Cümə axşamı, Fevral 23, 2012 Bakı vaxtı 04:07

Verilişlər / İşdən sonra

Azərbaycanı təmsil edən heykəllər…

Yüklə

«İşdən sonra» proqramında «Nida» Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər və «İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək» kampaniyasının rəhbəri Turan İbrahimov bu barədə fikirlərini bölüşürlər.

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Turqut Qəmbər
«İşdən sonra» proqramında  «Nida» Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər və «İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək» kampaniyasının rəhbəri Turan İbrahimov bu barədə fikirlərini bölüşürlər.

Turqut Qəmbər:

«Biz Azərbaycanı xarici ölkələrdə Azərbaycanda mövcud olan antidemokratik rejimin banisi - Heydər Əliyevin təmsil etməsinə qarşıyıq. Eyni zamanda, düşünürük ki, Misir xalqı inqilabi nailiyyətlərinə davam etməlidir və avtoritar Mübarək rejimindən qalmış qalıqların hamısını ölkədən çıxarmalıdır. Hazırda ancaq Misir hökumətinə müraciət etmişik. Serbiyada, Ukraynada, Gürcüstanda və Rumıniyada olan heykəllər də müzakirə mövzusudur…».

Turan İbrahimov:

«Bu məsələdə mən dözümlü ola bilmirəm. Bu məsələ birbaşa Azərbaycanın dövlətçiliyinin inkarının üzərində durur. Düşünürəm ki, məsələni bu cür qaldırmaq birbaşa Azərbaycanın müasir dövlətçiliyinin fundamentini baltalamaq deməkdir. Bu məsələni satqınlıq, qərəzlilik və ya kiməsə və nəyəsə qulluq etmək kimi qiymətləndirirəm. Bu, konkret Azərbaycan respublikasının suveren və müstəqil mövcud olmasını istəməyənlərə qulluq etməkdir. Azərbaycan öz iradəsini dünyaya diktə etməyə iddialı olan suveren dövlətdir.  Belə fikirlər isə bəzi ölkələr tərəfindən Azərbaycanın müstəqilliyinə və suverenliyinə zərbə vurmaq üçün düşünülmüş alternativ təzyiq vasitəsidir. Müasir Azərbaycan respublikasının banisi Heydər Əliyevdir…».

Turan İbrahimov
Turqut Qəmbər:

«Heydər Əliyevin dövründə korrupsiyanın çiçəklənməsi, 6 rayonun işğalı, qeyri-azad seçkilərin keçirilməsi, ölkənin yarısının xaricə üz tutması kimi fəlakətlər baş veribsə, Heydər Əliyevi Azərbaycan dövlətçiliyinin banisi adlandırmaq gülüncdür. Azərbaycan dövlətçiliyinin banisi birinci respublikanın baniləri - Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər bizim böyük şəxsiyyətlərimizdir. İkinci respublikada isə bu, Əbülfəz Elçibəydir və onun Milli Hərəkatla bağlı olan silahdaşlarıdır…».

Turan İbrahimov:

«Sizin atanız mehriban düşməni Əli Kərimli ilə ölkəni darmadağın edən anda Heydər Əliyev gəlib ölkəni yığıb-yığışdırdı. Bu, böyük şeydir. O həngaməni yığışdıranda, daha torpaq gedəcəkdi də. Azərbaycanın elə bir regionu yox idi ki, qalxıb deməsin ki, biz ayrıca dövlət yaratmaq istəyirik...». 

Verilişi tam olaraq buradan dinləyin:


P.S. Bu debatın gedişində Axar.az portalının direktoru Taleh Şahsuvarlı studiyaya zəng edərək canlı efirə qoşulmaq istəyib. Lakin canlı yayım başa çatdığından onu müzakirələrə qoşmağa macal olmayıb.

Proqramın qonaqlarından biri - Turqut Qəmbərin efirdə dediyi sözlərlə razılaşmayan T.Şahsuvarlının fikirlərini lentə alaraq bu yazıya əlavə edirik. Maraqlananlar audionu dinləyə bilərlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Firdovsi Haradan: Istanbul
05.07.2011 13:58
Turan bey mence Mirshahin yaninda bir muddet kurs kecmelidir.

Kimdən: ulduz Haradan: fransa
01.07.2011 14:34
Bele kisilerden adam xecalet cekir,Turan yaxsi olarki, azerbaycanin servetlerini xaricilerin adina yazdiran prezidentin qizlarindan danissin,dubay villalarindan danissin...,bu icazeli pehlivanlar Turan,Aslan,Etibarlara ayib olsun...

Kimdən: Trolly
30.06.2011 00:10
ay Turan, bu siyaset meydani senlik deyil, get ozune bashqa meshguliyyet tap, basha dushurem bele yaltaq ifadelerinle <chorek pulu> qazanmagha chalishirsan. Ozunu biabir edirsen, deyesen xoshun gelir ozunu camaata guldurursen....
Senin barende olan link camaatin dilinde uzun muddet diller ezberi olacaq: http://www.youtube.com/watch?v=CR2BrMxWceg&feature=related

Kimdən: Emin Eli Haradan: yetimxanadan
29.06.2011 07:09
bu dunya fanidi bu dunya bir yuxudu ........ayil turan hele kec deyil . sen kedib trasda hazirladigin verliwi apar ora sene daha yaxwi yarawir...

Kimdən: Elnur_F Haradan: Moskva
29.06.2011 03:50
Turan sene neqeder pul veribler? )))

Kimdən: Insomniac Haradan: Bakı
28.06.2011 21:55
Turan xəyanət sözünü tez-tez işlədirsən,37-ci illərdə yaşasaydın çoxlu insanın evini yıxardın!!!

Kimdən: Insomniac Haradan: Bakı
28.06.2011 18:22
1)Turan yaman tez-tez çaşırsan.
2)Gənc Jirinovski yetişməkdədir.

Kimdən: Haci Hacili Haradan: Zürich
28.06.2011 17:02
Turan, oglum! Mene ele gelir ki, istirahet ve biliklerinizin artirilmasina ehtiyaciniz var. Cekilin daglar qoynundaki ucqar kendlerin birine, yaxshica dincelin, olub kecenlerle maraqlanin, kitablar oxuyun, bir az bilik elde edin. Belede tez-tez ishletdiyiniz "dövlet", "dövletcilik" ve bu kimi diger anlayishlarin heqiqi mahiyyetini daha yaxshi derk etmenize eminem. Intellektual potensialiniza inaniram ve inaniram ki, biliklerinizi azaciq artirandan sonra bu sahede hec bir probleminiz olmayacaq.

Kimdən: Drongo Haradan: russia
28.06.2011 17:02
Azadliq radiosu ozu yaxwi bilir ki,turan-samir yap-ibrahimov yalan daniwir,buna baxmayaraq yene onu cagirib, camaata guldururler turan-samir yap-ibrahimovu -)))))))))))))))))

Kimdən: Müşfiq Haradan: Biləsuvar
28.06.2011 16:48
ay turan deyirsen kim hakimiyyete qarshidi hansisa quruma qulluq edir bes sen bele danishmaqnan kime qullqu edirsen xalqami iqtidarami?bilirsne Turan senin yerin ANs-da gune baxan verlishidir vallahi sene cox yarashir ora siyaset selik deyil sen hansi nenenin xetrin cox isteyrisne qayit gune baxan verlishine senden siyasetchi olmaz