Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:52

İlham Əliyev: «6 ayda 38 min iş yeri açılıb»


Foto: Arxiv
Foto: Arxiv
«2011-ci ilin birinci yarısında da ölkə qarşısında duran sosial-iqtisadi məsələlər həllini tapıb».

Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında deyib.

O bildirib ki, bu dövrdə Ümumi Daxili Məhsul 0.9 faiz artıb, qeyri-neft sektorunda 7.2, kənd təsərrüfatında isə 6.2 faiz artım əldə olunub. İlin birinci yarısında büdcəyə edilən dəyişikliklərdən sonra tarixdə ilk dəfə olaraq Azərbaycan büdcəsi 20 milyard dollara çatıb. Ölkənin strateji valyuta ehtiyatları 9 milyard dollar artıb, hazırda 38 milyard dollar təşkil edir. Son 6 ayda 38 min yeni iş yeri açılıb.

Dağlıq Qarabağ münaqişəsinə toxunan İlham Əliyev ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin dövlət başçılarının son bəyanatını ümidverici adlandırıb:

«Bu bəyanatda Helsinki Yekun Aktı əsas götürülüb, orada status-kvonun dəyişdirilməsi xüsusilə vurğulanır. Belə olan halda isə Azərbaycan torpaqları işğaldan azad olunmalıdır».

Dövlət başçısı bildirib ki, Minsk qrupunun həmsədrləri 2009-cu ildə hər iki tərəfə «yenilənmiş Madrid prinsiplərini» təqdim edib:

«Rusiya prezidentinin təşəbbüsü ilə baş tutan Soçi görüşündə Azərbaycan birmənalı olaraq bu prinsipləri qəbul etdiyini bildirib. Ermənistan isə müxtəlif vasitələrlə bu prinsiplərin qəbulundan imtina edir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG