Çərşənbə axşamı, Sentyabr 02, 2014 Bakı vaxtı 11:39

Verilişlər / Oxu zalı

Əsəd bəy "Əli və Nino"nu Çəmənzəminlidən oğurlayıb?

Betti BleyrBetti Bleyr
x
Betti Bleyr
Betti Bleyr
("Oxu zalı" olaraq bu mövzuda istənlən mövqeyi əks etdirən yazını dərc etməyə hazırıq).


“Əli və Nino”nun əsas müəllifi Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlidir”.

Bu açıqlamanı Amerikada nəşr edilən “Azerbaijan international” jurnalının baş redaktoru Betti Bleyer dekabrın 3-də Bakıda - Azərbaycan Yazıçılar Birliyində keçirilən mərasimdə söylədi.

Jurnalın sonuncu sayının təqdimatında çıxış edən baş redaktor 6 ildən bəri apardığı araşdırmaların “Azərbaycanın ən məşhur kitabı olan “Əli və Nino”nun müəllifi Qurban Səidin kimliyinə” həsr olunduğunu bildirdi.

Betti Bleyerin fikrincə, Yusif Vəzirin Azərbaycan Əlyazmalar İnstitutunda saxlanılan gündəlikləri, avtobioqrafik oçerkləri, məqalələri, hekayələri və romanları “Əli və Nino”da əks olunmuş başlıca məsələlərlə-Azərbaycanın müstəqilliyi və qadın hüquqsuzluğu ilə bağlı narahatlıqlarla tam səsləşir.

Eyni zamanda Yusif Vəzir də insanların milli və dini mənsubiyyətlərinin fərqliliyi üzündən yaranmış qəliblənmiş yanlış təsəvvürlərdən - stereotiplərdən narahat idi.

Əsəd Bəy təxəllüsü ilə yazan Lev Nissimbaumun o dövrdə xaricdə yaşamağa məcbur olan Yusif Vəzirin “Əli və Nino” romanını hansı yollasa ələ keçirdiyini güman edən Betti Bleyer yazıçının romana əfsanəvi və folklorla bağlı mövzular da əlavə etdiyini dedi.

Yazıçı Əli Əkbər "Əli və Nino"nu hələ bir neçə il qabaq tərcümə edərək Türkiyədə Çəmənzəminlinin əsəri kimi çap etdirib.
Xanım Betti Lev Nissimbaumun Bakıdan köçərkən 14 yaşında olduğunu, bu yaşdakı xatırlamaların Azərbaycanın istiqlaliyyəti ilə bağlı mövzudan bu səviyyədə yazmağa kifayət etməyəcəyini iddia etdi və gümanlarını faktlarla sübuta yetirməyə çalışdı.

Xanım Bleyer redaksiya heyəti ilə birlikdə gerçəkləşdirdiyi tədqiqatlarının dünyanın dörd bir yanında yaşayan azərbaycanlı dostlarının köməyi ilə baş tutduğunu dedi və 6 il boyunca on dildə-Azərbaycan, rus, ingilis, alman, fransız, italyan, türk, gürcü, fars və isveç dillərində sənədlər araşdırdığını diqqətə çatdırdı.

Bu, 1993-cü ildən bəri çıxan “Azərbaycan international” jurnalının üç nömrədən, 364 səhifədən, bəzisi 100-dən çox yaşı olan 1200-dən artıq şəkildən iki ayrı cilddə (ingilis və Azərbaycan) çap olunmuş buraxılışıdır.

Betti Bleyerin “Əli və Nino”nun müəllifi barədə açıqlamaları dekabrın 5-i, bazar günü saat 20-05-də efirə gedəcək “İz” proqramında daha geniş səslənəcək.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Sevinc Haradan: Sheher
06.12.2010 15:58
Men ne Yusif Vezirin, ne de Esed beyin eserlerini oxumusham. "Ali ve Nino"nu ise oxumusham ve bir sheye tam emin olmusham: bu eserin muellifi Cumhuriyyetin yaranmasini ve suqutunu gorub, sevinib ve uzulub, o dovrun shahidi olub. Eserde bir Ruh var - veten seven, ureyi yanan bir Ruh, Turk ruhu
Cavab

Kimdən: Anonim
06.12.2010 18:08
Beli Sevinc xanim, dogru buyurursunuz. Ali ve Nino eseri sanki, Yusif Vezir Chemenzeminlinin heyatindan bir parchadir, sanki avtobioqrafik eserdir. Ve Esed Bey de aradbir barmaqlarini toxundurub esere.

