çərşənbə, Sentyabr 17, 2014 Bakı vaxtı 22:32

Siyasət

Gənc fəalın anası: "Bəxtiyar əqidəsindən dönən deyil"

x
Martın 5-i axşam saat 8-də Bəxtiyar Hacıyevin anası və bacısı işlədikləri 11 saylı məktəbin direktorunun çağırışı ilə məktəbə gəliblər.  Direktor Təranə Hüseynovanın kabinetində fəalın anası Solidə Movlayevaya Yeni Azərbaycan Partiyası şəhər təşkilatının sədri İsrafil İsmayılovun onunla söhbət etmək istədiyi bildirilib. 

Az sonra İsmayılov məktəb direktorunun otağına daxil olub və Mövlayevanı müşayiət edən şəxslərdən və hadisə yerində olan AzadlıqRadiosu müxbirlərindən otağı tərk etmələrini xahiş edib. 

Yarım saatdan çox sürən görüşdən çıxanda YAP Gəncə təşkilatının sədri görüşün Bəxtiyar Hacıyevlə əlaqəli olmadığını, ümumiyyətlə gənc fəalın həbsindən xəbərdar olmadığını bildirib. 

"Ana bala, söhbət edirdik". İsmayılov Mövlayevanın məktəbə çağırılmasının məqsədini belə izah edib. 

BƏXTİYAR ƏQİDƏSİNDƏN DÖNƏN DEYİL

Solidə Mövlayeva isə bildirib ki, görüşdə ondan Bəxtiyar Hacıyevə ziyan vuracaq hərəkətlərdən çəkinmək tövsiyə olunub.

"Mən YAP-ın üzvü olduğuma görə məsləhət gördülər ki, artıq-əskik söhbətlər olmasın, Bəxtiyarın xeyri üçün.Vəssalam. Söhbətlər hamısı bu haqda idi ki, Bəxtiyara ziyan edən söhbətlər danışmayaq heç harda. Mən də dedim ki, biz nə danışasıyıq ki? Danışası deyilik. Bəxtiyar da əqidəsindən dönən deyil". 



Həbs olunmuş gənc fəal Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva hakim partiyanı tərk edəcəyini deyir


"AZ QALIRAM BƏXTİYARA QOŞULAM"

Mövlayevanın sözlərinə görə, ona hədə-qorxu gəlinməyib.
 
"Yəqin eşidib ki, YAP-dan çıxmaq istəyirlər. Dünən də Bəxtiyarın atası Nizami rayon məhkəməsinin qarşısında söylənib, deyib ki, vicdansızlar, heç olmasa,qoyun baxaq, görək, nə vəziyyətdədir. Yalnız məsləhət xarakterli söhbət idi. Deyirdi ki, hər şey yaxşı qurtaracaq. Deyirdi, mən fəxr edirəm ki, Bəxtiyar kimi gənclərimiz var". 

Mövlayeva YAP üzvlüyündən çıxmaq arzusunu belə izah edib:

"Bəxtiyara görə. Bəxtiyarı belə sıxışdıran ölkənin hakim partiyasında qalmaq istəmirəm. Mən özüm daxil olmuşdum YAP-a. Sevə-sevə. Heydər Əliyevə böyük hörmətim var idi. Yenə də dəyişməyib. İsrafil müəllimə də dedim. Amma bu hökumətdən mən çox narazıyam. Elə narazıyam ki, az qalıram, Bəxtiyarın özünə qoşulam". 

* * * 


GƏNC FƏALA İŞGƏNCƏ İDDİASI

«Bəxtiyar Hacıyevin üzündə, gözünün altında zorakılıq əlaməti var».

Bunu Gəncə şəhər 2 saylı təcridxanasında Bəxtiyar Hacıyevlə görüşdən çıxan vəkili Əlayif Həsənov deyib. O bildirib ki, tibbi ekspertiza keçirilməsi üçün vəsatət qaldıracaqlar.

Martın 4-də həbs olunan Bəxtiyar Hacıyev ona iki nəfərin zor tətbiq etdiyini bildirib.

«OĞLUMUN HƏBSİ SİFARİŞLİDİR»

Bəxtiyar Hacıyevin anası oğlunun həbsinin siyasi sifarişli olduğunu düşünür.

Solidə Mövlayeva AzadlıqRadiosuna bildirib ki, Bəxtiyar sənədsiz-sübutsuz heç bir iş görmürdü:

«Ancaq prokurorluq, polisə gedirdi. Evdən kənara çıxmayıb, heç bacısıgilə də getməyib».

O deyir ki, Bəxtiyarın 2-4 mart tarixlərdə Gəncədən kənara çıxmadığına həmin günlərdə onlara Mingəçevir və İsmayıllıdan gələn qonaqlar da şahidlik edə bilər.

Respublika Prokurorluğunun yaydığı məlumatda isə deyilir ki, B. Hacıyev martın 2-4-də Gəncə şəhərini tərk edib.

BAŞ PROKURORLUQ BƏXTİYAR HACIYEVİN HƏBSİNİN SƏBƏBİNİ AÇIQLADI

«Bəxtiyar Hacıyev hərbi xidmətdən boyun qaçırdığına görə yanvarın 24-də Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Fevralın 3-də isə onun barəsində polisin nəzarətinə verməklə qətimkan tədbiri seçilib».

Bunu «Trend»ə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

«Bəxtiyar Hacıyevə izah edilib ki, müstəntiqin, prokurorun icazəsi olmadan başqa yerə gedə bilməz. Qərar icra edilməsi üçün Gəncə şəhəri, Nizami rayon Polis Şöbəsinə göndərilib. Bəxtiyar Hacıyevin hər gün saat 10:00-da həmin şöbəyə gəlməli olduğu haqda cədvəl tərtib olunaraq ona imza etdirilib. Lakin, müəyyən edilib ki, o, 2 - 4 mart 2011-ci il tarixlərdə cədvələ imza etdikdən sonra Gəncə şəhərini tərk edib. Polis əməkdaşları bir neçə dəfə onun yaşadığı ünvana gedərək atası İlyas Hacıyevə oğlunun Nizami rayon Polis Şöbəsinə gəlməli olmasını bildiriblər. Bu barədə müvafiq sənədləşmə aparılıb, lakin Bəxtiyar Hacıyev polis şöbəsinə gəlməyib», - deyə Sultanov bildirib.

BƏXTİYAR HACIYEVİN HARADA SAXLANDIĞI MƏLUM DEYİL

B. Hacıyevin qardaşı Vüqar Hacıyev AzadlıqRadiosuna bildirib ki, səhər saatlarından Gəncə şəhər Prokurorluğu onları bir neçə təcridxanaya göndərsə də, heç birində B. Hacıyev olmayıb:

«Bir balaca şəhərin içində iki obyektin arasında üç dəfə, dörd dəfə gedib-gəlmişik, heç bir nəticə yoxdur. Sadəcə, bizi yayındırmağa çalışırlar, vəkilləri də həmçinin. Görüşməyə imkan yaratmaq istəmirlər. Təqribən yarım saatdır Gəncə şəhər Prokurorluğunun müstəntiqi bizimlə oyun oynayır. Bizə dedilər ki, Kəpəz rayon Polis Şöbəsinin yanında təcridxana var, orada saxlanılır. Səhər kiçik əşyalarının bir hissəsini ordan vermişdilər. Sonradan orada olmadığını dedilər, 2 saylı istintaq təcridxanasına yönəltdilər. Müstəntiqin özü də dedi ki, bizim özümüz də ora gedirik. İndi nə müstəntiq var, nə vəkil».

B. Hacıyevin vəkili Əlayif Həsənov ehtimal edir ki, «müdafiə etdiyi şəxsə fiziki təzyiqlər göstəriblər, bunu gizlətmək istəyirlər».

BƏXTİYAR HACIYEVIN VƏKİLLƏRİ PROKUROR VƏ MÜSTƏNTİQLƏ GÖRÜŞÜBLƏR

Martın 5-də Bəxtiyar Hacıyevin vəkilləri Gəncə şəhər prokuroru Adil Vəliyev və işi aparan müstəntiqlə görüşüblər. Görüşdə vəkillərə bildirilib ki, B. Hacıyev barədə həbs qətimkan tədbiri onun martın 4-də icazəsiz olaraq Gəncə şəhərini tərk etməsi ilə bağlı olub.

Vəkilləri Elçin NamazovƏlayif Həsənov isə deyir ki, B. Hacıyev hər gün saat 10-da polisə gedərək şəhərdə olması barədə imza atıb.

Prokurorluqdan isə bildirirlər ki, o, hər gün imza atandan sonra şəhəri tərk edib.

Vəkillər martın 4-də Nizami rayon Məhkəməsinin çıxardığı qərarı alandan sonra
Gəncə şəhər 2 saylı istintaq təcridxanasında saxlanan B. Hacıyevlə görüşə cəhd edəcəklər.

HƏMÇİNİN OXU: BƏXTİYAR HACIYEV DÖYÜLDÜYÜNÜ DEYİR
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (13)
    Növbəti 
Kimdən: Yalchin Hesensoy Haradan: Aran bolgesi
19.03.2011 18:07
YAP-chi Mubariz Qurbanli "Olaylar"a musahibe verib. Men onun musahibede selslendirdiyi tehqirlarine qisaca munasibet bildirmek isterdim. M. Qurbanli, sen oz fikirlerini bildiren minlerle insanlara "gede" deyirsen. Azerbaycanda kmin gede olduqunu hami yaxshi bilir. Her halda, menim terbiyem yol vermir ki, senin sevviyyene enib, onun burada adini chekim, mence her shey aydindir. Diger terefden, "Azadliq" radiosundan tarazliqi qorumaqi, tereflerin movqelerini vermeli omasini teleb edirsen. Hesab edirem ki, radionun mudafieye ehtiyaci yoxdur, onlar ozlerini mudafie ede bilerler. Lakin meni dushunduren bashqa meseldir. Azerbeycanin radio ve televiziyalari birterefli qaydada yalniz sizlerin movqelerini vermekle meshquldur. Amma burada eks, opponent movqelerin verilmesinden sohbet bele gede bilmez. Bes nece olur ki, sen Azerbaycan telekanallarinda olan bu birterefliyi mudafie edirsen, lakin ozun "Azadliq" radiosundan fikir puluralizmi isteyirsen? Buna menevi haqqin chatirmi? (baxmayarq ki, men hesab edirem ki, sozugeden radioda eks fikirlere sherait yaradilir, hami kimi sene de problem yoxdur)? Bundan elave, musahibede sen eks fikirli sherh verenleri "qaraguruhchu" ve "cemiyyetden qovulmushlar" adlandirirsan. Azerbaycanda ve dunyada hami bilir ki, bizde iqtidar muxalifeti siyasi ve intellektual mubarize zemininde ustunluyu sayesinde sixishdirmayib; her halda en azi senin seviyyen bunu bele demeye esas verir. Eksine, yene hami bilir ki, bu sixishdirma silahli quvvelerden-ordu ve polisin, yerli icra hakikmiyyeti orqanlarin gucunden qanunsuz yolla siyasi meqsedlerle istifade neticesinde bash verib. Men ise senden sorushuram: ne sebebe cemiyyetin vergileri ile meliyyeleshen, bune gore de ona xidmet etmek uchun yaradilmish bu qurumlar siyasete qarishdirilmli ve hakimiyyeti qorumaq namine iqtidar terefinden istifade olunmalidir? Bu haqsizliqdir, edaletsizlikdir. Butun diktaturalara xas olan bu hala Azerbaycanda son qoyulmalidir. Onda gorek, sen yeke-yeke danishdiqin kimi, opponenlerini cemiyyetden qova bileceksenmi.

Kimdən: Anonim
07.03.2011 17:07
mene genc demek olmaz, yasim 30 dur; ,amma onu bilirem ki, Bu idare sistemi cox pisdir, sovetden deyismeden galdi, heta ondan100 defe de kefirdir, ejaibdir, neye gore cunki bizde olunu ozbasina goydu ulu onder; onda olu ne eder? menden gabag atalar deyib;bu usaq kasib ailden cixib Harvard bitirib;bunu dama niye soxursan ki? lap olsun gusuru, senin o geder ,eybejer ayibin var,seni goyarsan hec dama soxmaga? Bular dusmendir bizehamisi-en kasib sovet respublikalrda international gebula olan kvota uzdedir,kim isteyir vere biler, bularsa onu da gizledirler,vermirler siyahini tam millete; dalda satirlar yerleri,bu ne geder dozulejek he?

Kimdən: Bakili Bakisiz Haradan: Avropadan
07.03.2011 14:17
07.03.2011 Musavat gazeti yazir :


MÜSAVAT BU GÜN MERİYAYA MİTİNQ MÜRACİƏTİ GÖNDƏRƏCƏK

12 mart aksiyası üçün iki meydan istənilir



Müsavat Partiyası martın 12-də ümumrespublika mitinqi keçirməyə hazırlaşır. Kütləvi aksiyanın keçirilməsinə şərait yaradılması üçün bu gün Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məktub göndərəcək.

Bu barədə məlumat verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının sözlərinə görə, BŞİH-yə ediləcək müraciətdə mitinq üçün iki ünvan-"Təbriz" kinoteatrının qarşısındakı meydan və keçmiş “Qələbə” kinoteatrı ilə “İnşaatçılar” metrostansiyasının arasında yerləşən İdman-Sağlamlıq mərkəzinin stadionunun ayrılması qeyd olunacaq:
“Bu iki meydan Bakı Şəhər İcra Hakimiyyətinin kütləvi aksiyalar üçün ayırdığı yerlər sırasındadır. İcra Hakimiyyəti həmin iki ünvandan birini Müsavat Partiyasının 12 martda keçirəcəyi aksiya üçün ayırmalıdır”.
Müsavat rəsmisi bildirdi ki, mitinqdə fundamental insan hüquqlarının qorunması, sərbəst toplaşmaq azadlığı, korrupsiya və rüşvətxorluğun kökünün kəsilməsi, maddi sərvətlərin ədalətli bölünməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsi kimi tələblər sürüləcək.

ETİBAR
Cavab

Kimdən: Bakili Bakisiz Haradan: Avropadan
07.03.2011 17:03
07.03.2011 Musavat yazir :

BŞİH MÜSAVATIN MƏKTUBUNU QƏBUL ETMİR

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının mart ayının 12-də keçirmək istədiyi mitinqlə bağlı müraciətini qəbul etmir. Bu barədə musavat.com-a Müsavat başqanının müavini Tofiq Yaqublu məlumat verib.

T.Yaqublunun sözlərinə görə, bu gün günün birinci yarısında o, Müsavatın məktubunu şəxsən BŞİH-ə aparıb, lakin qəbul şöbəsinin müdiri məktubu qəbul etməkdən imtina eləyib. T.Yaqublunun verdiyi məlumata görə, o, qəbul şöbəsinin müdirinə qanunun tələbini xatırladaraq deyib ki, aksiyanın keçiriləcəyi tarixə 5 gün qalmış təşkilatçı tərəf icra hakimiyyətinə rəsmi müraciət göndərə bilər və icra hakimiyyəti məktubu qəbul etməyə borcludur. Buna baxmayaraq qəbul şöbəsinin müdiri heç bir əsas göstərmədən məktubu götürməyib və martın 9-da gətirməyi tövsiyə edib.
T.Yaqublu isə məktubu günün ikinci yarısı poçt vasitəsilə BŞİH-ə göndərib.

Xatırladaq ki, bundan əvvəl bu kimi hallarda BŞİH rəhbərliyi siyasi partiyaların müraciətlərini bir qayda olaraq, "kütləvi aksiya keçirilməsi məqsədəuyğun hesab edilmir" kimi cavablandırırdı.
Cavab

Kimdən: Alim Haradan: Azbijanli gastroldan
07.03.2011 14:57
Bes istefa telebi niye sürülmäyäcäk ?

Kimdən: Muselman Qardasligi
07.03.2011 14:07
ash sheab yuri'd isqatan nizam
xalq sistemin ,cokmesini yaxud rejimin deyishmesini isteyir
bax bu shuar ereb diktatorlarinin en qorxdugu sozdur bu gun/
onlarin qelbleri ile yanashi artiq taxtlarinda silkeleyir.
ama bizim xalq helede qeflet yuxusundadir.( rehnetlik sabir sanki bu gune yazirdi o sherlerin)
lag elediyiniz, hicabi, niqabi gerideqalmishliq aldlandirdiginiz o nigabli hicabli muselman ereb xanimlar meydanlarda diktator ereblerin taxtlarin silkeleyir.
ama bizim xanimlarin coxu a bala neysine qalib dovletle dovletcilik etmeyeceksenki shuarina daha cox ustunluk verir bizim bu baslarin acib azadliga qovushmush inlektual azad xanimlar .
elecede beylerimiz hami bir tike coreyinin dalinc qacir.
bizim millet deyisene oxshamir hec ama/
Cavab

Kimdən: Katolik Haradan: Katolik kilisesinden
08.03.2011 00:41
Ay yasha ee qardash.duz deyirsen.

Kimdən: Gencler Haradan: Guba ve Xacmazdan
07.03.2011 13:34
Ay millet biz reyonda yasayanlar ayin 11 ve 12 Bakiya gelib mitinglerde istirak etmek isteyirik lakin havaxt haraya gelek bilmirik. Hec olmasa texmini yerini ve texmi saatini deyin ki axtarib sizleri tapa bilek .
Cavab

Kimdən: 11 mart Haradan: Xalq gunu
08.03.2011 00:43
her adam oz mahallesine cixib ve orda etirazini bildirse yeter!!

Kimdən: Azerturk Haradan: ABSh
07.03.2011 13:12
Hormetli oxucular, Yadimddir Baktiyar bey oz Facebook seyifesinde yazimshdir ki, o Herbi hidmetin yerine Alternatif Hidmete hazirdir bu ise qanuna zidd degil. Ne ucun onu yene herbi hidmete cagirirlar?
Cavab

Kimdən: Bankomat Haradan: Bank
08.03.2011 00:44
Ona gore ki, voenkomatlarin mene borclari var.

Kimdən: ISTINA DOROJE Haradan: OLmayan OLkeden
07.03.2011 12:20
MIllet Bextiyar kimi genci tutanin cavabini allah verecek....

gorusunuz da bu olkede ancaq umidimiz... GArgisha galib hugugi cehetden necede engeller toredirler Bextiyara komek duranlara....


Emil MIllinin variantini BExtiyarin bashina getiribler eyni Usulla...




Kimdən: Talibova.S Haradan: heykeller diyarinnan
07.03.2011 12:02
yap iktidari istefaya getmelidir! Redd olsun diktatura !!!!!!!!!!!!!!!!!!!Biz Azadlig ve Demokratiya isteyirik !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Kimdən: azerturk Haradan: ABSh
07.03.2011 12:00
Bakhtiyar Haciyev tezlikle azadliga burahilmalidir!!! Burada hebi hidmetden yazirlar.Bakhtiyar bey Gurcustanda (Tiflisde) Aspiranturaya gebul olunub ona gore ona qanuni mohlet verilmelidir ki, getsin Gurcustan prezidentinin himayesinde olan Siyasi Elmler Akademiyasinda tehsilini bitirsin. Bu ona herbi hidmete getmemeye mohlet verir qanun ile. Biz ise ne gorururk? Bakhtiyar bey Gurcustana getmek isteyende onu serhedi kecmeye qoymurlar ve Herbi hidmetden yayinmasina gore bir aylig hebs edirler. Buna ne ad vermek olar? Qanunlara bu cure munasibet mi olar? Qanunlar berpa olunmalidir ve Bakhtiyar Haciyev azadliga burahilmalidir! Saygilarla.

Kimdən: yusif Haradan: baki
07.03.2011 11:50
Bextiyarın anası əslində ANALARIN BƏXTİYARIDIR. əllərindən öpürəm.
Səhifə (13)
    Növbəti