Çərşənbə, Aprel 23, 2014 Bakı vaxtı 17:25

İqtisadiyyat

Azərbaycan bankları niyə əmanət faizlərini salıb?!

«Əvvəl bir az yüksək idi, indi faiz bir az düşüb»«Əvvəl bir az yüksək idi, indi faiz bir az düşüb»
x
«Əvvəl bir az yüksək idi, indi faiz bir az düşüb»
«Əvvəl bir az yüksək idi, indi faiz bir az düşüb»

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
Bir neçə müddətdir ki, bank reklamlarında gözqamaşdıran yüksək faizli depozit təkliflərinə rast gəlinmir. Bakıda yerləşən banklardan birinin daimi müştərisi olan Mehri Məmmədova da deyir ki, bu yaxınlarda illik 18 faizə qoyduğu əmanətin müqaviləsini uzadanda bu dəfə bu məbləği 12 faizlə depozitə götürüblər:

«Ötən dəfə bir il ərzində götürməmək şərtilə 18 faizlə idi, bu dəfə il müddəti başa çatanda eyni məbləği 12 faizlə götürdülər. Xeyli aşağı düşüb, itkim çox oldu».

Mehri Məmmədova şikayətlənir ki, depozit faizi azaldılır, amma kredit faizi bəzi banklarda olduğu kimi qalıb, çox azında bir-iki faiz endirilib:

«Elə bilirəm ki, depozitlə kredit faizi arasındakı fərq çox olmamalıdır. Amma Azərbaycanda depozitin faizinin yüksək və aşağı olmasından asılı olmayaraq, kredit faizləri çox yüksəkdir».

«SIĞORTAYA GÖRƏ FAİZİ AŞAĞI SALMIŞIQ»

Bakıda fəaliyyət göstərən banklardan birində də depozitlərin faiz dərəcəsinin aşağı salınmasını təsdiqlədilər. Biz özümüzü müştəri kimi təqdim edib şərtləri öyrəndik. Dedilər ki, əgər vəsaiti illik qoyuruqsa, 12 faiz hesablanır:

«Əvvəl bir az yüksək idi, indi faiz bir az düşüb».

Amma kredit faizlərində xüsusi bir dəyişiklik yoxdur. Məsələn, avtomobil üçün istehlak krediti müxtəlif banklarda illik 20-30 faiz arasında dəyişir.

«İqtisadiyyatın inkişaf etməsi üçün ucuz pullara ehtiyac var, bahalı pullara yox»
Bəzi banklarda isə illik depozit təklifi 11 və ya 10 faizə endirilib.

Adının çəkilməsini istəməyən bir bank əməkdaşı isə AzadılqRadiosuna bildirdi ki, Əmanətlərin Sığortalanması Dövlət Fondu onları məcbur edib ki, depozit faizlərini aşağı çalsınlar, əks təqdirdə, yüksək faizlə depozitə qəbul edilmiş gəlir sığortalanmayacaq. Banklar da məcbur qalıb depozit faizini aşağı salıblar.

«KREDİTLƏRİN DƏ FAİZİ DÜŞƏCƏK»


«Hazırda Azərbaycanda 12 faizdən yuxarı depozit təklifi etmək risklidir». Bunu isə Əmanətlərin Sığortalanması Dövlət Fondunun direktoru Azad Cavadov deyir. Onlar bu qənatə ötən iyun ayında apardıqları bazar təhlilləri əsasında gəliblər:

«Bizim təhlillər göstərir ki, bankların 80 faizi 12 faizə qədər depozit verirlər. Bizim hazırkı təhlillərimiz göstərir ki, yüksək faiz altında verilməsi risk deməkdir. 15 faizlə əmanət cəlb etməyə ehtiyac yoxdur. Əmanəti nə qədər yüksək faizlə götürürsə, bir o qədər də yüksək faizlə kredit verir».

Azad Cavadov kredit bazarında qiymətlərin hələ də kəskin düşməməsini onunla izah edir ki, faizlərin aşağı salınmasına az müddətdir başlanıb və yaxınlarda maya dəyərinin aşağı salınmasının kreditlərə təsir edəcəyini gözləmək olar:

«Məqsəd də odur ki, kreditlərin faizi aşağı düşsün. İqtisadiyyatın inkişaf etməsi üçün ucuz pullara ehtiyac var, bahalı pullara yox».

Samir Əliyev
Banklar kredit faizini aşağı salmadığı təqdirdə, fondun onlara təsir rıçaqları varmı? Azad Cavadov deyir ki, bazar özü bunu tənzimləyir və rəqabət şəraitində də bunun təzahürü olacaq.

«KREDİT FAİZİ İKİ DƏFƏ AZALMALIDIR»

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev də hesab edir ki, Azərbaycanda depozit və kredit faizləri inkişaf etimiş ölkələrlə müqayisədə çox yüksəkdir. Onun sözlərinə görə, gec-tez əmanətlər üçün təklif edilən faizlərin aşağı salınacağı gözlənən idi, çünki bu, real bazara uyğun təkliflər deyildi.

Məsələn, Türkiyədə depozit faizi təxminən 9, kredit faizi isə təxminən 15 olur.

Samir Əliyevin fikrincə, kredit faizlərinin aşağı salınması davam etməlidir, amma bunu təkcə əmanətçilərin hesabına etmək düzgün deyil. O hesab edir ki, depozitlərin faizinin salınmasından əvvəl kredit faizlərini aşağı salmaq və depozitlə kredit faizi arasında balans yaratmaq lazımdır:

«Bankların təklif etdiyi kredit faizləri iki dəfə azaldılmalıdır, ən çoxu 15 faiz olmalıdır».

«Bankların kapitalı az olduğundan onlar kreditlərə yüksək faiz tətbiq edirlər» deyən müsahibimiz əlavə edir ki, buna görə də Azərbaycanda bankların sayı ən azı iki dəfə azaldılmalıdır.

İndi Azərbaycanda 40-dan çox bank var.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: AZAD Haradan: BAKI-YENI YASAMAL
03.12.2010 12:35
Banklar iqtisadiyyatın qan damarladır sözü bu gün inkişaf etməkdə , eyni zamanda böhran içində olan dünya iqtisadiyyatında öz təsdiqini tapir. Yəni hər bir ölkənin iqtisadiyyatını bir anlağa belə banklarsız təsəvvür etmək qeyri mümkündür. Belə olan şəraitdə bank sektorunun mükəmməl ,ritmik, uzaqgörənliklə idarə olunmasından iqtisadiyyatın yüksək sürətli, dinamik templə inkişafı çox asılıdır. Azərbaycanda son illər bank sektoru inkişaf edir, banklarda xidmətin həm keyfiyyəti ,həm kəmiyyəti yüksəlir, bununla yanaşı bu sektorda artıq güclü rəqabət özünü göstərməyə başlamışdır. Bunu da qeyd etmək yerinə düşərdi ki, hazırda Azərbaycan bankları dünyanın nüfuzlu maliyyə institutları və güclü bankları ilə sıx əməkdaşlıq edir. Ona görədə bu bankların getdikcə bizim banklara marağı artır. Məhz belə olan tərzdə Azərbaycan banklarına olan bu marağı saxlamaq , daha da artırmaq üçün banklarımız öz xidmət şəbəkələrini, gün güdən genişləndirməli, dünya bank standartları səviyyəsinə qaldırmalı və keyfiyyəti yüksəltməlidirlər Bir həqiqəti gizlətmək lazım deyil ki bank sektorunda olan banklarımızın əksəriyyəti bu gün yuxarıda qeyd olunan tələblərə cavab vermir, yüksək faizlərlə həm depozit qəbul edir, eyni zamanda yüksək faizlərlə də müştərilərə kredit verir. Nəticədə bu da bankların fəaliyyətini böyük risk altına alır, müflisləşməyə gətirib çıxarır. Bir necə gün bundan əvvəl mərkəzi bank tərəfindən iki bankın fəaliyyətinə xitam verilməsi, elə bankların qarşılaşdığı bu risklərin nəticəsidir. Azərbaycanda bank xidmətlərindən istifadə edən hər bir müştəri bilir ki banklarda depozitlər 14-18% bəzən 20% arasında qəbil olunur, kreditlər isə təyinatından asılı olaraq 24-30% arasında verilir. Hər iki halda bank faizləri çox yüksək olduğu üçün, bu həm müştərilər üçün, həm də banklar üçün təhlükəli faiz dərəcələri sayılır. Ona görədə həm kredit alan müştərilər, həm əmanətçilər və bankların özüdə sonradan böyük riskə məruz qalırlar. Verilmiş kreditlərdə də problemli kreditlərə çevrilərək, geri qayıtma ehtimali sıfıra bərabər olur. Çünki qeyd olunan faiz dərəcələr bu gün bazarda olan reallığı əks etdirmir. Bankların marketinq xidmətləri ona görə bu faktorları ciddi araşdırmalı , kredit verərkən və depozit cəlb edərkən bunları hökmən nəzərə almalıdırlar. Artıq bəzi banklar bu faktorları nəzərə alaraq, depozit faizlərini aşağı salmağa başlasalar da nədənsə kredit faizlərini aşağı salmağa hələ risk etmirlər. Mənə elə gəlir ki nə qədər ki gec deyil, bank rəhbərləri bu məsələ ətrafında ciddi düşünərək qərar qəbul etməli və bank faizlərini iki dəfə aşağı salmalıdırlar. Əks halda bankların indiki bazar şəraitində, bu nizamnamə kapitalı ilə, risk ilə üzləşmələri qaçılmazdır

Kimdən: oxucu
02.12.2010 19:35
Goresen Azerbaycandaki Beynelxalg Bankin deposiz faizlerinde her hansi deyishiklikler olub?

Bilen varsa mene de desin. Evvelceden Teshekkurler.
Cavab

Kimdən: Cavanşir Haradan: Ağdaş
20.12.2010 09:02
Salam.Sizin verdiyiniz sual hecde məntiqəuyğun deyil.Siz özünüz fikirləşin ki əgər Nazirlər kabineti bu qerarı təstiqləsə Hansı bank o qerara riayyət etməz?
Sualınıza görə təşəkkür edirəm