Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:50

Cəmiyyət

Əsgər intihar edib

x
Şriftin ölçüsünü dəyiş - +
Azərbaycan ordusunun daha bir əsgəri intihar edib.

Abşeron rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 18 yaşlı Sadıqov Tacəddin Nurəddin oğlu avqustun 10-da xidmət etdiyi, Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissədən qaçıb.

Valideynləri onu xidməti yerinə geri qaytarmaq istədikdə isə əsgər sirkə turşusu içərək özünü öldürmək istəyib. O, valideynləri tərəfindən avqustun 23-də Klinik Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda intiharın səbəbləri araşdırılır.

Avqustun 31-də isə Biləsuvar rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 19 yaşlı Ələddin Əlifağa oğlu Cəlilov əlindəki avtomat silahdan açdığı atəş nəticəsində ağır yaralamışdı.

Elə həmin gün Tərtər rayonunda Ermənistan Silahlı Qüvvələri ilə atışma nəticəsində 2 Azərbaycan əsgəri həlak olub.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: kechmish doyushchu
03.09.2010 15:23
vay-vay, ne gundedir bu ordu!!

Kimdən: Musteqil Haradan: Baki
03.09.2010 00:17
Men dushunurem ki, esgerin herbi xidmetden qacmasi adi hal deyil.Bu cur hadiseler Azerbaycan ordusunda tez-tez bash verir.Gence sheherin "N" sayli harbi hisseden qacan esger,men deyerdim hemin herbi hissede incidilerek,ona pisikoloji fiziki teziyiqler olmush.Bu kimler terefinden olamsi hamiya aydindir herbi hissenin zabitleri terefinden ola biler.Esgerin valdeyinleri gerek mecbur etmeyeydiler geri qayitmasina ,ilk önce övladlarinin herbi hisseni ne ucun buraxib qacdigini muhkemmel öyrendikden sonra bu haqqda herbi komissarliga melumat vererdiler.Men dushunmurem 18 yashinda olan esgerin bir gunahi olsun.Onu intihara surukleyen mehz herbi hissede ona fiziki zor tetbiq etmishler.Azerbaycanin herbi hisselerinde bu gun özbashinaliq bash alib gedir.Varli imkanli memurlarimizin övladlari xidmet etmir.Bu gun yalniz Azerbaycanda yashayan kasib tebeqenin övladlari xidmete cagirilaraq ,herbi xidmetde onlari inciderek,pisikoloji tesirler edirler.
Bu gun eger veten hami ucundurse ne ucun, bezi millet vekilinin,siyasi partiyalarin liderlerinin,memurlarin övladlari xidmet etmirler bu vetene.
Azerbaycanda qanun shahi olmadigi ucun belede olmalidir.
Men hemin esgere Allah rehmet elesin deyirem.

Kimdən: Kamil Haradan: Buralardan
02.09.2010 20:07
Xalq hele dözür

Kimdən: mesum Haradan: dehsetbaycan
02.09.2010 18:30
Rehmetlik esgere vurulan sillelerin sayi belli olsa görerik sirke tursusunun günahi yoxdu