Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:37

Verilişlər / İşdən sonra

«1 iqtidar bloku, 1 müxalifət»

«Qarabağ» seçki blokunun təsisçilərindən biri, ADP-nin sədri Sərdar Cəlaloğlu
x
«Qarabağ» seçki blokunun təsisçilərindən biri, ADP-nin sədri Sərdar Cəlaloğlu
Şriftin ölçüsünü dəyiş - +
«Əgər biz vaxtında düzgün qərar qəbul etsəydik, Azərbaycanda bir iqtidar bloku, bir müxalifət bloku olardı».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Qarabağ» seçki blokunun təsisçilərindən biri, ADP-nin sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, müxalifətdə pərakəndəlik olmasaydı, bu bloklar da yaranmazdı.

SEÇİCİLƏR BATAQLIĞA SALINIR

«Blokların çoxsaylı olması müxalifətin pərakəndəliyinin tam aradan qaldırılmamasının əlamətidir. Əgər biz vaxtında düzgün qərar qəbul etsəydik Azərbaycanda bir iqtidar bloku, bir müxalifət bloku olardı. Bu da demokratiya üçün çox önəmlidir. Demokratiyanın əsas problemlərindən biri seçiciləri seçki bataqlığı deyilən bir anlayış var. Seçicilərin həmin bataqlığa salınmasıdır».

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə deyib ki, bu prosesin bu cür çoxbloklu sistemə çevrilməsi həm də hakimiyyətin maraqları ilə bağlıdır.

Onun fikrincə, bu gün Azərbaycanda biri blok adı ilə, biri başqa adla hakimiyyətə yarınaraq ondan nəsə qoparmağa çalışırlar:
Nurəddin Məmmədli


BLOK ADIYLA HAKİMİYYƏTƏ YARINMA...


«Ən düzgün olan iki seçki blokunun olmasıdır. Bu gün cəmiyyətdə siyasi inteqrasiya prosesi demək olar ki, yekunlaşıb. Bu gün Azərbaycan cəmiyyətinin əksəriyyəti kimin hansı əqidəyə xidmət etdiyini daha yaxşı bilir. Və bu gün demək olar ki, ölkədə miyanə olan komanda qalmayıb. İnsanlar ya hakimiyyətin yanındadır, ya da xalqın. Bu mənada real baxanda bu gün iki blokun olması vacibdir. Sadəcə olaraq süni surətdə bu prosesin bu cür çoxbloklu sistemə çevrilməsi bir tərəfdən hakimiyyətin maraqları ilə bağlıdır, digər tərəfdən isə Azərbaycanın problemi neçə blokla seçkiyə qatılmaq deyil. Azərbaycanın problemi seçkilərin demokratik keçirilməməsi ilə bağlıdır. Əgər seçkilər demokratik keçirilərsə, neçə blok olursa-olsun xalqın iradəsi ilə normal parlament və digər strukturlar formalaşa bilər. Problem ondadır ki, bu gün Azərbaycanda biri blok adı ilə, biri başqa adlarla hakimiyyətə yarınmaq ondan nəsə qoparmağa çalışırlar».

Sərdar Cəlaloğlu bildirib ki, son vaxtlar müxalifət düşərgəsində piardan istifadə geniş yayılıb ki elə bu da bir tərəfdən iqtidarın maraqlarına xidmət edir.

MÜXALİFƏTİN ÖZÜNÜN ÖZÜNƏ ETDİYİ...

Rüstəm Seyidov
«Bu gün Azərbaycanda müxalifətdə olan elə bir partiya yoxdur ki, onun haqqında ən ağır ittihamlar - vətənə xəyanətdən, iqtidara satılmağa qədər ittihamlar irəli sürülməsin. Siyasətdə bu cür piar təbii bir şeydir. Yəni bütün dünyada belə qəbul olunub ki, siyasətdə piardan sui-istifadə edilsin. Amma ən dəhşətlisi və demokratiyaya dəyən ən böyük zərbə odur ki, müxalifət özü-öz içində piarla məşğul olur. Müxalifət özü-özünə iqtidarın demədiyi ittihamları irəli sürür».

BLOKLAŞMA İQTİDARIN XEYRİNƏDİR

Siyasi şərhçi Rüstəm Seyidov da son vaxtlar müxalifət düşərgəsində baş verənləri iqtidar üçün gözəl nəticə ola biləcəyini deyib. Siyasi şərhçi həm də onu bildirib ki, müxalifətin bu gün birləşmək ideyası alınmayacaq.

«İqtidar üçün bu çox gözəl müsbət nəticədir. Çünki heç bir real siyasi mübarizə olmayacaq. İqtidara qarşı real, inteqrasiya olunmuş bir müxalifət bloku çıxış etməyəcək. On il bundan qabaq müxalifət indikindən qat-qat güclü idi. Heç o vaxt onlar birləşə bilmədilər. İndiki zamanda isə müxalifət praktiki olaraq yoxdur. Birləşmək üçün müxalifətdə nə güc, nə iradə , nə də imkan görmürəm».

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Məmmədov Vədud Əhməd oğlu Haradan: AMI Cəlilabad filialı
03.09.2010 09:03
Hakim partiyanın nümayəndəsinə səs verəcəyik.

Kimdən: abas Haradan: baki
03.09.2010 00:17
eli eliyev in blokuna ses vereceyik!!!!!!!!!!!!!

Kimdən: Turk Milletcisinden Haradan: Bakidan
02.09.2010 04:09
Nureddin bey, Siz partiya qalmadi ki, deyismeyesiniz. Adam size baxib siysete nifret edir. Bu transferlerinize ne vaxt son qoyacaqsiniz? Siz hansi eqideden danisirsiniz ? Resul Quliyevi niye satdiniz? eqideniz mohkem idise, qalardiniz da onun yaninda! En azindan 7 il pulunu yediniz. Ayibdir, ayib!
Cavab

Kimdən: vetendas Haradan: Baki
03.09.2010 01:26
Mən seckidə iştrak etməyəçəm.Səbəbi odur ki,hec bir namizədə (istər muxalifət olsun-istərsə hakimiyət numayəndəsi ) ehtibarim yoxdur.Hansi namizədə diqqət edirsənsə xalqa xidmət edəçəyinə zəmanət yoxdur.Hammisinin hərəkətindən xalqi soyub talamaq,büdçədən isə ogurluq etmək qoxusu gəlir.Deputat olmaq istəyənlər bu yolla varlanmaq arzusundadilar.Belə bir çinayətin törədilməsində iştrakci olmaq istəmirəm.

Kimdən: İlqar Divarabadi Haradan: Divarabad şəhrindən
01.09.2010 19:02
Ən qəribəsi budur ki, indiyədək müxaliflər arasında öz çəkisini (real çəkidən danışıram, "pripiska"dan yox) təyin etmək yolunda ciddi addım atan bircə dənə də partiya görmədik. Hamısı özünü böyük, əzəmətlı, dahi sayır. Elə bir günahları da yoxdur. Axı ətrafındakılardan yalnız bu epitetləri eşidir, eşidir, axırda inanırlar. Elə bu səbəbdən də bütün bloklaşmalar uğursuz olur, elə bu səbəbdən də "cırtdan" partiyalar uzunömürlülükdə rəhmətlik Şirəli Müslümovu da, Mahmud Eyvazovu da keçirlər.
Bir məsələdən də yaman cırnayıram. Ay kişilər, Məclis seçkiləri arasında beş il fasilə var. Bu "blok-blok" oyununu indiyə kimi bitirmək olmazdı məgər? Bəlkə bütün bu müddəti hökümətdən təklif gözləyirdiniz? İndi, əllər hər şeydən üzüləndən sonra, başlamısız "xala-xala" oynamağa...
Bu sayta da çox bel bağlamayın. Tezlik alan kimi, noxta çəkiləcək. Hələliksə keyf edin, elə düşünün siyasətlə məşğulsunuz.

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
01.09.2010 18:56
Professor Nüreddin Memmedli fikrinde bildirir ki,müxalifet mesuliyetdir.Aparıcı: "Mesuliyet deyende neyi nezerde tutursuz"men işimi itirmişem.Professor eger işinizi itirmisizse, kimleri ise günahlandırmayın.Bu yolu özünüz seçmisiz.Size böyük hormetim olduguna göre deyirem.Eger günlerin bir günü eşitseniz sedriniz Eli Kerimli Rusiya Herbi keşfiyyat idaresinin çibindedir,teeccüblenmeyin.

