çərşənbə, Avqust 27, 2014 Bakı vaxtı 20:08

Verilişlər / Can Bakı

Tağıyevin nəticəsi Bakının nəyini bəyəndi?

Əli bəy Nadir SafyurdluƏli bəy Nadir Safyurdlu
x
Əli bəy Nadir Safyurdlu
Əli bəy Nadir Safyurdlu

Multimedia

Səs
Hacı Zeynalabdin Tağıyevin nəticəsi Əli bəy Nadir Safyurdlu ötən həftə Bakıda qonaq oldu. Ulu babasının adı ilə bağlı olan hər yeri dolaşdı. XX əsrin əvvəlində açdığı Qızlar məktəbini, ailəsinin yaşadığı--indi Tarix muzeyinə çevrilmiş o möhtəşəm binanı qarış-qarış gəzdi. Hacının büstünü ilk dəfə gördü, şəklini çəkdi. Əzəmətli Tağıyev Pasajına enib-qalxdı. Bakıdakı bütün binaları ilə tanış oldu. Hətta babasının Bibiheybətdəki ilk neft quyusuna baş çəkdi. Uzun illər Leninin adını daşımağa məhkum olan Tağıyev Toxuculuq Kombinatını gəzdi. Hacının Mərdəkandakı bağında da oldu. Babasının, Sara xalasının qəbrini ziyarət etdi...
Və AzadlıqRadiosunun “Can Bakı” proqramının qonağı oldu. Hətta “Can Bakı!” söylədi.

Söhbətin ikinci hissəsi qarşınızdadır.

--Əli bəy, Bakıya həyat yoldaşınızla gəlmisiniz. Kiminlə evləndiniz? Maraqlıdır, Hacının nəsil şəcərəsi necə davam edir?

XANIMIM ƏSİLLİ-NƏSİLLİ AİLƏDƏNDİR

--Həyat yoldaşım Virciniyadandır, Vaşinqton şəhərindəndir. Uzun zamandır orada yaşayırlar. Ailəsində əski, böyük məhkəmə hakimlərindən tutmuş marşala qədər tanınmış adamlar var. Hətta Virciniyada kiçik ailə kilsələri, öz məzarlıqları var. Ailə orada böyük torpağa da sahibdir. İngilis-isveç əsillidir. Xanım özü geyim ticarəti ilə məşğuldur. Öz markası, öz alıcısı var. Hər ay-iki aydan bir sifarişlər alırıq. Biz sifarişləri Amerikada yapmağa çalışırıq. Düzdür, son vaxtlar bu çətinləşir. Çətinləşdikcə də, bizim emal etdiyimiz mallar azalır. Azaldıqca malların dəyəri yüksəlir. Böyük şirkətlər belə kiçik, ancaq dəyəri yüksək bir işə baş qoşmaq istəmirlər. Bu da bizim xeyrimizədir. Dünyanın hər yerindən parçalar alırıq. İtaliyada kiçik bir anbarımız da var. Fransadan, İtaliyadan və s. mal alırıq. Düymə düzəltdiririk. Hər müştəri parçasını, rəngini, düyməsini özü seçir. Bax, bu işlərlə məşğuluq.

--Belə çıxır, siz müəyyən qədər ulu babanızın işini davam etdirirsiniz?

Bakı San-Fransiskoya bənzəyir, İstanbula, Romaya bənzəyir
--Elədir. Tekstil, xalı, iç tasarım cəhətdən davam etdirdiyimizi demək olar...

BAKIYA ƏN ÇOX YARAŞAN...NƏDİR?

--Əli bəy, söhbətimizin son bölümünə gəldik. Lütfən söyləyin, Bakı sizdə hansı duyğular oyatdı?

--Çox gözəl şəhərdir. Bakının öz daşlarından tikilmiş binalar ona çox yaraşır. Gözəl yerdir. Yeni tikililər də var. Bəzisi modern, bəzisi klassik üslubda ucaldılıb. Bu işdə düzgün qərar vermək çox mühümdür. İnanıram ki, Bakıda bu işlə məşğul olan adamlar doğru qərarlar verəcəklər. Şəhərdə sökülən binalar gördüm. Yəqin orada da inşaat işləri aparılacaq. Təkrar gəldiyimdə kim bilir nələr görəcəyəm?! Amma məncə, Bakıya ən çox yaraşan modern binalar deyil, öz daşlarıyla yapılan köhnə, klassik binalardır. O binalar Bakıya xüsusi xarakter verir. Mən çox bəyəndim. Çox təhlükəsiz bir yerdir. Bura bazar günü gəldim. Gediş-gəliş az idi. Hava limanından gəzə-gəzə çox asan gəldik şəhərə.

HANSI CƏHƏTİ BAKINI AVROPA ŞƏHƏRİ EDİR?

--Bakını indiyədək gördüyünüz hansı şəhərə oxşatdınız?

--Önündə dəniz var, su var. İnsanlar su sevəndirlər. Dağdan gələn insan belə su mənzərəsinə üstünlük verir. Bakı San-Fransiskoya bənzəyir, İstanbula, Romaya bənzəyir. Bu üç şəhər yeddi kiçik təpənin üzərində salınıb. Klassik binalar Bakını Avropa şəhəri edir. Bakını başda-başa modern binalarla təsəvvür edə bilmirəm. Odur ki, əski görünüşünü itirməməsi çox vacibdir. Çox gözəl yeni binalar da gördüm. Ümid edirəm ki, bu davam edəcək. Gözəl planlaşdırma olacaq. Ara-sıra yanlışlıqlar hər yerdə olur...

Tağıyevlərin yaşadığı--indi Tarix Muzeyinə çevrilmiş bina
HACI HAQQINDA SÖYLƏNƏNLƏR DOĞRU İMİŞ!

--Əli bəy, ulu babanızın tikdirdiyi binaları gördünüz. Onun indi muzey yerləşən evində oldunuz. Uzun illərdən sonra Tağıyev nəslindən bir nəfər axır ki, bu evə gəldi. Necə hislər, duyğular oyandı ürəyinizdə?

--Evini çox sevdim, çox bəyəndim. Belə bir binanın içinə girmək çox çətindir... Hər yerdə onun şəkilləri, əsərləri, topladığı gözəl kolleksiyalar...Bunlar çox zor duyğular, zor hislər! Təbii ki, belə hislərin olacağını bilirdim. Ancaq heç bir zaman belə qüvvətli olacağını zənn etmirdim. Hacı haqqında söylənən hər şey doğru imiş.

--Ailənizin başqa üzvlərinin də bu yerləri görməsini istərdinizmi?

--Təbii ki, istərdim. İstərdim ki, bacılarım da gəlsin. Amma bilirsiniz ki, indi ABŞ-da Thanksgiving (Şükranlıq Bayramı) Bayramı idi. Bu, orada önəmli bir bayramdır, tətildir. Onların da ailəsi var. Hər kəs bu bayramda evə dönür. Çox israr etdim. Hətta Azərbaycan səfirliyinə gedib viza da aldılar. İki bacımın da türk pasportu olduğu üçün çətin olmadı. Gözlədim ki, bir addım da atsınlar, biletlərini alıb mənimlə gəlsinlər. Amma təəssüf ki, baş tutmadı. Eybi yox. Mən hər şeyi söyləyəcəyəm. O qədər uzun-uzun danışacağam ki, bir ay çəkəcək...Məncə bacımın biri hazırdır gəlməyə. O birini də məcbur edərik, o da gələr.

CAAAN BAKI!

--Əli bəy, sizə son sualı verirəm. Bu gəlişdən sonra Bakı, Azərbaycan sizə Vətən oldumu?

--Mən hər zaman Bakını, Azərbaycanı ailəmin bir parçası olaraq gördüm, hər zaman...Amma heç görməmişdim, gəlməmişdim. Çox yaxşı oldu. Yaxşı ki, gəldim...

-- Sağ olun, Əli bəy. Təşəkkür edirəm Sizə. Həm Bakıya, həm də AzadlıqRadiosuna gəldiyiniz üçün.

-- Nə mutluyum Azəri deyənə!

-- Onda bir «Can Bakı!» söyləməzsiniz. Bu, həm də proqramımızın adıdır...

-- (Gülür) Caaan Bakı!

--Təşəkkürlər!
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: menden Haradan: merdakandan
08.12.2010 22:11
Nadir bey axi sizde hech Tagiyeviden bir sey yoxdur,hech onu qani bele sizde axmir;gorun nece de qan deyishib,qizin nevesi!
siz diger nesillere aid ovladsiniz,atanizin,babanizin qani axir sizde genetik olaraq siz diger nesile aidsiniz;BP beyem Bakida neveler yoxdur,siz hele birini de getirirsiniz?Qeribedir?
Cavab

Kimdən: Anonim
11.12.2010 11:39
Qeribe milletsiniz. Oz dovletiniz hech ne elemek istemir, bashqasi da eleyende miz qoyursunuz. Nece yeni qani axmir. Iki milyonchunun qani axir onun damarinda--Shemsi Esedullayevin ve Hacinin.
Cavab

Kimdən: kamal Haradan: bakidan
14.12.2010 19:27
ANONIM-qeribe adamsize men oz fikrimi bildirmeye haqqim yoxdur beyem,bele dushunurem deyirem,adamin agzini qeribe milletitsiniz deyib baglamaq isteyirsiniz,biz soz demeli deyile yuyulmamish qashiqsiniz beyem ozunuzu atirsiniz ortaliqa?Bu menim fikrimdir,hech kim bilmir hele siz haqlisiniz yoxsa men.
Advokatsiniz?O qanlar choxdan yoxdur.

Kimdən: arif Haradan: Baki
08.12.2010 21:51
Tagiyev haqda men Ordubadinin "Gizli Baki" kitabinda oxumusham,sizde oxuyun.Neveyede birini hediyye edin.
Neveler Merdakandadirlar,onlara bag qaytariblar,sudan gelen pulu da,pensiyada alirlar,amma qirirlar biri-birilerini,camaat daha getmir bunlara,bezdiribler mal-dovlet uste girginlari ile.

Kimdən: Tahir Haradan: moskva
06.12.2010 16:53
Bunlar kabab iyine gelirler.Goreceksiniz,men olu siz diri!
Dovlet bize bir sey etmesede bunlara edib,ozude az yox.
Cavab

Kimdən: Anonim
07.12.2010 14:12
Hech bir kabab iyi zad yoxdur. Bey efendinin hech ovladi da yoxdur. Acindan da olmur. Babat ticareti var. Hem de onu Az-n hokumeti yox, BP shirketi Bakiya getirib. Men onun yerine olsaydim, babamin evini bu hokumetden alardim...
Cavab

Kimdən: kamal Haradan: baki
08.12.2010 21:44
Hormetli anonim!
Men sizin bir chox sherhlerinizi oxuyuram,bezileri ile de bezen razilashiraam.Amma-BP bunu getirdib,ele bes niye qulaginin dibinde o qeder diger ailelerin nevelerine hech diqqet bele yetirmir,bir nece ailelerin Bakida helede neveleri yashayir,ve onlara her hansi qaygi gostermek olardi,razisinizmi?Sonrada siz deyirsiniz men onun yerine olsaydim babamin evini alardim -rehmetliyin oglu nece?
Camaat oz evinin,halla minalla evinin (qish bulvari) pulun alal bilmir,siz nece alacaydiniz,mene maraqlidir,siz ele bil ayda yashayirsiniz,Anonim,he?
Men Azadligin,Bp-nin siz oxucularin yerine olsaydim hal-hazirda zirzemide yashayan,dermana pulu olmayan(chox vaxti choreye bele)bir milyonchu nevesini tapib ona yardim ve ya diqqet gostererdim,amma teesuf ki biz bezen o terefe baxmiriq,deyenleri vururuq.Sagolun.

Kimdən: mehriban Haradan: bileceriden
06.12.2010 16:50
Salam Sevda xanim!
Son zamanlar yaman gozel movzulara,ailelere toxunursunuz,buna gorede choxsagolun.Amma Sara xanim acindan kucelerde olende,ona xalq baxirdi,yiye dururdu,hetta oz qizinin yanina da Rusiyaya gedib,amma qizi Sefiye "men komunnistem,birde bu qapiya gelme"deyerek anasina cavab vermisdi.Hemen o Sefiyye sonradan dovletden cox sey aldi-bag,teqaud,ve s.
Nece olur ki xalq bu insanlara yiye durur,sonradan kimlerse hec ne olmamis kimi gelir ki men de varam-ne yogurdum ne yapdim hazirca kulce tapdim.
Bes Sara o gunde gezende bu beyefendi,ve bunun kimi diger olkelerde yasayan Tagiyevler niye bu qadina yiye durmurdular,amma babalarinn neyinese yiye durmaga tez gelirler.
Indi menim sozlerimi kimlerse yozmaga baslayacaq,amma fikrimce bizim bu aileye gosterdiyimiz qaygidan bir coxlari suiistifade etmek isteyir ve edirde.Qayqi ve hormete yalniz Sara xanim layiq idi,o atasinin senedlerini ozunde gezdirirdi,butun instansiyalarda Tagiyeve beraet isteyirdi,eziyyeti o cekirdi,bu sonradan gelenler yox.Bunlar hazira yigisanlar idi.Demeyin o sovet dovru idi Sara xanim 1991-de rehmete gedib,hec burda da bunlara beraet yoxdur.
Boyuk memnuniyyetle diger aileler haqda ozude ele bele etrafli yazilarinizi gozleyirem.Tesekkur eziiz Sevda xanim.

Kimdən: Anar Haradan: SUMQAYIT
05.12.2010 16:04
Nece illlik hesretden sonra o qederde qiymet verilmeyen baba yurdunda olmaq gozel hissdi.Bir insanin babasinin bu qeder iw gorduyune inanmaram.Her kese bele baba qismet olmagin arzulayiram

Kimdən: Qızılüzən Haradan: Bakı
04.12.2010 19:27
Hərdən bizi bolşevik düşüncəsi ilə feyziyab edən Kommunistə bir sualım var, bəlkə görüb oxuyar: Səncə, niyə Hacı Zeynalabdin kimi bir insanın nəsli qürbətdə pərən-pərən düşüb? Kommunist rejimi xalqına xidmət edən insanları çox sevdiyinə görəmi?

Kimdən: Vatandas Haradan: Baki
04.12.2010 16:04
Ali bey bur xos galib, bura onun vatanidir!
P.S. Amma onun bura galisina sabab olan va Tagiyevin kitabini nesr etdiren bp Azerbaycan sirkati hagda hec bir qeyd olmadi jurnalist tarafdan???
Cavab

Kimdən: S.I Haradan: AR
04.12.2010 16:16
Bundan evvelki yazida ve ses yazisinda her shey deyilib. "Milyonchu Shemsi Esedullayevin..." yazisinda, Tamam xanim ozu her sheyi deyir.

Kimdən: Perviz Haradan: Baki
04.12.2010 13:23
Eli bey,Allah senin Babana rehmet elesin.Men Azerbaycan xalqinin icherisinde Hacini tek-tuk dahilerden hesab edirem.Hec bir tehsili olmayan,sadece agil ve fehmi ile bu qeder ucalan ikinci bir ishadami tanimiram helelik.Keshke Haci kimi daha 4-5 dahi ishadamimiz daha olsaydi.

Kimdən: Eloglu Haradan: Avropa
03.12.2010 22:22
Hökümət onun ulu-babasının evini qaytarmalıdır. Baltikyanı ölkələrin hamısında Sovet vaxtı ekspropriasiya edilmiş mülklərin hamısı sahiblərinə və yaxud onların varislərinə qaytarıldı... Bilirəm ki, mövcud quldur hökümət bunu etməz, amma əslində etməlidir, yada ən azından müavinat ödəməlidir.

Kimdən: julidamu
03.12.2010 21:32
nese hec hiss olunmur bu adam Tagiyevin neticesidi,"yaxshi ki geldim deyir "))))))))))))
Cavab

Kimdən: sual
03.12.2010 23:58
bes ne demeliydi??" Yaxshi ki gelmedim"??
Səhifə (2)
    Növbəti