Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:20

Seçicilərin adları hardadır?


43 saylı Sumqayıt 3-cü seçki dairəsi
“Çətinliyə düşəndə məntəqə üzvləri içəridə kömək edirlər. Soruşursan hansına səs verim, deyirlər buna xətt çək”.

Bu, 22 yaşlı Sumqayıt sakini Əlizamin Ağalarovun dedikləri idi.

Saat 13 radələrində 43 saylı Sumqayıt 3-cü seçki dairəsində 27 və 28-ci məntəqələrinin qarşısında xeyli qadın cəmlənmişdi. Onlar iki-iki, üç-üç
məntəqələrə girib–çıxır, bir qədər gözləyir, sonra yenidən məntəqələrə gedirdilər. Yaxınlaşıb nə gözlədiklərini, adlarını soyadlarını soruşanda isə cavab verməkdən imtina edirdilər.

TELEFONLA SEÇKİYƏ DƏVƏT


Bu məntəqələrin yerləşdiyi “Texniki və təbiət elmləri liseyi”nin qarşısı səhər saatlarından qələbəlik idi. Əsl seçici aktivliyi hiss olunurdu. Küçədə bir neçə qadın əllərində siyahı açıq-aşkar qeydiyyat aparırdılar. Tez-tez kimlərəsə telefon açıb seçkiyə çağırırdılar. Seçkiyə gələn qadınların bir qismi əvvəl onların siyahılarında öz adalarını tapıb qarşısından imza atır, sonra səs verməyə gedirdilər.
Qadınların kimliyini öyrənmək mümkün olmadı. 28 saylı məntəqəyə keçib vəziyyəti öyrənməyə çalışdıq.

“İslahat” Bloku, Cavadova Lamiyə: Seçici ikinci dəfə səs verəndə ona dedilər ki, bura sizin məntəqəniz deyil. Əgər deyilsə, onda o birinci dəfə necə səs verə bildi. Belə xətalar oldu.

YAP müşahidəçisi Şıxəliyev Cahid: Kameralar çəkir, hər şey göz qabağındadır. Hələ ki elə bir narahatçılıq yoxdur. Hər şey yaxşıdır.

AXCP-Müsavat blokundan Əkbərov Cəmaləddin: Bayırda seçicilər məntəqəyə aid olmayanlar tərəfindən öyrədilir. Gələnlərdən vəsiqə tələb edirik ki, heç olmasa 10-15 nəfərdən birinə baxaq, imkan verilmir. 5-6 seçkidir ki, iştirak edirəm, bu qədər seçici görməmişəm. Onların buranın seçiciləri olması məndə şübhə yaradır”.

SƏS VERDİLƏR, AMMA ADLARI SİYAHIDA YOX İDİ


Məntəqə sədri Ətrabə Tağıyeva isə səsvermədə hər hansı narahatçılığı səbəb ola biləcək hadisənin baş vermədiyini dedi. Məntəqədən kənarda gedən proseslərə gəlincə, məntəqə sədri dedi ki, onlar içəriyə cavabdehdirlər.

Müşahidəçilər
Elə bu vaxt məntəqəyə hamısı qadın olmaqla daha bir dəstə seçici daxil oldu. Bayaqdan özünü müstəqil müşahidəçi kimi təqdim edən, ancaq adını deməyən və bizə bəzi müşahidəçilərin dediyinə yox, gördüyümüzə inanmağı tövsiyə edib seçkilərin şəffaf və ədalətli keçdiyini bildirən şəxsin köməyi ilə həmin qadınların bu məntəqəyə aid olub-olmadıqlarını öyrənməyə cəhd etdik. Qadınlar şəxsiyyət vəsiqələrindən özləri öz adlarını oxuyub bu məntəqənin seçicisi olduqlarını bildirdilər:

“Ağayeva Jalə, bu ərazinin seçicisiyəm. Nəbiyeva Mahirə, Heydər Əliyev prospektində yaşayıram”.

Bayırda asılmış seçici siyahısında həmin qadınların adlarını axtaranda məntəqə sədri Ətrabə Tağıyeva da yaxınlaşıb bildirdi ki, məntəqədə səs verənlərin hamısı –buranın seçiciləridirlər. Amma həmin qadınların adlarını nə məntəqənin, nə də MSK-nın rəsmi internet saytındakı siyahıda tapa bildik...

SEÇKİNİ BURADA MÜZAKİRƏ EDİN

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG