Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:42

Gürcüstanın reytinqi mübahisəlidir


Nona Mçedlişvili

Gürcüstanın Milli İctimai Reyestr Agentliyinin oktyabr ayına olan məlumatına görə, ölkədə 4157 biznes subyekti qeydiyyatdan keçib. Onların mütləq əksəriyyəti - 98 faizi – sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardır.

Qafqaz İqtisadi və Sosial Araşdırmalar İnstitutunun icraçı direktoru David Narmaniya rəsmi rəqəmlərin yaxşı təsir bağışladığını deyir.

İQTİSADİYYATDA İNQİLAB YOLVERİLMƏZDİR


“Bu say ona görə yüksəkdir ki, prosedura qaydaları asandır və çətinlik törədən amillər yoxdur. Bir çoxları şirkətini kiçik sahibkarlıq üçün qeydiyyatdan keçirir. Məsələn, xüsusi sahibkarı və ya məhdud məsuliyyətli cəmiyyəti qeydiyyatdan keçirmək asandır, nizamnamə kapitalı tələb olunmur və s. Ona görə qeydiyyatdan keçənlərin sayı artır”.
David Narmaniya


Bununla belə, David Narmaniya əlavə edir ki, qeydə alınmış müəssisələr onların fəaliyyət göstərməsi demək deyil. Bildirdiyinə görə, qeydə alınan biznes subyektlərinin yalnız 1/5-i vergi ödəyicisidir.

Gürcüstan Biznesmenləri Assosiasiyasının vitse-prezidenti Giorgi İsakkadzenin məlumatları qismən fərlidir. Onun qiymətləndirməsinə görə, qeydiyyata düşən şirkətlərin 30-50 faizi aktiv biznesə qoşulurlar. Bu isə öz-özlüyündə az deyil, ancaq vətəndaşların və ümumiyyətlə ölkənin iqtisadi durumunu əks etdirmir.

Assosiasiyanın vitse-prezidenti deyir ki, iqtisadiyyatda inqilabi proseslər yolverilməzdir.

“İddia etmək ki, bu gün qeydə alınmış şirkət sabah gəlir gətirəcək, olmaz. Bunun üçün vaxt lazımdır. Bu, real olaraq iqtisadiyyata bir il yarım, iki ildən sonra təsir edəcək. Bu il Acarıstan qonşu və digər ölkələrdən olan turistlərlə dolu idi, Şükür Allaha! Ancaq son nəticədə iqtisadiyyata yalnız gələn il təsir göstərəcək, o da insanlar qazandıqları pulu xərcləməyə başlayanda. Mən gürcüləri nəzərdə tuturam”.

12-Cİ YER: İRƏLİ, YOXSA GERİ ADDIM?


Girogi İsakkadze onu qeyd edir ki, Gürcüstanın üzləşdiyi iqtisadi problemlərə baxmayaraq Dünya Bankının reytinqində daim irəliləməsi gələcəkdə investisiyaların axını prosesinə də öz təsirini göstərəcək.

Dünya Bankının hesabatı həm də dünyaya bir müraciətdir ki, ölkədə iqtisadi islahatlar düzgün istiqamətdə inkişaf edir, İsakkadze bu fikirdədir.

Dünya Bankının reytinqində biznes etmək üçün ən yaxşı ölkə kimi yenidən Sinqapur seçilib. Ondan sonra Honkonq, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ gəlir. Qeyd olunduğu kimi Gürcüstan reytinqdə 12-cidir.

Bəzi opponentlər 12-ci yeri reytinqin pisləşməsi kimi qəbul edir. Buna səbəb reytinqin müəyyənləşdirilməsi metodologiyasına edilən dəyişiklikdir. Əgər ötən il biznes mühiti 10 amil üzrə qiymətləndirilirdisə, yeni metodologiya 9 amilə əsaslanır. 9 amilin qiymətləndirməsinə görə, Gürcüstanın 11-ci yeri bu il 13-ə yüksəlib. Müvafiq olaraq 2011-ci ilin reytinqi bir pillə yuxarıdır, aşağı deyil.

“Əgər əvvəllər 10 standart üzrə 11-ci yerdəydiksə, 9 standart üzrə yerimizi 13-dən 12-ə dəyişmişik. Yəni, real olaraq irəliyə doğru getmişik. “Doing Business” son 5 ildə ən uğurlu ölkələrin siyahısını dərc edib, Gürcüstan bu siyahıda liderlik edir, bu ölkələr arasında birinci yeri tutub. Bu, böyük uğurdur”.

Bunu Gürcüstan baş nazirinin mətbuat xidmətinin rəhbəri Niko Mçedlişvili deyib.

GÜRCÜSTANIN UĞURU NƏDİR?


Biznesə başlamaq üçün yaradılan şərait və Gürcüstan hökumətinin bu istiqamətdə uğurları barədə Dünya Bankının nümayəndəsi və “Doing Business”in müəlliflərindən biri Nil Qreqor bəyan edib. Onun sözlərinə görə, Gürcüstan son 5 ildə həyata keçirdiyi islahatların intensivliyinə görə seçilir. Bunlardan ən müvəffəqiyyətlisi mülkiyyətin qeydiyyatı prosedurasının sadələşdirilməsi islahatları olub. Bu kateqoriyada Gürcüstan dünyada ikinci yerdədir. Tikintiyə icazə verilməsinə görə 7-ci, biznesə başlamaq qaydalarının sadələşdirilməsinə görə dünyada 8-cidir.
Giya Xuxaşvili

İqtisadi məsələlər üzrə ekspert Qiya Xuxaşvili bəyan edib ki, Dünya Bankının reytinqi biznes aparmağın sadəliyini deyil, onun texniki təminatını əks etdirir.

O etiraf edir ki, bu baxımdan Gürcüstan irəliləsə də, biznes aparılması ilə bağlı sistemli problemlər dəyişməz olaraq qalıb. Onlardan ən vacibi – yüksək siyasi riskdir. Məsələn, ekspert sahibkarlara inzibati təsir faktorlarından və “Kazbeqi” şirkətinin fəaliyyətinin dayandırılması məsələsini qeyd edib.

“Hökumət istehsalçı ilə birgə istehsalın mümkün inkişaf imkanlarını axtarmaq əvəzinə - özü də bu şirkət yerli istehsalın pionerlərindən biridir – bir neçə ay ərzində istehsalın dayanması səbəbindən faktiki olaraq fəlakətlə üzləşib”.

Ekspertlər hesab edirlər ki, təzyiq və biznesə inzibati təsir faktlarının azalması ancaq konstitusiyada nəzərdə tutulan xüsusi mülkiyyət hüququnun toxunulmazlığı hüququnun təmin olunması zaman mümkündür. Biznesin inkişafına mane olan amillər kimi məhkəmələrin müstəqil olmaması da qeyd olunur.

Gürcüstan “Doing Business 2010” hesabatında ən aşağı qiyməti “biznesin bağlanması” kateqoriyasından alıb və 183 ölkə arasında 105-ci olub. Gürcüstan hökuməti inandırmaq istəyir ki, bu sahədə də islahatlar aparır.
XS
SM
MD
LG