Cümə, Aprel 25, 2014 Bakı vaxtı 07:54

Cəmiyyət

Musa Əfəndi «Ədəbi Azadlıq-2011» hekayə müsabiqəsinin qalibidir

"Ədəbi Azadlıq" müsabiqəsində nələr oldu?i
|| 0:00:00
X
16.06.2011
Azadlıq Radiosunun təşkil eydiyi "Ədəbi Azadlıq" müsabiqəsi başa çatdı.

Azadlıq Radiosunun təşkil eydiyi "Ədəbi Azadlıq" müsabiqəsi başa çatdı.

Şriftin ölçüsünü dəyiş - +
Azadlıq Radiosunun təşkil etdiyi və Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr edilən “Ədəbi Azadlıq” hekayə müsabiqəsi başa çatdı.

İyunun 15-də Bakıdakı Azad Fikir Universitetində müsabiqənin qalibləri açıqlandı.

Gənc yazar Musa Əfəndi “Onları yol apardı” hekayəsi ilə müsabiqənin qalibi oldu.

Ona mükafatı Amerikadakı Beynəlxalq Yayım Şurasının (BBG) üzvü, hazırda Bakıda səfərdə olan səfir Victor Ashe təqdim edib.

2-ci mükafatlara "Gilənar albalı olurmu?" hekayəsi ilə Azad Qaradərəli və "Zabitəli kişinin arvadı" hekayəsi ilə Rəhim Əliyev layiq görülüblər.

3-cü mükafatlar isə aşağıdakı müəlliflərə çatıb.

Jalə İsmayıl (“Ülviyyə Heydərova” hekayəsi)
Babək Göyüş (“Yaşıl qurbağanın çəhrayı daşı”)
Mətləb Muxtarov (''Araba Sahipinden Satılıktır'')

Qaliblər - əsəri müsabiqənin qısa siyahısına düşmüş yazarlar arasından seçilib.

1-ci mükafatın sahibinə notebook, ikinci yerləri tutan müəlliflərə netbook-lar, üçüncü mükafatçılara isə e-book reader-lər hədiyyə edilib.

Onlara ilk turda verilən əsas ballar və son turda verilmiş əlavə ballar yaxın saatlarda açıqlanacaq.

Qalibləri yazıçılar Rafiq Tağı, Pərviz Cəbrayıl, tənqidçi Tehran Əlişanoğlu və “525-ci qəzet”in redaktorunun mədəniyyət, ədəbiyyat üzrə müavini Seyfəddin Hüseynli seçiblər.



Həmçinin oxu
Musa Əfəndi: "Hətta zarafatla Nobel nitqimin adını da müəyyən etmişik"
"Ədəbi Azadlıq-2011": Münsiflərin verdiyi ballar açıqlandı

2010-cu ildə "Ədəbi Azadlıq" müsabiqəsinin qalibi Eyvaz Zeynalov olmuşdu
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Azadliq Azerbaijan Haradan: Baki
16.06.2011 13:27
Qalibleri urekden tebrik edirem. Can sagligi ve ugurlar arzulayiram

Kimdən: Alpay Haradan: Baki
16.06.2011 12:41
P.S. Redaksiyadan bir texniki xahiş. Əgər mümkünsə, oxucular üçün qaliblər haqqında qısa məlumat veriləydi. Alpay

Kimdən: Realist Haradan: Bakı
16.06.2011 10:59
Musa Əfəndi, Jalə İsmayıl və Babək Göyüş həqiqətən də qələbəyə layiqdirlər. Azad Qaradərilinin heakyəsini də bəd ayaqda qalib etmək olardı. Amma Rəhim Əliyevin hekayəsinin qalib elan olunması biabırçılıqdır. Münsiflərin zövqünə şübhə etməyə başladım. Münsiflərin kimliyinə baxanda isə heç inanmağım gəlmir ki, bu hekayəni onlar seçiblər...
Hər halda, bütün qalibləri təbrik edirəm. İstənilən halda zəhmətləri öz bəhrəsini verdi. Hədiyyələrini sağlıqla işlətsinlər :)))

Kimdən: Alpay Haradan: Baki
16.06.2011 10:13
Qalibləri təbrik edirəm, müsabiqə ədalətli keçdi, nəticələr də göstərir ki, qərəz-filan olmayıb. Bircə Tosif Həsənlinin "Divarlar" hekayəsinin yer tutmamasına təəssüf edirəm. Alpay Azər

Kimdən: Afat Haradan: Ukrayna
16.06.2011 01:06
Axir ki,çoxdan gözlənilən gün gəlib çatdi: ədəbiyyatla və azadligla heç bir əlagəsi olmayan "ədəbi-azadlig" şou-müsabigəsi başa çatdi.Noolsun ki,müsabigənin gedişində gaydalar dəfələrlə dəyişildi,noolsun ki,onlug dönüb on üçlük oldu,7 min əvəzinə 9 min işarəyə icazə verildi,noolsun ki,birinci turun nəticələri vəd olunduğu kimi mayin 1-də yox,neçə gün sonra bəlli oldu,noolsun ki,galib Azərbaycanin müstəgilliyi günü yox (mayin 28-i),iyunun 15-i bilindi-məgər bunlar kiməsə əsas verirmi təşkilatçilig işinin yüksək səviyyədə təşkil olunmasina şübhə etsin?
Azərbaycan analogu olmayan təzadlar ölkəsidir.Ganun-manun bizlər üçün əsas şərt deyil,biz "ponyatiya" ilə yaşayirig.
Səbirsizliklə münsiflər heyətində kimlərin olmasini gözləyirəm.Zarafat deyil,neçə aydir kişilər gecəni gündüzə gatib təhlillər apariblar,galibi üzə çixarmag üçün baş sindiriblar, kimsə zəng edib "filankəsləri onlugda görmək məsləhətdir" deyəndə telefonu hirslə divara çirpib "goyacagsiniz biz öz başimizla işləyək?" deyib dərin stress hissləri yaşayiblar...
Bəzi gülməşəkərlər də deyir ki,elə əvvəldən məlum idi kimlərin gabağa çəkilməyi.Guya ki,galib əsərə grammatikadan 3-dən artig giymət düşmür,yeri gəldi-gəlmədi çoxlu sayda vergül işarəsindən istifadə olunub,əsərin dili xətalidir, "...gözünə yuxu girmədi" kimi əcayib söz birləşmələri var...Əşşi,noolsun,yəni deyirsiniz bu boyda əsərdə nögsan olmasin?Münsiflər də adamdir da,ola bilər yorğun olublar,bu əsərə çatanda fikirləri dağinig olub...
Gələn il Garabağ ətrafi rayonlarin işğalinin 20 ili tamam olacag.Ümid edirəm,"ədəbi azadlig-2012" bu mövzuya həsr olunacag.Mən də güclü hazirlaşiram bu müsabigəyə.Hekayəmin adi "Keçəl gizin hörükləri" olacag.Elə başa düşürəm,müsabigənin mərami ilə yazdiğim hekayənin mövzusu bir-birini tamamlayacag.Şübhəsiz,bu da 10-luğa...yox ee,13-lüyə düşməyə əsas verəcək.
Cavab

Kimdən: Ataqam Haradan: Jerusalem
16.06.2011 16:48
"Keçəl gızın hörükləri"… - əsl Markessayağı addı (“İtin mavi gözləri”ndə "mavi itin gözləri" kimi). Başqa rəylərinizlə işim yoxdu, amma bu hekayənizi səbrsizliklə gözləyirəm, Afat.
Cavab

Kimdən: Ramil Rahiboğlu Haradan: 1000+GƏL+ÇEVİR
16.06.2011 09:13
Təbrik edirəm, Musa !

Kimdən: Sofiya Haradan: Baki
15.06.2011 23:52
Tebrik edirem.Butun hekayeler tutduqlari yerlere layiqdirler.Yeni istedadlara perde acmaq coxdan lazim idi nehayet vaxti geldi.

Kimdən: Halaypozan
15.06.2011 23:50
Qalibləri təbrik eləyirəm. Münsiflərin qərarını da ədalətli hesab eləyirəm.

Kimdən: Strange Haradan: Baki Ehmedli kendi
15.06.2011 23:28
Musani semimi qelbden tebrik edirem. Bookclub uzvumuz canimiz tebrikler) Yeni yeni ugurlar