Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:28

Gələn il ən rahat iş yeri tapılacaq 10 ölkə


İş tapmaq üçün ən rahat ölkə Hindistandır
İş tapmaq üçün ən rahat ölkə Hindistandır
CBS kanalında belə bir veriliş var: «Ötən bazar 60 dəqiqə». Braziliyalı milyarder Eike Batista kanalın müxbirinə deyib ki, o, özünün neft platformalarında qaynaq işləri üçün amerikalıları işə götürür.

Müxbir təəccüblə soruşanda ki, «qaynaq işləri üçün?», onun cavabı belə olub: «Bəli, Braziliya iqtisadiyyatı inkişaf edir və yeni iş yerləri kifayət qədərdir. Ona görə də Braziliya işçiləri xaricdən almaq məcburiyyətindədir».

«Biz bu il 1.5 milyon yeni iş yeri yaratmışıq. Bu inanılmazdır», –deyə dünyanın 8-ci ən varlı adamı Eike Batista deyib.

ABŞ-ın «Manpower» şirkəti 2011-ci ildə ən rahat iş yeri tapılacaq 10 ölkənin siyahısını verib. Bu şirkət gələn il dünya üzrə yaranacaq yeni iş yerlərinin perspektivini araşdırıb. Siyahı özəl və dövlət müəssisələrinin kadr idarələri rəhbərlərinin və işəgötürən menecerlərin rəyi əsasında hazırlanıb. Bu siyahıda Braziliya 4-cüdür.

Siyahının sıralaması isə belədir:

1. Hindistan
2. Çin
3. Tayvan
4. Braziliyada
5. Türkiyə
6. Sinqapur
7. Peru
8. Avstraliya və Honq-Konq
9. Kosta-Rika
10. Argentina

«Manpower» şirkətinin dünyanın 82 ölkəsində ofisi var. Araşdırmada 64 min mütəxəssis iştirak edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG