Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:22

AXCP-çi Sumqayıt polisinə çağırılıb


Elçin Həsənov
Elçin Həsənov
AXCP Gənclər Komitəsinin üzvü və «Yüksəliş naminə» qəzetinin müxbiri Elçin Həsənov Sumqayıt şəhər Baş Polis İdarəsinə çağırılıb.

Elçin Həsənov AzadlıqRadiosuna deyib ki, ilkin olaraq onunla rəis müavini Azər Cahangirov söhbət edib. Bildirilib ki, onu polis idarəsinə «Facebook» sosial şəbəkəsində adamları mitinqə çağırdığına görə dəvət ediblər.

Elçin Həsənov deyir ki, o, AXCP üzvü Cabbar Savalanın həbsi ilə əlaqədar iki gün əvvəl Bakıda Heydər Əliyevin abidəsi önündə çıxış edərək gəncləri aksiyaya çağırıb.

Sumqayıt şəhər baş Polis İdarəsinin rəis müavini Azər Cahangirov Elçin Həsənovun polisə dəvət olunmasını təsdiqləyib:

«Elə ciddi bir şey yox idi. O, artıq getdi. Bir məsələ var idi onu dəqiqləşdirirdik. Ona hər hansı xəbərdarlıq olmadı» .

Azər Cahangirov Elçin Həsənovu nəyə görə polisə çağırdıqlarına açıqlamayıb. Hər şeyi onun özündən soruşmağı məsləhət görüb.

Polis İdarəsindən çıxandan sonra Elçin Həsənov AzadlıqRadiosuna deyib ki, polis rəisi ona mitinqə çağırışla bağlı təkzib verməsini istəyib. O, da bununla razılaşıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG