Cümə, May 27, 2016 Bakı vaxtı 08:27

    Dünya

    Bakı bahalığına görə dünyada 48-cidir

    Bahalı şəhərlər siyahısında Nyu-York ancaq 32-cidirBahalı şəhərlər siyahısında Nyu-York ancaq 32-cidir
    x
    Bahalı şəhərlər siyahısında Nyu-York ancaq 32-cidir
    Bahalı şəhərlər siyahısında Nyu-York ancaq 32-cidir
    ABŞ-da yerləşən məsləhət və araşdırmalar təşkilatı - "Mercer"in hazırladığı dünyanın ən bahalı şəhərləri arasında Bakı bu il 48-ci yerdədir. Amma keçən il Bakı daha bahalı şəhər hesab edilmişdi - 36-cı yer. Bu təşkilata görə 48-ci yerdəki Bakıda qiymətlər Praqdan bir az aşağı, Amsterdamdan isə yuxarıdır. 
     
    "Mercer"in hazırladığı Dünyada Yaşam qiymətləri – 2011 siyahısındakı 50 şəhərin içində post-sovet məkanından Moskva və Sankt-Peterburq da var. Moskva dünyanın ən bahalı 4-cü, Sank-Peterburq isə 29-cu şəhəri hesab edilib.

    Dünyanın ən bahalı şəhəri Anqola paytaxtı Luanda olub.

    İlk onluqda sonrakı yerləri Tokyo (Yaponiya), Ncamena (Çad), Moskva (Rusiya), Cenevrə (İsveçrə), Osaka (Yaponiya), Sürix (İsveçrə), Singapur, Hong-Kong, San Paolo (Braziliya) şəhərləri bölüşür. 

    Dünyanın ən ucuz şəhəri isə 214-cü sırada Pakistandakı Kəraçi olub. Müqayisə, ən bahalı şəhər olan Anqola paytaxtı Luanda Kəraçidən 3 dəfə bahalıdır.
                                                                                                                                       
    Təbii fəlakətlə, üsyanlar. inflyasiya, dünya valyutalarının dollara nisbətən möhkəmlənməsi və yanacağın qiymətlərinin bahalanması Yaşam qiymətlərinə təsir edən əsas amillər olub.
     
    Hesabatı hazırlanmasına məsul olan Nathalie Constantin-Metral deyir ki, ümumilikdə Avropada ötən il boyu qiymətlər əsasən sabit qalıb. Şimali Amerikada neftin qiymətinin qalxması xərcləri bir az da artırıb. Amma Afrika başda olmaqla, digər regionlarda bahalaşma daha sürətlə getdiyindən, və dollara nisbətən yerli valyutalar daha möhkəmləndiyindən  müqayisədə Şimali Amerika şəhərləri geridə qalıb.
     
    Post-sovet məkanı

    48-ci yerdəki Bakı post-sovet məkanının 3-cü ən bahalı şəhəri olub.  Bakıdan daha bahalı şəhərlər Moskva (4) və  Sank-Peterburqdur (29). Almata 80,  Kiyev  94, Yerevan 167, Minsk 193, Aşqabat 206, Bişkek 210-cu yerdədir.
     
    Avropa

    Regionlar üzrə baxanda, Avropanın ən bahalı şəhəri yenə də Moskvadır (4). Dünya şəhərləri arasında ən bahalı onluğa İsveçrədən Cenevrə (5) və Sürix (7) düşüb. Avropanın digər bahalı şəhərləri Oslo 15, Bern 16, Kopenhagen 17, London 18, Milan 25 , Paris 27, Roma 34, Vyana 36-cı  olub.
     
    Yaxın Şərq

    Yaxın Şərqin ən bahalı şəhəri 24-cü yerdəki Tel Aviv olub. Abu Dabi 67, Dubay 81-ci sırada yer alıb. 
     
    Afrika

    Afrikanın 3 şəhəri ilk 20-liyə düşüb. Anqola Paytaxtı Luanda dünyanın ən bahalı şəhəri olarkən, Çad paytaxtı Ncamena 3-cü, Konqo paytaxtı Librevil isə 12-cı sırada qərarlaşıb.
     
    Amerika

    Amerika qitəsindəki ən bahalı şəhərlər Braziliyadakı Sao Paolo (10)  və Rio de Janeiro (11) şəhərləridir.  Braziliyanın yerli valyutası ötən dollara görə daha da bahalandığından şəhərlərdə yaşayış xərcləri də dollarla hesablamalarda kəskin artıb.
     
    ABŞ şəhərlərində yaşam xərcləri il boyu neftin qiymətinə bağlı olaraq qalxsa da, ümumilikdə digər regionlarla müqayisədə bu artım nəzərə çarpmayıb. Amma ötən il boyu enerji qiymətlərindəki artıq mənzil kirayəsini artırıb.
     
    ABŞ-ın ən bahalı şəhəri Nyu-York (32) olub. Los Angeles (77), Çikago və Vaqşinton 108-ci sırada yer alıb. ABŞ-ın ən ucuz şəhərləri Portlend (186) və Winston-Salem (197) olub. 
     
    Asiya və Okeaniya

    Asiya və Sakit Okean hövzəsində ən bahalı şəhər Tokyo (2), Osaka (6), Honq-Konq (9), Naqoyya (11), Sidney (14), Seul (19), Pekin (20), Şanxay (21)  və Melburn (21) olub.
     
    Mercer hesabatı hazırlamaq üçün 214 şəhərdə təxminən 200 adda məhsul və xidmətlərin qiymətlərini araşdırıb. 

    Mercerin bahalı şəhərlər siyahısında ilk 50-lik

    Sırası

     

     

    Mart 2011

    Mart 2010

    Şəhər 

    Ölkə

    1

    1

    LUANDA

    ANQOLA 

    2

    2

    TOKYO 

    YAPONİYA 

    3

    3

    N'DJAMENA

    ÇAD 

    4

    4

    MOSKVA 

    RUSİYA 

    5

    5

    CENEVRƏ 

    İSVEÇRƏ 

    6

    6

    OSAKA

    YAPONİYA 

    7

    8

    SÜRİX

    İSVEÇRƏ 

    8

    11

    SİNQAPUR

    SİNQAPUR 

    9

    8

    HON-KONQ

    HON-KONQ

    10

    21

    SÂO PAULO

    BRAZILIYA

    11

    19

    NAGOYA

    YAPONİYA 

    12

    7

    LIBREVILLE

    QABON

    12

    29

    RİO-DE-JANEYRO

    BRAZILIYA

    14

    24

    SYDNEY

    AVSTRALIYA

    15

    11

    OSLO

    NORVEÇ

    16

    22

    BERN

    İSVEÇRƏ 

    17

    10

    KOPENHAGEN

    DANİMARKA

    18

    17

    LONDON

    BÖYÜK BRİRTANİYA 

    19

    14

    SEOUL

    CƏNUBİ KOREYA

    20

    16

    PEKİN

    ÇIN

    21

    25

    ŞANXAY

    ÇIN

    21

    33

    MELBOURNE

    AVSTRALIYA

    23

    23

    NIAMEY

    NIGER

    24

    19

    TEL AVIV

    İSRAİL

    25

    13

    VICTORIA

    SEYCHELLES

    25

    15

    MILAN

    ITALIYA

    27

    17

    PARIS

    FRANSA

    28

    67

    OUAGADOUGOU

    BURKINA FASO

    29

    30

    ST. PETERBURQ

    RUSİYA

    30

    60

    PERTH

    AVSTRALIYA

    31

    55

    BRISBANE

    AVSTRALIYA

    32

    27

    NEW YORK CITY, NY

    ABŞ 

    33

    70

    BRAZİLİYA

    BRAZILIYA

    34

    26

    ROMA

    İTALİYA

    34

    74

    CANBERRA

    AVSTRALIYA

    36

    28

    VIENNA

    AVSTRIYA

    37

    38

    NOUMÉA

    YENİ KALEDONİYA

    38

    38

    GUANGZHOU

    ÇİN

    39

    62

    DJIBOUTI

    CİBUTİ

    39

    76

    STOKHOLM

    İSVEÇ

    41

    62

    LAGOS

    NIGERIYA

    42

    31

    HELSINKI

    FINLANDIYA

    43

    42

    SHENZHEN

    ÇİN

    44

    32

    DAKAR

    SENEQAL

    44

    141

    KHARTOUM

    SUDAN

    46

    90

    ADELAIDE

    AVSTRALIYA

    47

    47

    PRAQA

    ÇEX RESPULİKASI

    48

    36

    BAKI

    AZƏRBAYCAN

    49

    33

    BANGUI

    MƏRKƏZİ AFRİKA REP.

    50

    35

    AMSTERDAM

    NİDERLAND

    Bu forum dayandırılıb
    Şərhləri sırala
    Şərhlər
         
    Kimdən: Rasmus Haradan: Baku
    13.07.2011 19:05
    O birilerini bilmirem, Bakida MONOPOLIYAYA gore bele bahaliqdir.bir " futbol hesablari" qalmishdi onu da monopoliyaya saldilar, "TOPaz"
    Mobil əlavə
    Sorğu arxivi

    FORUMLAR

    Ombudsmana etibar edirsənmi?- [Fikrini de]

    Fikrini "Şərhlər" bölümünə yaz. Səncə, insan haqları üzrə müvəkkil öz işinin öhdəsindən gələ bilirmi?

    17 şərh

    simadan: bu olkeda edalat deyilen bir seyin olmadiqi ucun hec neya inanmaq mumkun deyil ... davamı

    Xədicə İsmayıl: "Heç kəs mənə yazmağı qadağan edə bilməz"

    AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl şərti cəza ilə azad edildi.

    16 şərh

    Sadiq: Sən dünya və əsaaən iyrənc günə qalmış Azərbaycan mətbuatınıb şərəf tablosusan XƏDİCƏ.Səninlə həmvətən ... davamı

    Xədicə: "İşimə davam edəcəm!"

    Xədicə İsmayıl deyib ki, həbsdə olanda da yazıları çıxırdı və "onlar bunun qarşısını ala bilmirdilər, o ki qaldı azadlıqda qarşısını alsınlar."

    4 şərh

    sevil: Xadija xanum, sizin garshinizda bash eyirem. Azerbaijan xalginin gehraman gizi. davamı

    Ən çox...