Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:52

Verilişlər / Kontekst

İsa Qəmbər: «Onu dinləyəndə düşündüm ki, bu salamat adam deyil»

Mayk Hankok
x
Mayk Hankok

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Böyük Britaniya parlamentinin Liberal Demokrat üzvü Mayk Hankokun Rusiya ilə əlaqələri bu ölkədə hazırda müzakirə olunan məsələdir. Sual budur ki, Hankok Avropa Şurasında Kremlə nə dərəcədə lobbiçilik edib?

Hankok Azərbaycan iqtidarının da dostlarından sayılırdı.

HANKOKUN RUS KÖMƏKÇİSİ DİNDİRİLİB


«Guardian» qəzeti yazır ki, Hankokun AŞPA-dakı həmkarları onun Rusiyayönlü fikirlərindən narahat olublar və Liberal Demokratların parlamentdəki lideri Çarlz Kennedini xəbərdar ediblər ki, partiya qalmaqala sürüklənə bilər. Ancaq Hankok deyir ki, Kennedi bu fikirləri vecinə almayıb.

Hankok parlamentdə Rusiya üzrə qrupun sədridir. «Sunday Times» qəzeti yazıb ki, Britaniya Təhlükəsizlik Xidməti (Mİ5) Hankokun Rusiyadan olan köməkçisi Katya Zatuliveteri Rusiya kəşfiyyatı ilə mümkün əlaqələrə görə dindirib. İddialara görə, kəşfiyyat işçiləri 25 yaşlı Zatuliveterin şəxsi həyatı haqda da bəzi detallar barədə məlumatlı görünüblər. Bu o deməkdir ki, o, həmişə nəzarətdə olub. Ancaq idarənin sözçüsü Zatuliveter barədə sorğuya heç bir şərh verməyib.

ƏN RUSİYAYÖNÜMLÜ DEPUTAT


Hankokun keçmiş həmkarları da deyirlər ki, onlar Hankokun AŞPA-da debatlar vaxtı Kremlyönlü mövqeyinə görə tez-tez tənqid olunublar. Liberal qrupun keçmiş rəhbəri Mágyás Eörsi:

«Bu əhvalat məni təəccübləndirmədi. Mən demirəm ki, Maykl xəfiyyədir. Ancaq əminəm ki, ruslar Maykldan yaxşıca istifadə edirlər. O, bütün Qərbi Avropa ölkələri arasında ən Rusiyayönümlü deputatdır. Elə onun nitqlərini oxumaq kifayətdir. Putinlə bağlı debat olanda, media azadlığı, Gürcüstanla müharibə məsələlərində Maykl həmişə Rusiyanı müdafiə eləyib. Strasburqdakı liberal blokda onun mövqeyi bizi şoka salırdı. Onun fikrincə, Rusiya tam demokratik ölkədir».

MƏN ANTİ-SAAKAŞVİLİYƏM

Hankok isə nəinki Rusiya dövlətindən hansısa mükafat aldığını etiraf edir, parlament köməkçisinin Rusiya kəşfiyyatı ilə hansısa əlaqələrini də «boş şey» adlandırıb:

«Bu, mənim problemim deyil. Bu, başqalarının şəxsi işidir. O, (Katya) hər dəfə Böyük Britaniyaya qayıdanda mənə deyirdi ki, işi ağır olub. Buna nəsə əlavə eləmək istəmirəm».

Mayk Hankok deyir ki, Çeçenistan müharibəsinə görə Rusiyanı tənqid edib, ancaq Gürcüstanla müharibədə Kremli müdafiə eləyib, çünki prezident Mixeil Saakaşvilini xoşlamır:

Gürcüstanla müharibə məsələlərində Maykl həmişə Rusiyanı müdafiə eləyib
«Mənim fikrim qəti idi ki, Saakaşvili Rusiyanı barmağına dolaya bilməz. Mən anti-Saakaşviliyəm».

Eörsi onu da iddia eləyir ki, Hankok AŞPA-da görüşlərə tez-tez rusiyalı köməkçilərlə gəlib: «Bilinmirdi ki, onlar kimlərdir?».

NECƏ OLURDU Kİ, HƏMİŞƏ RUSLARA SƏS VERİRDİ?


Rusiya-Gürcüstan müharibəsində kimin müqəssir olmasına dair AŞPA-da keçirilən 3 səsvermədə Hankok Rusiya nümayəndə heyətilə birlikdə səs verib. Onun adı Dumanın xarici əlaqələr komitəsinin rəhbəri Konstantin Kosaçevlə birlikdə çəkilib.

«Sual yaranır: necə ola bilər ki, o həmişə ruslarla birgə səs verib?» - Eörsi sual edir.

Hankok isə deyir ki, Eörsi və Assambleyanın keçmiş kommunist ölkələrindən olan digər üzvləri refleksiv olaraq Rusiyaya düşmən münasibət bəsləyirlər, onu Sovet İttifaqı ilə səhv salırlar. O, Eörsi «rəqibi» adlandırıb.

Yanvarda, parlamentin Rusiya üzrə qrupunun rəhbəri seçiləndən sonra Hankok Londonla Moskvanın münasibətlərini yenidən başlamağa çağırıb. Bu münasibətlər 2006-cı ildə rusiyalı dissident Aleksandr Litvinenkonun qətlindən sonra düzəlməyib.

Hankok münasibətlərin pisləşməsinə görə Vladimir Putindən çox Qordon Braun hökumətini günahlandırıb.

AŞPA Qərbi Avropa və keçmiş sovet ölkələri nümayəndələrinin birgə toplaşdığı yeganə forumdur. Adətən bu debatlarda rus nümayəndələr Qərbin insan haqları, seçkilər, Gürcüstan ərazilərinin işğalına dair tənqidini rədd edirlər.

ZATULİVETERİN DOSTLARI


Rusiyanın «Komsomolskaya Pravda» qəzeti də Zatuliveterin rus kəşfiyyatına bağlılığına dair iddialardan yazıb, belə bir başlıqla: «Britaniyalılar öz parlamentlərində «rus agenti» axtarırlar». Qəzet əlavə edir ki, Zatuliveter iddiaları təkzib edib.

Zatuliveter deyib ki, onu sorğu-sual edənlərdə dostlarının adları olub, deməli, telefonlara qulaq asırlar. Zatuliveter «Guardian»ın zənglərinə cavab verməyib.

«Guardian» yazır ki, Moskvada polis avqustun 31-də axşam şəhər mərkəzinə toplaşan azı 20 müxalifətçini həbs edib. Onlar sərbəst toplaşma azadlığı tələb edirdilər.

Moskva meriyası anti-Putin yürüşünü qadağan edib, beləliklə də etirazçıların qarşısı alınıb.

Mayk Hankok Bakıda 2009-cu il referendumundan 12 gün əvvəl olub
«Bu, demokratik idarəetmənin qəribə metodudur, adam şoka düşür», - bunu Niderlanddadn olan deputat Zis Berman deyir. O, Avropa Birliyi parlamentində insan haqlarına dair alt-komitəyə daxildir.

MAYK HANKOKUN BAKI SƏRGÜZƏŞTLƏRİ

Mayk Hankok Bakıda 2009-cu il referendumundan 12 gün əvvəl olub. Konstitusiyaya dəyişiklikləri xarakterizə etmək üçün. Həmin referendumda konstitusiyaya edilən dəyişikliklərlə bir şəxsin prezident seçilməsinə qoyulan məhdudiyyət ləğv olundu.

Mayk Hankok həmin tədbirdə referendumda dəyişikliklərə «hə» deməyin əsaslarından danışmışdı. O deyirdi ki, insanlara azad seçim imkanı yaradılmalıdır ki, adamlar yaxşı hesab etdikləri prezidenti növbəti dəfə də seçə bilsinlər.

Cənab Hankoka görə, əgər ABŞ prezidenti Bill Klinton vaxtında belə bir dəyişiklik etsəydi, onda Corc Buş prezident olmazdı. İraqda da səhvlərə yol verilməzdi.

Həmin tədbirdə danışanların demək olar ki, hamısı konstitusiya dəyişikliyinin müsbət bir addım olduğundan danışıb.

