şənbə, Oktyabr 25, 2014 Bakı vaxtı 16:53

Verilişlər / Oxu zalı

Nuridə Atəşi: "Körpənin beyni qarpız kimi bölünüb əlimdə qalmışdı"

x
Almaniyada yaşayan azərbaycanlı şairə Nuridə Atəşi öz həyat hekayətini anladır. Onun "Gəl günaha bataq" kitabından parçalar...

Əvvəli burda

...- Yox, qızım, sən ölməyəcəksən! Mən səni ölməyə qoymayacağam! Sənə söz verirəm! And içirəm!

Evə gəldim. Özümü ələ almağa çalışırdım. Qızımla oynayır, danışır, gülür, o yuxuya getdikdən sonra isə beşiyinin başında oturub saatlarla için-için ağlayırdım.

İndi o acılarımı xatırlayanda o vaxtlar nə qədər zavallı və yazıq olduğumu düşünürəm.

Bir axmaq, savadsız həkimin sözlərini indi nəinki ciddi qəbul etmərəm, hətta gülərəm də...

Ancaq öz-özümə deyirəm: - Yox, Nuridə sən bu qədər güclü olmaq üçün o acıları yaşamalıydın!

ÖLÜMLƏ SAVAŞ

Bircə şeyi bilirdim. Balamı belə rahatca ölümün qucağına təslim etməyəcəkdim.

 
- Ölər, yenisini doğarsan, hələ cavansan! Xaric-marici beynindən çıxart, səni tikə-tikə doğrayaram.

Daha da yaxına gəldi. Mənə tərəf əyilib:

- Evdən qaçmağı da ağlına gətirmə. Dünyanın harasına getsən belə, səni tapar, yaşatmaram, bil, - deyə alnımdan tutub başımı divara çırpdı. Başım qanadı. Hərəkətsiz qaldım.

  •  
Ölümlə savaşa qalxdım. Son nəfəsə qədər savaşacağıma and içdİm.

Rusiyanın Rostov şəhərində bacım, qardaşım yaşayırdılar, onlara zəng edib balama ölüm hökmü oxunduğunu söylədim.

Bacım çox sakit halda:- Sən Bakının həkimlərinə çox da inanma, boş yerə özünü üzmə, uşağı götür təcili uç bura,-dedi.

Oğlumdan ayrılmaq nə qədər çətin olsa da, onu anamın yanına qoyub Rostova pənah apardım.

Bacım məni böyük bir klinikaya apardı. Dörd-beş həkim Ayanı müayinə etdikdən sonra başından şübhələndilər və başını kompüter tomoqrafıya aparatına salmağı məsləhət gördülər.

Bütün həkimlər toplandılar. Konsilium keçirdilər. Yoxlama saatlarca sürdü.

O saatlar koridorda çəkdiyim acıları, həyəcanları ifadə edəcək sözlər tapa bilmirəm.

Nəhayət, bacımı içəri çağırdılar. O qayıdana qədər ürəyimi yeyib qurtarmışdım.

Bacımınsa rəngi qapqara qaralmışdı bayıra çıxanda. Özünü tox tutmağa çalışır, ancaq bacarmırdı.

Bu dəfə həkimlər məni içəri çağırdılar. Eşitdiyim xəbərdən sanki beynimdə ildırım çaxdı:

"Uşağın başında şiş var, çox böyümüşdür. Təcili cərrahiyyə əməliyyatı aparılmahdır.

Əks təqdirdə həyatı təhlükədədir".

Key-key həkimlərin üzünə baxdım. Nə bir söz söyləyə, nə də ağlaya bildim.

Qolumdan tutub məni bayıra çıxartdılar.

Koridorda iki bacı bir-birimizə sarılıb aciz-aciz ağladıq.

Tramvay yolu poliklinikadan xeyli uzaq idi. Bütün yol boyu hıçqırdım.

Tramvayda belə hıçqırıqlarımı boğa bilmir, adamlann təəccüblü baxışları altında hönkürtüm tramvayı bürüyürdü.

Bacım mənə təsəlli verəcək söz tapa bilmir, camaatdan utanaraq başını aşağı salıb susurdu.

Cərrahiyyə əməliyyatı bir həftə sonraya təyin edilmişdi.

Bir həftə mən gecə-gündüz göz yaşı axıtdım. Təsəvvür edə bilmirdim ki, üç yaşlı bir körpə bu cür ağır əməliyyatdan necə sağ çıxa bilər?

Sən demə, uşaqların dözümü daha böyükmüş. O zaman hardan biləydim ki, bu günahsız körpəcik daha nələrə, nələrə dözəc
əkmiş...

Nəhayət, o dəhşətli gün gəlib yetişdi. Əməliyyat üç saat yarım çəkdi. Bu müddət ərzində iki dəfə özümdən getmişdim.

O saatlar özümü o qədər gücsüz, zəif hiss cdirdim ki...

Sanki əməliyyat otağından çıxan hər kəs mənə Ayanın ölüm xəbərini soyləyəcəkdi.

Son bir həftə heç nə yeyə bilməməyim məni elə zəif salmışdı ki, kətildə oturmağa belə taqətim yox idi.

Yarı uzanmış halda o saatlan başa vura bildim. Nəhayət, cərrahiyyə otağından çıxan bir həkim əməliyyatın bitdiyini söylədi.

İçəridən çıxan şəfqət bacısının üstünə cumdum. Dodaqlarım titrəyə-titrəyə "Ona uje umerla?" - deyə soruşdum.

O əvvəl hirslə üzümə baxdı, ancaq nə halda olduğumu görüb tez məni yatağa uzatdı və cibinden dərman çıxarıb boğazıma tökdü.

Sonra nə baş verdiyindən xəbərim olmamışdı...

Gözlərimi açanda artıq balam yanımda uzanmışdı. Sanki onu yenidən dünyaya gətirmişdim.

Bir neçə gündən sonra isə Ayanımın əlinden tutaraq xəstəxananı tərk etdim.

Ayanımın qolu açılmışdı, yaxşı gəzirdi, görmə qabiliyyəti də normallaşmışdı.

Yenə dünyanın xoşbəxt insanına, ən xoşbəxt qadınına çevrilərək bir neçə gündən sonra doğma Bakıma uçdum.

Fəqət bu xoşbəxtliyin ömrü çox qısa oldu. Cəmi bir neçə ay sonra Ayanımın qolu yenidən tutuldu, baş ağrıları başlandı. Artıq Bakıdakı həkimlərə nə ümidim, nə də inamım qalmışdı.

Yazıq balamı qucağıma alıb yenə Rostova üz tutdum.

Oğlumu yenə anama verməyə məcbur oldım. Hələ də bunun əzabını çəkirəm.

Oğlum ana südünün nə olduğunu bilmədi.

Onun nə ayaq açdığını, nə dil açdığını gördüm.

Yenə həmin xəstəxana. Yenə həmin soyuq üzlü həkimlər.

Ayanı əməliyyat edən professor Balyazin onu yeniden müayinə etdi.

Həkimlərin güman etdikləri şiş deyilmiş Ayanın xəstəliyi.

Sən demə, bu çox nadir bir xəstəlik olan "Serebral exinokokkoz" imiş.

Az inkişaf etmiş ölkələrdə yayılmış xəstəlikdir.

İtdən, pişikdən, mal-qaradan keçir insana. Onu beyindən elə çıxarmaq lazımdır ki, torbası partlamasın.

Elə ki, partladı, içindəki qurdlar bütün beyinə yayılır və yeni torbacıqlar yaranır.

O torbacıqlar getdikcə böyüyür və beynin fəaliyyetinə mane olur.

Bu xəstəlik əsasən ciyərdə olurmuş., Bütün bunları mən sonradan öyrəndim.

Sən demə zavallı professorcığaz əməliyyatı yaxşı edə bilməmiş, torbacıq əlində partlamış və təbii ki, bunu məndən gizlətmişdi.

Nə isə, yazıq Ayanımı ikinci dəfə əməliyyat etdilər.

Elçini də Bakıdan gətirtmişdim. Bu dəfə əməliyyat altı saat çəkdi.

Allahım, mən Elçini çağırmışdım ki, mənə ürək-dirək versin, o məndən betər ağciyərmiş ki...

Yalnız o zaman onun Ayanı nə qədər sevdiyini anladım.

Dərd bizi sanki bir-birimizə daha da yaxınlaşdırmışdı. Son vaxtlar anası bizi ayırmaq, Elçini evdən soyutmaq üçün bütün yollara əl atsa da, Elçinim bizə nə qədər bağlı imiş...

O, altı saat ərzində başını divara döyür, uşaq kimi ağlayırdı.

Ayanım bu dəfə də kəfəni yırtdı. Hardasa bir əfsanə oxumuşdum.

Bir gün Əzrayıl bir körpənin canını almağa gəlir. Anasının körpəsinə çaldığı layla onun ayaqlarını qapıda yerə mıxlayır.

Düşünür ki, qoy ana laylasını oxuyub qurtarsın, sonra girib körpənin canını alaram.

Ana o qədər həzin layla deyir ki, Əzrayılın ürəyi gəlmir onu yarımçıq kəssin.

Ana sabahacan körpəsinə layla çahr. Ana laylası Əzrayılın daş qəlbini yumşaldır, sabaha qədər qapının önündə durub o laylaya qulaq asır.

Səhər açılana yaxın o, qərarından dönür, körpəyə daha yüz il ömur bağışlayaraq qapıdan geri qayıdır.

Kim bilir, bəlkə mənim də Əzrayıla eşitdirmək üçün saatlarla oxuduğum laylalar onun ürəyinə insaf salmış, Ayanımı bağışlamışdı!..

Əməliyyatdan bir həftə sonra Ayanın başının tikişləri söküləcəkdİ. Cərrahiyyə otağında "Ana" deyib qışqırdığını çöldə eşidirdim. Ağlayarkən tikişlərə güc düşər, yenidən partlayar deyə sökməyə qorxurdular.

Məcbur olub həkimlər mənə xalat geyindirərək içəri apardılar ki, mən yanında dursam bəlkə sakit olar.

Ayanımı qucağıma aldım. Sarğısı başından açılmışdı. Başını əməliyyatdan öncə təmiz qırxmışdım (öz əlimlə, göz yaşlarım o gözel, ipək kimi saçlarına axa-axa qırxmışdım).

Həkim tikişi sökməyə başlamışdı. Məni görərək daha da kövrələn Ayan lap bərk qışqırmağa başladı.

Bir anda bütün tikişlər partladı. Başından qan fışqırdı, Körpənin beyni qarpız kimi bölünüb əlimdə qalmışdı.

Dünyada heç bir anaya, hətta düşmənimə belə bu səhnəni görməyi arzulamıram.

İndi bu sətirləri yazdığım zaman o anlar yadıma düşdükcə məni tər basır, göz yaşlarım vərəqi isladır və təəccüb edirem ki, mən bu qədər əzablara, acılara necə dözmüşem? Fransız yazarı Romen Rollan deyir: "İnsanın güclü olması üçün, burax dərd çəksin, dərd insanı daha da güclü edər".

Bir alman fılosofusa "Səni öldürməyən hər şey səni güclü edər" deyib.

Hər dəfə bu səhnəni xatırlayanda bir yunan əfsanəsi yadıma düşür. Apollonun oğlu Asklepius bir gün Pire kəndinə dönürmüş. Çöldən keçərkən dar ağacının altına uzadılmış ölüləri görür.

Həm içindən ölülərə baxmaq istəyi keçir, həm də iyrənərək əllərilə üzünü tutur.

Axırda arzusuna məğlub olub gözlərini aça bildiyi qədər geniş açaräq meyitlərin üstünə qaçır:

"Baxın, baxm, kor olasılar!" - deyə bağırır öz gözlərinə .- "Doyunca baxın, ləzzət alın, bu gözəl mənzərədən".

Allah professor Balyazindən "razı olsun", heç olmasa bıı dəfə kişi kimi boynuna aldı torbacıqlardan birisini partlatdığını.

Torbacıqdan tökülən qurdlar bu dəfə beyində yeddi yerdə yuva qurmuşdu. Birinci əməliyyatda torbacıq cəmi bir yerdə idi, əgər onu partlatmasaydı, yazıq körpəm bir daha bıçaq altına düşməz, ömrü boyu iflicliyə məhkum olmazdı.

Daha bilmirdim ki, professor Balyazin nəinki torbacığj partlatmış, hətta beyində olan əsəb damarlarını belə yaralamış, beynin sağ yarımkürəsindəki hərəkət mərkəzini cəllad bıçağı ilə zədələmişdi.

Nə biləydİm mən yazıq o zaman bütün bunları? Yoxsa mən balamı o canilərin bıçaqları altına salardımmı?

Əməliyyatdan sonrakı bir neçə günlük müayinə saatlarında mən professora Ayanın qolunun heç açılmadığını, yəni əməliyyatm uğursuz keçdiyİni anladığımı çəkinə-çəkinə hiss etdirməyə çalışdım.

Ax, ey indiki Nuridə, sən hardaydın o zaman?

İndi tutardım onun yaxasından, çəkərdim məhkəməyə, bütün dünya tibb aləmində onu rüsvayi-cahan edər, diplomunu əlindən aldırar, o ləkəli xalatını əynindən soyundurar, yol verməzdim ki, yüzlərlə, minlərlə belə günahsız xəstənin həyatını məhv etsin.

O isə mənə hirsləndi və hələ üstəlik borclu da çıxartdı: -Mən qızının həyatını xilas etmişəm! Sən mənə borclu olmalısan! Bir az masaj, idman etdirsəniz, tamamilə yaxşılaşacaq.

Mən, Allahın avamı yenə ona inandım və səhəri gün qəbul otağına girib masasının üstünə bir zərf qoyaraq balamın "həyatını xilas etdiyinə gorə" azı on dəfə təşəkkür də etdim. İçi pulla dolu zərfı görən kimi gozü işıqlanan professor hər şeyi unudaraq (lap nəslinə söysəydim belə, özünü o yerə qoymazdı) yerindən qalxıb mənə tərəf gəldi, can-ciyəriymişəm kimi mənimlə sağoilaşdı, digər əli iləsə zərfı cibinə dürtüşdürdü...

Xəstəxananın qapısından çıxanda bircə şeyə əmin idim ki, bir daha bu cəlladların qapısını açmayacağam!

Ayanım artıq bir az yaxşılaşmışdı. Amma bir neçə aydan sonra məni nə gözlədiyinİ yaxşı başa düşdüyüm üçün üzüm heç gülmürdü.

Lakin artıq xeyli güclənmişdim. Bircə fıkrim vardı: - Ölümlə savaşmaq, onu yenmək, ona təslim olmamaq!
Bu dövrdə artıq Azərbaycan Rusiyanın boyunduruğundan yenicə qurtulmuş, müstəqil bir dövlətə çevrilmİşdi.

Xalq ağır, qanlı bir müharibədən çıxmış, 10 minlərlə insan itkisi vermiş, torpaqlarımızın 20 faizi ermənilər tərəfindən zəbt olunmuş, son bir neçə il ərzində dövlət rəhbərliyi dəfələrlə dəyişdirilmişdi.

Gənc dövlətimiz çox ağır şərtlər altında hər bir sahədə - istər hərbi, istər iqtisadi, istər siyasi, istərsə də mədəniyyət sahəsİndə ağır mübarizə aparırdı.

Minlərlə yaralı dərhal müalicə olunmalıydı.

Azərbaycan Respublikası Prezident Aparatına, Səhiyyə Nazirliyinə, Nazirlər Kabinetinə müraciət etdim.

Hər yerdə respublikadakı ağır vəziyyəti mənə anlatmağa çalışır, mənim kimi minlərlə acı çəkən ananın olduğunu, heç bir köməklik göstərə bilməyəcəklərini təəssüf hissi ilə bildirirdilər.

Mənimsə iradəmi kimsə qıra bilmir, bir yol, bir çarə axtarırdım.

O qapıdan bu qapıya, o təşkilatdan bu təşkİlata ayaq döyürdüm.

Heydər Əliyev yenicə hakimiyyətə gəlmişdi. Nəhayət, gücümü toplayıb qərara gəldim və ölkə prezidentinə dalbadal teleqramlar gondərdim.

Dərhal Nazirlər Kabinetindən Nevroloji Cərrahiyyə xəstəxanasına tapşırıq verildi.

Televiziyada Ayanın müalicəsinə komək üçün elanlar verildi. Demək olar ki, bütün təşkilatlar, şirkətlər, partiyalar maddi yardım etdi. Hətta biletimə qədər aldılar.

Bax, bunun üçün mən ömrüm boyu xalqıma, dövlətimə borcluyam. Ömrümün son gününə qədər mən ona xidmət etsəm, yenə bütün bunların əvəzini çıxa bilmərəm.

Deyirlər bir qatil uşağı öldürərkən üç nəfəri birdən öldürür. Həm övladı, həm də ata və anasını.

Demək yalnız balamın deyil, həm də mənim həyatım xilas edilmişdi. Balamın və mənim həyatımı xilas edən xalqımın qarşısında diz çökürəm.

Bakı Nevroloji Cərrahiyyə xəstəxanasının baş həkimi məni qarşıladı.

Bu xəstəliyi yaxşı tanıdığını, dünyanın heç bir yerində, hətta Amerikada, Almaniyada belə bu xəstəliyi, Bakıdakı kimi cərrahi əməliyyat edə bilmədiklərini mənə elə ciddi, inandırıcı bir şəkildə anlatdı ki...

Hələ də ağlıma sığışdıra bilmirəm ki, necə oldu mən bütün bu acı təcrübələrdən sonra sadəlövhcəsinə ona inanaraq körpə balamın bir daha onların bıçaqları altına düşməsinə razılıq verdim?

Növbəti cərrahiyyə əməliyyatı üç saat çəkdi. Elçin qorxusundan xəstəxanadan çıxıb qaçmışdı.

Mənsə artıq soyuqqanlı idim. İndi başıma toplaşan, mənim yolumu gözləyən "əziz qohum-qardaşlarım"dan, təbii ki, yanımda kimsə yox idi.

Üç saat boyunca bir damla yaş çıxartmadan gözlərimi (hətta arada ağzıma bir şokolad belə atdım) cərrahiyyə otağının soyuq qapılarına zillədim.

Ürəyimdə əlimdəki bir kağız parçasına bu sətirləri qaralamışdım:

Qoyma həkim, balam gedir əlimden,
Qoyma solsun açılmamış çiçəyim.
Qoyma düşsün gəlinciyi əlindən,
Qıyma paralansın ana ürəyim.

Hələ təzə yer tutur ayaqları,
Hələ təzə söz tutur dodaqları,
Hələ təzə allanır yanaqları,
Qoyma həkim, balam gedir əlimdən.

Bıçağını çək qəlbimin başına,
Kəs cala balamın qəlbinə, həkim!
Kəs ömrümdən, çevir məni başına,
Cala övladımın ömrünə, həkim!

Nəhayət əməliyyat bitdi. Otaqdan çıxan professorun üstünə inadla addımladım, əməliyyatı necə "müvəffəqiyyətlə" başa vurması haqda cavab verəcəyi ümidiylə.

O isə sanki məni görmürmüş kimi xəcalətli yerişlə aradan çıxdı.

Artıq nəticə mənə məlum idi. Assistent həkim üsyankar baxışlarımı hiss edərək məni Ayanın palatasına gətirdi.

Ayanın sakit-sakit nəfəs aldığını görərkən ürəyim yumşaldı.

Həkim əməliyyatın böyük uğurla keçdiyini, üç həkimin saatlarca Ayanın üzərində çalışıb tər tökdüyünü, beyninin doqquz yerinə dağılmış kisəciklərin hamısını çox boyük ustalıqla çıxartdıqlarınıı, yalnız birinin - ən kiçiyinin (çox əhəmiyyətsiz bir şeymiş kimi) əllərində partladığını səhnədə rol aparan bir artist məharətiylə anlatdı.

Və tez onların xəcalətindən çıxmalı olduğumu vurğuladı. Hazır saxladığım hər birinin payını ciblərinə dürtüşdürdüm.

Yüz dəfə də üstəlik onlara təşəkkür elədim, balamın ömrü boyu şikəst qalacağına imza atdıqları üçün.

Hər üçünün yaxasından yapışıb ittiham etmək əvəzinə nə üçün bu qədər sadəlövhlük göstərdim? Nə üçün?

Nə üçün onların düz gözlərinin içinə "Mən balamı artıq sizin qatil əllərinizə vermərəm!

Artıq sizə inanmıram! Sizin müasir dünya tibb aləmindən xəbəriniz yoxdur!

Yalnız qəssab kimi insanı parçalayıb tökməyi bilirsiniz.

Yalnız özünüzü, cibinizi deyil, bu günahsız xəstələrin gələcək talelərini də düşünün!

Gedin öyrənin, özünüzü təkmilləşdirin!"- deyə üsyan eləmədim?

Nədən, nədən bütün bunları onların gözlərinin içinə söyləyə bilmədim o zaman? Nədən?

Nədən o professordan şikayet etmədim?

Nə üçün o qatili məşhər ayağına çəkmədim?

Əməliyyatın ilk gecəsi məni qızımın yanına buraxmadılar. O gecə növbədə olan işçilərə paylayacaq pulum qalmamışdı.

Rüşvət verənlər palatalarda xəstələrinin yanında idilər. Onların xəstələrinə qulluq etmək haqları vardı, mənimsə yox.

Doğmalarımdan, əzizlərimdən isə təbii ki, kimsə mənim bu ağır günümdə yanımda yox idi.

Nə mən, nə də balam heç kimsəyə gərək deyildik.

O gecə səhərə qədər Ayanımın "Ana" deyə inildəmələrinə, ağlamasına göz yaşları içində aciz-aciz qulaq asmışdım.

Hər dəfə özümü saxlaya bilməyib palatanın qapısına yaxınlaşanda şəfqət bacısı başımın üstünü kəsdirər, məni nifrətlə süzərək qapıdan uzaqlaşdırardı.

Yalnız səhər növbə dəyişdiyi zaman palataya girə bilmiş, Ayanımın yatağını gorəndə sarsılmışdmı.

Mənə acıqlı olan şəfqət bacısı bütün gecə Ayanın yatağını dəyişməmiş, körpə səhərə qədər tərin, sidiyin içində yanaraq ağlamışdı.

Artıq bir daha Azərbaycanda heç bir həkimə, heç bir xəstəxanaya ayaq basmayacağıma and içdim.

İndi başıma belə bir iş gəlsə, nəinki o professoru bütün xalqın içində rəzil edər, o tibb bacısını həmin gün işdən çıxartdırar, o xəstəxananə bağlatdırmamış, o həkimlərin diplomlarını əllərindən aldırmamış rahat olmazdım.

İçdiyiniz Hippokrat andı sizə qənim olsun, dəyyuslar!

...Xəstəxanadan çıxdıqdan sonra ilk öncə oğlumu anamgildən gətizdirdim. Ayxanım artıq ayaq açmışdı, qırıq-qırıq kəlmələr də söyləyirdi.

Anamın ona çox yaxşı baxdığı göz önündə idi. Elə hey "Ayanın dərdi sənə bəsdir", - deyirdi.

Ayanın dərdi məni doğrudan da, dirigözlü öldürürdü.

Balamı bu ağır xəstəliyin əlindən qurtara bilsəydim...

Bu amansız ölümün pəncəsindən xilas etsəydim...

Ölümə baş əyməyəcəkdim. Nə qədər gücsüz, çarəsiz olsam belə, təsiim olmayacaqdım.

Bır axşam Elçinə "Ayanı xaricə aparacağam", - dedim. Təəccübdən gözləri yerindən oynadı:

- Nuridə, sən əsl ana olaraq əlindən gələn hər şeyi balan üçün etdin. Gerisi Allahın əlindədir. Nə olar, olar, daha neyləyək?

Dəhşətə gəldim:

- Sən nə danışırsan Elçin, mən gözüm baxa-baxa oturub gözləyim ki, balam nə vaxt öləcək?

- Ölər, yenisini doğarsan, hələ cavansan! Xaric-marici beynindən çıxart, səni tikə-tikə doğrayaram.

Daha da yaxına gəldi. Mənə tərəf əyilib: - Evdən qaçmağı da ağlına gətirmə. Dünyanın harasına getsən belə, səni tapar, yaşatmaram, bil, - deyə alnımdan tutub başımı divara çırpdı. Başım qanadı. Hərəkətsiz qaldım.

(ardı var)
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Yeganə Kərimzadə Haradan: Bakı
24.11.2010 23:01
Nuride xanım bir şəxsiyyət və yazar kimi qeyri-adidir.Vətənpərvər ruhu,şairə qəlbi ana,yazar Sizə uğurlar.Sizi qəlbən duyuram,çünki özüm də yazaram sizin yazdığınız həyatı mən də yaşadım.Yazarın həyat yolunun yol daşı olmaq çox çətindir elə o səbəbdən də anılmayanda ağrımayın bacım... Uğurlar!

Kimdən: nuru Haradan: Baki
22.11.2010 02:21
Men deyerdim ki,butun gadinlarin coxusu oz gunahlarini hec zaman demir,kisileri ve gayinanasini ise monster gosterir,burdaki gicmagarasindaki sexsuala sehifelerden Nuridenin simasi bellidir,sekline baxanda ise onun nece tip oldugu nezere carpir-bu ozunden basga hec kimi gebul etmeyen,yekexana,dikbas gadin tipidir,buna emin olun
Nuru
Cavab

Kimdən: mono
22.11.2010 16:22
nuru @
men sizle razi deyilem.. mence normla insan ne chekile gore ne de geyimine gore ve s. xrakater ve heyat terzini mueyyenlershdire bilmez... amma shekil meselesinde bir sheyle razilasha bilerem ki, her abzasdan bir oz shekilini qoymaq.... ne demek isteyir? illerin kechmesinimi? nece deyishmesinimi?

Kimdən: oxucu Haradan: baki
21.11.2010 15:24
Dehsetdir, bir ananin bundan artiq ezab cekmesi mumkunsuzdur... Men Nuride xanimi coxdan taniyiram, kitabin da mene verib oxumusdum, duzu onun bele bir INSAN ve ANA oldugunu tesevvur etmezdim. Nece agir, ezabli heyati olub... Hec kim ona komek olmayanda, onun balasini ezrayilla bas-basa buraxanda, ustelik melum derd, bunlara dozene ehsen!!! bu cavan geline teselli bele vermeye vaxt tapmayanlar yeqin ki, o vaxtki emellerine indi min behane getirib oz temennalarini heyata kecirdirler. Amma her derde dozen, vaxtile caresiz qalan ana belke de icindekileri, cekdiklerini onlarin uzune vurmur... Bu sehneler mene de tanisdir, cetin gununde yaninda olmagi aglina getirmeyenler yaxsi gununde onlara borclu kimi basda olmalarini haqq kimi dusunurler. Allah ozu sebr, guc, quvve versin Nuride xanima! O kitabi hardan almaq olar ve usag, yeni Ayan bildiyime gore artiq ozu de ictimai sahede calisir. Onlara ugurlar, yene de ugurlar!!!! Allah bir de bele cetin gunlerle sizleri ve bizleri qarsilasdirmasin. Bir de burda serh yazanlardan biri bu kitabi SEHVEN qeybet adlandirib. Bu, bir caresiz ananin, talehsiz bir gelinin, acilari ile bas-basa qalan bir qadinin gercek heyati, yasadiqlaridir. SADECE onu basa dusmeye dusunen beyin ve genis urek lazimdir. Bunlar da her insanda olsaydi, ne ele ezazil qaynana, ne qetiyyetsiz er, ne cellad tefekkurlu hekimler (savadli hekimlerimiz hemise var olsun), ne laqeyd, ozunu fikirlesen qohum-qardas, ne de birinin faciesine qeybet damgasi vuranlar olardi....

Kimdən: mono
20.11.2010 13:02
men sio ve bir az da eminin fikri ile raziyam... onun sherhine sherh yazan oxucudan ise sorushmaq isterdim sadece maraq uchun... onlari oxusa nuride xanimin eserini beyenecek?? men baninden bashqa digerlerinin yazilari ile tanisham.. qorkini mekteb vaxtindan hele... amma men de eseri beyenmedim... hem onlari oxuyan umumiyyetle bele eserleri oxuya bilmez//
Cavab

Kimdən: oxucu
21.11.2010 01:10
mono@

sohbet Nuride xanimin yazdiglarinin bedii gucunden getmir. tebii ki, bu yazilanlari adlarini chekdiyim 3 meshhur yazichinin eserleri ile mugayise etmek olmaz. Sadece olraga bezi sherhlerde, N.Ateshinin oz heyatna muraciet etmesi, heyatini ve heyati detallari geleme almasi bir sira sherhyazanlar terefinden tegdir olunmur ve tengid olunur. Men de bele "tengidchilere" adlarini chekdiyim 3 guclu yazari misal chekirem..Chunki onlarin maragli eserlerinden biri ele onlarin oz biografiyasina istinad eden povestler ve romanlar olmushdur..

Aydindir?
Cavab

Kimdən: mono
22.11.2010 10:21
@oxucu
yox elchindir...

Kimdən: izahat
19.11.2010 23:33
Ferman@

postda sen deyen kimi "sevg ile meshgul olmag" "guclu mehebbetin" gostericisi deyil. Bu agadin-kishi ilishgisi, ehtiras ve ya ya genc insanlarin emosiyasi ve ya entime olan ehtiyaci da ola biler.

Guclu mehebbet anlayishina ise bir chox nesneler, intimden ve ehtirasdan bashga, sevdiyin kesi itirmek gorxusu, merhemet, digget, gaygi, anlayish ve bashga sheyler de daxildir.

N e yaziglar olsun ki,gun erzinde arvadini doyen, soyen axshamlar ise ozleri demishken "seven" mental xeste kishilerimiz de var bizim aramizda.

Ne yaziglar olsun ki, bir para adamlar esl sevgi ile sevgiye oxshar intim elageni ve ya besit beraber yashayishi garishig salirlar.

Menim cinsimin ise meseleye dexli yoxdur. Onemli olan cins yox mentigdir hazirki durumda.

Kimdən: EMIN Haradan: BAKI
19.11.2010 16:01
NE ISE...DEMIREM ZEIF YAZARDIR,SEIRLERI DE PIS DEYIL.AMMA ELA DA DEYIL.NURIDE X HELE INKISAF ELEMELIDIR.AZERBAYCAN OXUCUSU DA BIR AZ DIQQETLI OLMALI,HER YAZILANA UREYI GETMEMELIDIR.BIRDEKI XANIMIN TALEYININ BELE GETIRMESINE UZULUREM,BUNU HEC BIR QADINA ARZU ETMIREM.AMMA XANIMIN DOGRU OLUB-OLMAMAGINA TAM EMIN OLMAQ OLMAZ.O YAZIR UREYINI BOSALDIR.YOLDASI ISE BELKE YAZA BILMIR.ADETEN KISILER BELE SEYLERI UREKLERINDE SAXLAYIRLAR.ALLAH BILIR HANSININ GUNAHI UCBATINDAN OLUB BU SEYLER.BIRDE MESLEHET GORMEZDIM KI,YAZAR EYNI ZAMANDA QADIN OZ AILE IZTIRABLARINI VE PROBLEMLERINI EFIR MEKANINDA KUTLE ARASINDA YAYIMLASIN.HEMDE BELE DASTAN SEKLINDE.HER HALDA BUNDAN SONRAKI YARADICILIGINDA UGURLAR!
Cavab

Kimdən: oxucu
19.11.2010 23:12
emin,

senin fikirlerinden primitivlik ve ufunet goxusu gelir!!

Get M.Gorkini, Games Grinvudu, Umbulbanin(Banin) oxu! Belke dunyagorushunde ve dushuncende bir deyishiklik emele geldi!

Kimdən: FARMAN Haradan: BAKI
18.11.2010 17:24
SALAM DOSTLAR! MEN NURIDE ATESHININ INDIYE KIMI OZ HEYATI HAQQINDA YAZDIQLARININ HAMISINI OXUMUSHAM! EGER FARASAT ADLI SHEXSIN QEYDLERINI OXUMASAYDIM YEQIN KI YENE DE OZ FIKRIMI BILDIRMEYECEKDIM! HCOX XOHSHUM GELDI ONUN NURIDE ATESHININ YAZDIQLARINA VERDIYI QIYMETDEN VE BU XANIMA QARSHI OLAN YERSIZ HUCUMLARA ONUN CAVABINDAN! DOGRUDAN DA BIR AZ OBYEKTIV OLMAQ LAZIMDIR! FARASAT DUZ DEYIR DANISHMAQ ASANDIR AMMA FIKIR BILDIRENDE BIR AZ OBYEKTIV OLMALIYIQ! NURIDE XANIM YAXSHI YAZIR, AMMA BIR AZ EMOSIONAALIQ HISS OLUNUR ONUN YAZILARINDA VE BU EMOSIONALLIQ DA BEZEN QARISHIQLIQ YARADIR! O HERDEN ELCHINI TERIFLEYIR, HERDEN DE ONU LAP QANICHEN KIMI BIZE TANIDIR! QADININ BASHINI DIVARA VURMAQ CHOX PISDIR, AMMA BUNU ELCHIN EDIR! BASHQA BIR YERDE ISE ELCHINI TERIFLEYIR! CHOX ISTERDIM KI NOVBETI YAZILARINDA XANIM BIR AZ DIQQETLI VE DEQIQ OLSUN! BUTUN BINLARA BAXMAYARAQ MEN CHOX BEYENDIM NURIDE XANIMI! HEM BIR XANIM KIMI, HEM BIR VETENDASH KIMI, HEM DE BIR YAZAR KIMI!
Cavab

Kimdən: Farasat Haradan: Baki Yasamal
19.11.2010 14:22
Farman salam! Menim haqqimda dediyin musbet fikirlere gore teshekkur edirem!
Cavab

Kimdən: izahat
18.11.2010 18:01
ferman@

Nuride xanim, Elchine ne terifleyir, ne de ki sen deyen kimi pisleyir!!

Sadece gorduklerini ve yashadiglarini oxuculara chatdirir. ve Elchinin pis ve yaxshi olmasini ise oxucularin ixtiyarina buraxir.

Elchin deyilen " gehreman " ise tipik azerbaycan "kishisidir". Ve men de bele elchinvari obrazlara heyatda, gonshulugda, meishetde chox rast gelmishem.
Cavab

Kimdən: Farman Haradan: Baki
19.11.2010 14:10
Izahat! Evvela bilmek isterdimsen kishisen yoxsa qadin! daha sonra chox isterdim ki meni duz basha dushesen! Bizde neinki Elchinkimiler ondan da qat-qat beterelri var! Amma herden Nuride xanim bize Elchini chox musbet herden de menfi obrazda chatdirir(sen evvelekileri de oxu onda gorersen ki ziddiyyet var gozel xanimin fikirlerinde). Axi ola bilmez ki postda Elchine olan guclu mehebbet hissile Nuride xanim onunla sevgi ile meshgul olsun (bu yalniz guclu mehebbetiin elameti ola biler), daha bunun evezinde sonra Elchin onun bashini divara vursun ve qanatsin . Burda ziddiyyet gorurem! Xahish edirem buna aydinliq getirin!!!

Kimdən: Nermin Ismayil Haradan: Baki
18.11.2010 11:23
Nuride Atewinij bu heyat hekayetini oxumuwam.oncelikle bu xanimin movqeyinden asili olmayaraq insan, ana ve vetandaw kimi bawina gelenlerini, agri acilarini oldugu kimi yazmagina dogru yanawiram.tebii bu bedii esee deyil ki,bu heyat hekayetidir..yeni baxin bunlar dogma Azerbaycanimda yawanmiw heqietlerdir!burdaki komment yazan insanlara uzumu tutub deyirem ki,bu heqiqetdir bizim tibb iwcilerimiz hekimlerimiz tibb sahesinde inkiwafimiz BERRRRBAAADDD veziyyetdedir.nedir ele deyil ki belke.????..Utanin e..sizin bawiniza gelmeyib anlamazsiz ..hekimler ele bil insanlarin onlara umidgahi az qala qiblegahi kimi yanawdigindan emelli SUI_ISTIFADE edirler.acgoz qeddar pulgir hekimler! men hamiya wamil etmirem dediklerim de tehqir deyil subut ede bilerem ki hansi proffessorlar hansi klinikalarda ne kimi emmellerin sahibidirler.ne qeder ki bizim bu eqoist ozunu duwnen, cibleri guden, ruwvetxor, ikiuzlu, leyaqetsiz paxil insanlarimiz coxdur Azerbaycanda neinki tibb tehsil elecede diger sahelerde ireliyeyiw getmeyecek,haqli olaraq ve uzunu tutacaqlar xarici hekimlere!xarici tehsile! ves. elecede yawamaga uz tutacaqlar
deyir coreyin ruzin hardadirsa var ora sene Vetendir!
sozum onda deyil
Nuride xanimin bu sayta yerlwdiyi bu omur hekayetinin ucuncu olaraq davamidir ve men fikir verirem ki bezi komment yazan xususile kiwler ne qeder xebis paxildirlar..ve utaniram..biri wekili muzakire edir biri bomba qadin oldugundan daniwir digeri sadece tehqir edir bizim millet niye bu qeder goren sethi dar dunceye malikdir...?:(((((((
INSAN LEYAQETI BU QEDER UCUZ TUTULMAZ!
Cavab

Kimdən: FARMAN Haradan: BAKI
18.11.2010 17:34
NERMIN XANIM! Size halal olsun! Sizinle tam raziyam! Yazanda ele yazmaq lazimdir ki, gerek kiminse ureyi qirilmasin!
Cavab

Kimdən: gadin
18.11.2010 14:29
Temamile dogrudur, Nermin xanim.

Bizim kishiler oz sherhleri vasitesile bir daha oz ciliz simalarini numayish edirirler..
Cavab

Kimdən: Farman Haradan: Baki
19.11.2010 14:17
gadin leqebli xanim! xahish edirem bunu butun kishilere aid etme!!! Ele simasizliqlarini gosteren ciliz qadinlarimiz da az deyil(teessuf ki son vaxtlar choxalib)! Sen ise adini normal yaz xahish edirem!
Cavab

Kimdən: Alyoşa
18.11.2010 16:09
Sizi başa düşürem xanım(bu son kelmeni hemişe işletmek istemişem).Qadın proqramları menevi yaralarımızın ve cemiyyetdeki paxılların ifşası üçün ehemiyyetli yer tutur.bununçün seda sayan ve diger mübariz feministlere hemişe derin hörmet beslemişem,xahiş eliyirem bu açıq aydın bilinsin.sadece bütün bunları keşke o gündüz kuşağı esra ceyhan programlarında seslendirseydi kimi nacizane ve cılız teklifim var.Sizce de ele deyilmi?Men sizde heqiqeten,kartof soyarken o proqramları izleyen ve gözyaşlarına boğulan azerbaycan xanımınının romantikasını ve ürek yumşaqlığını hiss edirem.Tanrı sizi qorusun xanım.Amen

Kimdən: sio
18.11.2010 11:11
mence bu eserde yazichi mehareti yoxdu.... bir qadinin qelemidir... vessalam.... kechen yazida ne ise... ler tez tez tekrarlanirdisa bu yazida niye men bele gucsuz olmusham... men zeif idim... charesiz idim.... bu qehremanin xarakteristikasi ile uzlashmir.... o boyda sehne qurmaga valideynleri kend ehlini aldtamaga cesaret eden ( men qinaq olaraq yazmiram oz ishinizdi, cesaretli oldugunuzdan danishiram)... ne bilim eseri oxuyarken az qala adam heyecanlana amma yeniden eyni fikirlerin sonzuz olaraq tekrarlanmasi yeniden "bunu bildik sora" dedizdirir...

Kimdən: insan Haradan: lokbatan
18.11.2010 06:20
Hormetli Azadliq radiosu;

Yeeni bu xanimin yazilarinin bedii deyerinin olmadigini gormek uchun
Belinski olmaq lazimdi? Bu cur vulqar sheyleri saytiniza yerleshdirmekle
yalniz dar gorushlu insanlarin zovqune muraciet ede biler ve sizin reytinqinizi onlar arasinda artirarsiniz. Mence buraxin getsin.
Cavab

Kimdən: ayka Haradan: fransadan
18.11.2010 15:04
manca bu oxudugumuz hayat hekayesini asar kimi tanqid etmayak.man dujunuram ki,bu ela indi da har bir (imkani zaif)Azerbaycan qadininin bajina gala bilar.cunki dovlatin bela xastaliya tutulanlara sosial yardimi yox saviyyasindadir.shaxsan man bir ana kimi cox uzuldum va bunu oxuyan atalarin analar qadar uzulmadiyina aminam.yashadigimiz hayat biza bir daha subut edir ki,analar ovlad ucun son nafasa qadar har sheya dozur va bela hallarda umud ishigi axtarirlar.ovladimiz adi bir qripe tutulanda na qadar stress keciririk.ona gora da manca bu yazini oxuyanda buna caresiz ananin faryadi kimi baxin
Cavab

Kimdən: Farman Haradan: Baki
19.11.2010 14:20
Ayka xanim salam! Atalar haqqinda bu qeder amansiz olmayin! Unutmayin ki her guclu bir qadinin arxasinda bir guclu kishi durmasa onda o qadinin axiri chetin ki yaxshi olsun!!
Səhifə (3)
    Növbəti 

Pen klub

Kamran Həsənli

TV aparıcıları Azərbaycan dilini korlayır?

Debata teleaparıcı Kamran Həsənli, Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin rəhbəri Qulu Məhərrəmli, jurnalist İlhamiyyə Rza, araşdırmaçı yazar Şirvani Ədilli qatılıblar. davamı

Ən çox oxunan