Çərşənbə, İyun 19, 2013 Bakı vaxtı 16:06

Verilişlər / Qafqaz Qovşağı

«Xaricdə oxuyan azərbaycanlı tələbələr qayıtmırlar»

Birinci axın beynəlxalq təşkilatlar, Xarici İşlər Nazirliyində bütün mümkün mövqeləri tutubBirinci axın beynəlxalq təşkilatlar, Xarici İşlər Nazirliyində bütün mümkün mövqeləri tutub
x
Birinci axın beynəlxalq təşkilatlar, Xarici İşlər Nazirliyində bütün mümkün mövqeləri tutub
Birinci axın beynəlxalq təşkilatlar, Xarici İşlər Nazirliyində bütün mümkün mövqeləri tutub

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
«Xaricdə təhsil alan azərbaycanlı tələbələrin xeyli hissəsi qayıtmır».

Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzinin proqram koordinatoru Elmina Kazımzadə «Qafqaz Qovşağı» verilişində belə deyib.

Onun bildirdiyinə görə, hazırda yerli bazar xaricdə «beynəlxalq əlaqələr», «beynəlxalq hüquq» kimi nüfuzlu ixtisasları bitirənlərlə dolub:

«Onların birinci axını beynəlxalq təşkilatlar, Xarici İşlər Nazirliyində bütün mümkün mövqeləri tutub. Hazırda çox maraqlı tendensiya müşahidə olunur. Bu uşaqlar əvvəllər yerli universitetlərdə dərs deməyə həvəssiz yanaşırdısa, indi yerli universitetlərdə dərs deməyə can atırlar. Bu, çox müsbət məqamdır...».

Yerevandan Akademik Əməkdaşlıq Assosiasiyasının prezidenti Xaçik Qevorkyan isə bildirir ki, Azərbaycandan fərqli olaraq Ermənistanda dövlət xətti ilə xaricdə oxuyan tələbələrin qayıdıb dövlət strukturlarında çalışmaları tələb olunmur:

«Ermənistan hökuməti bir il əvvəl LUYS fondu yaradıb və erməni tələbələrin xaricdə təhsil almasını maliyyələşdirir. Bu şəxslərin Ermənistan vətəndaşı, ya erməni diasporundan olması əhəmiyyətli deyil. Tələbələr dünyanın ən yaxşı 15 universitetinə göndərilir. Azərbaycanda belə tələbələrin qayıtması tələb olunursa, bizdə bu fərqlidir... Dünyanın ən yaxşı universitetlərini bitirən tələbələrin xaricdə qalması və Ermənistanla daim əlaqələrinin olması bizim üçün yaxşıdır...».

Verilişə Tbilisidən qoşulan İlya Dövlət Universitetindən ekspert Nino Jvaniya isə deyir ki, son zamanlar Gürcüstanın təhsilə diqqəti artıb. İnkişaf və İslahat Fondu yaradılıb, məqsəd reytinqli universitetlərə qəbul olan tələbələri maliyyələşdirməkdir:

««Muskie», Soros Fondunun maliyyələşdirdiyi proqramlar üzrə təhsil alanların sayı daha çoxdur...», - deyə Jvaniya bildirib.

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: azer
17.10.2010 21:01
telebelik müddeti bitenden sonra telebelerin orada galib ishlemeleri ücün ya evlenmelidir, ya da kontraktla ish tapmalidir. Ish tapan da 5 il galmalidir, 5 ilden sonra daimi yashaya biler...bir ilden sonra ishini itirirse, derhal ölkeni terk etmelidirler..ganunlar beledir...yerde galan meseleler, ay geri gayitmir, ne edir...bosh sheydir

Kimdən: Neynirsen Haradan: Baki
17.10.2010 01:26
Neylerine lazimdi qayitsinlar gul kimi oxuyurlar daaa qalirlar adam balasi kimi
Cavab

Kimdən: azeri Haradan: baki
17.10.2010 15:15
ermenilernen azerbaycanlilar arasinda hemise bir ferq olub ve olmaqdadir.ermeniler gedib xaricde qalanda hec olmasa olkeleri ucun nese eliyirler,tebligatda istirak edirler.ama bizimkiler ise hemise ozumuze dusmen kesilir.bax ferq bundadir.azerbaycan hokumeti azerbaycanlilari ozlerinden yaxsi taniyir))
Cavab

Kimdən: Dux Haradan: Dedovshina diyarindan
17.10.2010 05:38
Qayidib en serefli xidmet cekecekler bax ele bu videodaki kimi:

http://www.youtube.com/watch?v=w-8WrXEvRAE&NR=1

http://www.youtube.com/watch?v=xVrgB0Fo4XU&feature=related