Cümə, Aprel 25, 2014 Bakı vaxtı 11:51

Verilişlər / Kontekst

Ünvanlı sosial yardım, yoxsa süründürməçilik? (VİDEO)

Ünvansız süründürməçiliki
|| 0:00:00
X
03.02.2011
Rəsmi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bugünlər öz işçilərinə "rüşvətdən, süründürməçilikdən uzaq durun!" deyib. Hələ bu sözlərin əks-sədası səngiməmiş sosial müdafiə mərkəzlərinə üz tutumuş müxbirimiz Nüşabə Fətullayevanın videosüjeti.

Rəsmi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bugünlər öz işçilərinə "rüşvətdən, süründürməçilikdən uzaq durun!" deyib. Hələ bu sözlərin əks-sədası səngiməmiş sosial müdafiə mərkəzlərinə üz tutumuş müxbirimiz Nüşabə Fətullayevanın videosüj

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +

«Deyirlər ki, o kağızı gətir, bu kağızı gətir. Gətiririk, veririk, sonra deyirlər başqa sənədi gətirin. Gündə bir sənəd istəyirlər. İncidirlər adamı».
 

Yasamal rayon sakini Tuğra Nuriyeva deyir ki, ünvanlı sosial yardım almaq üçün müraciət etsə də, 5 aydır süründürməçiliklə qarşılaşır. Hər dəfə ondan müxtəlif sənədlər istəyirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov da nazirliyin fevralın 1-də keçirdiyi kollegiya iclasında ünvanlı sosial yardım üçün müraciət zamanı tələb olunan sənədlərin azaldılmasının vacibliyini bildirib. Nazirliyin məlumatında bildirilir ki, Füzuli Ələkbərov görülən tədbirlərə baxmayaraq, əhaliyə xidmət səviyyəsinin qənaətbəxş olmadığını deyib.

«ELƏ BİL YATMIŞ İNSANLARI OYATDILAR»

Yasamal rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Asəf Aslanov deyir ki, nazirlikdəki bu toplantıdan sonra işlərini xeyli yaxşılaşdırıblar:
 

«Elə bil ki, yatmış insanları oyatdılar ki, oyan, ay yatmış insan, sən millətinə xidmət edirsən. İşinin keyfiyyətini artır, münasibətini yaxşı elə, insanlara xidmət elə».
 

O ki qaldı süründürməçiliklə bağlı şikayətlərə, Asəf Aslanov bunları deyir:

 «Razılaşıram ki, belə bir hallar olur. Özümə də dəfələrlə müraciətlər olur. Ancaq bəzən vətəndaşlar tələb olunan sənədi gətirmək əvəzinə şikayət etməyi daha üstün tutur. Sənədi gətirə bilmirsə, süründürməçilikdən danışırsa, süründürməçilikdən söhbət gedə bilməz».


«6 AYIN PULUNU ÖZLƏRİ ÜÇÜN GÖTÜRÜBLƏR»

Abşeron rayonu Qobu kəndinin sakini Mehriban Vəlicanova isə deyir ki, Abşeron rayon Əhalinin Sosial Müdafiə Mərkəzi onu neçə aydır get-gələ salıb. Gah bu, gah da digər sənədin dalınca göndərirlər:
 

 «Mən bir il yardım almışam. Onu da güc-bəla ilə. 6 ayını da özləri üçün götürmüşdülər. 5 uşağa 80 manat pul kəsilmişdi. Rayonlarda daşqınlar olanda onu da dayandırdılar. Sonra dedilər ki, yoldaşın işləməlidir. O da 116 manatlıq maaşla işə düzəldi. Bütün sənədlərimi düzəltmişəm, məni yenə get-gələ salıblar».

Abşeron rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ünvanlı sosial yardım sektorunun müdir müavini Afət Məhərrəmov şikayətçidən pul alınmasını böhtan adlandırır. Deyir ki, fevral ayından ona ünvanlı sosial yardım da veriləcək:
 

 «Həmin şəxs Sumqayıtda qeydiyyatda olub. Ondan tələb olunur ki, Abşerona müvəqqəti qeydiyyata düşsün. Ondan sonra sənədləri gətirməlidir. Bir o sənədi gətirəcək, sonra sənədləri qəbul olunacaq».

«TAPŞIRIQLA PROBLEM HƏLL OLUNMUR»

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev isə nazir Füzuli Ələkbərovun çıxışına toxunaraq deyir ki, tapşırıqla, sərt danışıqlarla problem həll olunmur. Bunun üçün qanunlar işlənməlidir. Həm də elə işləməlidir ki, korrupsiyaya yer qalmasın:
 

«Yardım hesablanmaq üçün yoxsulluğun meyarı düzgün hesablanmır. Hökumət indiyə qədər bunu 60 manat məbləğində götürürdü. Müavinət almaq üçün gəlirin bundan aşağı olmalıdır. Bizdə real yaşayış minimumun real dəyəri xeyli yüksəkdir. Belə vəziyyətdə insan de-fakto yoxsuldur, de-yure yoxsulluğunu təsdiq etmək üçün hökumətdən müəyyən vəsait almaq üçün hansısa sövdələşmələrə getməyə məcbur olur. Bunlar da qanunvericilidəki çatışmazlıqlarla bağlıdır».
 

İqtisadçı ekspert deyir ki, elektron ünsiyyətə keçmək, vahid pəncərə sistemi tətbiq etmək və xarici təcrübəni mənimsəmək problemin həllinə kömək edə bilər.
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında o da bildirilir ki, nazir sənədlərin azaldılması isə bağlı təkliflər hazırlamasını da tapşırıb. Əhaliyə xidmət səviyyəsinin artırılması ilə bağlı isə 1 həftə ərzində işçi qrupuna tədbirlər planının tərtib olunması tapşırılıb.

Yenə nazirliyin məlumatına görə, 2010-cu ildə işdə yol verdiyi nöqsanlara görə 6 nəfər işdən çıxarılıb, 116 nəfərə töhmət verilib. Bir nəfərin işində qanun pozuntusu aşkar edilib. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət olunub. Bu ilin yanvarında isə daha 2 nəfər vəzifəsindən azad edilib.

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (4)
    Növbəti 
Kimdən: samir Haradan: qax
28.02.2011 12:31
o,insanlari nece tutmaq olar.her yerde izleri aparib suya soxurlar.ilanlari seyid ehmedlerin eli ile tuturlar.amma allah her seyi qorur.cezalarini allahdan alirlar.

Kimdən: samirden Haradan: qaxdan
28.02.2011 12:18
azer sen deyesen aydan dusmusen.dusuncende fironlarin dusuncesi kimidir.fakt isteyirsense yardim verilen zaman
qel bizim idarenin qabaqina.onda qorersenki pulu yeyilen ne qeder mezlum var.onlari qormek bele insani derde salir.

Kimdən: SAMIRƏ Haradan: QƏBƏLƏDƏN
21.02.2011 22:50
SALAM.XAHİŞ EDİRƏM MƏNƏ KÖMƏK EDİN,3 UŞAĞİM VAR.BALACASİNİN 5 YAŞİ VAR.MƏN İŞLƏMİRƏM VƏ HƏMCİNİN HƏYAT YOLDAŞİM DA İŞLƏMİR.HƏYAT YOLDAŞİM 3CU QRUP PENSİYACİDİR-40MANAT PUL ALİR.2009-CU İLDƏ 4AY SOSİAL YARDİM ALMİŞAM,ONDAN SONRA BU GUNƏ KİMİ MƏNİ SÜRÜNDÜRÜRLƏR.İNDİ İSƏ DEYİRLER-YOLDAŞİN İŞLƏMƏLİDİR Kİ SİZƏ SOSİAL YARDİM DÜŞSÜN,DEYİRLƏR Kİ BU TƏZƏ QƏRARDİ.HARA ƏLİNİ ATİR İŞ VERƏN YOXDUR.SOSİAL İDARƏDƏN DEYİRLƏR Kİ HARA ŞİKAYƏT EDİRSİNİZ EDİN.İNDİ MƏN NƏ EDİM.XAHİŞ EDİRƏM MƏNƏ KOMƏK EDƏSİNİZ.

Kimdən: anonim
16.02.2011 22:27
artiq derecede xahiw edirem sizden , unvanli sossial yardim almaq ucun lazim olan senedlerin siyahisini yazasiniz, chunki senedleri yigan mutexessisler istediyi kimi senedleri qebul edir, birine deyirler ki "siz iwleyirsiniz?" ve cavabi "beli" ewitdiylerinde bunu iwlemiyenler uchun yaradiblar deyirler, o birisine "siz iwleyirsiz?" suali verdib ve "xeyir" cavabini aldigi halda bu iwliyenler ucun yaranib deyirler, her defe de yeni telimatin chixdiqini deyirler

Kimdən: YURIST Haradan: NAXC:BAN
08.02.2011 16:54

anonim. nomrə deyim yaz saxla ..Avtomoblin nomrəsi. bu hələ birinin nonrısidir. "HUNDAİ" CİP santofe FB-AZ-894 .rəngi qəhvəyi.Sənin kimi muzdurlar bu ruşvətxorlara sosial müdafiə məmurlarəna( xalqin, yetimin, əlilin. kasib təqaudçünun pensiyasini əlindən alıb yeyənə) havadarliq edir əvəzində qul haqqi olaraq bu ruşvətlərdən sən də yaxşı haram pul alırsan.

Kimdən: YETIM Haradan: VAQZALDAN
08.02.2011 16:28
anonoim sənin ruşvəyxor sosial rəisinYasamal rayonu Əhalinin Sosial Mü. Mərk. direktoru Asəf Aslanovun üzünun formasindan, cizgilərindən sozlərindən korrupsiya tokulur. rüşvətxorluq yagır.”QOZBELİ QƏBİR DÜZƏLDƏR” sozünu ATALAR DUZ DEYİBLƏR ,BU SÖZDƏN ÖZÜNƏ NƏTİCƏ CİXART. AY “anonim” NƏ QƏDƏR Kİ HƏLƏ VAXT VAR, SONRA GEC OLACAQ

Kimdən: Anar Haradan: Baki
08.02.2011 16:03
Menim qohumlarinmin 2-ine Shamaxi r-da sosial yardim verirler orda da 6 ayini alirlar sonra qalan 6 ayi verirler sene. Bu bir faktdir. Butun xalq eyni sheyi deyir. Allah zalimin belasini versin!

Kimdən: Ramilden Haradan: Sumqayitdan
06.02.2011 23:02
Men wexsen kecen il sosial yardim almiwam, 5 ayini Sumqayit sosial mudafiya fondu goturub 7 ayini men, hetta prezdent aparatindan,korupsiyya komitesinden yoxlamalar oldu bize dedilerki, 5 ayinizi qaytaracayiq, amma xeyiri olmadi, cunki bura AZERBAYCANDI

Kimdən: Hop Hop Haradan: Xerabeden
06.02.2011 09:54
Ay bedbext millet Niye bawa duwmursuz ki baliq bawdan iylenir O 6 ayin pulunu alib yuxari oturur guya nazirin de xeberi yoxdur Ilanin aqina da lenet qarasina Hamisi 1 bezin qiraqidir Ne qeder k bu millet haqsizlqa qarwi susacaq bundan da rezil gune duwecek

Kimdən: zaur Haradan: bakl
06.02.2011 00:03
qardash bu dovletden men hecne anlamlram.Atln qabaglnda at var,itin qabaglnda ot....kaslbln haqqln varll yeyir.Navaxtacan bele olacaq?????????
Səhifə (4)
    Növbəti