Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:24

Qız Qalasının əslində neçə yaşı var?..


Mir Teymur və Çingiz Nemanzadə
Mir Teymur və Çingiz Nemanzadə
“Qız Qalasının kefi yaxşı olmalıdır. Çünki əcdadlarımız onun tikintisinə çox böyük zəhmət və məhəbbət qoyublar”.

Bu sözləri AzadlıqRadiosunun “Can Bakı” proqramının “Qız Qalasının kefi necədir”sualını cavablayan İçərişəhər Dövlət Tarix və Memarlıq Qoruğunun bərpaçı eksperti Çingiz Nemanzadə söylədi.

GƏLƏN İLDƏN QALANIN BƏRPASINA BAŞLANACAQ!

Onun sözlərinə görə, Qala da insan kimidir: “Hazırda bir az xəstələnib, soyuqlayıb. Qoruq İdarəsi rəhbərliyinin səyi nəticəsində növbəti ildən onun bərpasına başlanacaq və Qalanın kefi daha da yaxşı olacaq”.

QIZ QALASI HƏLƏLİK DURUR?!

Rəssam Mir Teymurun fikrincə, Qala hələlik durur: “Amma bəzi adamlar onu ləkələyirlər. Ordan atlanıb yerdə nə isə axtarırlar. Mənim fikrimcə, bu, Qalanın adına ləkədir, özü də, qanlı ləkə”.

QIZ QALASININ KEFİ TA ƏZƏLDƏN KÖK OLUB!

Bunun həmişə belə olacağını bildirən İçərişəhər Qoruğu Şirvanşahlar Sarayı Kompleksi Muzeyinin elmi işlər üzrə direktor müavini Sevil Məmmədzadə “Qaldı Qaladan özünü atan insanlara, bu, həm onların ailələri üçün, həm də bizim üçün faciədir. Ancaq Qız Qalasının şöhrəti o qədər böyükdür ki, ordan özünü atanların hərəkəti Qalaya ləkə gətirmir”- dedi.

EYFELDƏN O QƏDƏR ÖZÜNÜ ATAN OLUB Kİ!

Sevil xanımın fikrincə, dünya təcrübəsində belə hallar çox olub: “Eyfeldən minlərlə özünü atan olub! Amma fransızlar bunu iqtisadi durumla, şəraitlə bağlamırlar. Bu, normal haldır - istənilən sivil dövlətdə də, inkişaf etməkdə olan dövlətdə də. Çünki hər bir cəmiyyətdə normal və anormal psixikaya malik insanlar var”.

QIZ QALASININ SİRLƏRİ ÇOXDUR!

Mir Teymurun fikrincə, Qız Qalası kimi abidənin bənzəri dünyada yoxdur: “Onun bioqrafiyasını, nəyə görə qalanın üstündə qala qurulduğunu heç kəs bilmir. Bizə gələcəkdə nə açacaq, bilmirik. Bəlkə də, kosmosla bağlı sirlər açacaq?”.

TAPMACA AÇILACAQ?!

Çingiz Nemanzadə də bu fikirdədir ki, Qız Qalası özündə çoxlu sirlər gizlədib və qarşıdan gələn bərpa işlərindən sonra biz onun barəsində daha çox şey biləcəyik: “Məsələn, Qalanın yuxarı hissəsi hamar deyil, bir-birinə pərçimlənmiş daş cərgələrdən (kannilür) ibarətdir. Kitabxanalarda çox axtarsam da, bunun elmi izahına rast gəlmədim. Ancaq Qoruq İdarəsinin bərpadan öncə apardığı işlər nəticəsində və bərpa prosesində bu tapmacanı aça biləcəyimizi düşünürəm”.

QALANIN YAŞI NİYƏ XII ƏSRDƏN HESABLANIB?


Mir Teymur Qalanın yaşının azaldılmasına da aydınlıq gətirdi: “Kiyev Rus Dövlətinin tarixi X əsrdən başlandığı üçün Qız Qalasını ondan sonraya atıblar. Halbuki, Qalanın 2500 yaşı var”.

Sevil Məmmədzadə
Sevil xanım da Qalanın həmin əsrə aid olduğunu düşünmür: “Kufi yazılarından X-XII əsrlərdə istifadə olunduğuna görə bir müddət deyirdilər ki, Qala (üst qatı) həmin əsrlərdə inşa olunub. Bu, səhv fikirdir. Daşların qatışıq məhlulundan - əhəng qarışığından istifadə olunmasından bizim İlyas Babayev, Qara Əhmədov kimi arxeoloqlarımız müəyyən nəticəyə gəliblər. Onlar Qəbələdəki birinci minilliyin ilk əsrlərinə aid edilən abidəni əsas götürüblər. Orda da abidə eynən belə əhəng qarışığı ilə tikildiyindən, Qız Qalasını da antik dövrə aid ediblər. Bu fikri Sara xanım Aşurbəyli də təsdiq edib”.

QIZ QALASI BİZİM MİFİK QORUYUCUMUZDUR

Mir Teymurun fikrincə, Qız Qalasının başına bir şey gəlsə, biz də var olmarıq: “Qala bizi nəzərdən qoruyur. Onun bir adı - Bəxt Qalası da buna bağlanır. O bizim bəxtimiz, mifik qoruyucumuzdur. Ona və ətrafına zərbə vuranlar (kapitan Matyuşkin, general Pavel Sisianov) əvvəl-axır özləri zərbə alıblar”.

- Qız Qalası dənizin içində, ya çölündə tikilib?
- Qalanın adına yazılan əfsanəyə qonaqlar necə yanaşdılar?
- Dünyada neçə Qız Qalası var? Bəs Azərbaycanda?
- Bakı neçə divarlı şəhər olub?
- Axsitan Şamaxıdan Bakıya gələndə nə gördü? Bakı şəhər idi, yoxsa…?
- Yerin altındakı İçərişəhərdə nələr var?
- Tarixçilərimiz Qala ilə bağlı nə vaxt müəyyən nəticələrə gələcəklər?
- Sevil xanım Qalanın unikallığını nə ilə izah etdi? Onu niyə memarlığımızın şedevri adlandırdı?
- Əcnəbilər Qalanın nəyinə vurulurlar?
- Qala nədən yuxarıdan açar şəklində görünür? Tarixçi xanım bunu niyə təsadüfi saymadı?
- Qız Qalasının başına intiharlardan qorunmaq üçün çəkiləcək şüşə çəpər aşağıdan görünəcəkmi?
- Yayda - 40 dərəcə istidə o şüşəyə əl vurmaq olacaqmı?
- Mir Teymur ötənlərdə Şirvanşahlar Sarayında gedən bərpa işlərini niyə bəyənmədi?
- Və nəhayət, Bakının simvolunun gələn il gözlənilən bərpasında hansı metodlardan yararlanılacaq?

ƏTRAFLI DİNLƏYİN:

XS
SM
MD
LG