Kimdən: Y
05.12.2010 16:27
Manja bu argumentlərdən antisemitizm iyi galir.
Cavab

Kimdən: Anonim
06.12.2010 09:29
deyesen antisemitizmle chox meshgul oldughunuzudan onun iyinin nece oldughunu da yaxshi bilirsiniz!

Kimdən: Ramiz Abutalibov Haradan: Bakidan
05.12.2010 12:37
Qeyd etmək lazımdır ki, əslində Əsəd bəyin bütün kitablarında nöqsanlara yol verilmişdir.

Mən rus mühacirət tarixini pis bilmirəm və bu səbəbdən onun rus dilində Bakıda nəşr olunmuş "Belaya Rossiya" adlı mühacirlər haqqında kitabı məndə qəribə təsir yaratmışdı. Mənim qeyd aldığım səhvlərı və qeyri-dəqiqlikləri əslində iki cür izah etmək olar: ya müəllif, ya da anonim tərcüməçi o illərin hadisələrini pis bilirmiş.

Yeri gəlmişkən, tərcüməçilər haqqında. İlk dəfə romanı alman dilindən Azərbaycan dilinə ötən əsrin 70-ci illərində"Azadlıq" radiostansiyasının Azərbaycan şöbəsinin əməkdaşı Məcid Musazadə Münhendə tərcümə etmişdir. Radio diktorları da bir il müddətində Bakıda dinləyiciləri bu romanla tanış edirdilər. Bu verilişlərin surətlərini mən mərhum Məcid Musazadədən almışdım, hal-hazırda onlar bizim Dövlət arxivindədir.

İkinci dəfə tərcüməni həmin radionun əməkdaşı Mirzə Xəzər etmişdir. Məhz onun tərcüməsi 1990-cı ildə "Xəzər" jurnalında çap olunmuşdu. "Əli və Nino"nun Azərbaycan dilində başqa nəşrlərinə baxdıqda naşirlərin mətni haradan götürdükləri, tərcüməni alman dilindən kimin etdiyi bilinmir. Bakıda rus dilindəki nəşrlərdə isə, tərcüməçinin adı göstərilib, amma hansı dildən edildiyi göstərilməyib.Moskvada isə "Əli və Nino"-nun rus dili nəşrində alman dilindən tərcümə-Mirzə Hüseyinzadə göstətilir. Halbuki o alman dilini bilmir. Bütün bunlar romanın ilk tərcüməçilərinə hörmətsizliyi, daha geniş mənada isə nəşriyyat məsələlərində mədəniyyətin olmamasını göstərir.

3.

Daha bir neçə fakt:

a) bəzi tədqiqatçılar Əsəd bəyin guya "Əli və Nino"nun birinci nəşrindən götürdükləri fotoşəklini verirlər. Əslində orada onun heç bir fotoşəkli yoxdur.

b) arxivdə keçən əsrin əvvəllərində uşaqların Aşurbəyovlar ailəsində qonaqlıqda çəkilmiş şəkli var. Rəhmətlik Sara xanım Aşurbəyli şəkildəki şəlpəqulaq uşağı göstərib deyərdi: "Leva Nussimbaum budur". Lakin bəzi alimlərə görə bu altı yaşlı Əsəd bəydir.

Və, nəhayət.

Qərbdə Əsəd bəyi ədəbiyyat Qudinisi adlandırırlar. Gəlin apardığımız tədqiqatlarda dəqiq olaq və çalışaq ki, istər-istəməz görkəmli illüzionistin ədəbiyyatda davamçısına çevrilmiş bir kəsin mistifikasiyalarına deyil, arxiv materiallarına istinad edək.

RAMİZ ABUTALIBOV,
Dekabr, 2010
Cavab

Kimdən: Altay Göyüşov Haradan: Los Angeles
06.12.2010 01:05
Ramiz müəllim,
Mən mütəxəssis deyiləm. Amma iki qeydimi yazmaq istəyirəm.
1) Əsrədə bir yerdə namaz təsvir olunur. Namaz qılanlar şiədir, amma təsvir olunan sünnü namazıdır.
Çəmənzəminli ünlü din xadimlərinin olduğu bur ailədə böyüyüyb, ilk təhsilini molla məktəbində alıb. Elə isə o namaz təsvirində bu boyda səhvə yol verməzdi. İzah edə bimərəm amma faktdır.
2. Əsərin antisovet ruhu göz önündədər. Elə isə müəllif Sovetləşmədən qabaqkı dövrü təsvir edərkən Dağıstanın indiki paytaxtını Mahaçqala adlandırması çox təəccüblüdür. Mahaç Daxodayev sosialistdir və milli qüvvələr tərəfindən qətlə yetirilib, Mahaçqala adını şəhərə Sovetlər sonradan veriblər. Mən hələ bir Azərbaycan siyasi mühacirinin yazısını oxumamışam ki, Gəncəyə Kirovabad desin. O cümlədən Dağıstanın siyasi mühacirəti də Heydər Bammatdan tutmuş Çermoyevə qədər hamısı şəhəri Maxaçqala deyil, Şamilqala adlandırıblar.
Nissanbaum bunu bilməyə bilərdi Çəmənzəminlinin bilməməsi isə inandırıcı gəlmir mənə. Əsərin hətta Çəmənzəminli tərəfindən yazıldığını qəbul etsək belə başqaları tərəfindən əlavələrin edilməsi şübhəsizdir.
Cavab

Kimdən: Ramiz Abutalibov Haradan: Bakidan
07.12.2010 10:13
Altay müəllim,
Sizinlə razıyam. Əlavələrin edildiyi şübhəsizdir. Mənim fikrimcə onların da müəllifi Əsəd bəy Nussimbaumdur. Bununla əlaqədar olaraq onun "Belaya Rossiya" kitabını oxumağınızı məsləhət bilirəm. Burada Siz, Nussimbaumun "Əli və Nino" əsərindəkinə bənzəməyən əsl üslubunu görəcəksiniz.

Kimdən: Ramiz Abutalibov Haradan: Bakidan
05.12.2010 12:36
Beləliklə, onlar özlərinə sərf edən variantı əsas götürür və guya kəşf etdiklərini bildirirlər.

Əslində isə Əsəd bəyin Azərbaycan dilində heç bir əlyazması, Azərbaycan Dövlət Arxivində isə iş adamı İbrahim Arslan oğlu haqqında bir sətir belə yoxdur. Onun haqqında inqilaba qədərki Bakıda buraxılmış telefon soraq kitabçasında da məlumat yoxdur. Onun oğlu Məhəmməd Əsəd haqqında da heç bir məlumat yoxdur, onun Abram Nussimbaum tərəfindən oğulluğa götürülməsi barədə də heç bir sənəd yoxdur.

Lev Abramoviç Nussimbaumun özü haqqında isə Bakıda, Kiyevdə və Tbilisidə çoxlu maraqlı məlumatlar (valideynlərinin nigahı, atasının doğum tarixi, Levin Bakıda ibtidai məktəbdə oxuması və s. haqqında şəhadətnamələr) aşkar olunmuş. Bu materiallarla xanim Betti Bleyerin tədqiqatlarından tanış olmaq olar. Tapılan sənədlərdən birində-Əsəd bəyin öz əli ilə yazdığı vəsiyyətnaməni Əsəd bəy- (Leo Nussimbaum, Lev Nussembaum) kimi imzalamış. Əsəd bəy adının şifrəsinin açılmasına da diqqət yetirmək lazımdır. “Lev” ərəb dilinə “Əsəd” kimi tərcümə olunur. “Abram” isə “İbrahim” kimi. Beləliklə, “Lev Abramoviç” “Əsəd İbrahim oğluna” çevrilir. Atası Abram Livoviç isə İbrahim Arslan oğluna.

"Əli və Nino"nun alman dilində ilk və sonrakı nəşrlərində Cəmil Vakkanın çıxardığı nəticələrə istinad edilmir. Onda belə bir sual meydana çıxır: nə üçün o, italyan nəşrində belə yazmışdır? Bunun cavabını mən rus mühacirlərinin Parisdə nəşr olunan "Russkaya mısl" qəzetində tapdım. İtaliyanın Pozitano şəhərində yaşamış rus mühacirləri haqqında məqalədə yerli polis idarəsinə Əsəd Bəyin keçmiş arvadı Erika Lovendalın (nigahda - Erika Nussimbaum Əsəd bəy) şikayəti haqqında məlumat verilir. O, yazır ki, keçmiş əri Lev Nussimbaum özünü azərbaycanlı kimi qələmə verir. Iki kitabının Azərbaycan dilində orijinallarının olduğunu uyduraraq Cəmil Vakkanın dostunu italyan polisindən müdafiə etmək istəyi məhz bu halda bəlli olur.

2.

Mənim toplumdan daha bir sənəd. Rusiya Dövlət Hərbi-tarixi arxivində mən 1924-cü ildə İstanbulda yaradılmış mühacirətdə olan "Azərbaycan Milli Mərkəzi"-n hesabatlarını aşkar etdim.

Onun tərkibinə birinci Azərbaycan Respublikasının keçmiş liderləri – Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Əkbər Ağa Şeyxülislamov, Mustafa Vəkilov. Miryaqub Mehdiyev və başqaları daxil idi.

21 mart 1933-cü il tarixli hesabatda Mərkəzin son nəşrləri kimi Hilal Münşinin "Azərbaycan Respublikası" adlı 1000 nüsxə tirajla 5 çap vərəqi həcmində Berlində alman dilində nəşr olunmuş kitabı göstərilir. Bu bənddə bir qeyd var: "... Əsəd bəyin uydurmalarına cavab olaraq nəşr". Beləliklə azərbaycanlı mühacirlər hesab edirdilər ki, Əsəd bəy özünün 1928-ci ildə "Der Döyçe Şpiqel" qəzetində nəşr olunmuş "Azərbaycan Respublikası" məqaləsində,"Şərqdə neft və qan" (1929) və "Qafqazın 12 sirri" (1930) kitablarında Azərbaycanın tarixini saxtalaşdırmışdır. Görünür bu səbəbdən də mühacirat mətbuat və nəşrlərində Əsəd bəy adlı yazıçı haqqında məlumata rast gəlmirik.

Kimdən: Ramiz Abutalibov Haradan: Bakidan
05.12.2010 12:34
“ƏLİ VƏ NİNO” ƏTRAFINDA

Dünya ədəbiyyatında nadir hallar göstərilə bilər ki, kiminsə bütövlükdə yaradıcılığı bir yana dursun, səs-küy salmış bir əsərin müəllifliyi barədə uzun illər mübahisə getsin, Şekspir barədə, Şoloxovun "Sakit don" romanı ətrafında mübahisələr hamıya məlumdur...

Bizim günlərdə isə, ötən əsrin sonunda Bakıda ilk dəfə çap olunandan bəri lirik-dramatik süjeti ilə oxucuları ovsunlamış "Əli və Nino" romanının müəllifinin kim olması barədə mübahisələr gah sakitləşir, gah da yenidən qızışır. Lakin Əsəd bəy və Qurban Səid adları altında kimin gizləndiyini müəyyən ermək əvvəldə olduğu qədər çox çətindir.

Bu haqda dörd versiya mövcuddur:

Birincisi – amerikalı jurnalist Tom Ris israr edir ki, Əsəd bəy və Qurban Səid adından nəşr olunmuş bütün kitabların müəllifi Lev Abramoviç Nussimbaumdur;

İkincisi – həmyerlimiz, Almaniyada yaşayan xanım Nuridə Atəşi hesab edir ki, əsərin əsl müəllifi azərbaycanlı Məhəmməd Əsəd bəydir;

Üçüncüsü – azərbaycanlı professor Həsən Quliyev belə nəticəyə gəlmişdir ki, Qurban Səid və Lev Nussimbaum əslində azərbaycanlı iş adamı İbrahim Arslan oğlunun oğlu, sonralar xalasının əri Bakıda yaşayan Abram Nussimbaumun oğulluğa götürdüyü Məhəmməd Əsəd bəyin təxəllüsləridir;

Dördüncüsü – ABŞ-da nəşr olunan "Azərbaycan İnterneşnl" jurnalının baş redaktoru xanım Betti Bleyer Əsəd bəyin başqa müəlliflərin, məsələn, Yusif Vəzir Çəmənzəminlinin "işləmələrindən" istifadə etməsi barədə azərbaycanlı siyasi mühacirlərin və Bakıdan olan bir sıra alimlərin fikirlərinə şərik çıxır. Betti Bleyer ciddi araşdırmalar aparmış və xarici arxivlərlə yanaşı Bakıda, Tbilisidə və Kiyevdə yeni sənədlər aşkara çıxarmışdır. Mənim fikrimcə xanım Betti Bleyerin gəldiyi nəticələr daha inandırıcıdır.

Mənə gəlincə, mən bu mövzuda nəşr olunan materialları izləməyə çalışıram və maraqlı saydığım, indi sizinlə məmnuniyyətlə bölüşəcəyim faktları toplayıram.

1.

Mənim kitabxanamda italyan dilinə "Əli Xan " və "Asiyade" adları altında tərcümə olunmuş "Əli və Nino" və "Qızıl Buynuzdan olan Qız" kitabları var. Onlar Mussolininin vaxtında mövcud olmuş Roma Şərq Ədəbiyyatı İnstitutu tərəfindən nəşrə hazırlanmışdır. Nəşrin təşəbbüskarı Əsəd bəyin dostu Cəmil Vakka-Mazara (əsl adı – Bello Vakka) olmuşdur.

Bu iki kitab üzərində onların orijinal adları göstərilmişdir – "Əli Xan" və "Sarı saçlı qız" və Əsəd bəyin bioqrafiyası haqqında məqaləsində Cəmil Vakka qeyd etmişdir ki, müəllif azərbaycanlı iş adamı İbranim Arslanın oğludur. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycan dilində əlyazmalar vardır və müəllif azərbaycanlıdır. Lakin Əsəd bəyin milliyyətini araşdıran zaman bəzi tədqiqatçilar Cəmil Vakkanın fikrinin birinci hissəsinin, yəni orijinalın olmasının üzərindən ötüb keçərək, bunun ikinci hissəsinə istinad edirlər.

Kimdən: Könül Səmədova Haradan: Azerbaijan
05.12.2010 03:02
Salamlar,
Özüm də daxil olmaqla Azerbaijan İnternational jurnalının heyətini təbrik edirəm və , Əli ve Nino romanının müəlliflik probleminin araşdırılmasına həsr edilmiş bu – sonuncu nömrədə köməyi olan hər kəsə təşəkkür edirəm!!!
Nəzərinizə çatdırmaq istəyirəm ki, bu tədqiqat indiyədək diqqətimizə təqdim edilmiş araşdırma işlərindən fərqli olaraq, muəlliflik məsələsində adları hallanan hər iki yazıçının – Lev Nussimbaum və Yusif Vəzir Çəmənzəminli – həyatina obyektiv yanaşılmaqla aparılmışdır.
İlk şərh yazan şəxsin Nuridə Atəşi olması məni heç də təccübləndirmədi. Azerbaijan İnternational jurnalının məhz bu nömrəsini ən səbirsizliklə gözləyənlərdən biri də o idi.
Sizdən xahiş etmək istərdm ki, Nuridə Atəşinin adının yanında tədqiqatçı sözünü yazanda və ya tedqiqat sözünü istifadə edəndə onları dırnaq içərisinə salmağı unutmayasınız. Çünki onun “tedqiqatı”nı nece apardığının men özüm şahidi olmuşam. Kimlər tərəfindənsə tapşırılmaqla Arxivə, bizim böyük zəhmətlə 2007-ci ilin isti yay aylarında 3 ay boyunca bir əsrdən çox yaşi olan yüzlərlə sənədin içərisindən araşdirib tapdığımız sənədləri hökmlə tələb etmək üçün gəlmişdi.
Bizim–Azerbaycan International jurnalinin əməkdaşlarının–arxivdə tədqiqatla məşğul olduğumuz xəbəri haradansa qulağina çatmışdı və bizim onun və bəzi digərləri kimi məsələyə bir tərəfi deyil, hər iki tərəfi araşdirmaqla qərəzsiz bir mövqedə olduğumuzdan da xəbərdar idi və onu narahat edən də məhz bu idi. Biz, onun kimi tədqiqatı qabaqcadan qarşımıza qoyduğumuz fikrə doğru yönəltmek deyil, əksinə, tədqiqatın bizi öz arxasınca həqiqət olan faktlara doğru aparması istiqamətində işləyirdik.

Nuridə A-nin Azərbaycan Dövlət Arxivində ikicə gün işlədiyi yadımdadır: Otağa daxil olan kimi onun qarşısına bir yığın içərisi arxiv sənədləri ilə dolu qovluqlar qoyuldu. Doğrusunu desəm, təəccübləndim. Çünki, Milli Arxivdə qaydalara əsasən sənədləri bir gün əvvəldən sifariş etməli olursan və bir gündə 10 sənəddən artıq sifariş vermək olmaz. Onun qarşısına qoyulan sənədlərin sayı isə 10dan artıq idi. Və, ən maraqlısı isə bu idi ki, dünənki gün heç Nuride Atəşi arxivə gəlməmişdi.
Qarşısındakı sənədlərə gözucu baxaraq, başdansovdu vərəqlədi və sonra əlini mənə tərəf uzadaraq Arxiv işçisinə müraciətlə “Mənə o qızın sənədləri” lazımdır dedi. Men şokda idim!!! Böyük zəhmətlə üzərində işləmək üçün seçdiyim sənədləri o, belə asanlıqla heç bir əziyyət çəkmədən tələb edirdi. Nəzərinizə çatdırım ki, həmin vaxt Lev Nussimbaumun həqiqətən də Bakıda təhsil aldığını dəqiqləşdirmək üçün onun məktəb sənədlərini axtarırdıq.
Eyni zamanda Əli və Nino romanındakı Nino obrazının hər hansı bir prototipinin də Bakıdakı Qız məktəblərində təhsil alıb-almadığını öyrənmək üçün Müqəddəs Mariya və digər qız məktəblərini sənədlərini də sifariş etmişdim. Seçdiyim sənədəri məndən götürmək üçün yaxınlaşan arxiv işçisinə Nuride A.-nin eşitməsi üçün ucadan “Sənədlərimi heç kimə verməyəcəm” dedim. LAKin, arxiv əməkdaşının işinde hər hansı bir təzyiqlə rastlaşmaması üçün içərisində Bakıdakı qız məktəblərinin sənədləri olan qovluqlari ona uzatdım ki, o da bunları aparib Arxivdə “tədqiqat” işi ilə məşgul olan Nuride A-ye versin. Və… Nuridə A. da qovluqların heç adına belə baxmadan başladı Lev Nussimabumu Qız məktəblərinin sənədləri olan qovluqda axtarmağa… Qız məktəbi sənədlərində oğlan şagirdin adını axtarmaq… doğrudan da gülünc səslənir. Deyəsən, buna da səbri çatmadı. 10-15 deq. oturduqdan sonra otağı tərk etdi.
İnaniram ki, bunlar Nuride A-nin çox yaxşı yadındadır.
Növbəti gün isə yanında fotoqrafla Arxive gəldi və tədqiqat apardığımız otaqdakı kitab şkafının yanında əlinə 1-2 sənəd alıb şəkil çəkdirdi… Bununla da onun Azərbaycan Arxivində apardığı “tədqiqat işi” yekunlaşdi. Bunları nəzərə alsaq. kitabında sərgilədiyi Almaniya arxivlərində çəkdirdiyi şəkillərindən təsəvvür etmək olar ki, o necə araşdırma aparıb.
Nuridə A-yə Azerbaijan İnternational jurnalının son nömrəsini oxumağı məsləhət görürəm ki. Əsəd Bəylə və Çəmənzəminli ilə yaxından tanış olsun.
Cavab

Kimdən: mesum Haradan: terki veten
05.12.2010 14:54
Cox sag olun Könül xanim!!!
Sizin kimi namuslu,leyaqetli,deyerli arasdirmacilarin qarsisinda bas eyirem! Bizim edebi bedii mühite tesadüfen soxulan insanlara "tedqiqatci" demek sadelövhlük olar.Nuride Atesi deriden qabiqdan sökülür ki Esed beyin imicini qorusun.Esed bey böyük bir "Plagiat"dir tedqiqatcisi ise N.Atesi.Avropada "Plagiat"larin cezasi cox agir olur yeqin Atesi xanim bunun hec ferqine vara bilmeyib.Plagiatlarin tedqiqatcilari da eyni derecede müqessir hesab olunur.Esed bey son illerde qebirde firlanmagi yaxsi bilir indi durmadan firlana firlana cezasini cekecek.Esas mesele qaranligin gün isigina cixmasidi.Yeter ki,Böyük ustad Cemenzeminlinin ruhu sad olsun.Onu vuran onu ogurlayan eller qoy cehenneme vasil olsunlar
Cavab

Kimdən: Könül Səmədova Haradan: Azərbaycan
06.12.2010 11:56
Hörmətli Mesum,
Chox teshekkur edirem! BAshiniz hemishe yukseklerde olsun!

Siz heqiqeten de bizim jurnalin son nusxesini oxusaniz ve bizim esaslandighimiz faktlarla tanish olsaniz dogrudan gorersiniz ki, biz Nuride A. ve onun dostlari kimi uydurulan naghillara ve etibarsiz menbelere deyil, Arxiv senedlerine esaslanir ve eyni zamanda Ali ve Nino eseri ile Lev Nussimbaumun ve Yusif Vezir Chemenzeminlinin eserleri ve gundelikleri arasinda muqayiseler aparmaqla bu meseleye yanashmishiq.

Kurban Said Tom Risin Orientalist kitabinda, Kongresin kitabxanasinda Alman Yazichisi kimi gosterilir. Bu ise, Azerbaycanimiza mexsus olsan yazichimizin, Dunyada 33 dile tercumesi movcud olan Azerbaycanin en meshur eserinin artiq itirilmesi demekdir. Bes bunu geri getirmek kimin borcudur? Elbette ki, bizlerin.
Cavab

Kimdən: Rezo Haradan: Almaniya
05.12.2010 04:24
Cox sag olun Konul xanim!
Cavab

Kimdən: Könül Səmədova Haradan: Azərbaycan
06.12.2010 11:57
Siz Sag olun, Rezo!

Kimdən: Günel Abbaszade Haradan: BDU
05.12.2010 00:25
MÜTLƏQ OXUYUN, MÜBAHİSƏ EDƏNLƏRİN HƏR BİRİNİ BAKI DÖVLƏT UNİVERSİTETİNƏ DƏVƏT EDİRƏM. Mən nə Betti Bleyerin , nə də Nuridə xanımın fikrinin tərəfdarıyam. Kim Əli və Nino haqqında ətraflı və obyektiv məlumat almaq istəyirsə buyursun Bakı Dövlət Universitetinə gəlsin və şəxsən TOFİQ HÜSEYNOĞLU bu məsələ ilə bağlı həm mübahisə aparsın , həm də dəqiq məlumatlar alsın. TOFİQ HÜSEYNOĞLUNUN SIRADAN BİR TƏLƏBƏSİYƏM VƏ ONUN DƏYƏRLİ MƏLUMATLARINI DİNLƏMƏK İSTƏYƏNLƏRİ DƏVƏT EDİRƏM. ƏGƏR HƏQİQİ ALİM GÖRMƏK İSTƏYİRSİNİZSƏ BUYURUN GƏLİN.
Cavab

Kimdən: Gunduz Haradan: Bakı
11.12.2010 15:26
Gunel xanim telesmeyin bele bir mubahiseli roman barede fikir yurudende.Sizin kimi men de Tofiq muellimle de tanisam ve telebesi olmusam eyni zamanda onun bununla baqli kitabçasini da oxumusam.Yaxsi olar ki siz "Azərbaycan muhacrət ədəbiyyatı"kitabının muəllifi Vaqif Sultanlının fikirləri ilə də tanış olun.Hər iki professor eyni kafedranın muəllimləridirlər.
Cavab

Kimdən: Anonim
05.12.2010 19:30
Gunel xanim bir meseleye aydinliq getire bilersizmi Yusif Vezirin eseri Esed beyin eline nece keche bilerdi? V eYusif Vezir bele gozel eser yazibsa onu niye chap etdirmeyib 37-de gullenene qeder.
Cavab

Kimdən: Anonim
06.12.2010 09:31
Hormetli adash - ANONIM ;)) bilin ve agah olun ki, Chamanzaminli gullelenmeyib, plus 37-de

Kimdən: Azeri Haradan: New York
04.12.2010 21:41
New York-da bir dəfə şənlikdə təsadüfən qəşənq qız ilə tanış oldum. Soruşdu hardansan dedim Azərbaycan. O saat sevinib məni qucaqladı. Dedi Əli və Nino-nu oxuyandan sonra ha deyirdim bir Azərbaycanlı oğlan ilə tanış olum. Bilmirəm kim yazıb amma yaman yaxşı yazıb. Çox sağ olsun. Bu gün də karımıza gəlir. ))))
Cavab

Kimdən: Günel Abbaszade Haradan: BDU
05.12.2010 00:07
İnşallah dünyada bizim kişiləri əli xan kimi tanımazlar.

Kimdən: Günel Abbaszde Haradan: Bdu
04.12.2010 17:44
unutmamaq lazımdır ki, o dövrdə Azərbaycan tanınmırdı

Kimdən: GÜNEL ABBASZADE Haradan: BDU
04.12.2010 17:39
Tofiq hüseyn oğlunun məncə də dəvət edin o faktlarnan göstərəcək ki bu əsər niyə əsəd bəyin ola bilməz. Nuridə Atəşin mövqeyində olanlar əsəri oxuyub Çəmənzəminlinin romanları ilə müqayisə etmək qeyri -profesional işdir. Bu cür mübahisəli əsər haqqında obyektiv fikir söyləmək üçün gərək bu mənbələrin saxlanıldığı kitabxanaları araşdırasan, çəmənzəminlinin bütün yaradıcılığına dərindən bələd olasan ki nəisə deyə biləsən.SÖHBƏT ONDAN GEDİR Kİ ROMANDA BƏZİ QEYRİ-ETİK SƏHNƏLƏR VAR VƏ SƏHNƏLƏRİ ÇƏMƏNZƏMİNLİNİN YAZA BİLƏCƏYİNİ HEÇ KİM QƏBUL ETMİR. ELƏ TOFİQ MÜƏLLİMİN DEDİYİ DƏ ODUR Kİ " ƏLİ VƏ NİNO" ADLI ƏSƏR GÖRÜNÜR HEKAYƏ ŞƏKLİNDƏ OLUB VƏ YƏHUDİ MİLLƏTLİ, "PLADİATNAN MƏŞĞUL OLAN ƏSƏD BƏY DƏ QEYRİ-ETİK ƏLAVƏLƏR EDƏRƏK KİTABI ÖZ ADINA NƏŞR ETDİRİB.
Cavab

Kimdən: Anonim
08.12.2010 09:40
Ay qiz GUNEL, ne tupoy-tupoy danisirsan sen?

Hec ozun bu arasdirma ile mesgul omusan ki hele bir camaati da devet edirsen harasa? get bir is gor bu sahede sonra agzini doldur devet ele, sen kimsen axi o boyda tedqiqatcilari muzakireye devet edesen?!

Get balaaaa, get boyu bir az......

Cavab

Kimdən: Sara Haradan: Baki
05.12.2010 16:33
Men "Ali veNono" nu bir nece defe oxumusam. Bir nece il bundan evvel, ADU-nin alman dili fakultesinde tehsil aldigim illerde dekanimiz cox gozel dilci alim Cerkez Gurbanli (hemde Ali ve Ninonun tercumecisi) bize Gurban Said haqqinda cox genis ve etrafli melumat verdi ve mende boyuk bir maraq yarandi. "Ali ve Nino"nu defelerle oxudum..Sonra Kurban Saidin "Altunsac" ini oxudum..Daha sonra ise Cemenzeminli oxumaga bashladim..hech cure bu eserin Cemenzeminliye aid oldugunu qebul ede bilmirem nedense..teessuf ki Gurban Saidin varligini bele danirlar. Niye?
Cavab

Kimdən: Günel Abbaszade Haradan: BDU
05.12.2010 18:30
Sara xanım mübahisə də elə burasındadır ki, əsər çəmənzəminlinin romanlarına bənzəmir. Hər kəsin əlində bayraq etdiyi çox primitiv səbəb. Tədqiqatçılar göstərir ki Əli və Nino indikindən kiçik həcmdə olub və pladiatçı Əsəd bəy başqa bir gürcü müəllifinin əsərindən bizim mentalitemizə uyğun gəlməyən hissələri çəmənzəminlinin Orijanılına əlavə edərək əsəri dəyişdirib.
Cavab

Kimdən: Anonim
04.12.2010 21:55
Axı Çəmənzəminlinin Studentlər romanında da siz deyen qeyri etik məqamlar var....
Cavab

Kimdən: GÜNEL ABBASZADE Haradan: BDU
05.12.2010 00:04
QEYRİ-ETİK MƏQAM STUDANTƏRİN HANSI HİSSƏSİNDƏDİR YAZA BİLƏRSİNİZMİ???? SEVGİ SƏHNƏSİNİ AZƏRBAYCANLI PSİXALOGİYASINNAN ƏKS ETDİRMƏK BAŞQA BİR ŞEYDİR. CƏNAB ƏSƏD BƏY BU SƏHNƏLƏRİ GÜRCÜ YAZIÇISININ ƏSƏRİNDƏN GÖTÜRÜB.ONA GÖRƏ DƏ ƏLİ BƏY SEVDİYİ QIZA QARŞI MÜNASİBƏTDƏ AZƏRBAYCANLI KİŞİSİ KİMİ DAVRANMIR.HEÇ BİR ƏSƏRİMİZDƏ SEVGİ SƏHNƏLƏRİ BU QƏDƏR EYBƏCƏR, BİZİM MƏNƏVİYYATIMIZA UYĞUN GƏMƏYƏN ŞƏKİLDƏ ƏKS ETDİRİLMƏYİB.
Səhifə (3)
    Növbəti 

Ən çox oxunan