Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:24

Flora Kərimova Azərbaycan hökumətini uddu


Flora Kərimova
Flora Kərimova
Avropa İnsan Haqları Məhkəməsinin qərarını xalq artisti Flora Kərimova həm gözlənilməz, həm də ədalətli qərar sayır.

Amma deyir bu onun Avropa İnsan Haqları Məhkəməsinə son müraciəti olmayacaq.

«Onu bilirəm ki, bu, mənim Avropa İnsan Haqları Məhkəməsinə sonuncu müraciətim olmayacaq. Çünki bu işdən başqa mənim beş-altı məhkəmə işim olub, hər dəfə də kobud haqsızlıqla üzləşmişəm».

Müğənninin sözlərinə görə, onun vəkilləri artıq bu işlərlə bağlı bütün sənədləri hazırlayıblar.

Flora Kərimova deyir ki, dövlətə qarşı olan bu qərardan nə qədər utanc hissi keçirsə də, onu belə bir addım atmağa ədalətsiz qərarlar çıxaran Azərbaycan məhkəmələri məcbur edib.

«Mən istəməzdim ki, Azərbaycanımın adı, kobud, dərslik olan bir məhkəmə baxışlarında hallansın. İndiki halda məhkəmələr belə haqq işlərə göz yumsalar, hər haqsız iş ancaq Azərbaycanı rüsvay edəcək».

***

Avropa İnsan Haqları Məhkəməsi xalq artisti Flora Kərimovanın iddiasını təmin edib. Sentyabrın 30-da açıqlanan qərara görə, Azərbaycan hökuməti zərərçəkənə 59 min 100 avro cərimə ödəməlidir.

Məbləğin 50 min avrosu maddi ziyana, 7500-ü mənəvi zərərə, 1600 avro isə çəkdiyi xərclərə görədir.

Məlumat Avropa İnsan Haqları Məhkəməsinin rəsmi saytında dərc olunub.

Cəriməyə səbəb sənətçinin 5 il bundan öncə parlament seçkiləri zamanı hüququnun pozulmasıdır.

Ötən parlament seçkilərində “Azadlıq” siyasi partiyalar blokunun 42 saylı Sumqayıt 1-ci seçki dairəsindən Flora Kərimovanın namizədliyi irəli sürülmüşdü. O, 35 seçki məntəqəsi üzrə qalib gələrək Dairə Seçki Komissiyasının yekun protokolu ilə deputat seçilsə də, Mərkəzi seçki Komissiyası (MSK) nəticələri etibarsız hesab etmişdi.

Bundan əvvəl Avropa Məhkəməsi ərizəçi Nemət Əliyevin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə təminat verilən hüququnun pozulduğunu və dövlətin ərizəçiyə mənəvi ziyana görə 7.500 avro məbləğində kompensasiya ödəməsini müəyyən edib. Həmin qərar 8 aprel 2010-cu ildə verilib.

Nemət Əliyev namizədliyi 6 noyabr 2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilər zamanı «Azadlıq» Siyasi Partiyalar Blokundan 93 saylı Bərdə seçki dairəsi üzrə irəli sürülüb. Bu seçki dairəsindən Milli Məclisin deputatı, «Ana Vətən» Partiyasının (hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının kursunu dəstəkləyən partiyadır) sədr müavini Zahid Oruc deputat elan olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG