Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:59

Müxalifətdən də prezidentin ittihamlarına cavab gəldi


Prezident İlham Əliyev Polşada fotoqraflar qarşısında şəkil çəkdirməyə hazırlaşır, Varşava, 29 sentyabr 2011
Prezident İlham Əliyev Polşada fotoqraflar qarşısında şəkil çəkdirməyə hazırlaşır, Varşava, 29 sentyabr 2011

Prezident İlham Əliyev üçüncü dövr üçün prezident seçkisində iştirak edib-etməmək barədə hələlik qərar vermədiyini deyir. Bu günlərdə “Aljazeera” televiziyasına müsahibəsində o bildirib ki, bu, xalqın onun gördüyü işlərə verəcəyi qiymətdən və ona dəstəyinin səviyyəsindən asılı olacaq.

Prezident həmçinin müxalifətin çox zəif olmasının günahının onların özündə olduğunu deyib. Qeyd edib ki, hökumətin yaxşı işləməsi onlara tənqidf üçün yer qoymayıb: “Bu gün müxalifətə rəhbərlik edənlər 1992-1993-cü illərdə ölkəni vətəndaş müharibəsinə aparan insanlardır. Eyni liderlər 20 ildir ki, eyni vəzifədə oturublar və istefa vermək istəmirlər.

Bəzi müxalifət liderləri bəzi xarici nümayəndələrlə şəxsi ünsiyyətləri zamanı, beynəlxalq qüvvələrin onları dəstəkləyəcəyi halda, Dağlıq Qarabağı Ermənistana vermək, təslim etmək niyyətlərini ifadə edirlər” – deyə prezident bildirib.


Prezidentin həmin müsahibəsində səslənən fikirlər barədə digər siyasi partiyaların rəhbərlərinin fikirlərini soruşmuşuq. Həmin fikirləri təqdim edirik:

Müsavat başqanı İsa Qəmbər: Azərbaycanda televiziya ekranlarında yalnız
İsa Qəmbər
İsa Qəmbər
kimlərin göründüyünü, həbsxanalarda isə kimlərin olduğunu müşahidə etmək kifayətdir ki, müxalifətə məhdudiyyət qoyulub-qoyulmaması anlaşılsın:

Hamıya bəllidir ki, 1992-93-cü illərdə ölkəni vətəndaş qarşıdurmasına sürükləyən, ölkə daxilindəki xəyanətkarlarla, xaricdə müəyyən mərkəzlərlə əlaqəyə girib demokratik yolla seçilmiş Elçibəy hakimiyyətini devirməyə çalışan Heydər Əliyev, YAP-çılar və onların tərəfdarları idi.

Həmçinin eyni adamların vəzifədə oturub kənara çəkilmək istəmədiklərini bəyan etmək də mənasız arqumentdir. Çünki, əgər qırx ildir Azərbaycanda bir ailə hakimiyyətdədirsə və öz maraqlarını güdərək xalqa zülm edirlərsə, ölkəni korrupsiya, ədalətsizlik girdabına salıblarsa, bu rejimə qarşı mübarizə aparmaq bir şərəf məsələsidir.

Bunlar müxalifət düşərgəsindəki postları da vəzifə hesab edirlər və əmin olsunlar ki, hansısa vəzifədə olsaq da, olmasaq da bu rejimə qarşı mübarizə aparacağıq.

Təzyiqlərlə, böhtanlarla hakimiyyətin onları əlaltı müxalifətə çevirmək şansı yoxdur və ölkədə vəziyyəti dəyişmək üçün mümkün olan hər şeyi edəcəyik.


AXÇP sədri Əli Kərimli: Məhz İlham Əliyev və onun hökuməti beş ildir ki, Dağlıq
Əli Kərimli
Əli Kərimli
Qarabağın yekun statusunun orada keçiriləcək səsvermə-referendum yolu ilə müəyyənləşməsini nəzərdə tutan təkliflər paketini müzakirə edir. Və biz də tam beş ildir ki, İlham Əliyevi və onun hökumətini bu addımdan çəkinməyə çağırırıq. Necə olur ki, indi Dağlıq Qarabağın yekun statusunu müəyyənləşdirməyi ermənilərin öhdəsinə buraxanlar vətənpərvər olur, onları bu təslimçilikdən çəkindirmək istəyənlər isə, Azərbaycan torpaqlarını Ermənistana verməyə hazırlaşanlar? Tamamilə, absurd fikirlərdi, böhtandır.

Təəssüf ki, İlham Əliyev “Aljazeera” televiziyası kimi tanınmış informasiya vasitəsinə müsahibə vermək şansından müstəqilliyin 20 illiyi ərəfəsində Azərbaycanı təbliğ etmək əvəzinə, böhtan üçün yararlanıb. Dünya auditoriyası qarşısında müstəqilliyin bərpasının böyük xalq hərəkatının deyil, məhz SSRİ-nin süqutunun nəticəsi olduğunu demək Azərbaycanı aşağılamaqdır.


İqtidar yönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı: Hazırda
Fəzail Ağamalı
Fəzail Ağamalı
istər hakimiyyətdə, istərsə də hakimiyyətdən kənarda İlham Əliyevə alternativ ola biləcək şəxs görmürəm. Bir siyasətçi və dövlət xadimi olaraq İlham Əliyevin reytinqi çox yüksəkdir. Onu həm ölkə daxilində, həm də xaricdə müasir zamanının lider siyasətçisi kimi qəbul edirlər. 2013-cü ildə İlham Əliyevin namizədliyini irəli sürməməsi həm xalq arasında, həm də beynəlxalq aləmdə xeyli təəccübə səbəb olar.

İlham Əliyevin bir siyasətçi olaraq populyarlığı bu gün heç kimdə şübhə doğurmamalıdır və doğurmur. O özünü yüksək potensialı olan siyasətçi kimi təsdiq edib. Azərbaycan xalqı əlbəttə ki, bunun fərqindədir. Mən bu gün də o fikirdəyəm ki, hər halda 2013-cü ilin prezident seçkilərində İlham Əliyev öz namizədliyini irəli sürməlidir. Çünki bunu ən azı Azərbaycanın dövlət maraqları tələb edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG