Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:50

Səxavət Soltanlının yeri bəlli oldu


Səxavət Soltanlı
Səxavət Soltanlı
Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlının saxlandığı yer məlum oldu.

Qaradağ rayon Məhkəməsinin qərarı ilə avtoxuliqanlıqda təqsirli bilinərək 5 sutka həbs cəzası alan S. Soltanlı Binəqədidəki İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindədir.

Bu barədə AzadlıqRadiosuna vəkil Elçin Namazov məlumat verib.

Vəkil təcridxanada martın 8-də həbs olunmuş Səxavət Soltan və Rəşadət Axundovla görüşüb. Hər iki gənc onlara qarşı ittihamların saxta olduğunu, hakimin işi araşdırmadan qərar verdiyini bildirib:

«Gənclər dövlət tərəfindən təyin olunan vəkildən imtina edib, hüquqlarını Əshabəli Mustafayev və Elçin Namazovun müdafiə etməsini istəyib. Ancaq Xətai və Qaradağ rayon məhkəmələrinin hakimləri onların etirazını nəzərə almayıb».

Rəşadət Axundov qanunsuz həbs olunmasına etiraz olaraq dünəndən aclıq aksiyasına başlayıb.

R. Axundova polisin əmrinə tabe olmama, polisə müqavimət ittihamı ilə 5 sutka həbs cəzası kəsilib.
XS
SM
MD
LG