Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:53

Cəmiyyət

Bayraq Meydanı açıldı

Şriftin ölçüsünü dəyiş - +


Sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimi keçirilib. Açılışda prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

İlham Əliyev Dövlət Bayrağı Meydanının əhəmiyyətindən danışaraq bildirib ki, dünyanın ən hündür bayraq dirəyi bu gün paytaxtın bütün nöqtələrindən görünür və gələcəkdə meydanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılacaq.

Azərbaycanın dünya birliyi üçün etibarlı tərəfdaşa çevrildiyini bildirən prezident İlham Əliyev gələcəkdə yeni layihələrin icra olunacağını, ölkənin heç bir xarici yardımdan asılı olmadığını və təhlükəsizliyini təmin etdiyini diqqətə çatdırdı.

Azərbaycanın gözəl təbiətə malik olduğunu qeyd edən dövlət başçısı bildirdi ki, bir neçə ildən sonra Azərbaycanın beynəlxalq donor ölkəyə çevriləcək və bununla bağlı artıq konkret işlər görülür.

Prezidentin fikrincə, regionda gedən proseslərdə Azərbaycan fəal, bəzi hallarda isə həlledici rol oynayır.
İlham Əliyev Dövlət Bayrağını dirəyə keçirir


Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb.

Bundan sonra hər il noyabrın 9-u respublikada Dövlət Bayrağı Günü kimi qeyd olunacaq.

Amerika Birləşmiş Ştatlarının «Trident Support» şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın «Azenko» şirkəti yerinə yetirib.

Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.

«Ginnes» dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.

Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Qülləni tikən şirkətin meneceri Devid Çembers bir müddət öncə BBC-yə müsahibəsində bildirmişdi ki, bayrağın 162 metrlik dirəyi 2-4 milyon manata başa gələcək.

Təkcə bayrağın dirəyi üçün bu qədər məbləğ nəzərdə tutulub, amma ərazidə tikinti işləri üçün ötən ilin oktyabrında 10 milyon manat ayrılmışdı.

Avqustun 3-də isə dövlət başçısı İlham Əliyev Prezidentin Ehtiyat fondundan meydandakı tikinti işlərinin başa çatdırılması üçün əlavə 10 milyon manat vəsait ayrılması üçün sərəncam imzalayıb.

HƏMÇİNİN OXU: İsrail bayrağı dünya rekordunu qırıb
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: ELMİRDƏN Haradan: MOSKIVADAN
19.09.2010 00:10
ZƏHMƏT OLMSA BAYRAQI PİSLƏMƏYİN BAYRAQ BİZİM ÜRƏKİMİZDİR AY KİŞLƏR GEDİN İŞLƏYİN GEDİB İŞLƏMİRSİZ ÖZÜNÜZÜ İŞƏ VERMİRSİZ ONA BAYRAQ NEYLƏSİN AZƏRBAYCANDA ACINDAN ÖLƏN YOXDUR ÖLKƏMİZ GÜCLÜDÜR OGÜN BAYRAQIMIZI QARABAQDAN ASAQ KİIİLƏR OTURUB EVDƏ YATIRLAR DEYİRLƏR Kİ İŞ YOXDUR ALLAH DEYİR SİZDƏN MƏNDƏN BƏRƏKƏT GEDİN İŞLƏYİN OTURUB EVDƏ DEYİRSİZ PUL YOXDUR

Kimdən: ELMİRDƏN Haradan: MOSKIVADAN
18.09.2010 23:53
ZƏHMƏT OLMASA BAYRAQİ CAMHATA QATMAYIN ACLIQIN BUNA DƏXLİ VAR AZƏRBAYCAN BAYRAQI HƏR YERDƏ YAŞAYIR VƏ YAŞAYACAQ O GÜN OLSUN Kİ BU ÜÇ RƏNGLİ BAYRAQI QARABAQDAN ASAQ VƏ ASACAĞIQ ZƏHMƏT OLMASA BAYRAQI PİSLƏMƏYİN BAYRAQ MEYDANI AÇLIŞI OLANDA MƏN ÇOX SEVİNDİM VƏ MOSKIVADA YAŞAYAN AZƏRBAYCANLILAR BUBU ÇOX SEVİMLƏ QARŞILADILAR BİZİM BAYRAQIMIZ HƏR YERDƏ TANILMALIDIR GƏLİN BAYRAQIMIZI TANIDAĞIN BAKİ ÇOX GÖZƏLDİ !!!

Kimdən: Elcin Haradan: Baki
04.09.2010 13:32
Her sheye dozmek olar, hetta pulun yeyilmesine bele, amma atilan toplarin (salyutlarin) sesine, yerin titremesine - qetiyyen!

Kimdən: BOZQURD
03.09.2010 21:23
Bayaraqa sozum yoxdu eladi qesengde gorunur. Ama bu bayraga 30 milyon vermek bizim indiki veziyetimizde lazimiydimi!? 20% torpaglar isgalda, qacqinlar palatqalarda (bezilerini cixmaq sertiyle cunki firoun Ramzesi vurub kecibler, abyektleri, bag evleri, villalari olanalar da var). Selyani su basib camahat evsiz qalib. Ehh hansini deyesen axi hamisi pul telesidi ele bu bayraqda, axi bu bayrag bu korpuler buqeder xerc bizim neyimize gerekdi axi? buqeder pula isgalda olan torpaqlarimizi alardiq. indi durub desem ki ucqar bir dag rayonunda 2 metrelik cay var onun ustune korpu lazimdi qaca qaca gelerler nevar nevar pul silinecek. Hemiseki kimi olan olub kecen kecib, axirda bize qalan ELE BU BAYRAGIN DIRƏYI OLACAQ DEYESEN......

Kimdən: Esl Mamed
03.09.2010 15:31
Deyirler bayraq iki gunden sonra cirilib
Cavab

Kimdən: Sahib
03.09.2010 21:53
Tikdikleri milyonluq korpu 1 gunden sonra cat verir hele bayraq yaxsi dayandi...

Kimdən: Sahib
03.09.2010 11:52
Eshi ozum olum ele serhler yazirsiniz ki bilmirsen daha neyleyesen. Biri deyir Sabirabadda camaat acdir, mecburi kockunlerimiz var, dovletin malini talayirlar ve s. Ozunuzu ele yere goyursunuz ki guya Azerbaycanda geden proseslerden bixebersiniz ya da hele de hakimiyyetin tam mahiyyetini derk etmemisiniz. Dediklerinizin hamisinda heqiqet var, yazdiqlarinizin ustune milyondan cox xerclenmeli yer de gostermek olar cunki bashdan ayaga olke problem ichindedir. Amma bir sheyi unutmaq lazim deyil, gedib haradasa heykellere milyonlar xercleyince ya da gedib orda burda mulk alib milyon xercleyince goy ele milyonu bayraga xerclesinler de. Onsuz da harasa sepeleyecekler pulu...Ilk defedir Azerbaycan dovletcilik atributuna sanballi miqdarda pul xerclendiyinin shahidi oluruq, baxin hezz alin da onsuz da o bayraq xalqindir ve evvel axir layiq olan ellerle goylere ucalacaq. Her sheye miz qoymaq lazim deyil.
Cavab

Kimdən: sedaqet Haradan: baki
03.09.2010 14:26
bayragimiz layiqli ellerdedir Sahib qardash, ona gore hec ureyinizi sixmayin.
Cavab

Kimdən: Kamil Haradan: Oradan
03.09.2010 13:35
Sozunde haqq var.

Kimdən: Qarabala Haradan: Baki
03.09.2010 11:31
Evvel heykel yarishi,sonra park,daha sonra Muzey,indi bayraq yarishina start verildi.Goresen bundan sonra ne qgelecek ?

Kimdən: TURAN Haradan: NAXCIVAN
03.09.2010 04:59
Bayragima hormet etmeyen serfsiz, dusmenimdir. Haylarin yazilarina cavab vermeyen ve onlari destekleyenin haylardan ferqi yoxdur.Dusmen olan bayragimizi her gorduyunde min defe olur. Yazilardan bunu anlamaq getin deyil.
M.E.Resulzade ve E.Elcibey yadigarina huren haramzadeler, agilsiz kopeyin ulduza hurmesini xatirladirsiniz.

Kimdən: qeriboqlan Haradan: almaniya
03.09.2010 02:18
deyirler bakimiz cenete dönür ama göresen icine girsen nece yashayarsan kash adi bizim dadi özgelerin olan bakimizi birdefe göre bileydim bu arzum üreyimde qalmayaydi özüme qismet olmasada yashamaq ama qelbimde yashayan azerbaycanim allah bize kömey olsun bizde vetenin ne olduqun görek

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
02.09.2010 23:38
Hörmətli Azadlıq !!!
Mənim mövzuyla bağlı yazdığım ismarıcda hec bir təhqiredici məqam yoxdur,xahiş edirəm ismarıc səhifədə yerləşdirilsin........
Səhifə (3)
    Növbəti