Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:11

Cəmiyyət

«Media ilə bağlı radikal addımlar olacaq»

Şriftin ölçüsünü dəyiş - +
Azərbaycanda KİV-in fəaliyyətinin stimullaşdırılması və dəstək göstərilməsi məqsədilə bu ilin sonuna qədər radikal addımlar atılacaq.

Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Ə. Amaşovun sözlərinə görə, bu dəyişikliklərə mətbuatın vergilərdən azad edilməsi, reklam bazarının formalaşdırılması, gəlir vergisi dərəcəsinin aşağı salınması və s. daxildir:

«Bu sahədə işləri ilin sonuna qədər yekunlaşdırmaq niyyətindəyik. Ümid edirəm ki, bu sahədə radikal dəyişikliklər olacaq».

Mətbuat Şurasının sədri jurnalistika fakültəsinə qəbulda gələn ildən qabiliyyət imtahanlarının tətbiqinin planlaşdırıldığını da vurğulayıb.

Ə. Amaşov artıq dövlət başçısının tapşırığı əsasında jurnalistlərə mənzil tikintisi üçün vəsait ayrıldığını, yaxın vaxtlarda binanın tikintisinə başlanacağını da qeyd edib. /APA/
Bu forum dayandırılıb
Şərhlər
     
Heç bir şərh yoxdur. Birinci sən yaz