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
01.09.2010 18:38
Çox bloklu deyende,blokların terkibine baxaq.İktidarın teyin etdiyi müxalifet olmalarına reğmen,onları da bir neçe yere bölüb.Ayır-buyur siyaseti.Serdar Celaloğlunun çıxışı dekoratif çıxışdan uzağa getmedi.Eger özü demokratiyanın dadını dadmayıbsa,xalqı bura qatmasın.Desem ki,S.Novruzov kimi danışdı yanılmaram.

Kimdən: Siavuş Haradan: Bakı
01.09.2010 18:25
Bütün bunlar ölkədə bərqərar olmuş demokratiyadan xəbər verir.Hər bir siyasi partiyanın seçkilərdə iştirakı onun varlığı deməkdir. Özünü müxalifətdə sayan partiyaların seçki blokları yaratması siyasi həyatda daim müşahidə olunan haldır. Bu normal müxalifətli ölkələrdə belə olub,belə olacaqdır. Ancaq hörmətli Nurəddin Məmmədlinin niyə məhz funksioneri olduğu partiyanın və onun yeni müttəfiqinin ölkədə əsl müxalifət bloku yaratdığını iddia etməsi heç bir çərçivəyə sığmır.Onun sözləri və məntiqinə görə,onlarla blokda olmayan başqa partiyalar və onların yaratdığı bloklar hakimiyyətə yarınanlardır. Bu isə bolşevizmə məxsus “Kto ne s nami ,tot naş vraq” şüarı deməkdir, elə deyilmi , cənab “demokratlar”? Siyasi prinsipsizlik, ölkəmizdə özlərini müxalifət, ana müxalifət və cair epitetlərlə bəzəməyə çalışan partiyalara həmişə xas olan xüsusyyətə çevrilmişdir. Məhz belə siyasi prinsipsizlik “1iqtidar bloku, 1müxalifət” formatının qarşısını alan əsas amildir. İstər Sərdar Cəlaloğlu, istər Nurəddin Məmmədli və onun şefləri, istərsə də onların başqa həmkarları bu çapın yaranmamasında özlərindən başqa kimi desəniz günahlandırmağa amadədirlər. Onlar hələ də öz fəaliyyətlərini ancaq şəxsi mənafelərinə tabe etdiklərini xalqın anlamadığını güman edərək bərk yanılırlar. Xalqımız isə onların bu niyyətini dərk etmiş və haqlı olaraq da onlara etibar etmədiyini ortaya qoymuşdur. Təəssüf ki, özlərini müxalifət liderləri adlandıran və sayanlar öz simaları ilə xalqın gözünü döyənək etdiklərinin fərqində deyillər. Şer həvəskarı olan dostum onlar barədə gözəl demişdir:- Dəniz, sahil, ləpə, dəniz qocaldı ki sahili öpə-öpə!

Kimdən: Lətif Haradan: Mingəçevir
01.09.2010 18:03
Hakim partiyanın nümayəndəsinə səs verəcəyik

Kimdən: İlqar Divarabadi Haradan: Divarabad şəhrindən
01.09.2010 17:32
Bilmirsiniz ki, bizim "Müxaliflər" bir-birinə uduzmaqdan qorxurlar, iqtidara yox. İqtidara uduzmaq üçün müxaliflik edirlər də...
O ki qaldı iqtidar nümayəndələrinə səs vermək istəyənlərə, guya camaat onlara səs verməyəndə nə dəyişir ki, sizin səs verməyiniz də nəyisə dəyişsin?
İqtidara səs vermək istəyənlər zəhmət çəkib məntəqələrə getvəsələr də olar. Səsin heç dəxli yoxdur, əsas məsələ necə saymaqdır.

Kimdən: Agayev Ilkin Mirilham ogl Haradan: Bilesuvar
01.09.2010 16:44
Hakim partiyanin numayendesine ses vereceyik
Səhifə (2)
    Növbəti