Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:07

Verilişlər / Kontekst

Fəhlə, özünü sən də bir insanmı sanırsan?

Bakıda «qul bazarı»

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Sabir təxminən yüz il əvvəl yazırdı ki, fəhlə sən də özünü insanmı sanırsan?

Deyəsən, fəhləyə münasibət Azərbaycanda dəyişməz qalır.

Hər halda, beynəlxalq insan haqlarını müdafiə - Freedom House təşkilatının fəhlə haqları haqqındakı hesabatında deyilir ki, Azərbaycanda işçilərə münasibət repressivdir.

Azərbaycanla yanaşı siyahıda Əfqanıstan, İran, İraq, Qazaxıstan və Tacikistanın da adı da var. «Reprresiv münasibət» deyəndə təşkilat nəyi nəzərdə tutur, bəlli deyil. Hesabat tam açıqlanmadığı üçün bu qaranlıqdır. Amma bu fikri qəbul edənlər də var, etməyənlər də.

«BUNU DEMƏK MƏNTİQSİZLİKDİR»

«Bunu nəyə əsaslanıb deyirlər?» Bu sualı verənsə Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlüdür.

- Hara münasibət bildirib, nəyə əsaslanıb münasibət bildirib, oxumamışam bilmirəm. Ancaq Azərbaycanda fəhlələrə münasibət ögeydir deyirlərsə, bu sahəyə nəzarət edən orqanın adından deyirəm ki, mən bunu ağlasığmaz, məntiqsiz sayıram. Ola bilər ki, hardasa qanun pozuntusu olsun, əmək müqavilələrinin bağlanmasında, əmək münasibətlərinin pozulmasında. Ancaq orda necə deyilir?

- Repressiv münasibət…

- O söz uyğun gəlmir axı…

Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı isə bu fikirdədir ki, ifadə lap yerində seçilib.

BİR FƏHLƏNİN HEKAYƏTİ

Bu mübahisələrə ara verək və bir işçinin hekayətini danışaq sizə. Sahib Şahmarov 37 yaşındadır. Bir il əvvələ kimi qolunda qüvvəti, əlində işi, evində iki övladı… Bir sözlə özünü xoşbəxtlər sırasında görürdü. Təxminən bir il əvvələ kimi Azərbaycandakı xarici neft şirkətlərindən birində quraşdırıcı işləyirmiş. İndisə məhkəmə qapılarında qalıb. Gümanı isə məhkəmədən də çox Allaha qalıb.:

«2009-cu il fevralın 16-da işdəydim. Bizim də işimiz çox ağırdı. Fiziki baxımdan həddən artıq ağırdı. Bizdə bir material var, 90 kq ağırlıqda, onu hündürlüyə qaldırırsan, 6-7 metrlik boruları daşımaq lazımdır… Birdən başımda, qolumda keyimə, ağrılar hiss etdim. Uşaqlar kömək eləyib aşağı düşürtdülər. Həkimə getdim, dedilər ki, boynunda fəqərə yırtığı var. Birindən əməliyyat olundum, biri qalıb. Əməliyyatdan sonra məni dərhal işdən çıxartdılar. Məhkəməyə müraciət elədim. İkinci qrup əlil verdilər… Bir qolumda güc yoxdur ki, işləyim. Təqaüd də vermirlər. Ona görə də məhkəməyə vermişəm».

QIZIL QAZANDIRANLARA QARA MÜNASİBƏT

Sahib Şahmarov kimi neft sahəsində zədə alıb, sonradan təqaüdsüz və ya işsiz qalanlar az deyil. Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı belə deyir. Onun sözlərinə görə, təkcə ötən il Sahib Şahmarov kimi 15 adama hüquqi yardım göstəriblər:

«Azərbaycan Konstitusiyası sağlam iş yeri tələb edir. Ötən il ARDNŞ-in hesabatına görə, 8 nəfər işdə xəsarət alaraq ölüb. Biz özümüz 15 nəfərə hüquqi yardım göstərmişik. Bu adamlar işdə xəsarət alıb, amma adları gizlədilib. Bu cəsarətli adamların siyahısıdır. Minlərlə adam var ki, işdə xəsarət alır, sonradan işdən atılır… »

KOLLEKTİV ŞƏKİLDƏ MÜVƏQQƏTİ MÜQAVİLƏ


Mirvari Qəhrəmanlının qənaətincə, ən böyük qanun pozuntularından biri də əmək qanunvericiliyinin ciddi şəkildə pozulmasıdır:

«Ən böyük problem odur ki, işçiylə işəgötürən arasındakı müqavilə qanunsuz hazırlanır. İzah edim. Əmək Məcəlləsinin 43-cü maddəsində deyilir ki, işçiylə məcburi müqavilə bağlamaq olmaz. 47-ci maddənin başqa bəndində deyilir ki, iki tərəf razıdırsa, müvəqqəti müqavilə bağlanır, bu da işçinin belini qırır. 45-ci maddədə deyilir ki, iş daimi olanda müvəqqəti müqavilə bağlamaq qadağandır. Bu maddələrə baxmayaraq işçilərlə müvəqqəti müqavilə bağlanır. Çox təəccüblüdür, hansı işçi istəyər ki, onunla müvəqqəti müqavilə bağlansın? Yenə də çox təəccüblüdür ki, bu qərar kollektiv şəkildə bağlanır».

«BU, ALLAHSIZLIQ OLARDI»

Mirvari Qəhrəmanlı bu hallarla bağlı Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlüyə məlumat da verib. Cənab Şükürlü isə bu halları inkar etməyin mümkünsüzlüyünü özü də etiraf edir:

«Yəni problemlər var. Biz demirik hər şey yüksək səviyyədədir. Amma bizi bərbad ölkələrlə müqayisə etmək də Allahsızlıq olardı…»

HİK: «SÜBUT ETSİNLƏR!»


Azərbaycanda fəhləyə repressiv münasibət varmı? Həmkarlar İttifaqları Konfederasiyasında zəhmətkeşlərin sosial iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbə müdiri Çingiz Tağıyev sualımıza birbaşa cavab vermədi. Bir onu dedi ki, repressiv münasibətin olduğunu deyənlər bunu sübut etməlidirlər:

«Üstəlik də ölkədə ombudsman var, həmkarlar ittifaqları var».

«QARIŞQANI DA İNCİTMƏYƏK»

İndi də qayıdaq sentyabrın 1-də məhkəmə qərarından apelyasiya şikayəti verən Sahib Şahmarova. Bu günlərdə elektrik borcuna görə, qaranlıqda qalıb. Yalnız dost-tanışın köməyi ilə evində işıq yanıb. İndi o Allaha dua edir:

«İstəyirəm balalarım elmli olsun, evim ruzili olsun, heç kimə borcum olmasın, camaatın haqqını vaxtında ödəyək, qarışqanı belə incitməyək…»
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: xalq Haradan: Baki
06.09.2010 19:48
16 kvadrat metr olan abiyektin arendasi 800-1000 manat olanda,helbetde bunlari kucelerde gorecik.Bu olkede senedkerlere sharayit 0-dir.

Kimdən: xalq Haradan: Baki
06.09.2010 19:38
Santexnik,qirci,pol qashiyan nevaxtdan fehlelik olub?Adi cekdiyim ishler senedkerlerin ishidir.Azerbaycanda fehleler zibil qutularini eshir qeceler.

Kimdən: Müəllim Haradan: Azərbaycan
06.09.2010 13:29
Bu gün Azərbaycanda işçiyə münasibəti qula olan münasibət ilə müqayisə etmək olar. İşçini işəgötürən istədiyi kimi əzə bilmək üçün onunla 1 illik, 6 aylıq, 3 aylıq, hətta bir aylıq içiboş əmək müqavilələri bayğlayır və "şuluq" işçini istədiyi vaxt işdən çıxara bilir. Bu, Heydər Əliyevin siyasəti idi. Yadınıza salın, Dədə Qorqud üzən kəşfiyyat qurğusunun kapitanı işçilər 800 dollar maaş alır deyəndə Heydər Əliyevin replikasını: "Heç mənim nazirlərim bu qədər maaş almır". Həmin bu replikadan dərhal sonra (2001-ci ilin sonları - 2002-nin əvvəli) bütün şirkətlər azərbaycanlı işçilər üçün nəzərədə tutduqları 1000-1500 dollar maaşı 350-500 səviyyəsinə edirdilər.

Kimdən: ???? Haradan: BAKI
03.09.2010 18:14
YAZANLAR,FEHLELERIN ANCAQ QAZANCINDAN YAZIRLAR.BES ONLARIN ALDIQLARI PULDAN ELAVE EZIYYETLERINI NEZERE ALAN VAR.ZIQ YOLUNDA BIR YIL VAR.HER GECE 4 EKARUS AVTOBUSU GELIR SAXLAYIR ORADA.HAMISIDA EFQANISTAN FEHLELERI.MEGER AZERBAYCAN FEHLELERINE EHTIYAC YOXDU? YOXSA TENBELDILER.

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
03.09.2010 14:46
azad.
Sənə və sənin kimilərə dərsliklərdən və rəsmi kanalların şablon duşuncələrindən kənara cıxmağı məsləhət görurəm...kapitalizmdə işsizliyin səbəbi kimlərinsə savadsız olması deyil....SƏBƏB işsizlik istehsal edən KAPİTALİZM sistemidir.Fikir verin planetin 500 ən iri şirkəti dunya ticarətinin 70%-nə nəzarət etdikləri halda,dunya əhalisinin cəmi 0,1%-nə iş imkanı yaratmışdırlar,indi dunyanın hec bir ölkəsində böyuk biznes iş yeri yaratmır,əksinə ixtisar edir.Məsələn ABŞ-da son iyirmi ildə böyuk biznesdə ki,iş yerlərinin sayı 5 milyon azalmışdı və bu tendensiya surətlə getməkdədir,kicik biznes isə rəqabətə davam gətirmir.Məsələn ABŞ-da yeni yaranan kicik biznesin 70% elə ilk illərdəcə bankrot olur...Azərbaycanda isə işsizliyin ən əsas səbəbi SOSİALİST iqtisadiyyatının dağıdılması olmuşdur.Məsələn SOSİALİST RESPUBLİKA zamanı neft-maşınqayırma sənayesində 60 min insan calışırdı,indi isə bu zavodların hec biri işləmir...sonrada bəziləri sizin kimi cıxıb iddia edirlər ki GUYA əhalinin işsizliyinin səbəbi təhsil səviyyəsinin aşağı olmasıdır,əslində isə işsizliyin səbəbi zavod -fabriklərin dağıdılması yenilərinin isə yaradılmamasıdır.

Kimdən: azad Haradan: yasamal
03.09.2010 13:25
Fəhlə , özünü sən də bir insanmı sanırsan sözləri 100 il bundan əvvəl rəhmətlik Sabir tərəfindən öz dövrü ücün deyilmiş zamanına uygun bir şeirdir. Lakin bu sözləri indiki azərbaucan fəhləsinə zorla uygunlaşdırmaqı mən heç düzgün saymıram Ona görə ki bu gün mən elə fəhlələr tanlylram ki öz zəhmətinin bəhrəsi ilə hər şeyi əldə etmiş və. aga kimi də dolanirlar. Indi deyin sabirin sözlərini belə zəhmətkeş fəhlələrə aid etmək olarmı? Əlbətdə ki yox,bu bir gülünclük olardı.
Azərbaycan bazar iqtisadiyyatı yolu ilə surətlə inkişaf edən və güclü iqtisadiyyata malik ilan olkələrdən biridir. Yəni belə səraitdə hər bir azərbaucan vətəndaşına öz bacarıq lmkanlarını,qabiliyyət və elmi potensialını göstərmək ücün hər bir şərait yaradılmışdır.Bacarıqlı və fərasətli insanlar, o cümlədən də fəhlələrdə bu şəraitdən səmərəli istifadə edərək özlərinə yaxşı həyat qurmuslar. O ki qaldı qeyri peşəkar, işini bilməyən səriştəsiz fəhlələrə bunlar dünyanın hər yerində oldugu kimi azərbaycanda da qəpik qurusa işləyirlər və bununlada öz həyat səviyyələrini yaxşılaşdıra bilmirlər. Belə olan tərzdə bu qəbildən olan insanların,fəhlələrin bacariqsizligına. təcrübısizliyinə kim məsuliyyət dasimalıdir:dovlət cəmiyyət yoxsa bu fəhlələrin özləri. Təbii ki bu qəbildən olan fəhlələrin özləri birbaşa məsuliyyət daşıyırlar. Sual olunur niyə.? hər birimiz ev təmir etdirir, cari təsərrüfat işləri gördürürük.Məlumdur ki bu işləri çalışırıq ki təcrübəli bacarıqlı fəhlələrə tapşıraq ki həm pulumuz hədər getməcin həm də əziyyətimiz boşa cıxmasın.Deməli hər birimiz bacariqlı .peşəkar fəhləyə öz işimizi etibar edirik.Bacarıqlı və fərasətil fəhlə heç vaxt ac qalmaz.

Kimdən: Qarabala Haradan: Baki
03.09.2010 11:14
Bunlar camahti mecbur eleyecekler ki Here alinde bir qranat nazirliklere girib ozuyle bir ikisinide o taya aparsin.

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
03.09.2010 10:34
KAPİTALİZM fəhləyə qarşı sosial genosid siyasəti deməkdir,həmdə dunyanın hər yerində.Bəziləri səhvən elə duşunur ki,guya fəhləyə munasibətin pis olması kapitalizmin yox,ancaq yerli amillərin hesabına baş verən bir şeydir.Belə duşunənlərə bəzi statistik məlumatları xatırladıram: ABŞ-da işcilərin 70%-i özunu iş yerində mudafiəsiz hiss edir,73%-i yuksək stress şəraitində yaşayır,hər il 35 min insan istehsalat qəzalarında ölur ki,bu da Amerkanın İraq və Əfqanıstan muharibələrində ki,itkilərindən belə qat-qat coxdur,hər il ABŞ-da istehsalat qəzalarında 700 min insan əlil olur....amma imperializmə xidmət edən"araşdırma"mərkəzləri nədənsə belə faktları qabartmır,əksinə Cin kimi dövlətlərin adını qabartmaqla sanki kapitalizmi "rifah"cəmiyyəti kimi qələmə verməyə calışırlar...daha ətraflı oxuyun Maykl Parenti"secilmişlər ucun demokratiya "kitabı ...bu kitabı Yeni Nəsl Azərbaycan Kommunist Partiyasının rəsmi saytındanda yukləyə bilərsiniz: Öyrən.təbliğ et,təşkilatlan !!!!

Kimdən: Musteqil Haradan: Baki
03.09.2010 03:59
Azerbaycanda öz ailesini dolandirmaq mecburiyyetinde qalan fehleler nece ish olur olsun ona gedirler ki, axsham elibosh eve getmesinler.Axi onlarin övladlarinin gözu qapi arxasinda qalmish ne zaman Atasi ve yaxud Anasi ishden eve dönecek onlarin arzusunu yerine yetirecek.Butun ushaqlarin özune mexsus arzulari var kicik iken hoshlandiqlari oyuncaqlar almaq onunla oynayib öz heyatlarinin hosh gunler kecirtmek.
Lakin sosial veziyyetleri agir olan ailelerin ushaqlari yalniz öz ureklerindeki arzu, bir tike cörek olsun qarnimiz tox olsun,namerdlere möhtac olmayaq.
Beli bu gun Azerbaycanda inkishaf olsada,bunun qarshisini hem daxili hemde xarici dushmenlerimiz alaraq buna imkan vermirler.
Azerbaycan butun vetendashlarin sigortasi olmalidir.Fehle eger özune ish
taparsa ve yaxud her hansi muesisede ishe qebul olarsa.Ilk önce muqavile imzalamali.Sonradan ishe bashlamali.Bilirsiniz insan huquqlari tapdalanan dövletde ister ish muqavilen olsun istersede sigortan bu hec bir ehemiyyet kesb etmeyecek.Cunku dövletimizde qanunlar ishlemir.
Cok qisa yoldan qayidaq bu gun butun memurlar Azerbaycanin budcesinden öz sexsi menafeyleri ucun istifade edilerse.Demeli Azerbaycanda fehleninde emeyini ister istemez basib yeyecekler.
Men deyerdim burda kadr siyasetinin sehvliyi yokdur.Sadece kadr sistemini programlashdiraraq,hemin kadrlari ishe dogru yönelderek ishletmek lazimdir.Bununda mexanizmisi olarsa bu özu öz qaydasina tez bir zamanda dusherek, nizamlayici istiqamete dogru hereket edecek.

Kimdən: ????? Haradan: BAKI
03.09.2010 00:18
VALLAH ONLARA YAZIQIMIZ GELIR.HAMI OZUNU DUSUNUR! PIS BAXMIRAM? QEYRETLIDILER? AILELERI UCUN CALISIRLAR.ARVAD COREYI YEMIRLER KI.YADA PLEY BOYLUQLA MESQUL OLMURLAR.YASASIN QEYRETLI KISILER.
Səhifə (2)
    Növbəti