Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:30

Sülh və Demokratiya İnstitutunun ofisinə polis gəlib


Hüquq müdafiəçisi Leyla Yunus
Hüquq müdafiəçisi Leyla Yunus
Sülh və Demokratiya İnstitutunun (SDİ) Şəmsi Bədəlbəyli küçəsi 38-də yerləşən ofisinə yenə polis gəlib. Bunu AzadlıqRadiosuna eyni ünvanda yerləşən Qadın Krizis Mərkəzinin psixoloqu Azad İsazadə deyib. Onun sözlərinə görə, evin divarlarına burda yerləşən təşkilatların adını yazan zaman polislər ofisə gəlib və təşkilatın üzvü Arif Yunusu polis idarəsinə aparmaq istəyiblər.

Azad İsazadə deyir ki, həmin vaxt Norveçin Azərbaycandakı səfiri Erlinq Şönsberq də orda olub və ATƏT-in Bakı ofisinin də nümayəndələri ofisə gəldiyindən polislər ordan uzaqlaşıblar.

Bundan bir müddət öncə də Sülh və Demokratiya İnstitutuna polis gəlmişdi. Hüquq müdafiəçisi Leyla Yunus ofisin divarlarına bu mülkün ona məxsus olduğunu və Azərbaycan qanunları ilə qorunduğunu yazdırırmış və onun dediyinə görə, polis də buna mane olmağa çalışıb.

Bir müddətdir ki, «Qış Parkı»nın salınması ilə əlaqədar Şəmsi Bədəlbəyli küçəsindəki evlərin söküntüsünə başlanıb. İşi dövlət qurumlarından ibarət köçürmə komissiyası həyata keçirdir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən isə AzadlıqRadiosuna bildirmişdilər ki, polis xidməti vəzifəsini yetirərkən istənilən vətəndaşın ünvanına gedə bilər və əgər şikayət varsa, adiyyatlı orqanlara müraciət edilə bilər.
XS
SM
MD
LG