Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:01

Zəngilana Suriya və Ermənistandan ailələr köçürülür


Ermənilər Zəngilana köçürülür
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00
Direct-ə keçid

İşğal altında olan Zəngilana Suriyadan, Ermənistandan ailələr köçürülür. Hökumət onlara köç üçün yardım da söz verib. Amma Zəngilana köçənlər yardımsız da hallarından razıdırlar. AzadliqRadiosunun Ermənistan xidmətinin əməkdaşının Zəngilan şəhərindən bugü

İşğal altında olan Zəngilan rayonuna Suriyadan, Ermənistandan ailələr köçürülür. Erməni hakimiyyəti onlara köç üçün yardım da söz verib, amma hələlik köçkün ailələr belə yardımı almadıqlarını deyirlər. Buna baxmayaraq, Zəngilana köçənlər yardımsız da hallarından razıdırlar. Bildirirlər ki, əlverişli iqlimi və münbit torpaqlarına görə Zəngilana göçdüklərinə peşiman deyillər.

AzadliqRadiosunun Ermənistan xidmətinin əməkdaşının Zəngilan şəhərində məskunlan erməni ailələrdən bir neçəsi ilə görüşüb, xarabaya döndərilmiş şəhərdən videogörüntülər çəkib. Həmin videoreportajı təqdim edirik.

Zəngilan rayonunu erməni silahlı qüvvələri bu rayonu 1993-cü il oktyabrın 29-da işğal edib. Azərbaycan rəsmilərinin məlumatına görə işğal ərəfəsində rayonun 35 min əhalisi olub və bu insanlar hazırda Bakıda yataqxanalarda və ölkənin müxtəlif rayonlarında müvəqqəti məskunlaşıblar.

Bakı rayonun 707 min kvadrat kilometr ərazisinin tam işğal olunduğunu, 200 nəfərə yaxın yerli sakinin qətlə yetirildiyini, 50-ə yaxın adamın itkin düşdüyünü, işğal zamanı rayona təxminən 1 milyard 390 milyon ABŞ dolları məbləğində ziyan dəydiyini bildirir.

Prezident İlham Əliyevin verdiyi məlumata görə sülh danışıqlarının gedişində Dağlıq Qarabağın inzibati ərazisindən kənarda işğal olunan beş rayonun azad edilməsi barədə ilkin razılaşma olub. Onların arasında Zəngilan da var. Amma hələlik Ermənistan belə razılaşmanın mövcudluğunu inkar edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG