Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:08

Bloqlar / İlhamın neft bloqu

Neft gəlirlərinin gətirdiyi bəla

Şriftin ölçüsünü dəyiş - +
Cari ilin gəlişi Azərbaycan üçün bir sıra problemlərlə yadda qaldı: qışda havalar ötən illərlə müqayisədə nisbətən soyuq keçdi, nəinki regionlar, hətta paytaxt Bakı və Abşeron yarlmadası da enerji böhranı ilə üzləşdilər, cənub və qərb bölgədəkilər isə bir-neçə dəfə güçlü küləyin həmləsindən sonra günlərlə elektrik enerjisi üzünə həsrət qalmalı oldular. Yazda daşqınlar Aran bölgəsinə sarsıdıcı ziyan vurdu, yayda isə anomal istilər yaşandı.

«ŞTATDANKƏNAR HADİSƏLƏR»


Ancaq bütün bu kimi «ştatdankənar hadisələr» Azərbaycan hökumətinin həmişəki əhval-ruhiyyəsinə təsir etmək güçündə olmadı. Ona görə ki, çöldə fəlakət olsa da, işəridə hökumətin kefi kökdür. Çünki dünyada maliyyə böhranı hələ də tüğyan etsə də, birjalarda neftin qiyməti əməlli-başlı yüksək həddədir və bunun nəticəsi kimi Azərbaycan hökumətini yenə də insan yaşayışının keyfiyyət baxımından yaxşılaşdırılması deyil, neftdən gələn gəlirlərin tələm-tələsik xərclənməsi düşündürür. Əks halda Neft Fondundan bu il təkcə budcəyə $7,3 milyard vəsaitin ayrılmasını necə izah etmək olar?

Bu pulların əsas mənimsəmə istiqaməri isə dövlət xətti ilə həyata keşirilən investisiya layihələridir. Yəni tikməkdir. Ancaq tikmək üçün gərək iqtisadi cəhətdən əsaslandırılmış layihə ortaya qoyasan. Bunun üçün isə azad düşüncəyə malik insanlarla işbirliyi gərəkdir. Hansı hökumət buna gedib, özündən sonra gələcək nəsillərə nəsə saxlaya bilib. Əks halda yediyini yeyib, yemədiyini də ona-buna bəxş edib. Tarix bunu artıq sübut edib.

Demək, dediyimiz iqtisadi cəhətdən əsaslandırılmış və cəmiyyət üçün son dərəcə zəruri olan layihəni təqdim edə biləcək qurumlar olmayanda gündəmə həqiqətən analoqu olmayan layihələr (Bakı buxtası üzərindən pullu körpü, Bakıdan Qazağa qiyməti 3,5 milyarda sürətli dəmiryolu, günaşırı dəyişdirilməsi tələb olunan bahalı bayraq, dövlət hesabına 15,5 min km məsafəyə uçacaq «Boeing – 787» təyyarələri sifariş etmək, 9 mərtəbəli «Amay» tipli ticarətsiz qalan obyektlər, şəhər tikililərini qaşımaq və sair) gəlir.

Dövlət Neft Fondunun son 5 ildə gəlirləri (min manatla):
2006985 938,7
2007 1 886 164,8
2008 11 864 700,0
2009 8 176 700,0
2010-nun I yarısında6 089 300,0 (illik 12 milyard manatdan çox olması güman edilir)

Azərbaycan isə yeni dövrə qədəm qoyur. Neft gəlirləri milyardlarladır (2008-ci ildə $14,4 milyard, 2009-cu ildə $10 milyarddan artıq, cari il üçün real olaraq $15 milyarddan artıq), yəni xərcləmək, özü də böyük həcmlərdə xərcləmək günün tələbinə çevrilir. Fikir verirsinizmi Azərbaycan hökümətinin iclaslarına: çıxış edənlərin hamısı xərclənən vəsaitlərdən danışır, elə hər il imzalanan yeni-yeni Dövlət Proqramlarında da 4-5 illik dövr üçün milyardlarla vəsaitin ayrılması əsas məsələ kimi ictimaiyyətə təqdim edilir.

NƏTİCƏ:

Bu gün sadə Azərbaycan vətəndaşının başlıca problemləri isə aşağıdakılardaır:

Yeni tikilən binaların illərlə qazsız qalması heç bir məmuru narahat etmir
- minimal tələbatını ödəmək üçün az qala «daşdan çıxan» çörək pulu qazanmaq (faktiki olaraq əhali təqaüd və müavinətlə yaşamaq iqtidarında deyil, özəl sektorun ticarət və xidmət sahəsində iş saatı bəzən 12 saatı da keçir, haqqı ödənilən 1 aylıq məziniyyət orta Azərbaycanlı üçün fövgəladə səadətdir, $15 milyardlıq budcəsi olan dövlətdə orta əməkhaqqı 300 manatdan bir qədər çox olsa da, hələ neçə faiz işləyənin bu məbləğdə rəsmi pul qazanması sirr olaraq qalmaqdadır);

- ölkədə tibbi xidmətlərin bahalığı ucbatından əksər əhalinin ondan istifadə etmək imkanı yoxdur, Azərbaycanda dərmanın qiyməti qonşu ölkələrlə müqayisədə bəzən dəfələrlə bahadır;

- dövlərin təhsil xərclərini 1,5 milyarda qədər qaldırmasına baxmayaraq, yenə də təhsildə rüşvət ən ağrılı problem kimi gündəmdədir, yuxarı sinif şagirdlərinin əksəriyyəti orta bilik əldə etmək üçün pullu repetitor xidmətlərindən istifadə etmək məcburiyyətindədirlər, Bakıda illik haqqı 8-10 min manata çatan özəl orta məktəblər fəaliyyətə başlayıblar, ölkədə müəllimlərin əməkhaqqı kasıb Gürcüstandan aşağıdır;

- qışda mənzillərin qızdırılması, yayda isə su problemi 2010-cu il Azərbaycan paytaxtının reallığıdır;

- korrupsiya artıq adiləşib, ona görə ki, dövlət onunla mübarizəni reallıqda dayandırıb (vəziyyət o dərəcəyə çatlb ki, Azərbaycan vətəndaşı Gürcüstana gedərkən yol polisinin nəvazişini və xidməti vəzifəsinə daxil olan hansısa təmənnasız köməyi görəndə az qalır «havalansın»);

- Bakı şəhərində yeni tikilən binaların illərlə qazsız qalması heç bir məmuru narahat etmir, ona görə ki, «qaz vurub qazan doldurmaq» məsəli məhz Odlar Diyarında aktualdır (dünyanın yəqin ki, heç bir qaz ölkəsində öz vətəndaşlarının qaz təminatı məsələsində Azərbaycandakı kimi problemlər yaşanılmır);

- Azərbaycanda qanunla ev tikmək nə qədər qəlizdirsə, qanunla ev yıxmaq (o cümlədən sökmək) bir o qədər sadədir (bunun üçün sadəcə sosial problemləri əks etdirən gündəlik TV süjetlərə baxmaq kifayətdir) və sair.

P.S. Əgər 100 il əvvəl «Molla Nəsrəddin»in yazdıqları bu gün də aktualdırsa, onda Azərbaycanın inkişafı nədədir?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Anonim
19.09.2010 18:19
neden menim yazdiqim sherhi vermemisiniz?

Kimdən: azad olmag isteyen bende
19.09.2010 01:39
goresen bu deyilenlere kimse ne vaxtsa bir encam cekecek ki bu problemlerden kasib tebegenin cani rahat olsun?bu rusvet ne bilim iyrenc memurlardan canlari gurtarsin?ay Allah goresen o gunleri biz gorecik?

Kimdən: asim Haradan: quba
10.09.2010 17:22
QUBA RAYONUNUN BEZI KENDLERINDE DOVLETIN TAXIL BICINI UCUN AYIRDIGI YANACAQ PULU KENTCILERE 2010-cu ilde VERILMEMIWDIR...

Kimdən: Mirgedir Haradan: Elet
03.09.2010 12:34
Men istenilen yerde subut etmeye haziram ki, Azerbaycanda yol chekmeyi bacarmirlar. Kimin buna shubhesi varsa, gelib Elet-Hacigabul yoluna baxa bilerler. Ay millet, cemi 6 ildir ki, bu yol istifadeye verilib, artig 70%-i dagilib, yerde galani ise en azi 3-4 defe temir edilib. Onu normal tikseydiler, hech olmasa indilerde kasib-kusubun yashadigi yashayish mentegelerine de bir el gezdirmek imkani olardi.

Kimdən: Bəhruz S.
02.09.2010 13:50
Təbii ki, hər şeyin hər zaman tam dürüst olması mümkünsüzdür. Ümumiyyətlə isə cəmiyyətin inkişafına bir təkan rolunu oynaması üçün tənqid təkliflə müşaiyət olunmalıdır, özünütənqid amili də yaddan çıxmamalıdır. Əks tərzdə əsl reallıq itir, ortaya girən qərəz xüdpəsəndliyə rəvac verir, populist çıxışlar üçün zəmin yaradır. Problemlərin hamısı ayrı-ayrı fərdlərin əsl vətəndaş mövqeyində durmaq istəməməsi ilə bağlıdır. Bu gün cəmiyyətin sivil qaydalar və normalar əsasında tərbiyələnməsinə ciddi zərurət yaranıb. Və hər kəc bunu özündən başlamalıdır, necə deyərlər, "içi mən qarışıq". Bir də ki, uzaqdan döyüş adama asan gəlir, məsləhət verməyə nə var ki?! Bu, ən asan işdir...
Cavab

Kimdən: Eloglu Haradan: Baki
03.09.2010 12:29
Behruz bey, "uzagdan doyush adama asan gelir" fikirlerinizin sade camaata, kasib-kusuba tushlandigini zenn etdim. Ancag Sizden bir ricam var: sade vetendash neylemelidir ki, yol polisi, PPX ve diger hukuk-muhafize organlari tutag ki, gece yarisi Baki kuchelerinde getmeye mecbur olmusan. O saat hamisi tolkulur ki, burada neyleyirsen, ichmisenmi, gizlasanmi, ayaginda "shepsheplemi" mashin surursen ve sair. Bu bilirsinizmi neye gore edilir? Papanin-mamanin gul balalari ve ya Bakinin lotulari gece vaxti saatda 200-le avtoshlug etsinler, Yasamaldaki HEZZ kimi gece klublarindan chixib eyyasdhhliglarini numayish etdirsinler ve sair. Nece deyerler sade vetendashin gece ovu ona gore lazimdir ki, 5-10 neferin kefi kok olsun. Indi ozun de - sade vetendashdan daha ne istenmelidir ki, Sizin kimi milli geyret chekenler rahat yashayasiniz? Herden "Ich xebere" baxin, xoshunuza gelmirse, verin Vahidi ve Co.-nu mehkemeye, chixarilan gerara gore de deyek "kimdir hagli"!

Kimdən: Azerbaycanli Haradan: Baki
02.09.2010 07:53
Bu xalq bundan da pisine layiqdir. Cunki avamdir, savadsizdir, hec kim oxumaq istemir. sorgu aparin, konstitusiya kitabini nece faiz adam hec olmasa vereqleyib... Hele diger dovlet qanunlarini demirem. Yaxinlarda bir norvecli ile sohbet etdim.. Utanin, ay nazirler, utanin.. bundan medeni soz tapmadim inkisaf deyende. norvecliler de desin inkisaf edirik, biz de..... Ilham muellim Size tesekkur edirem, dusunmeyin ki sizi oxuyan yoxdur. Coxdur, ele onlar da oxuyur. Sadece vicdani itiribler....

Kimdən: Rasmus Haradan: buralardan
01.09.2010 19:53
O cedveldeki kimi "guzaranimiz" da il be il "YAXSHILASHIB", ele olmasaydi ZIYA m. oqlu 1 mln-ya ayi yiye bilerdimi?

Kimdən: Mübariz Haradan: Almaniya
01.09.2010 17:35
Azerbaycandaki Iqtidar illerdir azrbaycan xalqinin necede xoshbext bir xalq oldugunu özderne mexsus TV-lerden propaqanda edib durdular. Devamli xalqimiza chalgi mahni oyunlar göstererek gerchekleri yansitmiyan xalqimizin chetin ve agir yasham terzinin üstünü örtmeye chalishdilar. Eslinde men milletmizin bunlari bir gün tamamile anlayacagindan hech shübhe emedim. Bu iqtidarin ishi güneshin qabagini bir ovuc palchiqnan sivamaq ishi oldugunu artiq hami basha düshür. Azerbaycanda gelir paylashiminda chox böyük edaletsizdikler var!!! Buna hech kim shübhe etmir her shey achiq aydin göz qabagindadir. Amma bu gerchekde hechde bele olmali deyildi keshke biz bir bütün millet olaraq bunu derk edib anlaya bilseydik. AZERBAYCANIN YER ALTI VE YER ÜSTÜ SERVETLERI SÖZSÜZ SHERTSIZ AZERBAYCAN XALQINA MEXSUSDUR!!! BUNU DERK EDIN ARTIQ!
Cavab

Kimdən: sedaqet Haradan: Baki
02.09.2010 09:12
Mubariq qardash gerçekleri siz yaxshi gore bilmirsiniz. Buna bir elac qilin. Azerbaycan gerçekleri göz qabagindadir. Azerbaycandakı yenilikləri, uğurlari, irəliləyisi, camaatın rifah halını görməmək üçün sadəcə kor olmaq lazimdir. Azərbaycanın sərvətləri azərbaycan xalqına məxsusdur. onu çox düzgün deyirsiniz, amma azerbaycan xalqı bu sərvətdən doğru-düzgün bəhrələnir. Çox təəssüflər olsun ki, bunu da siz görə bilmirsiniz.
Cavab

Kimdən: Xamid Haradan: Baki
03.09.2010 12:36
Menim gohumlarim Bakinin 1 addimliginda yashayirlaer - Navahi gesebesinde (Ipek Yolunun ustunde). Butun yayi saat 11-den saat 15-dek onlarda elektrik enerjisini ayiriblar.
Cavab

Kimdən: gunel Haradan: baki
02.09.2010 19:27
sen hansi irelileyisden danisirsan. rayonlardan xeberin var? azerbaycanin ele yerleri var ki, qazin, isigin ne oldugunu bilmirler, işsizlikden cavan oglanlarin hamisi bakinin qul bazarina axisir. Rusvetden ise danismaga deymez. azerbaycan neftinden ise sade xalqa hec ne catmir, hamisi basda duranlarin cibine gedir. ona gore de yaltaqlanmagin hec bir yeri yoxdur.