şənbə, Noyabr 01, 2014 Bakı vaxtı 14:13

Siyasət

Əvəz Zeynallı 3 aylıq həbs edildi

"Xural" qəzetinin redaksiyasında axtarışi
|| 0:00:00
...
 
🔇
X
28.10.2011
Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə İdarəsinin əməkdaşlarının apardığı axtarış 4 saata yaxın davam edib. Redaksiyadan 9 qutu sənəd və bir ədəd komputer yadaşı götürülüb

Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə İdarəsinin əməkdaşlarının apardığı axtarış 4 saata yaxın davam edib. Redaksiyadan 9 qutu sənəd və bir ədəd komputer yadaşı götürülüb

Baş Prokurorluq «Xural» qəzetinin baş redaktorunun həbsi ilə bağlı məlumat yayıb.  

Məlumatda Əvəz Zeynalovun deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edildiyi bildirilir.

«İstintaq müəyyən edib ki, Əvəz Zeynalov Gülər Əhmədova barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzetdə çap olunacağını bildirməklə ondan 10 min manat rüşvət tələb edib».

Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsində Əvəz Zeynalov barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü (rüşvət tələb etmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir», - deyə məlumatda bildirilir.

İttiham təsdiq olunarsa, baş redaktoru əmlakı müsadirə olunmaqla 8 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

***

Əvəz Zeynallının ailəsindən verilən məlumata görə gecə hüquq-mühafizə orqanları əməkdaşları onun evində də axtarışa başlayıblar.

“Xural” qəzetinin redaksiyasında isə axtarış başa çatıb. Ofisdən doqquz qutuda sənədlər və bir kompyuter yaddaşı götürülüb. 

***

Nəsimi rayon Məhkəməsinin qərarı ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı haqqında üç aylıq həbs qərarı çıxarlıb. Vəkili Elçin Sadıqovun bildirdiyinə görə Əvəz Zeynallıdan millət vəkili Gülər Əhmədova şikayət edib: "Millət vəkili oktyabrın 19-da verdiyi şikayətdə qeyd edib ki, Əvəz Zeynallı onun haqqında ifşaedici materialların qəzetində yayılmaması üçün Gülər Əhmədovadan 10 min manat tələb edib. Əvəz Zeynallı bu ittihamı rədd edir."

Bu ittihamla bağlı Gülər Əhmədovanın özü ilə əlaqə saxlamaq mümkün olmadı.

Bu ittiham sübuta yetirilsə, Əvəz Zeynallı 10 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.  

***

Əvəz Zeynallı Nəsimi rayon məhkəməsinə gətirilib. Vəkili onun haqqında üç aylıq həbs qərarı çıxarıla biləcəyini deyir. 

***

“Xural” qəzetinin redaksiyasında axtarışlar davam edir. Bu haqda xəbər verən AzadlıqRadiosunun əməkdaşı deyir ki, jurnalistlər içəri buraxılmır. 

***

«Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları bu dəqiqələrdə «Xural» qəzetinin Arif Hacıyev küçəsi, 1926-cı məhəllədə yerləşən redaksiyasında axtarışa başlayıblar». Bu haqda Məlahət Zeynallı AzadlıqRadiosuna deyib. Məlahət Zeynallı bunu da deyib ki, idarə əməkdaşları onun mətbuata bu haqda açıqlama verməsini istəməyiblər. 
 
Əvəz Zeynallının İdarədən hara aparılması haqda məlumat verilmir.  

***
Əvəz Zeynallının bu dəqiqələrdə Nərimanov rayon polisi şöbəsinin müvəqqəti saxlanma təcridxanasına aparılır. Onun xanımı Məlahət Zeynallı bu haqda AzadlıqRadiosuna deyib:
 
“İş günü başa çatıb, buna görə də təcridxanaya aparılıb. Dindirmə sabah davam edəcək”. 
 
***
«Əvəz Zeynallı hazırda Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə idarəsindədir». Bu haqda AzadlıqRadiosuna Baş Prokuroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib:
 
«O həbs edilməyib. Sadəcə, idarəyə ifadəsi alınmaq üçün dəvət olunub».
Amma o baş redaktorun hansı əsasla və ya kimin şikayəti əsasında idarəyə gətirildiyini demir. Eldar Sultanov bu haqda az sonra məlumat veriləcəyini bildirir. 
 
Yerli xəbər agentlikləri isə Əvəz Zeynallının deputat Gülər Əhmədovanın şikayəti əsasında idarəyə dəvət olunduğunu yazırlar. Ancaq bu deyilənlərin əsaslı olub- olmadığını Gülər Əhmədova ilə dəqiqləşdirmək mümkün olmayıb.
 
Redaktorun həyat yoldaşı Məlahət Zeynallı:
 
«Bir həftənin içində baş verənlər göstərir ki, Əvəz Zeynallını susdurmaq istəyirlər. Burda başqa məsələ yox idi. Öz də iki-üç gün əvvəl onun ABŞ səfirliyində görüşü olub, bu gün də səfirlikdən zəng vurub qəzetin əmlakının necə müsadirə edilməsiylə maraqlanırdılar».
 
«Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid
 
«Bu xəbəri eşidəndə dərhal ağlıma gəldi ki, bu quldurluqdur. Amma bizdə həbslər bu cür keçirilir deyə bunu inzibati terror adlandırmaq lazımdır. Buna sərt şəkildə təpki göstərmək lazımdır. Özü də elə bir gündə baş verir ki, türkdilli xalqların mətbuat forumu keçirilir və bu Azərbaycan üçün özünə məxsus töhfədir». 
 
***
«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı oktyabrın 28-də axşam saat 6 radələrində naməlum şəxslər tərəfindən aparılıb. Bu barədə AzadlıqRadiosuna «Xural» qəzetinin əməkdaşı Məlahət Zeynallı məlumat verib:
 
«Bu gün axşam saat 18-də onun «Kanal 13»-də qonaq idi. Kanalın qarşısına gəlib və verilişin aparıcısından gedecəyi otağın nömrəsini soruşub. Onun gəlmədiyini görən aparıcı 5-10 dəqiqədən sonra ona zəng edib. Əvəz bildirib ki, naməlum insanlar onu aparırlar».
 
Məlahət Zeynallı baş redaktorun mobil telefonuna zəng çatmadığını və hazırda harada olması barədə məlumatlarının olmadığını deyir.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Əvəz Zeynallı haqda heç bir məlumatlarının olmadığını onun yaxınlarının 102 xidmətinə və ya ərazi polis şöbəsinə müraciət etməyi məsləhət görür.
 
«XURAL»-ın MƏHKƏMƏSİ...
 
«Xural» qəzetinin məhkəməyə verilməsi 2010-cu il qəzetdə gedən «Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni sındırma planı» başlıqlı yazı ilə bağlı olub. 
 
Qəzetə qarşı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iddia qaldırıb. 
İddiada qəzetdən yazı ilə bağlı təkzib və 10 min manat cərimə istənilib.
 
Təkzib verilsə də iddanın cərimə ilə bağlı tərəfi həll olunmamış qalıb. 
 
Nərimanov rayon məhkəməsinin icraçıları tərəfindən oktyabrın 19-da qəzetin əmlakı müsadirə edilib.
 
«Xural» qəzetinin köşə yazarı Aydın Canıyev isə bu ilin avqustundan həbs edilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Rovshen Asadov Haradan: Baki,Mərdəkan
03.11.2011 03:58
Nə qədər ki biz bu rejimin təbəəliyindəyik başımıza belə işlərin gəlməsi normaldır və indən sonra da belə hadisələrlə qarşılaşacağımız qaşılmazdır.Bu rejim sadəcə qarşısına məqsəd qoyub ki istər xalq işində istərsə də dovlət orqanlarında əlehdarlarını nə yollarla olur olsun məhv edəcəklər sayından asılı olmayaraq.İnandırım ki sizi bəlkədə minlərlə insan,günahsız adamları öz mənafelərinə görə həbsə gözlərini yummadan atarlar.Biz qısa və lakonik olaraq bu yolda birləşməli və bütün perspektivlərimizi otraya qoyaraq düşünülmüş və planlaşdırılmış addımlarla bu rejimə qarşı ayağa qalxmalıyıq. Nə qədərki bizdən sərt təpki gəlməyib onlardan bizə hərbə-zorba gələcək!

Kimdən: alfa Haradan: baki
29.10.2011 12:07
telefon danışiqlarini MTN-ə hansı əsasnan verir mobil aperatorları soruşsunda jurnalistler.GULƏR ƏHMƏDOVADA iş verənlik edirsə burdada hec bir mocüzə yoxdur.SABAH BİZ NƏ BİLƏKKİ YAZDİQİMİZ ŞƏRHLƏRDƏN GÖRƏ TELEFON DANIŞIQLARİMİZA QULAQ ASILMAZ7BİCLİYİN DƏRƏCƏSİNƏ BAXKİ ÖZ ADAMLARINA ZƏNG ELƏTDİRİB DANİŞDIRIB TUTURLAR.HƏLƏ YAXŞİKI BU YAZIQ JURNALİSTİN BOYNUNA DÖVLƏT CEVRİLİŞİ,URAN İSTEHSALI İLƏ MƏŞQUL OLMAQİ QOYMADILAR.HANSI TELEFON OPETOR VERİB ONU İFŞA ETMƏK LAZIMDIRKİ CAMAATDA İŞVERƏNLƏRİ TANISIN.DAY KORRUPSİYA İDARƏSİNİN BAŞINDADA RAMİZ MEHDİYEVİN DURDUQU HEC KİMƏ PUNHAN DEYİL.NE QEDER AQRESİVLƏŞİBLƏRKİ ADİ TƏNQİDİ.MÜXALİFƏTİ HƏZM EDƏ BİLMİRLƏR.AY DÖVLƏT SİZ BU XALQİN DÜŞÜNƏN AZAD SÖZ DEMƏK İSTƏYƏNLƏRİNİ SİFARİŞLİ MƏHKƏMƏLƏRİNİZNƏN QİSMƏN MƏHV EDƏ BİLƏRSİZ AMMA İNANKİ O MƏHKƏMƏLƏRDƏ BİR GÜN SİZDƏ MUHAKİM OLACAQSIZ.ALMA MƏZLUMUN AHINI CİXAR .....NEFTƏ HEC KİMİN DƏDƏSİNİN MALİ DEYİL ALLAHU TALLANİN MÜSƏLMANLAR VERDİYİ RUZİDİR

Kimdən: Huseyn Haradan: Moskov
29.10.2011 01:05
Azerbaycani yap adli MAFIYA idare edir-amma onlarida kaddafinin gunu gozleyir INSAHLLAH.

Kimdən: Murad
29.10.2011 00:02
elbette men bunu istemirem ancaq oxshar situasiyadi,bir qurama ish acib hebs etmeseler yaxshidi.

Oxuyan gərək...