Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:44

Verilişlər / Oxu zalı

Səməd Vurğunu Yazıçılar İttifaqının katibi vəzifəsindən niyə çıxardılar?

x

Multimedia

Şriftin ölçüsünü dəyiş - +

"Kommunist" qəzeti,
14 iyun 1937-ci il:


AZƏRBAYCAN SOVET YAZIÇILARININ YIĞINCAĞI

Azərbaycan sovet yazıçılarının üç gündən bəri davam edən yığıncağı iyunun 12-də axşam qapanmışdır.

Yığıncaqda çıxışda bulunan yoldaşlar Azərbaycan Sovet Yazıçıları İttifaqının işindəki nöqsanları kəskin bolşevik özünü tənqid atəşinə tutmuşlar.

İttifaqın rəhbərləri S. Şamilovun, Səməd Vurğunun və sabiq rəhbəri M. K. Ələkbərlinin çıxışı qənaətbəxş olmamışdır.

Xüsusilə Şamilov öz səhvlərini bolşevik mərdanəliyi ilə açıb göstərə bilməmiş və bilavasitə onun rəhbərliyi dövründə buraxılan səhvləri obyektiv səbəblərlə izah etməyə çalışmışdır.

Şamilov ittifaqda bolşevik sayıqlığının kütləşməsi, idarə heyətinin kütlədən aralanması, özünütənqidin və tənqidin boğulması, ailəçilik, yerliçilik, yaltaqlıq, düşmən elementlərlə mübarizə üçün partiyalı və partiyasız yazıçıların səfərbərliyə alınmaması və bir çox bu kimi biabırçılıqların kökünü açıb göstərməmiş və özünün bunlara qarşı mübarizədə zəifliyini ifşa etməmişdir.

ASYİ katibi Səməd Vurğun “Kommunist”də dərc olunan “Averbaxçılığın kökünü kəsməli” adlı məqalənin əhəmiyyətini anlamamış, partiya qrupuna verdiyi bəyanatında bu məqaləni partiya orqanı tərəfindən ittifaq əleyhinə çevrilmiş bir böhtan kimi qiymətləndirmiş və ancaq kəskin tənqiddən sonra öz səhvini etiraf etməyə məcbur olmuşdur.

Azərbaycan xalqının qəddar düşməni Ruhulla Axundov və Mikayıl Hüseynovun yardımı və ittifaq rəhbərliyinin (Nəzərli, Ələkbərli, Şamilov, Səməd Vurğun) sinfi sayıqlığını itirməsi, siyasi korluğu, çürük liberalizmi sayəsində hər boyalı xalq düşməni, yapon- alman-faşist agentləri, trotskist, nasional-uqlonist, müsavatçı, panturkist ünsürlər (Əli Nazim, Əhməd Cavad, Hüseyn Cavid, Yusif Vəzir, Sanılı, Seyid Hüseyn, Musaxanlı, Müşfiq, Mümtaz, Qantəmir, Sultan Məcid Qənizadə, Talıblı, Qurban Musayev, Tağı Şahbazi, Mikayıl Rəfili, Əli Razi və Zinət Zakirov) Azərbaycan sovet yazıçıları ittifaqına soxulmuşlar.

İttifaq rəhbərliyinin sinfi sayıqsızlığı nəticəsində bu xalq düşmənlərinin bir neçəsi (Cavid, Müşfiq, Seyid Hüseyn, Qantəmir) hətta Oktyabr revolusiyasının XX illiyində əsər yazmaq üçün ittifaqdan min manatlarla pul almışlar.

Şamilov redaktə etdiyi bolşevik prinsipiallığından tamamilə uzaq olan “Ədəbiyyat qəzeti”ndə ikiüzlü, xain və masqalanmağı çox yaxşı bacaran Müşfiqin zərərli şerlərini və son iki ay müddətində iki dəfə şəklini dərc etmişdir.

Səməd Vurğunla Süleyman Rüstəm arasında olan prinsipsiz qruppa mübarizəsi yığıncaqda xüsusilə tənqid və ifşa edilmişdir.

Bundan başqa Səməd Vurğunun loğallığı, ictimai cəhətdən yabançı ünsürləri himayə etməsi qeyd edilmiş, düşmən əlinə silah verən bu zərərli qüsurlardan tez bir zamanda təmizlənmək, onlara qəti sürətdə tapşırılmışdır.

Yığıncaq artıq tamamilə ifşa olunmuş xalq düşmənləri Hüseyn Cavidi, Sanılını və Müşfiqi Azərbaycan sovet yazıçıları ittifaqı sırasından bir səslə kənar etmiş və eyni zamanda xalq düşmənləri Yusif Vəzir, Musaxanlı, Səlman Mümtaz, Qurban Musayev, Seyid Hüseyn, Qantəmir, Zinət Zakirov və Soltan Məcid Qənizadənin ittifaqda qalmasını dözülməz hesab edərək, bunların çıxarılması haqqında idarə heyətinin qərarını təsdiq etmişdir.

Yığıncağın qərarı ilə ittifaqın sabiq sədri S. Şamilov və katibi Səməd Vurğun onlara tapşırılan vəzifələri aparmağı bacarmadıqlarına görə vəzifələrindən azad edilmişlər.

7 nəfərdən ibarət yeni heyət seçilmişdir ki, buraya Əli Məmmədov (sədr), Ağa Hüseyn Rəsulzadə (katib), Süleyman Rüstəm, Səməd Vurğun, Ordubadi, Mıqırtıçyan və Qamski yoldaşlar daxildirlər.

Yeni heyət qarşısında siyasi tərbiyə işlərini qüvvətləndirmək, siyasi sayıqlığı artırmaq, ittifaq sıralarını yenə də gözdən keçirərək masqalanmış hər cür sinfi düşmənləri, yad ünsürləri və ədəbi bədii yaradıcılıqla heç bir əlaqəsi olmayan yalançı yazıçıları ittifaq sıralarından çıxarmaq, kütlə ilə sıkı əlaqə saxlamaq kimi mühüm və məsul vəzifələr durur.

Həmçinin oxu
“Müsavatçıların əl tulası olan Müşfiq...”
Əli Nazimi Yazıçılar İttifaqından necə qovublar?
Hüseyn Cavidi - Cəfər Cabbarlı da "vururdu"...
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Azər Əcəm Haradan: Bakı
21.09.2010 14:27
Yaxşı olardı ki, bu yazını YAP-çılar oxusunlar və ibrət dərsi götürsünlər. O YAP-çılar ki, ölkənin real problemləri haqqında ağızlarına su alan, müxalifətçilərın əleyhinə böhtan kompaniyası başlayanda isə böhtan danışmaq üçün növbəyə dururlar.

Kimdən: Ataqam Haradan: Bakı
03.09.2010 17:25
Yazıq Müşfiq!..
...
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi?!
Söylə ürəyincəmi?!

Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq ruhun ehtiyacından,
Qardaşından, bacından
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin,
Yenə də bir vuraydı qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli!

Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindən,
Yapışaydım belindən,
Xəyalımız üzəydi sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.

Kimdən: Mehemmed
01.09.2010 16:32
Bizi dogrudan cox zavalli bir xalqa cevire bildiller.Bu danosbazliga,serbazligla dolu yaxin-uzaq tariximize baxanda bele bir qenaete gelirsen ki BIZIM DUNENIMIZ BU GUN,BU GUNUMUZ DUNEN OLUBDUR HEMISE.ELE BIL TARIXI CIRKINLIKLERIMIZIN TEKRARINDAN IBARETIK VESSALAM.GEREK KI M.QANDI DEYIB "OZ TARIXINI YARATMAYAN MILLET ONU TEKRAR ETMEYE BORCLUDUR".
Cavab

Kimdən: Temir Haradan: Baki
01.09.2010 18:09
Dehshetli zaman! bunlari oxuyanda bilmirsen hemin dovrde gullelenenleri mudafie edesen, yoxsa sag cixanlari.
Allah elemesin indi bash verseydi goresen kimler repressiya olunar kimler sag qalardi? Maraqlidir