Ancaq bu tədbiri kimin maliyyələşdirdiyi açıq qalmışdı. AzadlıqRadiosu araşdırıb üzə çıxarmışdı ki, təşkilatçılardan biri Azərbaycan iqtidarına lobbiçilik edən Amerika təşkilatı- «Bob Lourens və Assoşieyts» şirkətidir.

İSA QƏMBƏR HANKOK BARƏDƏ


Müsavat Partiyasının başqanı İsa Qəmbərin facebook sosial şəbəkəsində Mayk Hankok barədə yazdıqları:

«Qətiyyən təəccüblənmirəm. Mayk Hankok dəfələrlə Azərbaycanda seçki-müşahidə turizmi ilə məşğul olub.

İsa Qəmbər
Onu ilk dəfə dinləyəndə düşündüm ki, bu salamat adam deyil. Avropadakı tərəfdaşlarımıza da demişəm ki, bu adamın liberal dəyərlərə aidiyyəti yoxdur.

Bir fikrimi də bölüşmək istəyirəm: Azərbaycandakı seçki saxtakarlıqlarına göz yuman, bəraət qazandıran, Əliyev rejiminə dəstək olan avropalıların əksəriyyətini araşdırsan oxşar situasiya ilə qarşılaşacaqsan.

Biz bu faktlara qarşı daha diqqətli olmalı, bu cür adamları Avropanın özündə ifşa etməliyik».


Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Savalan baba
06.09.2010 15:57
Isa bey lap qocalib.
Cavab

Kimdən: vusal Haradan: Baki
07.09.2010 02:13
Senin kimilerinin derdini ceken neinki qocalar-birde bu nedemekdir qocalib bey neqeder qoca olsada senin kimi cavandan saqlamdir bu dediklerin beyi gozden salmaqa yonelib ancaq 53 yashda boyuk yash deyil esil Prezidentlik yashidir.

Kimdən: fatime Haradan: Baku
05.09.2010 00:05
Safa-sola milyonlar xercleyen yaramaz Azerbaycan igtidari goresen bu Hankoka a ne geder elmuzdu verib??

Heyf bu milletin mullarindan, hamiya gedib chatin bu bineva Azerbaycan xalgindan bashga..

Kimdən: Tamerlan Haradan: Almaniyadan
02.09.2010 17:56
Azerbaycana secki musahidecisi kimi gelen kecmis alman deputati Haqqi Keskin (secki gabagi ona yazmisdim ki, insallah secilmeyeceksen) de bu cur adamlardan biridir. O kommunistlerin temsil olundugu Die Linke partiyasindandir. Kim istese onu yaxindan tanisin internetde axtarib baxa biler. Men onun ozune de yazmisam ki, azerbaycan xalginin esaretde saxlanilib, gani hesabina yigilan pullardan sene de cox catib. Onun bu pullar ne vaxtsa gozunden geleceyini bildirmisem. Indi de kuncde-bucagda ozunu azerbaycanci kimi aparir.

Bir seyi de soylemeyi ozume borc bildim, bezen bizim muxalifetde burada liberal deyerli partiya ve teskilatlarla is gorduyunu bildirir. Bunlarin da coxu yalanlara hesablanib. Misal ucun;1-ci. Azad Demokratlar Pattiyasi (FDP) Nauman Fondu ile. Bu partiya liberal deyerlerden danischsa da almanda onlari esl milletci kimi taniyirlar. Secki zamani onlarin burada coxlu suarlari asilmisdi "Burani Istanbula cevirmeyin" Indi igtidarla koalisiyada temsil olunur ve vitze kansler onlardandir. Muxalifet esasen bunlarla isleyir. 2-si. Sosial Demakrat Ittifagi (CDU) Konrad Adenauer Fondu vasitesi ile. Angele Merkelin temsil olundugu igtidar partiyasinin siyasetini yeridir. Azerbaycanda igtidar esasen onunla isleyir. 3-cu. Sosial Demokrat Partiyasi (SPD) hazirda muxalifetde olsalarda bir nece torpagda hakimiyyetdedirler. Friedrich-Ebert Fondu ile. Burada 3-cu hagginda daha cox musbet danisirlar ve Azerbaycanda onunla esasen gencler isleyir ve bu genclerden biri hebsdedir Allah onun gapisini acsin. Deyesen cox yazdim, uzurlu sayin.