Keçid linkləri

Təcili xəbərlər

«Twitter» 10 milyard dollara qiymətləndirilir


«The Wall Street Journal» yazır ki, «Google» və «Facebook» almaq istədiyi «Twitter» mikrobloqunu təxminən 8-10 milyard dollar civarında qiymətləndirir.

Məlumata görə, məhz iki ən böyük internet-korporasiya «Twitter» mikrobloqunun əsas iddiaçısıdır. Şirkətlər arasında danışıqlar hələ ki, ilkin mərhələdədir.

«WSJ» qeyd edir ki, maliyyə göstəricilərinə görə «Twitter»in qiyməti açıq-aydın artıb. 2010-cu ildə şirkətin gəliri 45 milyon dollar təşkil edib. Bu pulun əhəmiyyətli hissəsi serverlərin yeniləməsinə və yeni mütəxəssislərin yığımına xərclənib. 2011-ci ildə mikrobloq xidmətinin gözlənən gəlirinin 100 milyondan 110 milyon dollara qədər olması ehtimal edilir.

Ekspertlər «Twitter» mikrobloqunun inkişaf etməsini internetdə sosial xidmətlərə olan böyük tələbatda görürlər.

Məlumatlara görə, 2010-cu ilin sonunda dünyada «Twitter» istifadəçilərinin sayı 200 milyondan çox olub. Təkcə keçən ilin dekabr ayı ərzində 23,6 milyon ziyarətçi mikrobloqa daxil olub.

«Twitter» mikrobloqunun böyük uğur qazanmasının bir səbəbi kimi də, tanınmış siyasi xadimlərin, mədəniyyət nümayəndələrinin mikrobloqdan aktiv istifadə etməsi göstərilir.

Ən son yazılan

XS
SM
MD
LG