 28-də istintaq təcridxanasından nazirliyə gətirilərkən pisləşib. Ona tibbi yardım göstərilib, amma bununla belə həyatını xilas etmək mümkün olmayıb.

O zaman Respublika ProkurorluğuMilli Təhlükəsizlik Nazirliyi və məsələni araşdırdığını bildirmişdi. 

P.S. Gülnar Zeynalova efir zamanı qaynı Ülfət Zeynalovun “İşdən sonra” proqramına zəng vurmadığını dedikdən sonra özünü Ülfət Zeynalov kimi təqdim etmiş şəxsin telefon nömrəsinə yenidən zəng etdik. Telefonu İdris adlı bir şəxs qaldırdı və Ülfət adlı şəxsi tanımadığını bildirdi.
 
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Samir Haradan: Naxcivan
08.12.2011 15:07
Aga Dayi muellim..1937 il hara indi hara menasi yoxdu hech..indi 2011 deyik ve her shey sizin televizor qabaginda oturub gor dunyada neler olur kimi deyil..siz eger dovletin,milletin menafeyini qoruyanlara mafyoz deyirsizse size daha sozum yoxdu..

Ceyhun siz bakidan oturub buralarda bash verenlerden xebersiz danishirsiz..yox yoldan keceni goturub apariilarki sen veten xainisen danish tez ol..bu ne dushuncedi anlam vere bilmirem..ilk olaraq videodaki dialoqlara diqqetle qulaq assan videonu yayan onlarin ailesi deyil..Ceyhun dunyanin hech bir yerinde demokratiya yoxdur..belke agilli agilli arashdirib utanmaz utanmaz var deyesen..
Cavab

Kimdən: Ceyhun Haradan: Baki
08.12.2011 22:10
Bakidan oturub cavab verende vetenden xeberimiz olmur beyem? Sen qit beyinli diyen Naxcivandan kenari gormemisen? Senden Ferqli olaraq kecmis sssr olkelerinin bir necesinde yasamisam Ukrayna,Qazaxistan,Gurcustan,Polsha,ay yaziq cox demirem en yaxinindadi Gurcustana bir get gor camat konustutsiyadan ve qanunlarin her bir maddesinden polisin ve tehlukesizlik orqaninin gozunu cixarda cixarda haqqini nece teleb edir. Sen yaziq basin yabali yasamaqa orgeshmisen asfalti soyub V.. emivin karxanasinin daslarini yere duzdurubler diyesen ozuvu Las Veqasda hesab edirsen :) cox cole bayira hec olmaya yaxininda olar Turkiyeye get gor vetandas qanuni haqqini nece alir..
Cavab

Kimdən: Ceyhun Haradan: Baki
09.12.2011 17:57
Allahu Tala Butun muselmanlarin komeyi olsun Inshallah. Az qalib HZ.Mehdinin gelisi mujdelenib bir nece vaxti Inshallah HZ.Mehdi butun muselmanlarin haqqini haqq bilmeyen din bilmeyenlerden qoruyacaq.. Birazda dozmek lazimdi olum bosh sheydi olub axirete qovusursan ama Allahu Tala hem Fani dunyada Hemde Axiret dunyasinda bizim gunahlarimizi eff edib cennetine qovusdursun Inshallah.. Seninde Konlune Cennet penceresi acsin ki,inshallah haqqin ferqine tez varasan..
Cavab

Kimdən: Samir Haradan: Naxcivan
09.12.2011 16:06
Allah komeyin olsun Ceyhun..!!
Cavab

Kimdən: Ceyhun Haradan: Baki
09.12.2011 15:43
onda sende veten xainisen seni niye oldurmurler? Sederekde yolka aqacinin lampasini qirmaqda veten xainliyi idiki hemin oqlani ve ailesini gunlerle polis bolmesinde doyduler? jurnalistlikde veten xainliyidi onlari doyub qovurlar ordan? Veteninin haqqini qorumamaq nahaqin yaninda durmaq veten xainliyidi bunu yaxsi bilirsen. Ozunde yaxsi bilirsen Naxcivanda nahaq hadiseler minlerledir. Beli Azerbaycan qanunlarina zidd qanunlarla idare olunan bir kentde olsa men ora Azerbaycan demerem ayri bir dovletdir. MR kenarda hech olmaya azda olsa haqqin terefdari olan insanlar var bunun icinde MTN emakdaslarida daxildir. ama MR butun huquq muhafize orqanlari qanuna zid hereketler etdikleri ucun bu qenaete gelmek olarki ora ayrica bir dovletdir...
Cavab

Kimdən: Samir Haradan: Naxcivan
09.12.2011 13:20
sen ozuvu psixoloqa goster sohbeti hardan hara getirdin..xeir ferdi deyilem sadece torpagina bagli bir insanam..men deyirem satqinlarin sonu olumdu..sen istediyivi danish..savadsiz insan bura olke deyil Muxtar Respublikadi..heqiqeten yaziqsan..
Cavab

Kimdən: Ceyhun Haradan: Baki
09.12.2011 11:56
Sen Talibov ailesinin bir ferdisense onda men heqiqeten yaziqam sen duzdeyirsen senin qeder hardan gezib hardan kef cekecem,olken yiyesi sizsiniz:))) men yox,senin ucunde hersey demokratik ola biler. cunki qanun ele siz ozunuzsunuz..
Cavab

Kimdən: Samir Haradan: Naxcivan
09.12.2011 00:03
:)ay brat sene guluncum gelir bilirsen..men seni tanimiram sende meni ona gore getdiyin olkeleri mene saymagiva ehtiyac yoxdu..onu deye bileremki senden daha cox olke gormusem:)kimin yazig olub olmadigini anlamaq elede cetin deyil..yazdiglarindan yashli insan oldugunu anlamaq olar..ama ushaq sohbeti eliyirsen..yetkin insan senin kimi yazmaz orani burani gezmisem nebilim neylemisem..sen yaxsisimi bilirsen ne et ozune aynada dur gorduyuve yaziq de cunki kimin yaziq olub olmadigi agli husu olan insanlara bellidir..

Kimdən: Samir Haradan: Naxcivan
07.12.2011 15:46
Ay millet ordan burdan yazirsiz hechneden xeberiviz yoxdu..Bizim torpagimizin stratejik sekillerini cekib hansi olkediki ismini cekmek istemirem satillar olarda ermennilere..anlamirsiz bu en azi veten xainliyidir..vetenini satan her seyini satar..hech kes ozunden burda aglina geleni yazmasin..hech kes torpagini satani mene qoruya bilmez..olumune gelince torpagini,vetenini,milletini,xalqini satanin cezasidir..siz vicdansiz deyirsiz ancag dushuncesi olan insanlar bilirlerki veteni qorumaginda minuslari var..bele videolara cekib milleti qishqirdmagin hec bir menasi yoxdu..ustune basacagin torpagin yoxdusa demeli sende movcud deyilsen..biraz anlayishli olun..
Cavab

Kimdən: AĞA DAYI Haradan: NAXCIVAN PKKA İSTEFA
08.12.2011 04:06
Samir müəlim bizim hecnedən xəbərimiz yoxdunu ele deyirsiz elebil biz naxcıvanda yaşamırıq.Təzəzə metotdu vətənə xəyanət 1937çi ildə nəqədə adamı belə şərləyib döyüb öldürüblər.Birdə milətin qızışmasının mənası nəyə yoxdu yanı mafiozlara bata bilməriy deyir siz 780000 AZƏRTURK ÜSTƏGƏL İRAN 28MİLYON ÜSTƏ GƏL TURKİYƏ VƏ TÜRK DÖVLƏTLƏRİ.ƏMİ QURBAN BİZ AĞZIMIZA GƏLƏNİ YAZMIRIQ BİL.
Cavab

Kimdən: Ceyhun Haradan: Baki
07.12.2011 18:31
"Samir" Sen Diyende Haq olar o vaxtki,bu insanin veten xainliyi en azindan subuta yetirile,bizde yaxsi bilirikki,MTN yeri gelende xalqin menafeyi ucun 1000 neferide oldurmelidi onlarin isi odur,ama insafda yaxsi seydi bir insanin cezasini vermek ucun onun elediyi emel gunahi subuta yetirilmelidi. Xalqi qoy qiraqa 10 nefer qohumuna subut eleseydilerki senin oqlun veten xainidi onlar utandiqindan videonu yaymaqi qoy qiraqa Naxcivandan kocub gederdiler utandiqlarindan,Mende bir naxcivanli olaraq yaxsi bilirem bizim zonanin xasiyyetini. Belke utanmaz utanmaz deyesenki biz Naxcivanda cox demokratik sekilde yasayiriq?

Kimdən: Famil Haradan: Bakı
07.12.2011 14:00
Hamı burada ancaq şəhr yazmağı bilir, aksiyaya gedin deseler 10-15 nəfər gedəcək. sizin etirazınız ancaq şəhr yazmaqladır, bununda bir faydası olmayıb heç vaxt.

Kimdən: Famil Haradan: Bakı
06.12.2011 15:57
Bu işğalçı ermənı vəhşiıiyi ilə eynidir, bunu edənlərin damarlarında onların qanı axır.

Kimdən: Behram Haradan: Salyan
06.12.2011 03:37
Camaatin gozunu bes nece qorxutsunlar?Insanlari idareetmenin bir uslubu da qorxu altinda saxlamaqdir!Xalqimizin 99faizi de ölümden qorxur.Haqq onda berqerar olar ki,millet ölümden qorxmasın.İmam Hüseyn(e)-buyurur: Ölüm mənə şərbətdəndə şirindir!/Nevaxta qeder bizde ölümü şərbət bilməmişik zeher bilmişik o zaman ömrümüz boyu bucür zillət içində yaşayaciq!Yezidlerde bizi ölümlə hedeleyib minib eşşək kimi çapacaqlar!

Kimdən: Ceyhun Haradan: Baki
06.12.2011 02:01
Bu Video Lente baxan YAP-cilar niye sesiniz basqa yerden cixir? Bizim Iraqdan,Suriyadan Ferqimiz nedir? Hec Olmaya Olkeninin Birinci Xanimi 3 ovlad nasina bu video lenti gostermek lazimdiki gorsun Analarin ovladlari onlarin maraqinin ucbatindan nece oldurulur. Niye? Pula gore? Vezifeye Gore? Bunlarin hamisi sizdedir bes birce Xalqin Allahu Tala Terefinden verilmis cani qalmisdi sahib ola bilmediyiniz? Onuda yavash yavash alirsiz? Belkede Bunlar Muselman Deyil "Inanclari odurki ne qeder oldrudun ne qeder zulm verdin o qeder uzun omur sureceksen" NETICE? Yenede Olub Gedeceksiz ha 70 ha 100 il,neticede yenede oleceksiz bu dunyada olumsuz olan 5 Shexsiyyet var oda sizin Inanmadiqiniz ALLAHU TALANIN Melekleri ve Peygemberidir. siz 100000% deyilsiniz

Kimdən: M-81 Haradan: Baki
06.12.2011 00:13
dahsat...Allah rehmat elasin... demaya sozum yoxdu manim

Kimdən: Cabrayil Haradan: Rusiya
05.12.2011 22:44
Butun Azarbaycanin basi sag olsun!Demali na qadarki haqqi danacagiq bela olumlar har bir adamin basina gala bilar.Ona gora yalanin dogru uzarindaki zulmu qabul etmamaliyik!Haqqidqa talab edanda deyacaklar islamcidir.Kimin atayindan yapisaq bilmirik.Yenada butun Azarbaycan deyan kimi manda deyiram Allah ozu komay olsun bu millata.

Kimdən: Anonim Haradan: seki
04.12.2011 22:20
allah sonumuzu xeyirli etsin AZERBAYCAN gunu gunden pise dogru gedir.

Kimdən: Kerem Haradan: Baki
04.12.2011 18:00
Allah uzaq eləsin! Deyəsən Hitlerin konslagerləri Naxçıvanda peyda olub.
Cavab

Kimdən: Leyla Haradan: Qazaxistan
07.12.2011 16:23
Veten Xaini idi hansi sebebden bunu elemishdise cixarardilar mehkemeye edam cezasi verib edebiyle oldurerdiler...oz paxrlari var oldugu sebebden onu mehv elediler..Turacin ailesinin yerinde olsam Olumle hedeleseler bele yazmazdim izahat oglum oldukden sonra olumden qorxacam??? Ailede de gunah var Amma yenede Allah sebr versin..Gunahlarini bagislasin Amin...
Səhifə (3)
    Növbəti