Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:57

Verilişlər / Kontekst

«Eşidəndə hirsləndim. O nə artımdır?»

x

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
«O milyardlar hara gedir? Yaxşı olmazmı o milyardları versinlər bu yazıq kasıb əhaliyə. 50 il işləmişəm, əmək veteranıyam, 90 manat pensiya alıram. İndi də 10 manat artsın. 100 manatla dolanmaq, ailə saxlamaq olar? Mən dolanmıram, sürünürəm. Hər şeyə həsrət qalmışıq».

70 yaşlı təqaüdçü Heydər kişi belə deyir. O bildirir ki, ölkədəki abadlaşdırma, hay-küylə, vur-çatlasınla müqayisədə pensiya və əməkhaqları çox aşağıdır.

Sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı və pensiyaların məbləği 10 manat artaraq 85 manat olub. Bu artım nə qədər adamı əhatə edir və onun ümumiyyətlə əhalinin güzəranına təsiri olub-olmayacağı barədə mütəxəssis fikirləri isə fərqlidir.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, YAP-dan olan deputat Nazim Məmmədov deyir ki, hökumət ilin sonunadək inflyasiyanın səviyyəsini 6-7 faiz proqnozlaşdırır. Amma bu göstərici 8 faiz olsa belə, indiki artım onu üstələyir. Yəni inflyasiya az maaş və təqaüd alan adamların pulunu çox yeyə bilməyəcək.

KOMMUNAL XƏRCLƏR GƏLİRİN 30 FAİZİNDƏN AŞAĞIDIRSA, BU, NORMAL SOSİAL SİYASƏT SAYILIR

Nazim Məmmədova görə, ümumilikdə kommunal xərclər gəlirin 30 faizindən aşağıdırsa, bu, normal sosial siyasət sayılır. Azərbaycanda isə bir ailənin kommunal xərcləri gəlirin 30 faizdən aşağıdır ki, artıq deyil:

«Deyək ki, bir ailədə iki nəfər təqaüdçü var və hərəsi 85 manat alır. Başqa heç bir gəlirləri də yoxdur. Onların ümumi gəliri 170 manatdır. Əgər iki otaqlı mənzildə yaşayırlarsa, bunun sosial kommunal xərcləri təqribi hesablamalara görə heç 25 manatı ötmür. Bu o deməkdir ki, həmin xərclər faktiki gəlirin 30 faizindən də aşağıdır. Eyni zamanda Azərbaycanda insanlar yalnız dövlətdən aldıqlarını deməyə üstünlük verirlər.

Fərdi təsərrüfatlarından, fəaliyyətlərindən əldə etdikləri gəlir barədə isə deklarasiya verməyə meylli deyillər. Ancaq insanlar gəlirlərini doğru-dürüst elan etmiş olsalar, təbii ki, bu gün Azərbaycanın mövcud iqtisadi durumuna, inkişaf perspektivinə və bazarlarına uyğun minimum yaşayışı təmin etmək mümkündür».

Nazim Məmmədov
Nazim Məmmədov hesab edir ki, Azərbaycan insanı həqiqətən də daha yaxşı yaşamaq haqqına malikdir və ölkə prezidenti bu istiqamətdə işlər görür.

Deputatın hesablamalarına görə, ancaq dövlət büdcəsinin imkanları hələ ki, daha kəskin artım üçün yetərli deyil. Bununla belə, 2009-cu ildə dünyada gedən böhran və bu il ölkənin müəyyən bölgələrində baş verən təbii fəlakət nəzərə alınanda dövlət büdcəsi hesabına belə artım ciddi addımdır. Çünki minimum pensiyaların artırılmasına ümumilikdə təqribən 150 milyon manatdan artıq vəsaitin sərfi nəzərdə tutulur.

Bakının bir neçə rayonu ərazisində keçirdiyimiz sorğuda isə sakinlərin bu artıma münasibətləri deputatın fikirlərindən xeyli fərqli oldu:

BU PULA NECƏ DOLANMAQ OLAR?

- Bu pula necə dolanmaq olar? Mən eşidəndə hirsləndim. O nə artımdır? Əgər pul yoxdursa, o məmurların şəraiti, villaları haradandır? Dövlətin ciddi artım etmək üçün imkanları yetərincədir. Neft gəlirləri və qeyri-neft sektorundan büdcəyə daxilolmalar xeyli artıb. Hökumətdən soruşmaq lazımdır ki, niyə artımlar minimum dolanışığı təmin etmək səviyyəsində deyil.

Sakinlərdən birinin sualımıza cavabı isə özünəməxsusluğu ilə fərqləndi:

«Bir dəqiqə hələ söndür onu, deyəcəm».

O pensiya və təqaüdlərin artımı barədə əvvəl kefi istəyən kimi ürəyini boşaltdı, sonra isə mikrofona tamam fərqli fikirlər söylədi:

«Bu, gözəl artımdır. Allah canlarını sağ eləsin. Tez-tez artırsınlar ki, biz də dolanaq. Kömək eləyir».

Haqqında danışdığımız artımla bağlı prezident İlham Əliyevin avqustun 31 –də imzaladığı sərəncama görə, bu addım Azərbaycanda əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə atılır.

BU, CİDDİ ARTIM DEYİL

Azər Mehtiyev
İqtisadçı ekspert Azər Mehtiyev isə deyir ki, bu, ciddi artım deyil və onu inflyasiyanın səviyyəsi ilə heç cür müqayisə etmək olmaz. Ölkədə baş verən qiymət artımını qarşılamaq iqtidarında olan artımdan isə söhbət gedə bilməz.

Onun sözlərinə görə, bu, əslində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yox, siyasi məqsədli bir artımdır. Azər Mehtiyev deyir ki, burada söhbət seçki kampaniyasında bir element olaraq istifadə ediləcək addımdan gedir:

«Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinin dediyinə görə, bu 1 milyon 300 minə qədər adamın pensiyasının artımı istiqamətində müəyyən dəyişikliklərə gətirib çıxaracaq. Minimum əməkhaqqı məsələsində isə əvvəllər verilmiş açıqlamalara istinadən demək olar ki, təxminən 600 min adamın fəaliyyətinə təsir göstərəcək. Say çox olsa da, ciddi artımdan söhbət getmir».

Azər Mehtiyev minimum pensiya və əməkhaqqının artımını inkar etməyin, tam mənasız olduğunu düşünməyin də əleyhinədir. Amma deyir ki, nəzərə almaq lazımdır ki, bu cür addımlar qiymətlərin artmasında da psixoloji faktor rolunu oynayır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Nasionalist
06.09.2010 18:54
170 manata dolanmaq olar deyenlere gelsinler, 270 manat verirem.1 ay dolansinlar gorek....

Kimdən: Rəna Haradan: Bakıdan
06.09.2010 15:38
Nazim Məmmədov, axırıncı çağırış Milli Məclisin vaxtı sona yetir. Artıq yeni seçkilərin günü belə eylan edilib. Amma mən sizin deputat olduğunuz barədə indi xəbər tutdum. Çox heyif ki, belə xoşagəlməz bir rolda yadımda qaldınız.
Məncə dünyanın bütün var-dövləti insanın özünün özünü gözdən salmasına dəyməz.
Siz bu rolda çıxış etməyə razılıq verəndə heç düşündünüzmü ki, deputatlıq müddətiniz bir azdan bitəcək, onda insanların üzünə necə baxacaqsınız?

Kimdən: bizden Haradan: buradan
06.09.2010 14:03
Biz her qovme(millete), Onlarin icinden Onlara layiq olan birini Bashci teyin ederik(QURANI-KERIM).

Kimdən: Müəllim Haradan: Azərbaycan
06.09.2010 13:11
İlham Əliyev bu xalqı əməlli-başlı dolayıb. Onun elan etdirdiyi həyat minimumu 75 manat reallığı əks etdirmirdi və bu 87manat da onun kimi. İlhamın gücü bu Nazim kimi xalqın başını qatmağa çalışan "manqurtlardadəır". Bir qarın çörəyə görə bu Nazim kimilər milyonların gözünün içinə yalan danışaraq bu acgöz əliyevlər nəslinin qanunsuz əməllərinə haqq qazandırırlar. Bunlar hakimiyyətdən uzaqlaşdırılaraq getmelidirler.
Cavab

Kimdən: Sabir Haradan: Şamaxıdan
06.09.2010 15:42
Dolayıb da sözdür? Bu xalqı İ.A. təkbaşına DOLAMAYIB. Bu işdə ona bütün ailəsinin üzvləri hər bəchlə kömək edirlər. AİLƏ BİZNESİ başqa şeydir! Vay Azərbaycan xalqının halına.

Kimdən: Mina xanimdan Haradan: Vetenim, dogma Bakimdan!
04.09.2010 22:48
Aydepytat men 30 il ishlemishem Incesenetde o zamanlar aldigim mavagib mene bes edirdi. Indi bir neche il 75 m. tegayd aliram. inshallah yeni artimla olachag 85 m.sizden maslehet isteyirem, belke bir rasional yol kesteresiz 30 kune ony neche bolym.?
Cavab

Kimdən: Ruslan Haradan: Bakı
06.09.2010 16:26
Hörmətli xanım,

Nazim müəllim rasional təklif verə bilməz, bilməyəcək də.

Kimdən: Toto Haradan: Sheki
04.09.2010 19:10
2 otaqli menzilin kommunal xerci 25 manati he4 ke4mir deyen memurun heqiqeten de he4 neden xeberi yoxdur...Toxun acdan ne xeberi..Ele i6iq pulu ile qaz pulu 50 manati ke4ir..Qi6da hele daha da artir xercler..Hele ba6qalarini demirem..Allah insaf versin memurlarimiza...Amin!!!
Cavab

Kimdən: Akif Haradan: Bakı
04.09.2010 20:30
Allaha umudlu olsaq acından qırılarıq. Görürsənmi hakimiyyət getdikcə azğınlaşır və zəli kimi xalqın qanını sovurur. Deməli onlar Allahsız adamlardır. Ona görə Qırğızıstandakı kimi xalq özü bu hakimiyyətdən qurtulmalıdır. Parlament seçkisi öncəsi hər birimiz ətrafımızdakı vətəndaşlarımıza korrupsioner hakimiyyətə nifrət hissi aşılayıb, müxalifət nümayəndələrinə səs verməliyik!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Kimdən: Akif Haradan: Bakı
04.09.2010 06:34
Azərbaycanı dünyada bütün məsələlır üzrə mənfi tərəfdən tanıtmış və xalqı dilənçi kökünə salmış YAP-ın "nümunəvi" üzvlərindən olan deputat Nazim Məmmədov hakimiyyətin səriştəsiz fəaliyyətinəbərait qazandırmaq üçün bəyan edir ki, ilin sonuna inflyasiya 8 faiz olsa belə, 10 manatlıq artım buna kifayət edəcək. Bəs nə üçün o keçən ilki inflyasinın səviyyəsini nəzərə almır. Nazim Məmmədov bu fikirləri ilə xalqı sadəlöv hesab etməsin və öz YAP-çı həmkarları ilə istefaya getsə, bu addım cüzi də olsa, xalqın qarşısında onların günahlarını yumuş olar. Azərbaycan xalqı OYAN!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Kimdən: Yusif oğlu Haradan: Bakı
03.09.2010 12:22
Təqaütçülər bu artımdan sonra bu qədər pulu necə xərcləyib qurtaracaqlar? Hökümətimiz soyulub talandı,əşi bu qədər də xalqı düşünmək olar? Amma bayrağımız necə gözəl yellənir, analoqu yoxdur.

Kimdən: Azad Haradan: Baki
03.09.2010 10:57
Antimilli siyasetin terennumu... Milleti ele salmaq...ona yuxaridan ashagi baxmaq...gah deyirler super inkishaf etmish olkeyik...sonra deyirler 100 manata yasha... Gôzel bilirler her sheyi...Ancaq kasib insan sevinende, fehle baba yaxshi dolansa bunlarin qani qaralir istedikleri bu deyil tam tersine millet acliq çeksin...sonda taqeti qalmasin heç etirazda ede bilmesin...ne qeder aile ushagin oxutdura bilmir...maariflendire bilmir

Kimdən: Azad Haradan: Baki
03.09.2010 10:52
Nazim muellim parlamentde teklif edin insanlarin ferdi teserrufatlarindan elde etdikleri gelirden 75% vergi ödensinler...ve herden evlerindece köteklensinler...belke ureyiniz soyuya
Səhifə (3)
    Növbəti