Keçid linkləri

Təcili xəbərlər

"Qara qızıl" müqavilələrində qaranlıqlar


Azerbaijan – oil bogs in Mashtaga settlement of Baku, 04Mar2009
Azerbaijan – oil bogs in Mashtaga settlement of Baku, 04Mar2009

Milli Məclisdə növbəti neft müqaviləsinin müzakirəsi zamanı bəlkə də ilk dəfə idi ki, Azərbaycan Dövlət Neft Şirkərinin (SOCAR) özünə tərəfdaş seçdiyi şirkətin imici ilə bağlı bəzi millət vəkillərində əməmlli-başlı şübhələr yaranmışdı. Ona görə də SOCAR prezidenti Rövnəq Abdullayev də ciddi sorğu-suala tutulmuşdu.

Müqavilələrin sayı çoxdur

Əslində bununla bağlı cəmiyyətin aktiv hissəsində daim bir narahatçılıq olub, Mədən SƏnayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasının iclaslarında bu məsələlər vaxtaşırı qaldırılıb və lazımi instansiyalara hətta sorğular da göndərilib. Ancaq heç də qaneedici cavablar alınmayıb və ya söz sahibləri vətəndaş cəmiyyətinin sorğularını sadəcə sükutla qarşılamağa üstünlük veriblər.

Ümumilikdə götürdükdə isə, Azərbaycan indiyə qədər Hasilatın pay bölgüsü (HPB) tipində xarici şirkətlərlə 34 müqavilə imzalayıb. Hazırda onların cəmi 3-ü kəşfiyyat xarakterlidir – “Araz-Alov-Şərq”, “Asiman-Şəfəq” və “Abşeron” dəniz blokları. Bunların hamısınada layihəyə dünya şöhrətli şirkətlər - ilk ikisinə Britaniyanın BP, sonuncusuna isə Fransanın Total şirkəti – başçılıq edir.

O ki, qaldı hasilatla bağlı layihələrə - onların sayı bu günə 13-ə çatır və yalnız 2-də tanınmış şirkət operatordur: “Azəri-Çıraq-Günəşli” və “Şah-dəniz” yataqlarında hasilat BP-nin rəhbərliyi altında həyata keçirilir. Baxaq görək, digər layıhələrdə vəziyyət necədir?

ƏMƏLİYYAT ŞİRKƏTLƏRİ

YATAQLAR

ƏLAVƏ MƏLUMATLAR

LAYİHƏLƏRİN OPERATORLARI

1. AIOC

Azəri”, “Çıraq” və “Günəşli”

20 sentyabr 1994-cü ildə imzalanıb. Parlamnt 15 noyabr 1994-cü ildə təsdiqləyib. President sərəncamı ilə həmin ilin 12 dekabrında qüvvəyə minib. Hasilat 1997-ci ilin noyabrında başlanılıb. Haxırda gündəlik hasilat 850 min barel ətrafındadır.

BP

2. BP Exploration (Shah-deniz) LTD

Şah-dəniz”

4 iyun 1996-cı ildə imzalanıb. Parlament 4 oktyabr 1996-cı ildə təsdiq edib. Presindent sərəncamı ilə 9 oktyabrda qüvvəyə minib. Hasilat 2006-cı ilin noyabrında başlanıb. 2010-cu ilin nəticələrinə görə, 1,9 mln ton kondensat və 6,5 mlrd kubmetr qaz hasil edilib.

BP

3. Salyan Oil Ltd. (SOL)

KürsəngiQarabağlı

15 dekabr 1998-ci ildə imzalanıb. Parlament 16 aprel 1999-da təsdiq edib. Prezident sərəncamı ilə 27 aprel 1999-cu ildə qüvvəyə minib.

CNPC

4. Karasu Operating Company (KOC)

Kəlaməddin” və “Mişovdağ”

12 sentyabr 2000-ci ildə imzalanıb. Parlament həmin ilin 25 oktyabrında təsdiqləyib. Prezident sərəncamı ilə 5 noyabr 2000-ci ildə qüvvəyə minib.

Global Energy

5. Gobustan Operating Company (GOC)

Cənub-Qərbi Qobustan”

2 iyun 1998-ci ildə imzalanıb. Parlament 13 noyabr 1998-də təsdiq edib. Prezidentin sərəncamı ilə həmin ilin 1 dekabrında qüvvəyə minib.

CNPC

6. Kura Valley Company (KVC)

Padar”

27 aprel 1999-cu ildə imzalanıb. Parlament 25 iyun 2000-ci ildə təsdiq edib. Prezident sərəncamı ilə 25 iyul 2000-ci ildə qüvvəyə minib.

Global Energy

7. AzShengli Operating Company

Pirsaat”

4 iyun 2003-cü ildə imzalanıb. Parlament 2 dekabr 2003-cü ildə təsdiqləyib. Prezident sərəncamı ilə 26 dekabr 2003-cü ildə qüvvəyə minib.

Shengli Oil

8.Binagadi oil Operating Company

“Binəqədi”, Qırmakı”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmai”, “Şabandağ” və “Sianşor”

18 iyun 2004-cü ildə imzalanıb. Parlament 29 aprel 2005-ci ildə təsdiqləyib. Prezident sərəncamı ilə həmin ilin 19 mayında qüvvəyə minib.

Global Energy

9.Garachukhur oil Operating Company

Qaraçuxur” bloku

29 sentyabr 2004-cü ildə imzalanıb. Parlament 29 aprel 2005-ci ildə təsdiq edib. Prezident sərəncamı ilə həmin ilin mayında qüvvəyə minib.

Noble Sky

10. Shirvan oil Operating Company

Kürovdağ”

3 fevral 2009-cu ildə imzalanıb. Parlament 22 mayl 2009-ci ildə təsdiqləyib

Global Energy

11. Neftchala İnvestment Ltd.

“Neftçala”, “Xıllı”, “Durovdağ” və “Bazanan”

3 fevral 2009-cu ildə imzalanıb. Parlament 22 may 2009-ci ildə təsdiqləyib.

Global Energy

12. Absheron Operating Company

Zığ” və “Hövsan”

3 noyabr 2005-ci ildə imzalanıb. Parlament 6 mart 2007-ci ildə təsdiqləyib.

Global Energy

13. Bahar Operating Company

“Bahar” və “Qum-dəniz”

22 dekabr 2009-cu ildə imzalanıb. Parlament 27 aprel 2010-ci ildə təsdiqləyib.

Bahar

Energy (Dubay)

14. Balakhany Operating Company

“Balaxanı”, “Sabunçu”, “Ramanı” və “Kürdaxanı”

3 iyun 2010-cu ildə imzalanıb. Parlament 6 may 2011-ci ildə təsdiqləyib.

UGE-Lanser (Dubay)


“Global Energy”nin nəyi qlobaldır?

Bu cədvəldən göründüyü kimi, hal-hazırda Azərbaycanda hasilatla məşğul olan ən aktiv şirkət (yataqların sayına görə) Global Energy şirkətidir. O, Vircin adalarının Britaniyaya aid hissəsində qeydə alınıb). Şirkətin Bakı filialının rəhbəri Rusiya vətəndaşı İqor Kirdodadır.

Bu offşor şirkəti artıq 17 yatağın işlənməsi ilə məşğuldur. Fəqət indiyə qədər nə Global Energy Azerbaijan Ltd.-nin, nə də Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi bir dəfə də olsun bu şirkətin fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirib, ictimaiyyət (KİV) və qeyri-hökumət təşkilatları üçün hər hansı hesabat dərc edib. Ona görə, məncə Azərbaycan hökuməti HPB sazişləri imzalayan şirkətlər qarşısında ciddi tələb qoymalıydı: hər illik fəaliyyətləri ilə bağlı audit edilmiş hesabat hazırlasınlar və internet səhifələrində yerləşdirsinlər.

Onu da qeyd edim ki, hələ ki, BP-dən savayı Azərbaycandakı fəaliyyətləri ilə bağlı digər xarici hasilatçı şirkətlər ictimaiyyətlə məlumatlarını bölüşmürlər.

1 ilə $50 mln. mənfəət... az deyilmi?

2010-cu ilin yekunlarına görə, HPB sazişləri çərçivəsində BP-Azərbaycan şirkətindən başqa, cəmi 3 müqavilə üzrə Neft Fonduna “mənfəət nefti” verilib. Bunların toplam dəyəri isə cəmi-cümlətanı $50 mln olub.

Bu çoxdur, ya az? Ancaq ötən ilki ixrac qiymətləri ilə götürsək (1 bareli $78,2), onda təqribən 640 min barel və ya 87 min ton neft edir. Məncə, həmin mənfəətlə heç Lökbatandakı “tolkuçka” sahibləri adam arasına çıxmazdılar.

Elə isə Abşeron yarımadasındakı yataqların intensiv işlənməsinin dövlətə nə xeyri? Yaxşı olmazdımı ki, onların istismarını 30-40 illiyinə ümumiyyətlə dayandıraq və ekoloji vəziyyətin tənzinlənməsinə diqqətimizi yönəldək.

Axı Azərbaycan ildə 50 milyon tonda artıq neft hasil edir və bunun cəmi yarım milyondan bir qədər artığı Abşeron yataqlarının payına düşür. Yarım milyon tonla hökumətimiz görəsən hansı ümummilli problemləri həll etmək niyyətindədir ki, ofşor şirkətlərin təkliflərindən geri çəkilə bilmir?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG