şənbə, İyun 25, 2016 Bakı vaxtı 03:45

    Cəmiyyət

    ABU-nun rektoru dilə gəldi

    ABU-nun binasıABU-nun binası
    x
    ABU-nun binası
    ABU-nun binası
    Təhsil Nazirliyinin qərarı ilə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev nəhayət ictimaiyyətin qarşısına çıxıb. O, ANS TV-yə açıqlamasında rəhbərlik etdiyi ali məktəblə bağlı səsləndirilən ittihamlara münasibət bildirib:

    “2007-ci ildə Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetini akkreditasiyadan keçirib. Bu, müddətsiz olmalıdır. Lisenziya ən azı 4 ilə verilib, hələ lisenziyanın vaxtının bitməsinə 2 il var. Bunun üçün alimlərin, akademiklərin şərhilə 50 səhifəlik arayış verilib. ABU 2 dəfə YUNESKO tərəfindən beynəlxalaq akkreditasiyadan keçib. Universitetin beynəlxalq statusu var”.

    ABU rektorunun sözlərinə görə, Təhsil Nazirliyinin özəl ali təhsil məktəbi barədə verdiyi qərar ədalətsizdir:

    “Nazirliyin qərarları arasında hüquqi ziddiyyət var. 2005-ci ildə ən qabaqcıl təhsil işçisi adına layiq görülmüşəm. Bunun heç mürəkkəbi qurumayıb. Təhsil Nazirliyinin Azərbaycan Beynəlxalq Universiteti haqqında qərarı ədalətsizdir”.
    Bu forum dayandırılıb
    Şərhləri sırala
    Şərhlər
         
    Kimdən: rahib Haradan: baki
    22.09.2010 09:45
    hec utanmirsiz hele tehsilin adini cekirsiz azerbaycanda tehsil olsaydi bir bele xestelerimiz irana ve turkiyiye mualiceye uz tutmazdir .

    Kimdən: akif Haradan: baki
    22.09.2010 09:41
    hormetli rektor cenablari bes siz bilmirdiniz ki bunlarin 2000dolarliq qiymeti 600e yendirende bunlar bir illet tapib sizi qoymazlar ishlemeye axi bu rushvet xorlarin haram coreyine bais olmaq olmaz.

    Kimdən: Abdulla Shaiq
    21.09.2010 21:55
    Tehsildede Misirle ireli gedirik ABU-nu itirdik...neceki BIshkekde bir neferin imzasina gore Qarabagi itirdik.

    Kimdən: RASIM Haradan: buralardan
    21.09.2010 19:23
    AZERBAYCANda Tehsil deyende gulmeyim gelir, Tehsil - neye deyilir, AZ_DA? Az-nde 2 Ticaret nazirliyi var, birinin bashinda Misir Merdanov durur..........

    Kimdən: a
    21.09.2010 18:15
    Misir Mərdənov indi ayılıb ki ABU düz işləmir. Təhsil qaydalarına riayət etmir? Misir müəllim Aqil Əliyev sağ olanda bu binanın həndəvərinə fırlana bilmirdi. İndi nə oldu? Misir Mərdənov heç vaxt belə böyük bir addım atmağa qadir məmur deyil. Onda belə cürət yoxdur. Onu idarə edən biri var. Göstəriş də ondan gəlib. Bu univertitetin torbasını Elşada görə tikiblər. Mahiri aradan götürəndə artıq bunların işi bitmişdi. Sadəcə zamana ehtiyac var idi. Həll olundu. Deyim ki ABU belə supe təhsil ocağıdır? Yox Orada pul qazanmaq qədər asan bir yer var ki. Pul da bilirsiniz necə gəlir su kimi. Dəhşərtli dərəcədə. Sadəcə Elşaın haradasa oşibkası olub deyə vuruldu. Vəssəlam. Yoxsa Misir kimdir axı. Qərar da verə.

    Kimdən: Alverci Haradan: Bazarbaycan
    21.09.2010 18:03
    Indi bu Abdullaev de bundan sonra bashlayacaq ki, men temiz adamam, menu lekeleyirler. Sonra bashlayacaq muxalifetcilik elemeye ve bununla muxalifeti de oz seviyyesine endirmeye. Menim biq uzaq qohumum bunun acdigi (tekrar edirem, acdigi, cunki, bizde be'zi universitetler de kafe, restoran kimi kiminse sayesinde "acilir") univere girdi. 1ci semestrde hec derse getnedi, demishdiler get evde otur, hacan desek gelersen. Qish sessiyasinda dediler 200 manat getir gel, ondan sonra bunun valideynlerinin qara gunleri bashladi, HER SHEY PULLA, imtahanlar da, zacotlar da, ne bilim diplom mudafiesine qeder harada bunlarin eline dushduse pul verdi. Hec ozu de bele savadli adam deyildi, ora nece girmishdi (qe'bul olmushdu yazmiram) bilmirem, amma orani bitirdi. Ona gore de, Iran bizim diplomlari tanimir, amma bizimkiler deyir ki, Iranin bizi gozu goturmur :)))

    P.S. Sonra da mene irad tuturlar ki, niye adres Bazarbaycan yazirsan. Bazar deyil, bes nedir bu?

    Kimdən: Anonim
    21.09.2010 17:53
    ABU heç Azerbaycan standartlarina cavab vermir qaldi ki, beynelxalq.
    Ozu inanir dediyine gören.
    Tehsil Naziri hakimiyyet deyishilse tehsili beter gune qoydugu uçun cavab vermelidir
    Cavab

    Kimdən: genc Haradan: dagilan tifaqdan
    21.09.2010 18:32
    salam. qardaş, adıçəkilən universitet lazımı teleblere cava verirdi, yoxsa yox, bu tamamilə mence başqa bir mövzudur. məsələ ondadir ki,bu boyda universitet bağlanılıb, tələbəlrə da qalıblar bayirda. köçürüldükləri məktəblərin də qiyməti baha.məncə rektor dilə gəlməməlidir, bu cəmiyyət bütövlükdə ağıla gəlməlidir
    Mobil əlavə
    Sorğu arxivi

    FORUMLAR

    H.Hacızadə: «Müstəqillik təhlükə altında»

    «Qısaca desək, nəticəsiz, həm də Azərbaycan üçün müəyyən qədər təhlükəli olan görüşdür».

    6 şərh

    Mehmet: Musteqilik musteqil olmayan kimi. ----
    Sozde Musteqil, gil, gil,gil- yapisib bizden bu gil gil ... davamı

    Ekspert: «Bu il 1 dollar 2 manat ola bilər»

    Azərbaycanda dövlət-din münasibətləri, «Formula-1» yarışlarına çəkilən xərclər, inflyasiya, üçüncü devalvasiya xofu və məktəbli formalarının bahalaşması bu gün medianın aparıcı mövzusudur.

    6 şərh

    Melahet: Her gun olmek isteyirem . Sabaha umudun yoxdursa ?yawamaqa deyer ? Millet olmelidir ... davamı

    Həkim səhvlərini bağışlamaq olarmı?- [Fikrini de]

    Angioloji və Mikrocərrahiyə Mərkəzində əməliyyat olunan 82 yaşlı şəkər xəstəsi Tərlan Məmmədovanın xəstə ayağı əvəzinə sağlam ayağını kəsiblər.

    6 şərh

    Anonim: elbetdeki yox.axi burada insanin canindan sohbet gedir. ozu de bele sehv esla bagiwlanmazdir. davamı

    Ən çox...