Cümə axşamı, May 05, 2016 Bakı vaxtı 22:07

    Verilişlər / AzadliqLive

    Müəllimlərin imtahanı başladı

    Arxiv fotoArxiv foto
    x
    Arxiv foto
    Arxiv foto

    Multimedia

    Səs
    İyulun 26-da səhər saat 9-dan axşam saat 6-dək Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı ilk imtahan keçirilib. İlk imtahan ibtidai sinif müəllimliyi ixtisası üzrədir.
     
    Müəllim olmaq istəyənlərin hər biri 1 saat ərzində kompüter qarşısında imtahan verib. Hər saatın tamamında isə imtahan verən qrup digəri ilə əvəzlənib.
     
    İyulun 30-dək davam edəcək imtahanın nəticələri iyulun 31-də açıqlanacaq.
     
    TAM ŞƏFFAF İMTAHAN
     
    Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov Anspress-ə müsahibəsində deyib ki, imtahan prosesi tam şəffaf şəkildə keçiriləcək və hər kəs nəticələrlə dərhal tanış olacaq.
     
    1 il əvvəl Azərbaycan Dövlət Pedaqoji Kollecini bitirmiş və bayırda dayanıb imtahan vermək üçün növbə gözləyən Nigar Əliyeva ümid edir ki, imtahanlar obyektiv keçəcək. Deyir imtahanın kompyuter vasitəsilə götürülməsi onda bu nikbinliyi yaradıb:
     
    «Birinci dəfədir imtahana gəlirəm. Eşitdiyimə görə kompyuter üsulu ilədir. Yəni kağızlar kimlərinsə əlindən gəlib keçmir. Ona görə məncə yaxşı olacaq».
     
    Nigar Əliyeva deyir ki, hansı məktəbə düşsə, işləyəcək. Amma Bakı şəhəri ərazisində.  
     
    «HARA GÖNDƏRSƏLƏR İŞLƏYƏCƏYƏM»
     
    Təhsil Nazirliyindən verilən məlumata görə, ibtidai sinif müəllimliyi ixtisası üzrə hazırda ölkədə 110 vakant yer var. Onların 23-ü paytaxtda, qalanı digər yerlərdədir. Ərizə ilə müraciət edib ibtidai sinif müəllimliyinə imtahan vermək istəyində olanların sayı isə 2 min nəfərə yaxındır.
     
    Hazırda Bakının Nərimanov rayonundakı orta məktəblərdən birində laborant işləyən Nuriyeva Şahanə bəxtini sınamaq üçün imtahana qatıldığını deyir. Onunla imtahandan çıxanda söhbət etdik. Deyir imtahan şəffaf keçir. Amma həmsöhbətimiz hesab edir ki, bəxtini sınayanlara düşünmək üçün bir az artıq vaxt verilsə, daha yaxşı olardı:
     
    «Bu imtahanın obyektivliyi ondadır ki, suallar kompyuter vasitəsilə verilir. Bir narahatçılığım o oldu ki, vaxt az idi. 1 saat əvəzinə saat yarım verilsəydi, daha yaxşı düşünmək olardı».   

    Arxiv foto
    Şahanə Nuriyeva imtahandan keçə bilsə, şəhər, kənd, fərqi yoxdur, hara göndərsələr məmnuniyyətlə gedib işləyəcəyini deyir.   
     
    Onu da deyək ki, ümumilikdə Azərbaycanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə elan edilən vakant yerlərə 10 minə yaxın adam ərizə verib. Bunlardan təxminən 2200 -ə yaxını işlə təmin oluna bilər. Çünki vakant yer o qədərdir. Bu yerlərin 400-ə yaxını Bakıda, qalanı digər şəhər və rayonlardadır.
     
    MÜƏLLİMLƏR HAZIRLIQSIZ GƏLİB
     
    Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyir ki, müəllimlərin işə qəbulu ilə bağlı prosesin hazırda ikinci mərhələsidir. Yəni əvvəl sənədlərin ekspertizası gedirdi, indi kompyuter vasitəsilə imtahan verilir. Hələ ki, bu iki mərhələdən onun təşkilatına heç bir narazılıq, şikayət daxil olmayıb:
     
    «3-cü mərhələdə müsahibə olacaq. Bu prosesdə iştirak edənlərin razı və ya narazı olması onda müəyyənləşəcək. Yəni nəticələr elan olunandan sonra».
     
    Məlahət Mürşüdlü deyir ki, keçən il işə qəbul imtahanlarında iştirak edənlərin bir çoxunun bilik və bacarıq səviyyəsi Təhsil Nazirliyinin hazırladığı suallara cavab verməyib. Xüsusən də ibtidai sinif müəllimləri imtahanlara çox hazırlıqsız gəliblər.  Bunun da səbəbi onun fikrincə, Ali Məktəblərdə verilən tədrisin məzmununun bu günün tələb etdiyi proqrama uyğun gəlməməsidir.
     
    Etibar Əliyev
    TƏHSİL NAZİRLİYİNİN ALİ TƏHSİLƏ ŞÜBHƏSİ VAR?
     
    21-ci əsr təhsil mərkəzinin rəhbəri Etibar Əliyev isə deyir ki, əgər şəxs müəllim olmaq üzrə ali təhsil alıbsa, o birbaşa işlə təmin olunmalıdır. Ekspertin fikrincə, Təhsil Nazirliyinin müəllimi işlə təmin etmək üçün imtahan keçirtməsi ortaya başqa suallar çıxarır:
     
    «Biz xarici ölkələrdə diplomlarımızı tanımadıqlarından gileylənirik. Belə çıxır ki, artıq Təhsil Nazirliyi pedaqoji ixtisaslar üzrə diplomları tanımır. Tanımır ki, imtahan edir. Bu o deməkdir ki, Təhsil Nazirliyinin ali təhsilə şübhəsi var».
     
    Etibar Əliyev deyir ki, dünyanın heç bir yerində nazirlik imtahan götürmür. Əgər Təhsil Nazirliyi öz tabeçiliyində olan ali məktəblərin diplomlarına şübhə ilə yanaşırsa, onun özünün keçirdiyi imtahanlar niyə şübhə doğurmasın ki? Əgər imtahan zəruridirsə, bunu ölkənin imtahan götürən qurumu həyata keçirtməlidir.
     
    Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov deyir ki, bu imtahanları keçirməyə bir sıra əsaslı məsələlər səbəb olub. Təhlillər göstərib ki, bir çox məktəblərə ehtiyac olmadan müəllimlər işə qəbul edilir. Bu müəllimlərin heç də hamısı səriştəli və peşəkar olmurlar. Beləliklə, süni şəkildə müəllim sıxlığı yaradılır. Ona görə də, nazirlik mərkəzləşmiş imtahan sisteminə keçməyə qərar verdi.
    Bu forum dayandırılıb
    Şərhləri sırala
    Şərhlər
         
    Kimdən: keyllu
    28.07.2011 02:10
    "3-cü mərhələdə müsahibə olacaq".
    Nə üçün?
    Yaxşı olardı ki, elə seçimi də kompyuter edəydi, söz-sohbətə yer qalmayaydı.
    Mobil əlavə
    Sorğu arxivi

    FORUMLAR

    Bakıda kitab kafesi mədəniyyəti yayılır

    Gəl, pulsuz çay, qəhvə iç, təki gəl, kitab oxu

    8 şərh

    ZanuDa: Xahiş edirəm, bukinist mağazalarımızdan da yazın. Son dəfə onlar haqqında 2010-da yazmısınız (http://www.azadliqradiosu.az/content/article/2170860.html). davamı

    Stalin dedi: «Siz türk deyilsiniz...»

    O bu sözləri deməzdən 12 il öncə bolşeviklər tam başqa sözlər deyir və başqa vədlər verirdilər.

    6 şərh

    Elnur: Yaşasın bütöv AZƏRBAYCAN.
    Yaşasın Türk Dünyası. davamı

    İlqar Məmmədovun məhkəməsi və İlham Əliyev- [karikatura]

    ReAL-ın sədri İlqar Məmmədovun həbsdə qalma xəbərini prezident İlham Əliyevə çatdırılması məqamı...

    5 şərh

    Eldar: Mence en ugursuz karikaturadir. Prezidentin ishi-gucu qurtarib Ilqar Mammadovu dushunur ((( davamı

    Ən çox...