Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:50

İlanvuranların sayı artıb


İlan
İlan
Azərbaycanda ilanvuranların sayı ötən illə müqayisədə artıb.

Bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov AzadlıqRadiosuna müsahibəsində bildirib.

Aprel ayından indiyə kimi klinikaya ilan vuran 40-a yaxın adam müraciət edib. Onlardan ikisinin həyatını xilas etmək olmayıb. Azər Maqsudov deyir ki, səbəb onların həkimə vaxtında çatdırılmamasıdır:

«Biz ilan vuran adama qarşı ilkin tədbir kimi, zəhərin sorulmasını və ya yaranın kəsilməsini məsləhət görmürük. İlan vurana ilk tibbi yardım kimi, yaranı təmiz bintlə bağlamaq, üstünə buz qoyub təcili yaxındakı tibb məntəqəsinə çatdırmaq lazımdır. Həmin tibb məntəqələrində ilanvurana ilan əleyhinə zərdab vurulur. Sonra isə klinikaya gətirmək lazımdır».

BAKI KƏNDLƏRİNDƏ «ORTA ASİYA HÖRÜMÇƏYİ»

Azər Maqsudov deyir ki, Bakı kəndlərində son illər «Qara qurd» adlı zəhərli hörümçəyə rast gəlinir:

«Bu hörümçək Orta Asiyada yaşayır. Güman edilir ki, Azərbaycana meyvə-tərəvəzlə gətirilib, indi də bəzi Bakı kəndlərində müşahidə olunur. Məsələn, Maştağa, Mərdəkan, Buzovna, tək-tək Zirədə ona rast gəlinib. Bu il indiyə kimi dörd nəfər müraciət edib».

Azər Maqsudov deyir ki, «Qara qurd» hörümçəyinin zəhəri vaxtında həkim müdaxiləsi olmasa, öldürücü ola bilər. Bu hörümçək adamı sancan zaman sancılan yerdə, sonradan isə qarın nahiyəsində kəskin ağrılar olur, adamı soyuq tər basır, qan təzyiqi düşür. Azər Maqsudov məsləhət görür ki, hörümçəyin sancdığı adama dərhal ağrıkəsici vurulub həkimə çatdırılsın.

ÇİYƏLƏKDƏN ZƏHƏRLƏNƏN AZDIR

Azər Maqsudov onu da əlavə edir ki, əvvəlki mövsümdən fərqli olaraq çiyələkdən zəhərlənənlər azdır:

«Mövsüm yeni başlayıb. Həftədə iki-üç nəfər müraciət edir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG