Çərşənbə axşamı, Sentyabr 16, 2014 Bakı vaxtı 07:56

Verilişlər / Qaynar xətt

Orta məktəbdə direktor-müəllim qalmaqalı

Rövşən İsmayılov Rövşən İsmayılov
x
Rövşən İsmayılov
Rövşən İsmayılov

Multimedia

Səs
Bakıdakı 53 nömrəli orta məktəbdə hərbi fənni tədris edən Rövşən İsmayılov AzadlıqRadiosunun “Qaynar xətti”nə şikayət edib ki, onu haqsız yerə işdən çıxarıblar. Rövşən İsmayılov deyir ki, məktəbin hazırkı direktoru Firəngiz Həsənova hələ 2005-ci ildən – yəni məktəbə yenicə direktor təyin olunduğu vaxtdan onu yola vermirmiş:

“MƏKTƏBDƏ ÖZBAŞINALIQ HÖKM SÜRÜRDÜ”

“Səbəb bircə bu oldu ki, mən səninlə işləmək istəmirəm. Elə başa düşdüm ki, yeni gəlib, kadrları öz adamları ilə əvəz etmək istəyir. Dedim mənim üçün problem deyil, əgər siz işləmək istəmirsinizsə, siz gedin, mən niyə gedim ki? Bu söhbətin üstündən 1 il keçdi, 1 il müddətində məktəbdə ab-hava tamam dəyişdi, özbaşınalıq hökm sürürdü. Bir müddət sonra isə bir də baxdım ki, mənim jurnaldakı səhifələrim cırılır, mənim yazdığım qiymətlər qalır bir kənara, o səhifələri cırırlar, özləri qiymət yazırlar, mən artıq dözə bilmədim, Təhsil Nazirliyinə və prokurorluğa şikayət etdim. 2010-cu ildə - yəni bu tədris ilində fənni mənimsəməyən, “2” alan 11-ci sinif şagirdlərinə, hansı ki, mən onların üzünü məktəbdə görmürdüm, dedi ki, bu uşaqlara qiymət yazacaqsan. Dedim niyə, dedi ki, bunlardan biri Prezident Aparatında işləyən adamın uşağıdır, o biri filankəsdir, belə bəhanələr gətirdi. Sonra gördüm ki, mənim o uşaqlara yazdığım “2”-lər qalıb kənarda, o uşaqlara kafi qiymətlər yazılıb”.

“HARA ŞİKAYƏT EDİRDİMSƏ, ÖZÜMÜ GÜNAHKAR ÇIXARIRDILAR”


Rövşən İsmayılov deyir ki, indiyə qədər hara şikayət edibsə özünü günahkar çıxarıblar:

“İnanın ki, mənim başıma elə bir oyun açdılar ki, mən qaldım belə ki, daha bu ölkədə haqq öz yerini tapmır və çəkildim. Yəni hara şikayət edirdimsə, mənim üstümə düşürdülər, şikayət edirdim, gəlirdilər deyirdilər, o direktordur, sən barışığa getməlisən. Direktor da hara çatırdısa, deyirdi sən mənə bata bilməzsən”.

Rövşən İsmayılov hüquqlarını bərpa etmək üçün məhkəməyə də müraciət edib. Ancaq məhkəmə də onun işə bərpa iddiasını təmin etməyib:

“Yasamal rayon Məhkəməsi bütün sənədləri aldı, hakim proses boyu dedi, bəli, direktor haqsızlıq edib, ancaq axırda mənim iddiamı təmin etmədi”.

“MƏN DƏ ONU HƏMİN MADDƏ İLƏ QOVDUM”


Məktəbin direktoru Firəngiz Həsənova keçmiş işçisinin dedikləri ilə razılaşmır:

“Nöqsanı varsa, istər-istəməz özünü müdafiə edəcək. 2005-ci ilin fevral ayında 53 saylı məktəbə direktor təyin olunmuşam. Bu adamsa məndən bir ay əvvəl əmək kitabçasız işə daxil olub. 6 ilə yaxındır mən bu adamdan əmək kitabçası tələb edirəm, təqdim etmir. Mən şübhələndim və müvafiq yerlərə sorğu göndərdim ki, görüm ki, əvvəlki yerlərdə necə işləyib. Öyrənə-öyrənə məlum oldu ki, bizim məktəbdən əvvəl Avropa liseyində işləyib və həmin liseydən Əmək Məcəlləsinin 70c maddəsi ilə qovulub. Mən də onu həmin maddə ilə qovdum”.

Məktəb direktoru deyir ki, müəllimi ona görə işdən qovub ki, müəllim məktəbdə oxuyan bir şagirddən rüşvət istəyib.

“MƏHKƏMƏLƏRDƏ QƏTNAMƏLƏR SİFARİŞLƏ ÇIXIR”

Rövşən İsmayılov da deyir ki, onu işdən çıxarmaq üçün üstünə belə bir böhtan ayıblar. Ancaq Yasamal rayon Polis İdarəsində araşdırma aparılıb və rüşvət alma şikayəti sübuta yetirilmədiyinə görə işə xitam verilib.

Firəngiz Həsənovanın sözlərinə görə, Rövşən İsmayılovun işə bərpa iddiasına məhkəmə öz qiymətini verib. O, yaxşı müəllim olsaydı məhkəmə onu işinə bərpa edərdi.

Rövşən İsmayılovsa deyir ki, iddiasının təmin olunmayacağını əvvəldən bilirdi. O, bunu belə əsaslandırdı ki, Azərbaycan məhkəmələrində qətnamələr sifarişlə çıxır. Ancaq keçmiş müəllim üçün ən əsası sona kimi getməkdir.

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: seva Haradan: italiya
05.10.2010 01:19
televizorda yaman rushvetxorluqdan danisirlar.misir cixish edende cox rushvetxorluqdan danisir.misiri de o mekteb direktorunu da turme gozleyir..nahagsizliq bash alaib gedir bu Bakida ancag cibleri ucun yashayirlar.yaziq insanlar.yaziq o muellimin ne GUNAHI var.

Kimdən: Tahir Haradan: Bakı
03.10.2010 17:24
Mən bir valideyn kimi orta məktəb müəllimlərinə pul verməmişəm. Mənim xərcim ancaq hazırlıq müəllimlərinə və məktəb direktoruna görə çıxır. Direktor deyəndən sonra müəllimin ağzı nədir şagirdə qiymət yazmasın. Yazmasa sizin gününüzə düşür.

Kimdən: Mədinə Haradan: Bakı
03.10.2010 14:10
Bir valideyn komitəsinin sədri kimi deyə bilərəm ki, məktəb direktoru üçün pul yığmaqdan bezmişəm. Sadəcə olaraq başımızın ağrımamağı üçün səsimizi çıxarmırıq. Yəqin bilirəm ki, bu bütün məktəblərdə belədir. Təhsil naziri şərait yaratmasa, məktəb direktorları rüşvət ala bilməzlər.

Kimdən: müəllim Haradan: Bakı
02.10.2010 14:36
Mən orta məktəb müəllimiyəm. Hansı məktəbdə işlədiyimin fərqi yoxdur. Qətiyyətlə bunu deyə bilərəm ki, orta məktəblərdə rüşvət ala bilən yeganə olaraq məktəb direktorlarıdır. Çünki böyük sinif şagirdlərini aylığa buraxmaq və onlara himayədarlıq etmək imkanına ancaq məktəb direktoru malikdir. Heç bir müəllim riskə gedib rüşvət ala bilməz.

Kimdən: Sabrina Haradan: Bakı
30.09.2010 16:13
Hörmətli Rövşən müəllim! Mən 53 nömrəli məktəbin şagirdiyəm. Adımı yazmadığım üçün bağışlayın. Əgər adımı yazsam, direktor məni gözümçıxdıya salar. Bildirmək istəyirəm ki, məktəbin direktoru Firəngiz Həsənova və dərs hissə müdiri Münəvvər müəllimə Sizin əleyhinizə şagirdlər arasında təbliğat aparırlar. Heç nə deyə bilməsələr də müəllimlərin və şagirdlərin əksəriyyəti Sizi çox istəyir və direktorun Sizə qarşı olan böhtanına inanmırlar. Mən və sinif yoldaşlarım ümid edirik ki, Siz tezliklə məktəbə qayıdacaqsınız, biz yenə əvvəlki kimi Sizin sevimli şagirdləriniz, Siz isə bizim sevimli müəllimimiz olaraq qalacaqsınız.

Kimdən: dost Haradan: Bakı
29.09.2010 20:16
Men şerh yazmayacam , ancaq xahiş edirəm müəllim günü ilə əlaqədar məktəblərdə nələrin baş verdiyi ilə maraqlanasız.Valideynləri indidən çıxılmaz vəziyyətdə qoyurlar və bəzi məktəblərdə 30 manatan pul yığdırırlar.konkret olaraq 91 saylı məktəbdə. səbael rayonunda yerləşir.

Kimdən: Nurlu Sabah Haradan: Baku
29.09.2010 19:38
Hormetli Rovsen muellim! Sizi yaxsi basa dusenlerden biri de menem. Men de vaxtile hemin mektebde oxumusam. Sizin qeder olmasa da, sahid oldugum qanunsuzluqlar ve haqsizliqlara gore dogma mektebimi deyismisem. Teessufler olsun ki, bu cur insanlarin qarsisini alan yoxdur. Siz mene de ders demisiniz. Sizin nece vetenperver, telebkar muellim oldugunuzun sahidiyem. Men sizin elaci sagirdiniz olmusam. Yadima gelir ki, muellimler gununde valideynim size hediyye getirerken, hediyyeni qebul etmediniz ve "menim ucun en boyuk hediyye sagirdimin agilli, terbiyeli ve savadli olmasidir"-dediniz. Men ve sinif yoldaslarim 53 nomreli mektebin direktoru Firengiz Hesenovanin bizden her ay fondpulu, supurgepulu, xadimepulu, kitab, jurnal ve qezetpulu yigdirdiginin sahidiyik. Bu cur insanin hansisa bir telebkar muellimi rusvetxor adlandirmasi absurtdur. Umid edirem ki, yuxari distansiyalar ne vaxtsa Azerbaycanin geleceyini mehv eden, muellim adini dasimaga layiq olmayan bele mekteb direktorlarina qarsi tedbir gorecek. Bu cur mekteb direktorlarina ve onlari mudafie eden memurlara AR OLSUN !

Kimdən: Pakniyyet Haradan: Baku
29.09.2010 06:29
Incime Rovsen muallim ! Bu Azerbaycan realliqidir. Bele memurlara ar olsun. Yaziqlar olsun o olkeye ki, bele vicdansiz, haqqi nahaqqa veren memurlari var. Amma allahdan umid kesilmez. Yaqin ki, olke rehberi ne vaxtsa bu haqsizliqlarin qarsisini alacaq. Cetin olsa da dozumlu ve sebrli ol. Mubarizeni yarimciq qoyma. ALLAH KOMEYIN OLSUN !

Kimdən: haqq deyen Haradan: Baku
27.09.2010 19:13
Ya naçalnik tı durak,tı naçalnik ya durak.Ruslar düz deyiblər.

Kimdən: Azerbaycanli
27.09.2010 17:28
BUrada qeyri adi ne varki.