Cümə axşamı, Noyabr 27, 2014 Bakı vaxtı 15:35

Verilişlər / Kontekst

Maşını hardan almalı?

Rustavidəki maşın bazarı Rustavidəki maşın bazarı
x
Rustavidəki maşın bazarı
Rustavidəki maşın bazarı
AVTOMOBİL BURAXMAYAN GÜRCÜSTAN NECƏ İXRACATÇIYA ÇEVRİLDİ?

Gürcüstan avtomobil istehsal edən ölkə olmasa da, ən çox eksport etdiyi məhsulların siyahısında avtomobillər ikinci yeri tutur.

Gürcüstan Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında 152 milyon dollarlıq avtomobil ixrac ediblər. Ötən il isə 2 dəfə az, ancaq 70 milyon dollar avtomobil ekspert edə bilmişdilər.

GÜRCÜSTANDAN ƏN ÇOX MAŞIN ALAN AZƏRBAYCANLILARDIR


“BusinessWeek Georgia” jurnalı yazır ki, böhran dövründə avtomobil ixracını artırmasına görə qonşularına – Azərbaycan və Ermənistana borcludurlar. Çünki ötən ilin dekabrında, bu ölkələrlə sərhədə yaxın olan Rustavidə açılan Qafqazın ən iri maşın bazarının əsas alıcıları qonşulardır. Və bu bazar Gürcüstanın ixracının artmasında əsas rol oynayıb.

Gürcüstan Statistika Komitəsinin rəqəmlərinə görə, bu ilin ilk 10 ayı ərzində Azərbaycana 79 milyon dollar dəyərində avtomobil ixrac edib. Ötən ilin eyni dövrüylə müqayisədə 2.3 dəfə çox.

GÜRCÜSTANDAN MAŞIN ALMAĞIN NƏYİ SƏRFƏLİDİR?

Əvvələr Bakıdakı bazarlardan, ya da ki maşın alverçiləri vasitəsilə Almaniya və Amerikadan gətirilən maşınları alan Ramin deyir ki, sonuncu dəfə özü Gürcüstana gedib maşın alıb. Səbəbini belə izah edir ki, “Yol yaxındır, üstəlik, özümüz gedib baxa bilirik, seçə bilirik. Bir də ki, maşınla birgə ehtiyyat hissələri də gətirmək mümkündür”.

5 ildən çoxdur ki, Azərbaycana mışın gətirməklə məşğul olan Şahin də Gürcüstandan maşın gətirməyin bir az ucuz başa gəlməsini təsdiqləyir:

- Yol yaxındır, yol xərcin az çıxır. Çünki Gürcüstana maşınlar gəmiylə gəlir, ucuz olur. Biz isə maşını ya sürüb gətiririk, ya da “TİR”lərə vururuq.

Bu il Azərbaycana cəmi 38 minə yaxın maşın gətirilib
Ötən ilin dekabrında açılan Rustavi bazarının əsas özəlliyi odur ki, burdakı sadələşdirilmiş sistem sayəsində maşının alqı-satqısını 15 dəqiqəyə bitirmək olur. Üstəlik, alıcılar da, maşını tez satmaqda maraqlıdırlar. Çünki Gürcüstana gətirilən maşını 3 gün ərzində satanda heç bir rüsum ödəmirsən. Amma maşın Gürcüstanda bazarda çox qalsa, müəyyən vergi vermək lazım olur.

GÜRCÜSTANDA MAŞIN UCUZDUR, BƏS KEYFİYYƏTİ?

Şahinin sözlərinə görə, alıcıların Gürcüstan bazarına yönəlməsinin bir səbəbi də avronun dollara nisbətən bahalaşmasıdır. Avro dollara nisbətən bahalananda, Almaniyadan maşını avroyla almaq sərf etməyəndə, alıcılar Gürcüstandan Amerika istehsalı olan maşınları almağa üstünlük verir.

O ki qaldı alınan maşınlarının keyfiyyətinə, Şahin deyir:

- Hər halda Almaniyadan alınanlar daha keyfiyyətli olur. Çünki uzun yol gələcək deyə, alverçilər yaxşı maşın almağa çalışır. Gürcülər isə gəmiylə gətirirlər, say çox olsun deyə, bəzən maşının keyfiyyətinə baxmayıb alırlar. Sonra Gürcüstana gətirib, burda təmir edib, özəlləşdirirlər.

Gürcüstan Statistika Komitəsi Azərbaycana ixrac edilən avtomobillərin sayının artdığını bildirsə də, Azərbaycan Dövlət Gömrük Komitəsi bildirir ki, bu ilin 9 ayı ərzində avtomobil idxalı azalıb. Gömrük Komitəsi ölkələr üzrə rəqəmlər verməsə də, ümumi rəqəmlərə görə, əgər ötən ilin yanvar-sentyabr aylarında 54 minə yaxın avtmobil gətirilmişdisə, bu il cəmi 38 minə yaxın maşın gətirilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Temiz Azeri Haradan: Haqsizliqlar diyari
09.11.2010 22:11
Torpaqlarimizin 20% i erministan terefinden ishgal olunubsa da qalan 80%ni onlarin Azerbaycandaki "plemyanikler"i ishgal edibler. hara baxsan dag- dere, mesheler, chaylar, munbit torpaqlar, butun gelirli saheler, vezifeler bir sozle her shey onlarin ellerindedir o cumleden gomruk. Bes bu sahelerden qazanilan o PULLAR hara gedir ??? chox guman ki Azerbaycanin ishgalinin daha da genishlenmesine!!! Azerbaycan xalqi iflic veziyyetdedir.Umid yalniz ALLAHadir

Kimdən: Ali Haradan: munich
08.11.2010 18:19
Bəs maşını almaq üçün pulu hardan almalı?

Kimdən: sahibkar
07.11.2010 02:26
gafgazin lideri Saakashviliye eshg olsun!! Ve diger prezidentler ondan ders alsin!!
Cavab

Kimdən: Temiz Azeri Haradan: Baki
09.11.2010 21:41
Duz deyirsiz. xalqi ucun calisan prezident bele olar. esl liderdir!

Kimdən: bedbextler olkesi
06.11.2010 00:55
Gurcustan hokumeti oz xalqi ucun calishir. Azerbaycan hokumeti ise xalqin axirina cixmaq ucun calishir...

Kimdən: adil agdamli Haradan: gurcustan, tiflis
05.11.2010 23:06
burda masin ona gore ucuzdurki batumdan qara denize cixisi var ordan gemiyle ucuz gelir, duzdu Azerbaycanda qeydiyyata goturme sendler duzelmek nomre almaq cox bahadir harinlashmish dovlet bashcilaridir , bular ise oz qurduqlari biznesiyle mesguldular, her bir dovletin bele bir shansi olsaydi her kes ederdi hormetli yerliler..

Kimdən: kengerli
05.11.2010 19:43
Goresen bunu bizim Prezident eshidib bilmir ya ozunu eshitmemezdiye vurur?Gomrukden bir adam razi deyil bu olkenin axiri hara gedir?Bir dovletin bashinda duranlar bu qedermi nifret eder oz milletinden?

Kimdən: Mashin alverchisi Haradan: Baki
05.11.2010 14:04
Bu il 4 defe Gurcustandan Mitsubishi Pajero io markali avtomobil getirib satmisham. Rustavi bazarinda men 2000-ci il istehsali olan mini-jipleri adeten 4000 dollara alirdim, Bakida Sulutepedeki Gomrukde onlarin her birini 3600 manata ($4500) rastomojka edidim ve 10 min elan verib sonradan 9500-e sata bilirdim. Tegriben bu sxemle choxlari ishleyir. 1 aya 1 mashin saatanda shukur edir alverchiler, yeni gazanc ancag yemeye chatir. Yeyenler ve gunu-gunden kokelenler ise ise GOMRUK ve shanli Azerbatycan DYP-sidir.
Cavab

Kimdən: alishverishchi
05.11.2010 17:45
eledir, it eziyyeti chekib, bir dunya ish goren ancag bir garin chorekpulu gazanir amma Azerbaycanin eybecer rejiminin, gudurgan memurlari milyonlar gazanir kabinetlerde otura-otura!!

Kimdən: Muhendis Haradan: Bataqliq
05.11.2010 11:36
Yaziqlar olsun Azerbaycana.Hansi ishimiz duzdu ki,mashin ishimiz de duz olsun.Danishanda aqzimiza chullu dovshan siqmir.Bu olkede pul,rushvet her shey demekdir.Bizde qanunlar ishlemeyib,hech yaxin 100 ilde de ishlemeyecek.Chunki bu artiq bizim qanimiza ishleyib.Indi bizde dogulan ushaqlar da rushvet laylasi ile boyuyurlar.
Cavab

Kimdən: bashini galdir bax
05.11.2010 17:48
muhendis@,

sen bir Gurcustna bax!! Onlar ele bizim gunumuzde idiler bir neche il bundan gabag!! Saakashvili 2 ile kokunu kesdi rushvetin!!

Kimdən: Nar Haradan: Baki
05.11.2010 10:35
Gurcustanin masin bazarinda yuksek seviyyeli serait var.

Kimdən: tiflisli
05.11.2010 10:20
artig kazaxstandanda gelib gurcustandan mashin alirlar, gelecekde orta asiya bazarida kececek gurcustan istigametine,
sozde yox, emelde liberallashdirdilar gurculer idxal,ixrac ve umumiyyetle butun igtisadiyyati..
Səhifə (2)
    Növbəti