Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:06

«Dağlıq Qarabağın Azərbaycanın tərkibində gələcəyi yoxdur»


Serj Sarkisyan
Serj Sarkisyan
«Sovet vaxtı Dağlıq Qarabağ zorla Azərbaycanın tərkibinə daxil edilib və heç zaman bununla barışmayıb. Ona görə də sovet dövründə, xüsusən də yenidənqurma zamanı Dağlıq Qarabağın əhalisi vaxtaşırı olaraq müstəqillik məsələsini qaldırıb».

Ermənistan prezidenti Serj Sarkisyan yanvarın 17-də Kipr Respublikası Nümayəndələr Palatasındakı çıxışında belə deyib.

Sarkisyan Azərbaycanı problemi «etnik təmizləmə və silahlı təcavüz» yolu ilə həll etməkdə ittiham edib:

«Başladığı müharibədə qələbə qazana bilməyən Azərbaycan 1994-cü ildə Dağlıq Qarabağ və Ermənistan ilə barışığa dair üçtərəfli saziş imzalamağa məcbur oldu. Azərbaycan bu barışıqdan yeni hərbi təcavüzün hazırlanması məqsədilə istifadə edir».

S.Sarkisyan bildirib ki, Azərbaycanda fəal dövlət dəstəyi və tarixin saxtalaşdırılması ilə aparılan antierməni təbliğatı, həmçinin silahlanma Bakının sülhə hazır olmadığını göstərir:

«İş o yerə çatıb ki, azərbaycanlı həmkarım bildirir ki, bizim ölkəmizin böyük hissəsi Azərbaycan tərəfindən Ermənistana verilib. Paytaxt Yerevan isə Azərbaycan şəhəridir. Azərbaycanın nifrəti və təcavüzkar hərəkəti onu göstərir ki, heç bir halda Dağlıq Qarabağın Azərbaycanın tərkibində gələcəyi yoxdur. Bundan başqa, Azərbaycanın Dağlıq Qarabağla bağlı iddiaları üçün nə hüquqi, nə siyasi, nə də mənəvi əsasları var».

Serj Sarkisyan bəzi region ölkələrinin enerji maraqlarını əsas götürərək Azərbaycanın hərəkətinə göz yumduqlarını da bildirib:

«Bu, regionda sabitliyə xidmət etmir. Bundan əlavə, regional sabitliyin pozulması ilk növbədə məhz enerji maraqlarına ziyan vuracaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG